Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kəlkütə
Kəlkətə ( rəsmi adı 2001-ci ildən Kolkata ) (benq. কলকাতা, hindi. कोलकता, tib. ཀ་ལི་ཀུ་ཏ ing. Kolkata) — Hindistanın şərqində Qanqa çayının deltasında Qərbi Benqalın paytaxtı, Mumbaydan sonra ikinci böyük şəhərdir. 2020-ci ilin vəziyyətinə əsasən şəhərin əhalisi 14 850 066 nəfərdir [1]. İngilis hakimiyyəti dövründə, Kəlkətə 1911-ci ilə qədər bütün İngilis Hindistanının paytaxtı idi, bunun sayəsində şəhər böyük bir təhsil, elm, mədəniyyət və siyasət mərkəzidir. Digər tərəfdən, şəhərdə yoxsulluq, havanın çirklənməsi və tıxaclar kimi problemlər tez-tez meydana çıxır. 1.
Aşağı Kalalə (Xudafərin)
Aşağı Kalalə (fars. كلاله سفلي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 201 nəfər yaşayır (37 ailə).
Yuxarı Kalalə (Xudafərin)
Yuxarı Kalalə (fars. كلاله عليا‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 198 nəfər yaşayır (43 ailə).
Layma Vaykule
Layma Vaykule(latış. Laima Vaikule‎; 31 mart 1954, Cesis[d], Latviya SSR, SSRİ) — estrada müğənnisi. Latviyalı ulduz Layma Vaykule sovet dönəmində estrada müğənnisi kimi ilk addımlarını Azərbaycanda atıb. Tanınmış müğənni bir müddət "Azkonsert"in üzvü olub.
Aldo Kalulu
Aldo Kalulu Kvatenqva (21 yanvar 1996, Lion) — peşəkar Fransa futbolçusu. O, "Soşo" klubunda hücumameyilli yarımmüdafiəçi və ya hücumçu mövqeyilərində oynayır. Bazel İsveçrə Kuboku Qalib (1): 2019 Kalulu Olimpik Lyon akademiyası vasitəsilə inkişaf etmişdir. Kalulu Liqa 1-də debütünü 12 sentyabr 2015-ci ildə etmişdir. O, 78-ci dəqiqədə Lill klubu ilə qarşılaşmada Yordan Ferrini əvəz etmişdir. Həmin görüşdə Olimpik Lion Liqa 1 görüşündə Lill ilə 0–0 bərabərə qalmışdır. Kalulu ilk qolunu 23 sentyabr 2015-ci ildə Bastiya klubu ilə qarşılaşmada Stid Malbrankenin ötürməsindən sonra vurmuşdur. 26 iyun 2018-ci ildə Kalulu İsveçrə təmsilçilərindən olan Bazel klubu ilə üç illik müqavilə imzalamışdır. Kalulu Fransada anadan olmuşdur. Valideynləri isə Ruanda vətəndaşlarıdır.
Pyer Kalulu
Pyer Kazeye Rommel Kalulu Kyatengva və ya qısaca Pyer Kalulu (5 iyun 2000, Lion) — Fransalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunun və gənclərdən ibarət Fransa Milli futbol komandasının müdafiəçisi. Əsasən sağ cinah müdafiəçisi kimi çıxış edir. Futbolçu həm də müdafiənin mərkəzində də oynaya bilir. Pyer Kalulu futbola 2007-ci ildə, 7 yaşı olarkən "Sen Priest" klubunun uşaq komandasında başlayıb. O, 2010-cu ildə "Lion" komandasının uşaq komandasına qoşulur. 2018-ci ildə "Lion" klubunun B komandasına əvət olunur. Burada iki il çıxış edərək 36 oyunda meydana çıxır. 2020-ci ilin yayında o, İtaliyanın "Milan" klubuna transfer edilir.
Fridrix Avqust Kekule
Fridrix Avqust Kekule fon Ştradonis (alm. Friedrich August Kekulé von Stradonitz‎, 7 sentyabr 1829[…], Darmştat[…] – 13 iyul 1896[…], Bonn, Prussiya) — məşhur alman üzvi kimyaçısı, valentlik nəzəriyyəsinin banisi və benzolun şərti formulunu yaratmış alimdir.
Mariya Yelena Kalle
Mariya Yelena Kalle (25 iyul 1975) — Ekvadorlu marafonçu. Mariya Yelena Kalle Ekvadoru 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Mariya Yelena Kalle birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 39 saniyəyə qət edərək 157 marafonçu sırasında 99-cu yeri tutdu.