Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kətəbə
Kətəbə — ornament sənətində əsas elementlərdən biridir. Kətəbələrin quruluşu uzunsov formalı "gölə" oxşayır. Bir qayda olaraq şeir və tarixi rəqəmlər kətəbənin daxilində yazılır. Ən çox Cənubi Azərbaycan xalçalarının hasiyəsində istifadə edilir. == İstinadlar == .
Kətəbəli xalçaları
Kətəbəli xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları == Təbriz xalçaçılıq sənəti == Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Həmin şəhər dekorativ-tətbiqi sənətin zəngin ənənələrinin inkişafında mühüm rol oynamışdır.Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır. Bu xalça qrupu incə naxışlı kompozisiyalarla yanaşı, həm də süjetli xalçaların toxunması ilə seçilir (“Leyli və Məcnun”, “Ovçuluq”, “Dörd fəsil”, Dərvişlər” və s.). Təbrizdə “Dörd fəsil” ənənəvi təsvirli xalçalar istehsal olunurdu (Ilin dörd fəsli).
Kijəbə
Kijoba, Kijəbə — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Lənkəran ovalığının Talış dağlarına qovuşduğu yerdədir. Əvvəllər burada eyniadlı kənd olmuş, sonralar subtropik bitkilər sovxozu salındıqdan və çay fabriki tikildikdən sonra kənd qəsəbəyə çevrilmışdır. Oykonimi Talış dilindəki kijə (cücə) və oba komponentlərindən düzəlmiş, "cücə obası" və ya kijə (quş) və bə (qapı) sözlərindən düzəlmiş "quş damı" mənası ilə bağlayırlar. Bu oykonimi Kijə ləqəbli tarixi Şəxsiyyətin adı ilə də əlaqələndirirlər. == Adın mənşəyi və tarixi == Astara r. Yaşayış məntəqəsi adı talış dilindəki kijə "toyuq", "quş" və oba "kənd" komponentlərindən ibarətdir. Qəsəbə sakinlərinin dediklərinə görə isə adın əsas mənası "Quş qapısı" deməkdir.[mənbə göstərin] == Mədəniyyəti == Orta, səkkizillik və ibtidai məktəblər, 4 klub, 3 kitabxana, 3 kinoqurğu, xəstəxana, uşaq bağçası və rabitə şöbəsi var. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 14 km şimal qərbdə, Ələt-Astara şosesindən 6 km qərbdə, Lənkəran ovalığındadır. == Əhalisi == Talışlar və azərbaycanlılardan ibarətdir.
Kitabə
Kitabə (ərəb. كتابة‎‎) — adətən, mənzum şəkildə olan qəbirüstü yazı. Azərbaycan ədəbiyyatında epitafiyanın real qəbirdaşına yazılan növü – kitabə daha çox yayılmışdır.Son əsrlərədək bəzi klassik şairlər hələ sağlıqlarında özləri üçün kitabə–şeir yazmışlar.
Kəcabə
Kəcavə, kəcabə — Yaxın Şərqin bir sıra ölkəsində mövcud olmuş minik vasitəsi. Üç tərəfi və üstü bağlı, bir tərəfi isə pərdə ilə örtülü olan kəcavə, əsasən, dəvə (bəzən fil, at və ya qatır) belinə qoyulurdu. Keçmişdə, 4 adamın (əsasən qulların) çiynində apardığı kəcavə növü (hakim sinif nümayəndələrinə məxsus) də olmuşdur. Kəcavədən uzaq yola çıxarkən qadın və uşaqların, həmçinin gəlinin aparılmasında da istifadə edilirdi.
Kələmə
Kələmə— İranın Buşehr ostanının Dəştistan şəhristanının Buşkan bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,937 nəfər və 436 ailədən ibarət idi.
Kətəməz
Kətəməz — yeni bala vermiş heyvandan sağılan ilk süddən bişirilmiş xörək. Kətəməz bişirildikdən sonra adətən onun bir hissəsi qonşulara paylanır. Pay alan qonşular isə pay aldığı qaba imkan çatan hər hansı bir pay qoyur. Heç nəyə imkanı olmayan qonşular həmin qaba duz qoyub qaytararlar. Adət-ənənəyə görə qabı boş qaytarmaq olmaz. Kətəməzi ağuz südü olmadıqda süni surətdə hazırlamaq olur. Bunun üçün hər bir litr südə bir yumurta vurmaqla hazırlamaq olur. Qeyd edək ki, süni kətəməzi qonşulara pay vermək münasib sayılmır.
Mərtəbə
Mərtəbə (от fr. étage) — iki qonşu horizontal örtük arasındakı hissə. Bu hissədə bir qayda olaraq yaşayış və ya texniki hissə yerləşir. == Mənbə == Виды этажей, этажность домов. Определение этажности.
Mətbəə
Mətbəə — müxtəlif sahələr üzrə çap materialı istehsal edən xüsusi müəssisə. Azərbaycanda ilk çap dəzgahı hələ XIX əsrin əvvəllərində Təbrizdə quraşdırılmışdır. Daha sonra 1830-cu ildə isə Şuşada mətbəə fəaliyyətə başlamışdı. XIX əsrin II yarısında Azərbaycanın iqtisadi və ictimai inkişafı milli mətbuatımızın yaranmasına gətirib çıxardır. Çətinliklə olsa da görkəmli maarifçi Həsən bəy Zərdabi hökumətə müraciət edərək "ƏKİNÇİ" qəzetinin nəşrinə icazə ala bildi. Qəzetin nəşri üçün Zərdabi İstanbuldan xüsusi ərəb qrafikalı mətbəə şriftləri gətizdirdi və nəhayət xeyli əziyyətdən sonra 1875-ci il iyulun 22-də Bakıda qəzetin ilk nömrəsi işıq üzü gördü. Beləliklə milli mətbuatımızın əsası qoyuldu. Azərbaycan mətbuatı üçün Əkinçinin ayağı yüngül oldu . Bir çox yazıçı və şairlər öz əsərlərini qəzet və jurnallarda dərc edirdilər. Yazdıqlarını kitab şəklində görmək istəyən bu ədiblər vəsait tapan kimi mətbəə açmağa çalışırdılar .
Qəsəbə
Qəsəbə — inkişafına görə kənddən yüksək, şəhərdən isə aşağı səviyyəli yaşayış məntəqəsi statusudur. Azərbaycanda rayon və şəhər tabeliyində olan çox sayda qəsəbə vardır. Qəsəbələr böyüyüb inkişaf etdikcə şəhər tipli qəsəbə halına gələ bilər və daha sonra şəhər statusunu qazana bilər. == Qəsəbənin kəndlərdən fərqi == Qəsəbələrin kəndlərdən ən əsas fərqi əhalisi və onun məşğuliyyətidir. Azərbaycanda çox qəsəbələrdə xəstəxana, kitabxana, uşaq bağçası və s. vardır.
Tələbə
Tələbə — ali və orta ixtisas məktəblərində təhsil alan şəxs. Qədim Romada və orta əsrlərdə öyrənməyə maraq göstərən hər bir kəs tələbə adlanırdı. Tələbələr tədris müəsəsisəsində tədris prosesində mühazirələri dinləyir, seminarlarda iştirak edərək öz bilik səviyyələrini nümayiş etdirirlər. Bakalavriat və magistrant səviyyəsində tədris mövcud olan müəssisələrində tələbə adı bakalaviatura tələbəsi, magistratura tələbəsi kimi də işlənir. Bununla yanaşı bakalaviriant və magistrant adı da işlənir.
Vətəgə
Vətəgə — Azərbaycan Respublikasının İmişli rayon Sarıxanlı kənd inzibati ərazi vahidində qəsəbə.
Çətənə
Çətənə (lat. Cannabis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi məlumat == Bu bitkinin lifi də kətanın lifi kimi, əsasən toxuculuqda istifadə edilmişdir. Bu oxşar bitkilər arasında da bir yaxınlıq vardır. Bu bitkinin lifindən təsərrüfatda, toxumundan isə ərzaq kimi istifadə edilmişdir. Bu bitki də Azərbaycanda qədimdən becərilmişdir. Orta əsrlərdə isə onun yayılma arealı daha da genişlənmişdir. Çətənə XIX əsrdə Quba qəzasının bir sıra kəndlərində və Yelizavetpol quberniyasında becərilmişdir. Çətənə bitkisi XX əsrin əvvəllərində Zaqatala dairəsində, Şəki və Lənkəran qəzalarında geniş yayılmışdı. Çətənə toxumu şum edilmiş sahəyə martın axırlarında səpilir.
Qələbə
Qələbə (lat. victoria) — əvvəlcə müharibəyə şamil edilir və şəxsi döyüşdə, ümumilikdə hərbi əməliyyatlardan sonra və ya əlavə olaraq istənilən yarışda əldə edilən uğur.İnsan duyğularına gəldikdə, qələbə güclü bir sevinc hissi ilə müşayiət olunur və insan davranışı, hərəkətləri və duruşları ilə bunu göstərir. Mifologiyada qələbə çox vaxt ilahiləşdirilir, məsələn: yunan dilində bu ilahə Nika, Romada Viktoriya adlandırılır. Qalib qəhrəmanın bir əjdaha ilə döyüşə girdiyi variantlar da var. Antik dövrdə dəfnə çələngi qələbənin simvolu idir. == Qələbə jesti == Qələbə simvolu ✌ — "qələbə əli" və ya sülhü bildirən ümumi jestdir.
Kətəban
Kətəban — e.ə. I minilliyin əvvəllərindən b.e. I–II əsrlərinə qədər mövcud olmuş qədim Cənubi Ərəbistan (qədim Yəmən) padşahlığı. Bu, səbailər, məinlilər, həzrəmövtlülər, himyarlılar və əvsanlılar ilə birlikdə qədim Yəmənin altı qədim Cənubi Ərəbistan krallığından biri idi. == Coğrafiya == Kətəban Bəyhan vadisi ətrafında mərkəzləşmişdi və paytaxtı Timnə şəhəri idi.Kətəbanın qonşuları şimal-qərbdə və qərbdə səbailər, cənubda əvsanlılar və şərqdə həzrəmövtlülər idi. Kətəbanın ərazisi maksimum dərəcədə cənub-qərbdə Babül-Məndəb, şimalda Ramlat-əs-Sabataym və şərqdə Həzrəmövtün qərb sərhədlərinə qədər uzanırdı.
Kənəə
Kənəə – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənəə kəndi dağətəyi ərazidədir. Keçmiş adı Kənəgə olub. Toponim təhrifə uğramışdır. Əslində Kənagah olmalıdır. Bəzi tədqiqatçıların fikrincə, toponim tat dilindəki kənə (mədən, yataq) və gah (məkan) sözlərindən ibarət olub, “mədən olan yer” mənasındadır. == Əhalisi == Kəndin əhalisi 27 nəfər yaşayır ki, onun da 14 nəfəri kişi, 13 nəfəri isə qadındırdir.
"Qələbə" ordeni
Qələbə ordeni (rus. Орден «Победа») — 1943-cü ildə təsis olunmuş SSRİ ordeni. SSRİ-də ən ali hərbi orden.
Araz (qəsəbə)
Araz — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə.
Arazdəyən (qəsəbə)
Arazdəyən, (1968-ci ildən: Yerasx) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 28 km məsafədə Araz çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənd Araz çayının yaxınlığında yerləşdiyi üçün Arazdəyən adlandırılmışdır. Toponim Araz və dəyən (döyən) feli sifətinin birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. VII.1968-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Yerasx qoyulmuşdur. == Əhalisi == Ermənilər bura 1897-ci ildə köçürülmüşdür.
Avrora (qəsəbə)
Hirkan (əvvəlki adı: Avrora) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Avrora qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Avrora şəhər tipli qəsəbə Hirkan şəhər tipli qəsəbə, Avrora qəsəbə inzibati-ərazi vahidi Hirkan qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. == Tarixi == SSRİ dövründə bura Lənkəranın ən çox çay istehsal edən sovxozu olmuşdur. SSRİ dövründə "Avrora Çay Sovxozu" adlandırılmışdır. 1934-cü ildə Baltik donanmasının "Avrora" kreyserinin şərəfinə "Avrora" çayçılıq sovxozu əsasında Avrora adlandırılmışdır və beləliklə qəsəbənin əsası qoyulmuşdur. Dağatəyi düzənlikdədir. 1964-cü ildə Hirkana şəhər tipli qəsəbə statusu verilmişdir.Xanbulançay su anbarı bu qəsəbədədir. Çayçılıq sahəsinin inkişafı 1970–1980-ci illərdə daha da sürətlənmiş, çay əkinlərinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə 1976-cı ildə Lənkəran rayonunda tutumu 52 milyon m³ (kubmetr) olan Xanbulançay su anbarı Bəşəru çayının üzərində inşa olunmuşdur, bu böyük bənd bu günə kimi hələ də öz möhkəmliyi ilə seçilir. Bəndin tikintisinə 1967-ci ildə başlanmış, 1977-ci ildə istifadəyə verilmişdir. Onun suyundan yayda süni suvarmada geniş istifadə olunur.
Babazanlı (qəsəbə)
Babazanlı — Azərbaycan Respublikasının Salyan rayonunun ərazisində yaşayış massivi.
Babək (qəsəbə)
Babək (əvvəlki adı: Təzəkənd) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Babək şəhər inzibati ərazi dairəsində şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2020-ci il tarixli, 128-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinə şəhər statusu verilmiş, Babək qəsəbə inzibati ərazi dairəsi Babək şəhər inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == == Tarixi == 1978-ci ilə qədər qəsəbənin adı Təzəkənd olmuşdu. Həmin ildə qəsəbənin adı dəyişdirilərək Babək Xürrəminin şərəfinə Babək adlandırılmışdır. === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == 2014-cü ildə otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad – Babək – Nehrəm – Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılmışdır. == Mədəniyyəti == Babək şəhərində Mədəniyyət evi fəaliyyət göstərir. Mədəniyyət evi burada 2007-ci ildən fəaliyyət göstərir. Bundan başqa Babək şəhəri yaxınlığında orta əsr şəhəri olan Astabadın xarabalıqları yerləşir. Bundan başqa şəhərdə Babək tarix-diyarşünaslıq muzeyi fəaliyyətdədir. == Təhsil == Şəhərdə Babək şəhər 1 nömrəli və 2 nömrəli tam orta məktəblər fəaliyyət göstərir.
Bakıxanov (qəsəbə)
Bakıxanov — Bakının Sabunçu rayonunda şəhər tipli qəsəbə.Bakıxanov qəsəbəsi 1936-cı ildə qəsəbə statusu almış, Stepan Razin qəsəbəsi adı verilmiş və 29 aprel 1992-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi adlandırılmışdır. Qəsəbə Bakı dəmir yolu stansiyasından 10 km məsafədə yerləşir. Ərazisi 12 km²-dir. Bura Bakının ən yaşıl qəsəbələrindən biridir. Bu gün burada geniş abadlıq-quruculuq işlərini müşahidə etmək olar. Burada bir çox bağça, bir neçə park vardır. Qəsəbənin mərkəzi hissəsiylə uzanan xiyaban var. == Tarixi adı == Bakıxanov qəsəbəsi Bakı şəhəri Sabunçu rayonunda yerləşir. Bakıxanov qəsəbəsinin ən qədim yerli adının mənasının araşdırmasında AMEA Coğrafiya İnstitutunun toponimika üzrə mütəxəssisi c.ü.f.d. Mahirə Abbasovanın tədqiqinə görə yaşlı sakinlərdən topladığı məlumata görə 100 il bundan əvvəl Kühül dağı adlandırılmışdır.
Bartaz (qəsəbə)
Bartaz — Azərbaycan Respublikasının Zəngilan rayonunun Bartaz kənd inzibati ərazi dairəsində qəsəbə.9 noyabr 2020- ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Qəsəbə düzənlikdədir. 1952-ci ildə qonşu kəndlərdən gəlmiş ailələr Bartaz dəmir yolu stansiyası ətrafında salmışlar.
Binəqədi (qəsəbə)
Binəqədi – Bakının Binəqədi rayonunun inzibati mərkəzidir. == Əhalisi == Binəqədi əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə və hətta XVIII əsrdə də bu kəndin əhalisi dəfələrlə çox olmuşdur. Binəqədidə evlərin sayı 1849-cu ildə 49, 1886-cı ildə 168 və 1921-ci ildə 184 idi. Əhali sayı 1842-ci ildə 372 nəfər idi və Bakı kəndləri arasında bu saya görə 19-cu yerdə olsada, sonrakı illərdə daha sürətlə artmış, 1886-cı ildə 847, 1926-cı ildə 6562 və 1939-cu ildə 11200 nəfər olmuşdur. Binəqədi ətrafında XIX əsrin sonlarında neft çıxarılması ilə bağlı ərazi mədən-zavod rayonu ərazisinə aid olur və kəndin ətrafında fəhlə qəsəbəsi yaradılır. Əhali sayı 1959-cu ildə 11 min, 1999-cu ildə 15,5 min, 2009-cu ildə 37,7 min və 2016-cı ildə 38,6 min nəfər olmuşdur. Qəsəbənin hazırda əhali sayı 70 min nəfərdən çoxdur. Əslində mövcud və ya qeydiyyata alınmayanların sayı isə 30 minə yaxındır. == Tarixi == Binəqədi Bakının ən qədim və böyük kəndlərindən biridir. Adının mənası haqqında konkret fikir olmasa da, arxeoloji qazıntılar zamanı əldə edilən nadir tapıntılar əsasında bu kəndin binədən qədim olduğu sübuta yetmişdir.
Bəndovan (qəsəbə)
Bəndovan — Bakı şəhərinin Qaradağ rayonunda Ələt qəsəbə inzibati ərazi vahidində şəhər tipli qəsəbə. == Tarixi == 1945-ci ildə Bəndovana şəhər tipli qəsəbə statusu verilib. Bəndovan Xəzər dənizinin sahilindədir.
Körebe
Körebe – Göksel-in 2001-ci ildə çıxardığı 2-ci albom. Albomdakı "Depresyondayım" mahnısına klip çəkilmişdir.
Beterə (Baymak)
Beterə (başq. Бетерә, rus. Бетеря) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Teməs kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 70 km, kənd sovetliyindən (Merəç): 15 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 115 km.