Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Divar kağızı
Divar kağızı — evlər və binalar daxilində divarları əhatə etmək üçün istifadə olunan kağız. Divar kağızı boyamaq yerinə binaların daxilini bəzəmək üçün istifadə olunur. "Divar kağızı" həmçinin kompüter monitorunnda rəsm üçün bir söz.
Düyü kağızı
Düyü kağızı,adətən düyü hasırı və ya düyü unu kimi,düyü bitkisinin hissələrindən hazırlanmış kağıza işarə edir ki düyülər nazik vərəqələr şəklində düzəldilir və sonra qurudulur.Düyü kağızı əsrlər boyu Vyetnam, Koreya, Çin və Yaponiyada yazmaq ve sənət üçün istifadə olunub.Düyü kağızı Tayland və Vyetnam mətbəxlərində tərəvəzləri bükmək üçün istifadə olunur. Bu vərəqələr əgər suya qoyulsalar yumşaq nişastaya çevrilib və yeməyə uyğun olarlar.
Karbon kağızı
Karbon kağızı — Bir tərəfi qurudulmuş mürəkkəb və ya piqment ilə örtülmüş kağızdır. Mətn və ya dizaynı orijinal versiya ilə eyni vaxtda surətini çıxarmaq üçün karbonlardan istifadə olunur. Surətin rəngi,karbon kağızının rənginə asılıdır. == Mənbə == Wissinger, R. R. (1950). Carbon Papers and Other Duplicating Papers. In Mosher, R. H. (ed), Specialty Papers, Their Properties and Applications (pp. 335–367). Brooklyn, N.Y.: Remsen Press.
Yapon kağızı
Vaşi (和紙) və ya yapon kağızı – Yaponiyada hazırlanan ənənəvi kağız növü. Kağız kağızağacı (kozo), Wikstroemia sikokiana (qampi) və Edgeworthia chrysantha (mitsumata) bitki növlərindən əllə hazırlanır. Qəlibləmə zamanı ən çox tamezuki və naqaşizuki üsullarından istifadə olunur. Yaponiya kağızla ilk dəfə V əsrin sonlarında Çin və Koreya vasitəsilə tanış olub. Nara dövrü Yaponiyada kağız istehsalının ilk dövrü hesab olunur. Heyan dövrü isə Yaponiyada kağız istehsalının qızıl dövrü kimi tarixə düşmüşdür. Müasirləşmə dövrü olan Meyci dövrünün təlabatını qarşılamaq üçün Yaponiyada kağız Qərb texnologiyası əsasında istehsal olunmağa başlamışdır. Bu cür kağız istehsalı Yaponiyanın bir çox yerində yerinə yetirilsə də, əsas mərkəzlər bu yerlərdir: Toyo və Kavanoe (Ehime prefekturası), İmadate və Obama (Fukui prefekturası), Yame (Fukuoka prefekturası), Adaçi (Fukuşima prefekturası), Mino və Kavay (Gifu prefekturası), İno və Tosa (Koçi prefekturası), Ayabe (Kioto prefekturası), İida (Naqano prefekturası), Yoşino (Nara prefekturası), Oqava (Saytama prefekturası), Misumi və Yakumo (Şimane prefekturası), Saci və Aoya (Tottori prefekturası), Nakatomi (Yamanaşi prefekturası). == Tarixi == === İxtira === Vaşi kağızlarının mənşəyi Çin və Koreya ilə bağlıdır. VIII əsrdə aid "Nihon Şoki" xronikalarında qeyd olunur ki, 610-cu ildə Koreyadan Yaponiyaya gəlmiş keşiş Donço piqment, mürəkkəb və kağız hazırlama texnikalarını bilirdi.
Bağırlı
Bağırlı (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Bağırlı (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Bağırlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Katınlı
Katınlı-i Süfla (Xoy)
Kazımlı
Kazımlı (Tovuz)
Tağılı
Tağılı (Borçalı) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Bolnisi bələdiyyəsində kənd. Tağılı (Hacıqabul) — Azərbaycanın Hacıqabul rayonunda kənd.
Kağız
Kağız — məktub yazmaq, şəkil çəkmək və ya nəyi isə qablaşdırmaq üçün istifadə edilən xüsusi material. == Tarixi == Kağız Çinin dörd möhtəşəm (barıt, kompas, kağız və kitab çapı) kəşfindən biri sayılır. İlk kağız bizim eradan əvvəl II əsrdə Çində, ipəkdən hazırlanıb. Han sülaləsinin saray əyanı Çay Lon yazırdı ki, o, e.ə. 105-ci ildə tut ağacından kağız istehsal etmişdir. Çində ilk olaraq kağızdan bağlamalar və yazı yazmaq üçün istifadə edilirdi. Tan sülaləsi dövründə ilk tualet kağızı və kağız çay torba və qutucuqları meydana çıxır. Sun imperiyası dövründə ilk kağız pul əskinazı kəsilmişdir. İlk kağız fabriki 794-cü ildə Bağdadda Harun ər-Rəşidin vəzirinin oğlu İbn Fəzl tərəfindən qurulmuşdur. Belə bir fabrik 800-cü ildə Misirdə, 950-ci ildə isə Əndəlüsdə (İspaniya) inşa edilmişdir.
Abdulla Bağırlı
Bağırlı Abdulla Sadıq oğlu (?-?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == 1920-1925-ci illərdə Kiyev Kommersiya İnstitutunda oxumuş, lakin Rusiyada Oktyabr inqilabından sonra təhsilini yarımçıq buraxıb vətənə qayıtmışdır. Parlamentin 1919-ci il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini iqtisadiyyat sahəsində davam etdirmək üçün Kiyev Kommersiya İnstitutuna göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Bağırlı (Germi)
Bağırlı (fars. باقرلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 78 nəfər yaşayır (12 ailə).
Bağırlı (Kəlbəcər)
Bağırlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağdaban kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd Azərbaycana qaytarılıb. == Tarixi == Kəlbəcər rayonunun Ağdaban inzibati ərazi vahidində kənd. Toponim XIX əsrdə Şamaxı qəzasında yaşamış 47 ailədən ibarət bağırlı maldar elatının adı ilə bağlıdır. Ernotoponimdir. Krım vilayətində Baqerovo adlı Şəhər tipli qəsəbə., 1933 ildə Sabirabad rayonunun Haşımxanlı inzibati ərazi vahidində Bağırtuğay kəndi qeydə alınmışdır. AŞqabad vilayətində Baqır adlı dağ vardır. Türk dillərində bağır/baqır sözü "dağ yamacı", "dağ döŞü", "obyektin qabaq hissəsi" mənalarında da işlənir. == Yaylaqlar == Bəbirxan yurdu, Məmmədölən yurd, Qaraxır yurdu. == Bulaqlar == Sarı bulaq, Göy bulaq, Novlu bulaq, Qiblə bulağı, Daş bulaq, Hümmət bulağı, Bəzirgan bulağı.
Bağırlı (Şamaxı)
Bağırlı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bağırlı Şamaxı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ləngəbiz silsiləsinin cənub ətəyində, Bulanıqsu çayının sahilindədir. Tam adı Lələ Bağırlıdır. Kəndin adı keçmışdə qışı Ərəş qəzasında, yayı isə Kəlbəcər yaylaqlarında maldarlıqla məşğul olmuş bir elatın adındandır.1919-cu il tarixində ermənilər tərəfindən Bağırlı kəndində 370 nəfər öldürülmüşdür ki, onlardan da 80 nəfəri kişi, 150 nəfəri qadın, 140 nəfəri uşaqlar olmuşdur, kəndə dəyən ümumi zərər 12,5 milyon manat olmuşdur. == Əhalisi == Kənd əhalisi 2077 nəfərdir ki, onunda 1042 nəfəri kişi, 1035 nəfəri isə qadınlar təşkil edir.
Bağışlı (Xudafərin)
Bağışlı (fars. باغشلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 25 nəfər yaşayır (6 ailə).
Dağ Bağırlı
Dağ Bağırlı, Bağırlıdağ — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bağırlıdağ Şamaxı rayonunun Bağırlı inzibati ərazi vahidində kənd. Mənbələrin məlumatına görə, yaşayış məntəqəsi XIX əsrdə Şamaxı qəzasının dağlıq ərazisində yaşamış bağırlı elatının məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. "Bağırlı kəndinin dağlıq hissəsi və ya dağlıq ərazidə yerləşən Bağırlı kəndi" deməkdir. == İqtisadiyyatı == Kənd əhalisi 1310 nəfərdir ki, onunda 678 nəfəri kişi, 632 nəfəri isə qadınlar təşkil edir. Əhali əsəsən kənd təsərrüfatı, əkinçilik və maldarlıqla məşğul olur.
Hikmət Bağırlı
Hikmət Qəhrəman oğlu Bağırlı (29 sentyabr 2001; Bəydili, Biləsuvar rayonu, Azərbaycan — 29 sentyabr 2020; Füzuli, Azərbaycan) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hikmət Bağırlı 29 sentyabr 2001-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olmuşdur. Bəydili kənd tam orta məktəbində təhsilini başa vurduqdan sonra cağrışla hərbi xidmətə yollanmışdır. == Hərbi xidməti == Hikmət Bağırlı Ağcabədi bölgəsində kəşfiyyat qurupunda xidmət etmişdir. 29 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş, həlak olmuşdur. O, 30 sentyabr 2020-ci ildə doğulduğu Bəydili kənd qəbiristanlığında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Bağırlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Bağırlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hikmət Bağırlı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Kazım Kazımlı
Kazım Kazımlı (5 sentyabr 1993 - Lənkəran, Azərbaycan) − Azərbaycanlı gənc futbolçu, Xəzər-Lənkəran klubunun yetriməsi, Azərbaycan U-17 və Azərbaycan U-19 milli komandalarımızın üzvü. == Karyerası == Kazım Kazımlı 5 sentyabr 1993 tarixində Lənkəran şəhərində anadan olub. Uşaqlıqdan futbol ilə məşğul olub. Xəzər-Lənkəran klubunun aşağı yaş qruplarında məşq edib, daha sonradan yaxşı oyunu ilə seçilərək 2009-cu ildə Azərbaycanın U-17 millisinə çağırılıb və Xəzər klubunun əvəzedici heyətində oynamağa başlayıb. 2009-cu ilin avqust ayında U-17 millimizin tərkibində Kazım FA of Moldova Cup turnirində iştirak edir və finala qədər çatır. Turnirdən sonra isə "ən yaxşı hücumçu" nominasiyasında mükafatlandırılır. Bundan sonra Kazım Kazımlı Xəzər-Lənkəran klubu ilə peşəkar müqavilə imzalayır. Kazım Xəzər-Lənkəranın heyətində cəmi 16 yaş 66 günlükdə Azərbaycan kuboku 2009/2010 uğrunda yarışın 1/8 final mərhələsində Muğan Salyan klubu ilə səfərdə keçirilən cavab görüşünün 88-ci dəqiqəsində meydana çıxır. Kazım rəsmi matçda Xəzər Lənkəranın heyətində meydana çıxan 96-cı oyunçu kimi də tarixə düşüb. O, "ağ-yaşıl" formanı geyinmiş 45-ci yerli futbolçudur.
Kazımlı (Meşkinşəhr)
Kazımlı (fars. كاظم لو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 30 nəfər yaşayır (5 ailə).
Kazımlı (Tovuz)
Kazımlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd XIX əsrdə Aşağı Quşçu kəndindən olan Kazım adlı şəxsə məxsus yurdun yerində salındığı üçün belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Çınqıldağ silsiləsinin yamacında yerləşir. Əsrikçay kəndi iki hissəyə ayırır. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Kazımlı kənd kitabxana filialı fəaliyyət göstərir. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Mirsədi Bağırlı
Mirsədi Mircəfər oğlu Bağırlı (12 iyun 2000; Tərtər, Azərbaycan — 10 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirsədi Bağırlı 2000-ci il iyunun 12-də Tərtər şəhərində anadan olub. 2006-2015-ci illərdə Kəlbəcər rayonunun 66 nömrəli tam orta məktəbində təhsil alıb. 2015-2018-ci illərdə isə Bərdə Peşə Liseyində "təmirçi çilingər və avtomobil sürücüsü" ixtisası üzrə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Mirsədi Bağırlı 2018-ci ildə Tərtər Hərbi Komisarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. Dövlət Sərhəd Xidmətinin əvvəlcə Zaqatala rayonunda, sonra isə Xızı rayonunda yerləşən "N" saylı hərbi xidmət edib. 2019-cu ildə Dövlət Sərhəd Xidmətinin Yevlax rayonunda yerləşən "N" saylı hərbi hissəsində Gizir Kurslarında təhsil alıb. 2020-ci il yanvarın 28-dən "gizir" hərbi rütbəsində hərbi xidmətini başa vurub. 2020-ci il martın 30-dan isə Dövlət Sərhəd Xidmətinin Xızı rayonunda yerləşən "N" saylı hərbi hissəsində ÇHD-nın xüsusi təyinatlı qrupunun sıralarında snayperçi olaraq müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb.
Mürsəl Kazımlı
Mürsəl Kamil oğlu Kazımlı (23 iyul 1992, Bakı, Azərbaycan — 23 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mürsəl Kazımlı 23 iyul 1992-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Pərviz İsmayılov adına 278 saylı orta məktəbdə alıb. 2002-2007-ci illərdə 36 saylı musiqi məktəbinin tar sinfində təhsil alıb. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra, 2010-cu ildə 613 balla UNEC-in Mühasibat uçotu və audit fakültəsinə daxil olub. 2014-ci ildə universiteti zərbəçi kimi bitirib. Məzun olduqdan sonra həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini Gəncə, Naftalan və Tərtər artilleriya korpusunda rabitəçi kimi başa vurub. Əmək fəaliyyətinə 2016-cı ildə 2 saylı Tibb kollecində mühasib kimi başlayıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Mürsəl Kazımlı Füzulinin azad edilməsində savaşıb.
Qiymətli kağızlar
Qiymətli kağız — müəyyənləşdirilmiş formaya riayət edilməklə hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan həyata keçirilə və başqa şəxsə verilə bilməz. == Qiymətli kağızların növləri == Qiymətli kağızlar, pul və yaxud əmtəə sənədləridir, onların sahibinə mülk hüquqları verilir və müəyyən pul məbləğlərinin, gəlirlərin alınmasına hüquq verir. Pullu qiymətli kağızlara — istiqraz vərəqələrini, vekselləri, pul çeklərini aid etmək olar. Əmtəə qiymətli kağızlara — onların sahiblərinin maddi, mülkiyyət hüquqlarını təsbit edən konosamentlər (əmtəə fakturaları), anbar vəsiqələri aiddir. Qiymətli kağızların arasında xüsusi yeri səhmlər tutur, onlar istər pul istərsə də mülk hüquqlarını əks etdirir. Qiymətli kağızlar alqı-satqı obyekti ola bilər. Qiymətli kağız forması və rekvizitləri qanunvericiliklə müəyyənləşən və hər hansı hüququ təsdiq və təsbit edən sənəddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 987.1-ci maddəsində qiymətli kağız anlayışı aşağıdakı kimi verilmişdir:"Qiymətli kağız müəyyənləşdirilmiş formaya riayət olunmaqla hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan nə həyata keçirilə bilər, nə də başqa şəxsə verilə bilər. Qiymətli kağız başqasına verildikdə onun təsdiqlədiyi bütün hüquqlar da keçir." ABŞ-nin Vahid Ticarət Kodeksində qiymətli kağızlara aşağıdakı anlayış verilir: Qiymətli kağızlar (securities) – pul kapitalını cəlb etmək üçün silsiləvi olaraq buraxılan qiymətli kağızlardır, yəni: səhm, istiqraz, dövlətin borc öhdəlikləri və onlardan törəyən sənədlərdir (klassik opsionlar, varrant, üstünlük hüququ və s.).Qiymətli kağızları iki böyük qrupa ayırmaq olar; birinci dərəcəli əsas qiymətli kağızlar, ikinci dərəcəli törəmə qiymətli kağızlar. Birinci dərəcəli əsas qiymətli kağızlara mülkiyyət hüququ olan — pul, əmtəə, əmlak, kapital və s.
Sağırlı (Germi)
Sağırlı (fars. صغيرلر‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 64 nəfər yaşayır (15 ailə).
Qəzənfər Bağırlı
Qəzənfər Kərim oğlu Bağırlı — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Haqqında == Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Bağırlıya "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Xanhüseyn Kazımlı
Xanhüseyn Hüseynağa oğlu Kazımlı (1 oktyabr 1942, Ağaməmmədli, İmişli rayonu) — Azərbaycan Sosial Rifah Partiyasının keçmiş sədri. == Həyatı == 1942-ci il oktyabrın 1-də İmişli rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. "Şöhrət" ordeni ilə təltif edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 55-dən çox monoqrafiya və dərsliyin, 7 tədqiqat əsərinin, 350-dən çox elmi-publisistik məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir. 1967-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri, prorektor vəzifələrində çalışmışdır. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Qiymət və qiymətləndirmə kafedrasının müdiridir.
Kamil Katibli
Kamil Katibli - Azərbaycan Respublikası Nazirlər Kabineti Məxfi şöbənin müdiri K.Katibli 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. Tələbə ikən 1969-cu ildə Əlcazirə SSRİ Müdafiə Nazirliyinin xətti ilə ezamiyyətə göndərilmişdir. 1971-1973-cü illərdə ordu sıralarında hərbi tərcüməçi kimi xidmət etmişdir (Yəmən Ərəb Respublikası). 1974-1976-cı illərdə Azərbaycan Respublikası Nazirlər Soveti yanında Xarici Turizm İdarəsinin təşkilat-təftiş şöbəsinin müfəttişi olmuşdur. 1976-1979-cu illərdə İraqda SSRİ Müdafiə Nazirliyinin xətti ilə hərbi tərcüməçi kimi uzunmüddətli ezamiyyətə göndərilmişdir. 1979-1980-ci illərdə Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Ərəb ölkələrinə radioyayım Baş redaksiyasında tərcüməçi, baş redaktor vəzifəsində işləmişdir. 1980-1983-cü illərdə xarici ezamiyyətdə olmuşdur. 1983-1990-cı illərdə Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Ərəb ölkələrinə radioyayım Baş redaksiyasında redaktor, böyük redaktor vəzifələrində çalışmışdır. 1990-1994-cü illərdə Azərbaycan Respublikası Nazirlər Soveti (sonradan Kabineti) İşlər İdarəsinin ümumi şöbəsində birinci dərəcəli mütəxəssis, rəhbərliyin katibliyində mətbuat katibi, Mətbuat mərkəzində baş mütəxəssis, böyük referent, mərkəzin rəhbəri vəzifəsində olmuşdur. 1994-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin (2003-cü ilin sentyabrından Aparatın) məxfi şöbəsinin müdiridir.
Saqqızlı (Bükan)
Saqqızlı (fars. سقزلو‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 80 nəfər yaşayır (17 ailə).