Kijəbə

Kijəbə, KijobaAzərbaycan Respublikasının Astara rayonunun Kijəbə qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[2]

Kijəbə
38°32′00″ şm. e. 48°48′43″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Astara rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 24 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 4.412 nəf.
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0715[1]
Xəritəni göstər/gizlə
Kijəbə xəritədə
Kijəbə
Kijəbə

Lənkəran ovalığının Talış dağlarına qovuşduğu yerdədir. Əvvəllər burada eyniadlı kənd olmuş, sonralar subtropik bitkilər sovxozu salındıqdan və çay fabriki tikildikdən sonra kənd qəsəbəyə çevrilmışdır. Oykonimi Talış dilindəki kijə (cücə) və oba komponentlərindən düzəlmiş, "cücə obası" və ya kijə (quş) və bə (qapı) sözlərindən düzəlmiş "quş damı" mənası ilə bağlayırlar. Bu oykonimi Kijə ləqəbli tarixi Şəxsiyyətin adı ilə də əlaqələndirirlər.[3]

Adın mənşəyi və tarixi

[redaktə | mənbəni redaktə et]

Astara r. Yaşayış məntəqəsi adı talış dilindəki kijə "toyuq", "quş" və oba "kənd" komponentlərindən ibarətdir. Qəsəbə sakinlərinin dediklərinə görə isə adın əsas mənası "Quş qapısı" deməkdir.[mənbə göstərin]

Orta, səkkizillik və ibtidai məktəblər, 4 klub, 3 kitabxana, 3 kinoqurğu, xəstəxana, uşaq bağçası və rabitə şöbəsi var.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Rayon mərkəzindən 14 km şimal qərbdə, Ələt-Astara şosesindən 6 km qərbdə, Lənkəran ovalığındadır.

Talışlar və azərbaycanlılardan ibarətdir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əsasən əkinçiliklə məşğul olurlar. Əhalinin əsas becərdiyi sitrus meyvələrindən olan limon, naringi, portağal, düyü və feyxoa bitkiləri qəsəbənin iqtisadiyyatını əsasını təşkil etmişdir. Bu səbəbdən bazar iqtisadiyyatı geniş yayılmışdır.

İslam

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. Kijəbə // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.