Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Françesko Kavalli
Françesko Kavalli (14 fevral 1602[…], Krema[d], Kremona əyaləti – 14 yanvar 1676[…], Venesiya) — əsl adı Pietro Françesko Kaletti-Bruni olan və erkən barokko dövrünə aid olan italyan bəstəkarı. Kavalli əslində bəstəkarın ağası Federiko Kavalliyə soyadı idi. Kavalli dövründə İspaniyaya məxsus olan Lombardiya əyalətinin Krema şəhərində anadan olmuşdu. 1616-cı ildən bəri Venesiyanın Müqəddəs Mark bazilikasında əvvəl ifaçı, sonra orqanist sonra da kapellanın rəhbəri kimi çalışmışdı. Kavalli əsasən opera bəstəkarı kimi tanınmışdı. İlk opera bəstəsini ("Le nozze di Teti e di Peleo") 1639-cu ildə, Venesiyanın ilk opera evi San-Kassiano teatrının açılmasından bir qədər sonra yazmışdı. 1660–1662-ci illərdə Parisa təcrübəyə göndərilmiş və orada "Ercole amante" operasını yazmışdı. 1676-cı ildə Venesiyada 72 yaşında vəfat etmişdi. Kavalli bəstələrinə melodik ariyalar, librettolarına isə xalq musiqisi nümunələrini daxil edirdi. Onun operaları güclü dramatik effektç böyük musiqi asanlığı və italyan operasına xas olan qroteskli yumor ifadə edir.
La-Kavalri
La-Kavalri (fr. La Cavalerie, oks. La Cavalariá) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Nan kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12063. Kommuna təxminən Parisdən 550 km cənubda, Tuluza şəhərindən 145 km şimal-şərqdə, Rodezdən isə 60 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1021 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 629 nəfər (15-64 yaş) arasında 459 nəfər iqtisadi fəal, 170 hərəkətsiz (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.2%) idi.
Kavali FK
Kavali İdman Assosiasiyası (Fransızca tələffüz: [ka.vali a.sɔ.sja.sjɔ̃ spɔrtɪv]; Kavali AS və ya sadəcə Kavali olaraq da tanınır) — Haitinin Leoqane şəhərini təmsil edən peşəkar futbol klubudur. Hal-hazırda Haiti Liqasında mübarizə aparır.