Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kazoriya
Kazoriya (it. Casoria) — İtaliyanın Kampaniya regionunda şəhər.
Kalabriya
Kalabriya — İtaliyanın 1948-ci il Konstitusiyası ilə qismən regional muxtariyyət verilmiş 20 regionundan biridir. İtaliya cənubunda yerləşən edən bölgənin 5 vilayəti vardır. Bunlar Katantsaro, Kozentsa, Krotone, Recco Kalabriya və Vibo Valensiya vilayətləridir. Katansaro regionun paytaxtıdır. Sahəsi 15.081 km²-dir. Əhalisi (31.10.2010) 2.009.183 nəfərdir. Regionun Baş naziri Giuseppe Scopellitidir. Reionda Kalabriyaca dilində danışılar. Ayrıca bir neçə kənddə Arnavutçanın bir ləhcəsi olan Arbereşçe danışılır.
Kalomira
Kalomira və ya tam adı ilə Maria Kalomira Sarantis (əsl adı yun. Μαρία Καλομοίρα Σαράντη; 31 yanvar 1985 Nyu-York) – Yunanıstan əsilli müğənni. == Avroviziya == Yunanıstanı Serbiyanın paytaxtı Belqradda keçirilən 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Təqdim etdiyi ing. Secret Combination adlı mahnısı ilə müsabiqənin ilk yarımfinalından finala yüksəlmişdi. Tamaşaçıların səsverməsinin nəticələrinə görə, o, 156 xalla birinci yeri tutmuşdu. Finalda isə 218 xal toplayaraq Rusiya və Ukraynadan sonra üçüncü yerə çıxaraq ilk üçlüyü qazanmışdı.
Aleriya
Aleriya (fr. Aléria, kors. Aleria) — Fransanın Korsika regionunda yerləşən kommuna. Kommuna departamenti — Yuxarı Korsika. Qizonaçça kantonuna daxildir. Kommunanın dairəsi — Korte. Kommunanın INSEE kodu — 2B009.
Alogiya
Psixologiyada alogiya (yun. α-, "inkar", və λόγος, "nitq"), və ya nitq kasadlığı — ünsiyyət zamanı adi nitqin təminatı üçün lazımı və əlavə ehtiyatların olmaması. Xüsusən şizofreniya xəstəliyində özünü büruzə verir və neqativ simptom kimi qiymətləndirilıir. Bu zaman ünsiyyəti təmin emək mümkün olmadığına görə xəstəyə təyin olunmuş psixoterapiya çətinləşmiş olur. Alogiya bəzən afaziyaya sinonim kimi istifadə olunur.
Kaleria
Qoyunqulağı (lat. Silene) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Kalori
Kalori — istiliyin sistemdən kənar vahidi; Adətən 1 q suyu 1 °C qızdırmaq üçün sərf olunan istilik miqdarı Kalori götürülür. Beynəlxalq kkal kimi beynəlxalq kvt. saatın 1/861 -i götürülür. Beynəlxalq vahidlər sistemində istilik vahidi couldur. 1 kal = 4,1868 °C, 20 dərəcəli K = 4,181 °C. K. müxtəlif vaxtlarda başqa temperatur intervallarında da təyin olunmuşdur..
Kariya
Kariya (yun. Καρία) —Kiçik Asiyada qədim əyalət. == Tarixi == Bizim eradan əvvəl II minillikdə Hettlər Kariyanı özlərinə məskən seçdilər. Yerli əhali ilə qaynayıb-qarışdılar. Troya müharibələri dövründə kariyalılar artıq mövcud idilər. Qranik döyüşündən sonra Kiçik Asiyanın yunan şəhərləri Milet və Halikarnas istisna olmaqla müqavimətsiz Makedoniyalı İsgəndərə tabe oldular. Qısa müddətdə Kariya, Likiya, Pamfiliya, Trakiya və s. şəhərlər İsgəndər tərəfindən zəbt edildi. E.ə 333-cü ilin baharında makedoniya ordusu Kappadokiyanı işğal edib Kilikiya və Tavra daxil olmuşdu.
Baloniya sistemi
Bolonya sistemi - təhsil sistemində xüsusi istiqamət. Bolonya sisteminin başlanğıcı 1970-ci illərin ortalarına, Avropa nazirlər sovetinin təhsil sahəsində əməkdaşlıqla bağlı birinci proqram haqda qətnamənin qəbul etdiyi vaxtlara təsadüf edir. [mənbə göstərin] == Yaranması və genişlənməsi == Prosesin rəsmi başlanğıcı isə 1999-cu il iyunun 19-u hesab olunur. Həmin tarixdə Bolonya şəhərində 29 Avropa ölkəsinin təhsil nazirlərinin xüsusi konfransında "Avropa Ali təhsil məkanı" bəyannaməsi və ya Bolonya bəyannaməsi qəbul olunur. Bolonya sistemi digər ölkələr üçün də açıqdır. Sonralar hökumətlərarası görüşlər Praqada (2001), Berlində (2003), Bergendə (2005) və Londonda (2007) keçirilmişdir. Hazırda Bolonya sistemi 46 ölkəni birləşdirir. Ehtimal olunur ki, onun əsas məqsədləri 2010-cu ilə qədər yerinə yetməlidir. Rusiya Bolonya sisteminə 2003-cü ildə, nazirlərin Berlin görüşündə qoşulub. Bolonya sisteminin əsas istiqamətlərinin həyata keçməsi üçün bir çox rus ali təhsil məktəbləri buraya cəlb edilib.
Qran-Kanariya
Qran-Kanariya (brit. /ˌɡræn kəˈnɛəriə, -ˈnɑr-/, amer. /ˌɡrɑːn kəˈnɑriə, -ˈnɛər-/; İspanca tələffüz: [ɡɾaŋ kaˈnaɾja], tərcüməsi Böyük İtlər adası deməkdir) — Kanar adaları arxipelağına aid olan 7 adadan biri. Arxipelaqda Tenerife adasından sonra ölçüsünə görə 2-ci yerdədir. Ancaq əhali sayına görə Qran-Kanariya arxipelaqda ilk yerdədir. Belə ki, ada qrupu əhalisinin 40%-i Qran-Kanariyada yaşayır. Adanın mərkəzi Las-Palmas-de-Qran-Kanariya şəhəridir. Plini iddia edirdi ki, ada adadakı itlərlə əlaqədar belə adlandırılmışdır, onlardan ikisi Mavretaniya kralı Kubaya hədiyyə olaraq verilmişdir. Bu fikir mübahisəlidir, çünki avropalılar adaya gələndə itlər tapılmayıb. Başqa bir mənbə bildirib ki, yerlilər balığı köpək kimi yeyiblər və bu da onun adının çəkilməsinə səbəb olub.
Recco Kalabriya
Recco Kalabriya (it. Reggio Calabria; Kalabriya ləhcəsi: Rìggiu; Kalabriya yunancası: Righi; yunanca: Ῥήγιον) — İtaliyanın Kalabriya regionunda eyni adı daşıyan Recco Kalabriya vilayətinin mərkəzidir. Regionda olan ən böyük və ən qədim şəhər və İtaliyada ikinci köhnə şəhər olduğu qəbul edilir. Appenin yarımadasının cənubunun üçüncü böyük iqtisadi mərkəzi olması ilə yanaşı, həm də liman və universitet şəhəridir. 2010-cu ilin sonuna olan məlumata görə əhalisi 186 547 nəfər təşkil edən Recco Kalabriyanın sahəsi 236,02 km²-dir.
Rekko Kalabriya
Recco Kalabriya (it. Reggio Calabria; Kalabriya ləhcəsi: Rìggiu; Kalabriya yunancası: Righi; yunanca: Ῥήγιον) — İtaliyanın Kalabriya regionunda eyni adı daşıyan Recco Kalabriya vilayətinin mərkəzidir. Regionda olan ən böyük və ən qədim şəhər və İtaliyada ikinci köhnə şəhər olduğu qəbul edilir. Appenin yarımadasının cənubunun üçüncü böyük iqtisadi mərkəzi olması ilə yanaşı, həm də liman və universitet şəhəridir. 2010-cu ilin sonuna olan məlumata görə əhalisi 186 547 nəfər təşkil edən Recco Kalabriyanın sahəsi 236,02 km²-dir.
Valeriya Biançi
Valeriya Biançi (d. 16 sentyabr 1985; Buenos-Ayres, Argentina) — Argentinanı təmsil edən həndbolçu. Valeriya Biançi Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Valeriya Davidova
Valeriya Davidova (d. 15 dekabr 1997) — Özbəkistanı təmsil edən bədii gimnast. Valeriya Davidova, 2016-cı ildə Özbəkistanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Valeriya Davidova, 2016-cı ildə Özbəkistan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Samirə Əmirova, Luiza Qəniyeva, Zarina Qurbanova və Marta Rostoburova ilə birgə təsnifat mərhələsində 31.116 xal topladı və 12-ci yeri tutaraq mübarizəni dayandırdı.
Valeriya Dion
Valeriya Dion (d. 29 iyul 1980) — Kanadanı təmsil edən su poloçusu. Valeriya Dion, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu. Daha sonra Valeriya Dion, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
Valeriya Kiselyova
Valeriya Kiselyova (rus. Вале́рия Киселёва; 7 fevral 1951, Xabarovsk – 1 fevral 2015, Sankt-Peterburq) — sovet və rus aktrisası, Rusiya Federasiyasının əməkdar artisti (2000). Valeriya Kiselyova 7 fevral 1951-cı ildə Leninqradda anadan olub. Atası İvan Kiselyov Böyük Vətən müharibəsində iştirak edib, o qələbədən sonra 22 il yaşayıb. Aktrisanın anası müharibə zamanı hələ uşaq idi. Valideynləri müharibədən sonra evləniblər. Valeriya teatr institutuna daxil olmağı çox istəyirdi. 20 yaşında olarkən Leninqrad Dövlət Teatr Sənəti İnstitutuna qəbul olub. Ali məktəbi bitirdikdən sonra V.F. Komissarjevski adına Sankt-Peterburq Akademik Teatrında işləməyə başlayıb. Burada 8 mövsüm işlədikdən sonra iş yerini dəyişmək qərarına gəlir və N.Akimov adına Sankt-Peterburq Akademik Komediya Teatrına keçir.
Valeriya Korotenko
Valeriya Məmmədova (qızlıq soyadı: Korotenko; 29 yanvar 1984, Bakı) — Azərbaycanı təmsil edən voleybolçu. Valeriya Məmmədova, Azərbaycan yığmasının heyətində 2006-cı ildə baş tutan Dünya Çempionatında 13-cü yeri tutub. Valeriya Məmmədova 29 yanvar 1984-cü ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Valeriya Məmmədova ailəlidir. O, 12 iyun 2011-ci ildə cüdoçu Nicat Məmmədov ilə ailə həyatı qurdu. Cütlüyün, 12 dekabr 2014-cü ildə övladı dünyaya gəldi. Valeriya Məmmədova, 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasına 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu. Valeriya Məmmədova isə həmin Avropa Çempionatında, ən yaxşı libero seçildi. Valeriya Məmmədova daha sonra, 2006-cı ildə Yaponiyada baş tutan Dünya Çempionatına qatıldı.
Valeriya Məmmədova
Valeriya Məmmədova (qızlıq soyadı: Korotenko; 29 yanvar 1984, Bakı) — Azərbaycanı təmsil edən voleybolçu. Valeriya Məmmədova, Azərbaycan yığmasının heyətində 2006-cı ildə baş tutan Dünya Çempionatında 13-cü yeri tutub. Valeriya Məmmədova 29 yanvar 1984-cü ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Valeriya Məmmədova ailəlidir. O, 12 iyun 2011-ci ildə cüdoçu Nicat Məmmədov ilə ailə həyatı qurdu. Cütlüyün, 12 dekabr 2014-cü ildə övladı dünyaya gəldi. Valeriya Məmmədova, 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasına 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu. Valeriya Məmmədova isə həmin Avropa Çempionatında, ən yaxşı libero seçildi. Valeriya Məmmədova daha sonra, 2006-cı ildə Yaponiyada baş tutan Dünya Çempionatına qatıldı.
Valeriya Novodvorskaya
Valeriya Novodvorskaya - rusiyalı liberal aktivist, dissident və qərb dəyərlərinin aktiv təbliğatçısı. 17 may 1950-ci ildə Belarusun Baranoviçi şəhərində anadan olub. 1969-cu ildə antisovet təbliğatına görə həbs edilib. 1970-72-ci illərdə dəlixanaya salınıb. 1977 - 1978-ci illərdə gizli antikommunist təşkilatı yaratmağa çalışıb. O, 1978, 1985, 1986-ci illərdə dissident fəaliyyətinə görə mühakimə olunub. 1987-ci ildən 1991-ci ilə kimi 17 dəfə tutulub. Uzun müddət bir neçə xroniki xəstəlikdən əziyyət çəkən Valeriya Novodvorskaya 2014-cü il iyulun 12-də infeksion-toksiki şokdan dünyasını dəyişib.
Valeriya Pişelina
Valeriya Pişelina (27 fevral 1995, Minsk) — Belarusu təmsil edən bədii gimnast. Valeriya Pişelina, 2016-cı ildə Belarusu Olimpiya Oyunlarında təmsil edib. Valeriya Pişelina, 2016-cı ildə Belarus bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Mariya Kadobina, Mariya Katsiak, Anna Dudzenkova və Arina Tsitsilina ilə birgə final yarışlarında 35.299 xal topladı və 5-ci yeri tutdu.
Valeriya Qnarovskaya
Qnarovskaya Valeriya Osipovna (18 oktyabr 1923 – 23 sentyabr 1943) — sovet əsgəri, sanitar təlimatçı, Sovet İttifaqı Qəhrəmanı (ölümündən sonra) 1942-ci ilin yazında 229-cu atıcı diviziyanın tərkibinə qatılıb və 1942-ci ilin iyul ayında Stalinqrad cəbhəsində vuruşub. 23 sentyabr 1943-cü ildə İvanenki kəndi yaxınlığında, 907-ci atıcı alay, 244-cü atıcı diviziyanın sanitar təlimatçısı, əsgər Qnarovskaya, yaralı əsgərləri döyüş ərazisində çıxarıb, sarğı stansiyasına (və ya tibb məntəqəsinə) aparan zaman, tibb məntəqəsinin önünə iki alman tankının keçdiyini görür. Yaralıları qurtarmaq üçün, 19 yaşlı Valeriya Qnarovskaya, bir neçə əl bombası ilə birgə özünü tankaların birinin altına ataraq tankı partladır. İkinci tankı isə Valeriya Qnarovskayanın xilas etdiyi sovet əsgərləri vurur. 19 yaşlı əsgər Valeriya Qnarovskaya bu hadisəylə qəhrəmancasına şəhid olur. 18 oktyabr 1923-cü ildə, Lujskiy qəzasının, Modolitsı kəndində doğulub. Atası Osip Qnarovskiy Yandeb kəndinin poçt müdiri çalışıb. Anası Yevdokiya Mixayilovna isə, evdar qadın olub. 1924-cü ildə Qnarovskilər ailəsi Yandeb kənd sovetliyinə köçüb və Valeriya burada ibtidai məktəbi bitirib. İbtidai məktəbi bitirdikdən sonra, Podporojie şəhərində Puşkin adına orta məktəbə qəbul olunub.
Valeriya Qudim
Valeriya Qudim (1 mart 1995, Kiyev) — Ukraynanı təmsil edən bədii gimnast. Valeriya Qudim 2012 və 2016-cı ildə Ukraynanı Olimpiya Oyunlarında təmsil etdi. Qudim həm də I Avropa Oyunlarında bir gümüş və bir bürünc medal, Universiada Oyunlarında isə bir qızıl, üç gümüş və iki bürünc medal qazanıb. Valeriya Qudim birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. London şəhərində baş tutan yarışlarda o, komanda yoldaşları ilə birgə 54.375 xal topladı və 5-ci yeri tutdu. Valeriya Qudim 2016-cı ildə Ukrayna bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Olena Dmitraş, Yevgeniya Qomon, Oleksandra Qridasova və Anastasiya Voznyak ilə birgə final yarışlarında 34.282 xal topladı və 7-ci yeri tutaraq mübarizəni dayandırdı.
Valeriya Yeqay
Valeriya Yeqay (13 dekabr 1986, Bakı) — Azərbaycanı təmsil edən bədii gimnast. Valeriya Yeqayın da olduğu Azərbaycan qrupu 2007-ci ildə Patras şəhərində (Yunanıstan) baş tutan Dünya Çempionatını onuncu pillədə başa vurdu və olimpiya lisenziyasına sahib oldu. Valeriya Yeqay Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovada ibarət qrup beş iplə turnirdə 15.575 balla 8-ci pillədə qərarlaşdı. Avqustun 22-də 3 halqa/2 gürzlə turnirdə çıxış edən qrup turniri 15.875 balla 7-ci pillədə başa vurdu. Ümumi nəticədə isə Azərbaycan qrupu 31.450 balla 12 qrup sırasında 8-ci pillədə qərarlaşdı və olimpiadanın final mərhələsinə vəsiqə qazandı. Final mərhələsində qrup əvvəl beş iplə turnirdə mübarizə apardı. Nəticədə Azərbaycan gimnastları 16.075 balla turniri altıncı pillədə başa vurdu. 3 halqa/2 gürzlə turnirdə Azərbaycan qrupu 15.500 balla turniri yeddinci pillədə başa vurdu. Ümumi nəticədə isə Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovadan ibarət qrup Olimpiya Oyunlarında 31.575 balla yeddinci pillənin sahibi oldu.
Valeriya Xomyakova
Valeriya Dmitriyevna Xomyakova (rus. Валерия Дмитриевна Хомякова; 3 avqust 1914, Moskva – 6 oktyabr 1942, Engels, Saratov vilayəti) — İkinci Dünya Müharibəsində iştirak etmiş sovet qırıcı pilotu. O, bir müddət düşmən təyyarəsini vuran ilk qadın pilot kimi tanınmışdır. Xomyakova Qırmızı Bayraq ordeni ilə təltif edilmiş, lakin bu təltifdən cəmi iki həftə sonra uçuş qəzasında həlak olmuşdur. Valeriya Dmitriyevna Xomyakova 1914-cü ildə Rusiya imperiyasının Moskva şəhərində kimya mühəndisinin qızı olaraq anadan olub. O 1937-ci ildə Rusiyanın D.Mendeleyev adına Kimya-Texnologiya Universitetini bitirmiş və Moskvadakı Frunze zavodunda mühəndis vəzifəsində çalışmışdır. Xomyakova yerli aero klubda təlim görmüş və uçuş təlimatçısı sertifikatı almışdır. O, 586-cı qırıcı aviasiya alayının eskadrilya komandirinin müavini idi. 1942-ci ildə Nasist Almaniyasının Sovet İttifaqına hücumu zamanı Xomyakova Sovet Hərbi Hava Qüvvələrinə qoşulur. Tez bir zamanda baş leytenant rütbəsinə qədər yüksələn Xomyakova Sovet İttifaqının ilk qadın qırıcı pilotlarından biri olur və 586-cı alaya, qadın qırıcı pilotlardan ibarət hava hücumundan müdafiə alayına təyin edilir.
Kadriya Temirbulatova
Qədriyə Teymurbulatova və ya Kadriya Temirbulatova (rus. Темирбула́това Кадрия Уразбаевна; d. 14 dekabr 1948, SSRİ, RSFSR, Dağıstan MSSR, Noqay rayonunun Terekli-Məktəb kəndi – ö. 30 iyun 1978, SSRİ, RSFSR) — görkəmli noqay şairi. == Həyatı == Qədriyə Orazbay qızı Teymurbulatova 14 dekabr 1948-ci ildə Rusiyanın Dağıstan MSSR-nın Noqay rayonunun Terekli-Məktəb kəndidində çoban ailəsində anadan olmuşdur. Qədriyəni 1954-cü ildə, hələ 5 yaşı tamam olmamış kəndlərindəki orta məktəbin birinci sinfinə aparırlar. Həmin illərdə uşaqlar 7 yaşından birinci sinifə qəbul edilirdilər. Ona görə də Qədriyə sinifdəkilərdən həm yaşca kiçik, boyca da balaçaymış. Buna baxmayaraq iti qavramasıyla, dərin zəkasıyla sinif yoldaşları arasında seçilərək müəllimlərinin sevimlisinə çevrilir. 1965-ci ildə Terekli-Məktəb kənd orta məktəbini bitirərək, Həmzət Sadasa adına Mahaçqala Dövlət Pedaqoji İnstitutunun Filalogiya fakültəsinə daxil olmuşdur.