Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kadastr
Kadastr (fr. cadastre) — rəsmi orqanların, yaxud idarələrin siyahısı, reyestri; ora hər hansı obyekt və hadisənin sistemləşdirilmiş məlumatların cəmi, onların keyfiyyət və kəmiyyətləri daxil olur. Müvafiq obyektlər üzərində dövri və ardıcıl müşahidələr aparmaqla tərtib olunur. Kadastra həmçinin müvafiq obyekt və hadisələrin istifadəsi, mühafizəsi və s. daxil edilir. Aşağıdakı obyektlər üçün kadastr tərtib olunur: su, torpaq, iqlim, meşə, landşaft, mineral resurslar, tibbi, bioloji, xüsusi mühafizə olunan obyektlər və ərazilər, sənaye ovçuluğu, rekreasiya və s.
Kalisto
Kalisto — Günəş sistemində Yupiter planetinin ikinci ən böyük peyki. == Haqqında == Kallisto Yupiterin ən böyük 2-ci, Günəş sisteminin isə 3-cü ən böyük təbii peykidir. 1610-cu ildə Qalileo Qaliley tərəfindən kəşf edilən və bu səbəbdən Qaliley peyklərinə aid edilən Kallisto bu qrupun ən uzaqda yerləşən peykidir. Günəş sistemində ən çox kraterə sahib göy cismidir. Səthi son 4 milyard ildə heç dəyişməmişdir.
Magistr
Magistr (lat. magister — müəllim, usta) — bəzi ölkələrdə magistraturanı başa vurduqdan sonra tələbələrin əldə etdikləri ali ixtisas dərəcəsi, ilkin elmi dərəcə. Magistratura — ali xüsusi təhsil pilləsi olaraq, ikinci pillə ali təhsildə müəyyən ixtisas üzrə biliklərin dərinləşdirilməsinə xidmət edir. Avropanın "Bolonya prosesinə" qoşulmuş ölkələri, o cümlədən Azərbaycan ümumi Avropa təhsil çərçivəsi yaratmaq məqsədilə magistr təhsil pilləsini daxil etmişlər. Magistr iki il, peşə yönümündən asılı olaraq öncədən alınmış təhsili elmi cəhətdən dərinləşdirməyə və əlavə ixtisasa yiyələnməyə xidmət edə bilər. Bundan əlavə magistr dərəcəsi aspiranturada təhsil üçün əsas şərt sayılır. Magistraturada təhsilə məhdudiyyət vardır. Azərbaycanda magistr təhsilinin əsasları "Azərbaycan Respublikasının təhsil qanununda" ətraflı verilir.
Maqistr
Magistr (lat. magister — müəllim, usta) — bəzi ölkələrdə magistraturanı başa vurduqdan sonra tələbələrin əldə etdikləri ali ixtisas dərəcəsi, ilkin elmi dərəcə. Magistratura — ali xüsusi təhsil pilləsi olaraq, ikinci pillə ali təhsildə müəyyən ixtisas üzrə biliklərin dərinləşdirilməsinə xidmət edir. Avropanın "Bolonya prosesinə" qoşulmuş ölkələri, o cümlədən Azərbaycan ümumi Avropa təhsil çərçivəsi yaratmaq məqsədilə magistr təhsil pilləsini daxil etmişlər. Magistr iki il, peşə yönümündən asılı olaraq öncədən alınmış təhsili elmi cəhətdən dərinləşdirməyə və əlavə ixtisasa yiyələnməyə xidmət edə bilər. Bundan əlavə magistr dərəcəsi aspiranturada təhsil üçün əsas şərt sayılır. Magistraturada təhsilə məhdudiyyət vardır. Azərbaycanda magistr təhsilinin əsasları "Azərbaycan Respublikasının təhsil qanununda" ətraflı verilir.
Kanser
Xərçəng xəstəliyi bədxassəli şiş (tumor) hüceyrələrinin əsl yerindən çıxaraq, orqanizmin digər hissələrinə hücum və yayılma potensialı və anormal hüceyrə bölünməsini əhatə edən xəstəliklər qrupudur. Bədxassəli neoplazma kimi də tanınır[mənbə göstərin]. == Əsas müalicə növləri == Şişin çıxarılması. Şiş hüceyrələri şişdən kənarda da tapıla bildiyi üçün o, bir kənar ilə çıxarılır. Məsələn, süd vəzi xərçəngində adətən bütün döş, eləcə də aksiller və körpücükaltı limfa düyünləri çıxarılır. Buna baxmayaraq, çıxarılan orqan və ya onun bir hissəsindən kənarda şiş hüceyrələri varsa, əməliyyat onların metastazlarının yaranmasına mane olmur. Üstəlik, birincil şiş çıxarıldıqdan sonra metastazların böyüməsi sürətlənir. Kimyaterapiya. Sürətlə bölünən hüceyrələri hədəf alan dərmanlar istifadə olunur. Dərmanlar DNT duplikasiyasını yatıra bilir, hüceyrə membranının ikiyə bölünməsinə mane olur və s, lakin şiş hüceyrələrindən başqa bir çox sağlam olanlar, məsələn, mədə epitel hüceyrələri orqanizmdə intensiv və sürətlə bölünür.
Hərbi magistr
Hərbi magistr (lat. Magíster mílitum — ordu magistrı, silah magistrı ya hərbi magistr) — Roma İmperiyasında və Respublika dövründə müasir dönəmin "Baş qərargah rəisi" rütbəsinə uyğun olan hərbi vəzifə idi. IV əsrin ortalarında Böyük Konstantin tərəfindən pretoriya prefektlərinin hərbi funksiyası əllərindən alındıqdan sonra bu vəzifə təsis edilmişdir. Əvvəlcə iki vəzifə: piyadalar magistrı (lat. magister peditum) və suvari magistrı (lat. magister equitum, bu vəzifə hələ Roma Respublikası dövründə mövcud olmuşdur) təsis edilir. Piyadalar magistrı daha böyük sayılırdı. Öz növbəsində həm piyadalar həm də suvarilər rəisi hər iki qoşun növünə rəhbərlik etməyə başlayırdı və müvafiq olaraq bu vəzivə piyada və suvarilər rəisi (lat. magister equitum et peditum) və ya hər iki ordunun rəisi (lat. magister utriusquae militiae) adlandırılırdı.
Kanisib (Piranşəhr)
Kanisib (fars. كاني سيب‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 43 nəfər yaşayır (6 ailə).
Kanisib (Soyuqbulaq)
Kanisib (fars. كاني سيب‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 470 nəfər yaşayır (76 ailə).
Kanisiv (Sərdəşt)
Kanisiv (fars. كاني سيو‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 88 nəfər yaşayır (20 ailə).
Kanisürx (Üşnəviyyə)
Kanisürx (fars. كاني سرخ‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 419 nəfər yaşayır (65 ailə).
Mariya Kapnist
Mariya Kapnist (9 (22) mart 1913, Sankt-Peterburq – 25 oktyabr 1993, Kiyev) — ukraynalı aktrisa, Ukrayna SSR-nin əməkdar artisti (1988). O, uzunmüddətli aktyorluq karyerası ərzində (1956–1993) yüzdən çox rolda oynamışdır. == Erkən həyat və təhsil == Marietta Rostislavivna Kapnist 9 (22) mart 1913-cü ildə Sankt-Peterburqda anadan olub. Onun atası qraf Rostislav Kapnist, Zaporojye ordusunun Mirqorod və Kiyev polkovniki Vasili Kapnistin birbaşa nəslindən, anası Anastasiya Baydak isə Zaporojye atamanı İvan Sirkonun nəvəsi idi. Kapnist ilk vokal dərslərini rus opera müğənnisi Fyodor Şalyapindən almışdır. Kapnist ailəsi 1917-ci ilə qədər Sankt-Peterburqda yaşamış, həmin il Rusiya inqilabı səbəbi ilə Krıma, Sudaka qaçmalı olmuşdurlar. Kapnistin atası 1921-ci ildə ÇK-nın cəza dəstəsi tərəfindən güllələnib. Tezliklə kapnistlərin Sudakdakı evi dağıdılmış və sağ qalan ailə üzvləri gizlənməli olmuşdur. 1927-ci ildə Kapnist xalası ilə yaşamaq üçün Kiyevə köçdü və orada fəhlə məktəbini bitirdi. O daha sonra Leninqrada köçərək 1934-cü ildə Aleksandr Puşkin adına Leninqrad Dram Teatrında Yuri Yuriyevin teatr studiyasına daxil oldu.
Kanisi (Urmiya)
Kanisi (fars. كنيسي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 473 nəfər yaşayır (73 ailə).
Azərbaycanın kadastr rayonları
Azərbaycan Respublikasının dövlət torpaq kadastrı. == Cəlilabad kadastr rayonu == Bu rayona eyniadlı inzibati rayonun düzləri və qismən dağətəyi əraziləri daxil edilmişdir. Ümumi sahəsi 102,3 min ha (Azərbaycan ərazisinin 1,2%-i) təşkil edir. Bu sahənin 24,5 min ha-nı əkin sahələri (23,9%), 19,2 min ha-nı çoxillik əkmələr (18,8%), 11,1 min ha-nı örüşlər (10,8%), 20,9 min ha-nı otlaqlar və biçənəklər (20,4%) təşkil edir. Kənd təsərrüfatı ehtiyacları üçün yararlı olan torpaqlar 76,2 min ha sahəni tutur. Orta illik temperatur 14,1°, vegetasiya dövründə fəal temperaturlar cəmi 4300–4400° təşkil edir. İllik yağıntıların miqdan 400– 600 mm-ə bərabərdir. İl ərzində yağıntılar bərabər paylanmır, daha çox yazda və payızda düşür. Ərazidə qəhvəyi, boz-qəhvəyi, çəmən-qəhvəyi və başqa torpaqlar yayılmışdır. Ərazi üzüm yetişdirilməsi üçün əlverişlidir.
Kastr (rayon)
Kastr (fr. Castres) — Fransanın Cənub-Pireney regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Tarn. Suprefektura — Kastr. Rayon əhalisi 2006-cı ildə 187 455 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 62 nəf / km². Rayon sahəsi — 2195 km².
Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi
Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi == Haqqında == Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutu (bundan sonra İnstitut) Azərbaycan SSR Nazirlər Sovetinin 04 aprel 1968-ci il tarixli 145 saylı qərarı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş keçmiş yerquruluşu ekspedisiyasının, növbəli əkin sisteminin tətbiqi üzrə respublika ekspedisiyasının, Bakı və Gəncə torpaq tədqiqatı ekspedisiyalarının bazasında təşkil olunmuş və Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 1992-ci il tarixli 227 nömrəli Fərmanı ilə keçmiş Dövlət Torpaq Komitəsinin tabeliyinə verilmişdir.[mənbə göstərin] İnstitutun Nizamnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 04 sentyabr 1994-cü il tarixli 442 saylı qərarı ilə dövlət qeydiyyatına alınmış, Nazirliyin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən 08 dekabr 1999-cu il tarixdə və 06 may 2002-ci il tarixdə yeni redasiyada 442 say altında təkrar qeydiyyatdan keçirilmişdir.[mənbə göstərin] İnstitut öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əmrlərini, sərəncamlarını, sifarişlərini, göstərişlərini və öz Nizamnaməsini rəhbər tutur. İnstitut Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olmaqla, onun vahid sistemini təşkil edir və ona hesabat verir, tapşırıqları və müqavilələr əsasında respublikada torpaq islahatının həyata keçirilməsi ilə bağlı torpaq münasibətlərinin tənzimlənməsi, təsərrüfatçılıq formasından asılı olmayaraq torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin artırılması, ekologiyası və rekultivasiyası sahəsində yerquruluşu, torpaq kadastrı, torpaq tədqiqatı, geobotaniki tədqiqat, torpaq uçotunun aparılması, torpaq istifadəçilərinin və mülkiyyətçitlərinin sifarişi ilə yerquruluşu planlarının hazırlanması, torpaqlardan istifadəyə, onların mühafizəsinə, münbitliyinin təmin olunmasına, rekultivasiyasına dair layihələrin hazırlanması və digər layihə-axtarış işlərini həyata keçirən baş podratçı təşkilatdır, topogeodeziya, topoplanalma mühəndis-geodeziya və geniş məqsədli, müxtəlif təyinatlı xəritəçəkmə işlərini yerinə yetirir. İnstitut öz fəaliyyətini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olan təşkilatlarla, habelə Dövlət və Bələdiyyə orqanları ilə, qarşılıqlı əlaqəli qaydada həyata keçirir. İnstitut hüquqi şəxsdir, müstəqil balansa, xərclər smetasına, operativ idarəçilik hüququ ilə dövlət mülkiyyətində olan əmlaka, müvafiq bank hesablarına, Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. İnstitutun əmlakını onun əsas fondları, dövriyyə vasitələri və onun balansında olan başqa qiymətli məmulatlar təşkil edir. İnstitutunun mərkəzi aparatı və onun vahid sistemini təşkil edən struktur bölmələrinin saxlanması və maddi-texniki təminat xərcləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Bələdiyyə orqanlarının, digər sifarişçilərin vəsaiti hesabına və qanunvericiliyinə zidd olmayan mənbələr hesabına maliyələşdirilir. İnstitut həmin vəsaitlərin sərəncamçısıdır. 2015-ci ildə bazasında Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi yaradıldı.
Şanışer
Şanışer (türk. Şanışer; əsl adı Sarp Palaur, türk. Sarp Palaur; d. 9 noyabr 1987, İstanbul, Türkiyə) — türk repçi. Əsl adı ilə Sarp Palaur olan bu repçi 9 noyabr 1987-ci ildə Türkiyənin İstanbul şəhərində dünyaya gəlib. İbtidai və tam orta təhsilini İstanbulda bitirdikdən sonra həyatını uzun bir müddət Antalyada davam etdirdi. 2005-ci ildə Muğla Universitetində Turizm və Otelçilik ixtisasında təhsil almağa başladı. Şehinşah adlı türk repçi ilə eyi məhəllədə yaşayan Şanışer bir çox müsahibəsində onun dinləyicilərindən biri olduğunu deyir. Bir yerdə qeyd etdikləri bir çox səsyazmalar vardır. İlk səsyazmasını 2000-ci ildə evində qeyd etmişdir.
I Kanişka
I Kanişka — 78-144-ci illərdə Kuşan imperiyasının xaqanı. == Həyatı == Kuşan dövləti, ən parlaq zamanını Kanişka dönəmində (78-144) yaşadı. Pişəvər şəhərinin səs-sorağı hər yana yayıldı. == I Kanişka və Hindistan mədəniyyəti == Maurilərin ardınca Kuşanlar sülaləsi (b.e-nın I-III əsrləri) qədim Hindistanın tərəqqisini yüksəklərə qaldırdı. Xüsusilə, Kanişkinin hakimiyyəti dövrü (b.e. 78-144) buraya aid edilir. B.e-nın I-III əsrlərində handhar incəsənət məktəbi mühüm yer tutdu. Bu məktəbdə Şimali Hindistan, Orta Asiya, Yunan-Roma məktəbinin ənənələri üstünlük təşkil edirdi. Bu məktəbin özüməxsusluğu Buddanın ideallaşdırılmış gözəl insan obrazında antropomorf təsvirdə verilməsi ilə izah edilir.
Kanış Satbayev
Kanış Satbayev (31 mart (12 aprel) 1899 – 31 yanvar 1964, Moskva) — Qazaxıstan Elmlər Akademiyasının ilk prezidenti və prinsipial tərəfdarı, həmçinin də SSRİ metallogeniyasının təsisçilərindən biri. == Bioqrafiya == Satbayev Pavlodar vilayətinin Bayanaul rayonunda anadan olub. Satbayevin geologiya ilə maraqlanmağına Tomsk geoloqu Mixail Usov səbəb olub. 1921-ci ildə o, Tomsk Texnoloji İnstitutuna (indi Tomsk Politexnik Universiteti adlanır) daxil olub. 1926-ci ildə təhsilini başa vurduqdan sonra, Satbayev Qazaxıstana qayıdıb və ilk ixtisaslı Qazax dağ mühəndisi və geoloqu olub. O, 1964-ci ildə Moskvada dünyasını dəyişib və Almatıda dəfn olunub. == İrs == Kanış Satbayev 640-dan çox elmi əsərin müəllifidir. O, Qazaxıstanın mineral ehtiyatlarının araşdırılması mərkəzi olan Geologiya İnstitutu yaradıb. Satbayevin şərəfinə adlandırılıb: Karaqanda vilayətində Satbayev şəhəri Kanış Satbayev kanalı Satbayevite mineralı (6Al (OH)3×3v (O2OH)×2v O(OH)2) Satbayev adına Qazaxıstan Milli Texniki Universiteti Qazaxıstanda bir neçə küçə və məktəb Asteroid qurşağında 2402 Satbayev asteroidi == Biblioqrafiya == İngilis dilində nəşrlər Satpaev K.I. Program of Kazakh scientists // Moscow News. 1948.
Abidələr danışır (film, 1964)
Abidələr danışır qısametrajlı sənədli filmi rejissor Rasim Ocaqov tərəfindən 1964-cü ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film tarixin daş yaddaşı olan Azərbaycan abidələrindən söhbət açır. == Məzmun == Film tarixin daş yaddaşı olan Azərbaycan abidələrindən söhbət açır.
Kral danışır! (film, 2010)
Kralın nitqi — rejissoru Tom Huper olan və ssenarisi Devid Saydler tərəfindən yazılmış tarixi film.