Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kamança
== Musiqi alətinin yaranması ilə bağlı rəvayət == Bu musiqi alətinin yaranması ilə bağlı tarixdə rəvayətlər dolaşmaqdadır. Əfsanəyə görə, min illər öncə göylər padşahı qartal bir ceyranı parçalayaraq onun bağırsaqlarını caynağına alıb ağacın başına atır. Bağırsaq budaqlara ilişir, isti günəş altında quruyub tarıma çəkilir, incəlir. Şiddətli küləyin təsirilə budaqlar ona toxunur, bu zaman əsrarəngiz səslər yaranır. Beləcə, günlər keçir, küləyin yaratdığı bu ecazkar səs hər kəsin zövqünü oxşayır. Günlərin bir günü külək dayanır, musiqi kəsilir. Bu ecazkar səs üçün insan övladı darıxmağa başlayır. Beləliklə, kamança musiqi aləti yaranır. Bu əfsanədə həqiqətə uyğun bir fakt vardır. Doğrudan da tarixən simli calğı alətlərinin gövdəsi, qolu və kəlləsi müxtəlif ağac növlərindən, simləri və qoluna bağlanmış pərdələri isə heyvan bağırsağından hazırlanır.
Şəhriyar Musayev (kamança)
Yamancalı
Yamancalı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. "İrəvan əyalətinin icmal dəftəri"ndə Yamanclı kimi qeyd edilmişdir. Toponim yamancalı türk mənşəli tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 25.V.1967-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dexsut qoyulmuşdur. İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd.Rayon mərkəzindən 7 km şimalda, İnəkli kəndinin yanında yerləşir. Kənddə 1831-ci ildə 137 nəfər, 1873-cü ildə 214 nəfər, 1886-cı ildə 199 nəfər, 1897-ci ildə 257 nəfər, 1908-ci ildə 272 nəfər, 1914-cü ildə 300 nəfər, 1916-cı ildə 280 nəfər, 1918-ci ilin yanvarında 763 nəfər yalnız azərbaycanlı yaşamışdır.