KAKİL

fars. kakul

1. Bəzi quşların başında topa şəklində tük; at və bəzi heyvanlarda qulaqları arasından sallanan tük topası.

2. Kişilərdə alına tökülən saç.

Dastanlarda qadınların kakilindən də söz açılır.

Səndə nələr var hələ,

Özün salıbsan dilə,

Mən yazığa rəhm elə,

Zər düşüb kakilə,

Dilin dönüb əsələ.

   (“Şəmşir və Sənubər”)

KAKİL
KAKİL

Значение слова в других словарях