Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kanuri dili
Kanuri dili – Nigeriya, Niger, Çad və Kamerunda kanurilər tərəfindən danışılan bir zəncirvari dialektdir. Həmçinin Cənubi Liviyada kiçik kanuridilli azlıqlar və Sudanda kanuridilli diaspor var.
Kantri
ABŞ kantri musiqisinin kökləri Britaniya adalarının xalq musiqisinə dayanır. İngilis, irland, şotland və uels poeziyası, folkloru, balladası və dənizçi nəğmələri Birləşmiş Ştatlarda milli musiqi adı ilə meydana gələn ilkin nəğmələrin bir neçəsinin əsasını təşkil edir. Buna baxmayaraq, ötən 5 əsr ərzində musiqinin müxtəlif regional və etnik janrları Amerika musiqisinə dərindən təsir etmişdir. Meksikadakı, Almaniyadakı, Polşadakı, Fransadakı amerikalıların və bir neçə başqa qrupların hamısının yerli musiqinin inkişafında böyük təsirləri olmuşdur. == Mənşəyi == Bu günkü yerli musiqinin mənşəyi 18-ci əsr Cənubi Amerikası hesab oluna bilər, çünki çox saylı ingilisdilli mühacir həmin dövrdə bu regiona köçürdü. 19-cu əsrin əvvəllərinə qədər bu ingilis təşəbbüsçülərindən bəziləri Texas qədər uzaq qərbə köçdülər. Əsasən kənd, aqrar cəmiyyət olan Cənub getdikcə urbanizasiyalaşan və sənayeləşən Şimaldan mədəni cəhətdən bir qədər ayrıldı. Nəticə etibarilə, cənublular öz ata-baba yurdlarının xalq musiqisi ənənəsini qoruyub saxlamağa meyilli oldular. Cənub xalq mahnılarının adətən Britaniya adalarının ənənəvi musiqisinə əsaslanmasına baxmayaraq, onlar Cənubun müxtəlif bölgələrində rast gəlinən müəyyən etnik və sosial təsirlərə görə əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qalmışdır. 19-cu əsrin ortalarına qədər “kantri musiqissi”nə Birləşmiş Ştatların digər ərazilərində və Cənub boyunca regiondan regiona kəskin fərqlənən müxtəlif üslublu növlər daxil idi.
Zanuri
Zan dilləri, Zanuri (gürc. ზანური ენები) və ya Kolxida dili — kartvel dillərinin qolu. Zanuri meqrel və laz dillərindən təşkil olunmuşdur. Bəzi dilşünaslar hesab edirlər ki, bu dillərin hər ikisi də zan dilinin ləhçələridir. Buna baxmayaraq, meqrel və laz dilləri qarşılıqlı olaraq, tam şəkildə anlaşıqlı deyil, ancaq bir dillərdən birini danışanlar o biri dildəki çox sözü tanıya bilir. Zanuri gürcü, svan və Acara dilləri ilə qohumdur. Zan termini Kolxida tayfalarının birinin yunan-Roma dilindəki adından gəlir, hansı ki, demək olar ki, meqrel və svanlara verilən ad ilə eynidir. Gürcüstan dilşünası Akaki Şanidze Kolxida terminin zan dili üçün uyğun olacağını irəli sürmüşdür. Kartvel dilləri üzrə ixtisaslaşmış Rusiya dilşünası Georgi Klimov tərəfindən aparılan bir qlottoxronoloji analizə görə, zan dilləri adi kartvel dil qrupundan e.ə. VIII əsrdə ayrılmışdır.
Kanari-Uorf
Kanari-Uorf (ing. Canary Wharf) — London şəhərində biznes rayonu. == Tarixi == Kanari-Uorf Vest İndia tərsanəsi olan İtlər adasında yerləşir. 1802-ci ildə ərazi dünyada ən məşğul tərsanələrdən biri olmuşdur. 1960-cı illərdən sonra, portda sənaye azalmağa başladı və bütün tərsanələr 1981-ci ildə bağlandı.
Kantri musiqisi
ABŞ kantri musiqisinin kökləri Britaniya adalarının xalq musiqisinə dayanır. İngilis, irland, şotland və uels poeziyası, folkloru, balladası və dənizçi nəğmələri Birləşmiş Ştatlarda milli musiqi adı ilə meydana gələn ilkin nəğmələrin bir neçəsinin əsasını təşkil edir. Buna baxmayaraq, ötən 5 əsr ərzində musiqinin müxtəlif regional və etnik janrları Amerika musiqisinə dərindən təsir etmişdir. Meksikadakı, Almaniyadakı, Polşadakı, Fransadakı amerikalıların və bir neçə başqa qrupların hamısının yerli musiqinin inkişafında böyük təsirləri olmuşdur. == Mənşəyi == Bu günkü yerli musiqinin mənşəyi 18-ci əsr Cənubi Amerikası hesab oluna bilər, çünki çox saylı ingilisdilli mühacir həmin dövrdə bu regiona köçürdü. 19-cu əsrin əvvəllərinə qədər bu ingilis təşəbbüsçülərindən bəziləri Texas qədər uzaq qərbə köçdülər. Əsasən kənd, aqrar cəmiyyət olan Cənub getdikcə urbanizasiyalaşan və sənayeləşən Şimaldan mədəni cəhətdən bir qədər ayrıldı. Nəticə etibarilə, cənublular öz ata-baba yurdlarının xalq musiqisi ənənəsini qoruyub saxlamağa meyilli oldular. Cənub xalq mahnılarının adətən Britaniya adalarının ənənəvi musiqisinə əsaslanmasına baxmayaraq, onlar Cənubun müxtəlif bölgələrində rast gəlinən müəyyən etnik və sosial təsirlərə görə əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qalmışdır. 19-cu əsrin ortalarına qədər “kantri musiqissi”nə Birləşmiş Ştatların digər ərazilərində və Cənub boyunca regiondan regiona kəskin fərqlənən müxtəlif üslublu növlər daxil idi.
Phytoseius kapuri
Phytoseius kapuri (lat. Phytoseius kapuri) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. Phytoseius kapuri Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Trabzon Kanuni FK
Ananuri
Ananuri (gürc. ანანური) — Gürcüstanda, Tbilisidən 70 km şərqdə qala kompleksi. Ananuri Azərbaycanla sərhədin yaxınlığında, Araqvi çayının sahilində yerləşir. Qalanın təxminən 13-cü əsrdə tikildiyi güman olunur.
Kabuki
Kabuki (yap. 歌舞伎) — ənənəvi Yaponiya teatr sənəti. Mahnı ifa etməyin, musiqinin, rəqsin və dramın sintezini özündə əks etdirir. Kabuki sənət ustaları ağır qrimdən və yüksək rəmzli geyimlərdən istifadə edirlər. “Kabuki” sözü yapon dilində üç heroqlifdən ibarətdir — 歌舞伎. Burada 歌舞 (kabu) simvolları “mahnı və rəqs”, 伎 (ki) işarəsi isə “ustalıq” mənasını daşıyır. Kabuki janrı XVII əsrdə Edo dövründə xalq mahnıları və rəqslərinin əsasında yaranıb. Bu janrın yaranması Okuni adlı İdzumi Taysya məbədinin qulluqçusu ilə əlaqəlidir. Belə ki, Okuni 1603-cü ildə Kioto çayının qurumuş qolunda və şəhərin küçələrində ayini rəqslər ifa etməyə başlayır. Müasir Yaponiyada kabuki ən məşhur teatr sənəti kimi tanınır.
Kakuro
Kakuro — rəqəmlərdən təşkil olunan tapmaca. Kakuro adının mənşəyi oyunu ixtira edən yaponlar tərəfindən kasan kurosu (加算クロス, kəsişən toplamalar) sözündən götürülüb; Bu tapmaca ABŞ-də həmçinin Cross Sums (kəsişən cəmlər) kimi də adlandırılır == Oyunun qaydaları == Oyunun sahəsi qara və ağ rəngli xanalardan ibarətdir. Vertikal və ya horizontal ardıcıl qurulan bir neçə ağ xana qrupu blok adlanır. Hər bir blokda yerləşməli olan rəqəmlərin cəmi yazılır. Şaquli bloklar üçün bu cəm adətən blokdan bilavasitə yuxarıda, horizontal bloklar üçün isə bilavasitə solda yazılır.Bütün ağ xanalara şaquli və üfüqi kəsişmələrdə unikallığı gözləməklə, 1-dən 9-a qədər elə rəqəmlər yazılmalıdır ki, bu rəqəmlərin cəmi tapmacanın şərtindəki cəmə bərabər olsun.
Kalori
Kalori — istiliyin sistemdən kənar vahidi; Adətən 1 q suyu 1 °C qızdırmaq üçün sərf olunan istilik miqdarı Kalori götürülür. Beynəlxalq kkal kimi beynəlxalq kvt. saatın 1/861 -i götürülür. Beynəlxalq vahidlər sistemində istilik vahidi couldur. 1 kal = 4,1868 °C, 20 dərəcəli K = 4,181 °C. K. müxtəlif vaxtlarda başqa temperatur intervallarında da təyin olunmuşdur..
Kanart
Kanart adi təyyarələrdən fərqli olaraq, əsas daşıyıcı qanadların arxada və üfüqi stabilizatorun qabaqda olduğu sabit qanadlı təyyarə modelidir. Ön tərəfdə daşımaq və ya nəzarət etmək üçün istifadə olunan səthlərə də kanart deyilir. == Xüsusiyyətləri == === Faydaları === Kanart dizaynları kanart tipinə görə müxtəlif üstünlüklərə malikdir. İki növ kanart var; Nəzarət kanartı, daşıyıcı kanart. Nəzarət kanartı, təyyarə qabaqda olan kanartlar daşınmanı bölüşmür, yalnız nəzarət səthlərindən ibarətdir. Bəzi təyyarələrdə daşınmanın bir hissəsi daşıyıcı kanart öz üstünə götürür. Bu vəziyyətdə, qaldırmanın kvadratından asılı olaraq induksiyalı sürüklənmə azalır. Sürütlənmə qüvvəsinin azaldılması çəkidən, dolayı yolla görə mühərrikdən, yanacaqdan qənaəti təmin edir. Kanart təyyarələrin saxlanma itkisi (Stall) xüsusiyyətləri də müsbətdir, çünki kanartlar əsas daşıyıcı qanadlardan əvvəl saxlanma itkisinə məruz qalırlar. Beləliklə, saxlanma itirildikdən sonra burun aşağı moment əldə edilir.
Kandzi
Kanci (yap.: ; ci — hərflər, Kan — Xan; hərfi mənası: "xan hərfləri") — müasir yapon yazısında hiraqana, katakana, ərəb rəqəmləri və romaci (latın əlifbası) ilə birgə işlənən çin heroqrifləri.
Kanpur
Kanpur - Hindistanın Uttar Pradeş ştatında yerləşən şəhər. Bu ştatın Allahabad şəhərindən sonra ən böyük 2-ci şəhəridir. Dünyanın isə ən böyük 75-ci şəhəridir. Dəri istehsalında çox əhəmiyyətli yeri olduğundan "Hindistanın dəri şəhəri" və ya sədəcə "Dəri şəhəri" də adlandırılır. Başqa ləqəbi isə "Şərqin Mançesteri"dir.
Kazuki
Kazuki — Yapon adı. Kazuki Yoşinaqa — Yaponiyalı şort-trekçi. Kazuki Naqasava — Yaponiya futbolçusu. Kazuki Qanaha — Yaponiya futbolçusu.
Kazumi
Kazumi — Yaponiya kişi adı. Kazumi Takada — keçmiş Yaponiya futbolçusu. Kazumi Tsubota — keçmiş Yaponiya futbolçusu.
Kazuki Naqasava
Kazuki Naqasava (16 dekabr 1991[…]) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Kazuki Qanaha
Kazuki Qanaha (d. 26 sentyabr 1980) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib, 3 qol vurub.
Kazuşi Kimura
Kazuşi Kimura (d. 19 iyul 1958) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 54 oyun keçirib, 26 qol vurub.
Kaçura Taro
Kasubi türbələri
Uqanda Kampaladakı Kasubi türbələri Buqanda kralları və Baqanda kral ailəsinin digər üzvləri üçün tikilmişdir. Kral keçmişinə görə, ərazi Qanda xalqı üçün mənəvi və siyasi yer olmaqla yanaşı ənənəvi memarlığın mühüm nümunəsi olaraq qalır. 2001-ci ilin dekabrında UNESCO tərəfindən Dünya İrsi Mirası elan edilmiş və "Afrikanın sub-Sahara bölgəsində bitki materiallarından hazırlanan əlamətdar quruluşlardan biri" olaraq təsvir edilmişdi. Ərazidəki bəzi böyük binalar 2010-cu ilin mart ayında baş vermiş yanğınla demək olar ki, tamamilə məhv edildi.
Kazuki Yoşinaqa
Kazuki Yoşinaqa (31 iyul 1999) — Yaponiyalı şort-trekçi. Kazuki Yoşinaqa Yaponiyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kazuki Yoşinaqa birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 1500 m məsafəyə şort-trek yarışlarında iştirak etdi. Yoşinaqa yarışda penaltilərlə məğlub oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Kazumi Kişi
Kazumi Kişi (d. 25 noyabr 1975) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 9 oyun keçirib, 2 qol vurub.
Kazumi Takada
Kazumi Takada (28 iyun 1951 – 1 oktyabr 2009) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 16 oyun keçirib.
Kazumi Tsubota
Kazumi Tsubota (d. 23 yanvar 1956) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Eri Kanalı
Eri Kanalı, Eri gölü ilə Hudson çayını birbirinə bağlayır. 584 km uzunluğa, 12 metr genişliyə və 1,20 metr dərinliyə sahibdir. Şimali Amerikanın böyük beş gölünü Nyu-Yorkdan Atlantik okeana bağlayır.Birinci dəfə 1699-cu ildə tövsiyə edilən kanalın yaradılmasına 1817-ci ildə başlanılmış və 26 oktyabr 1825-ci ildə açılmışdır.
Fironlar kanalı
Fironlar kanalı (dörd çarın kanalı, sonralar Trayan çayı) — Qırmızı dənizin Süveyş körfəzini Nil çayı ilə birləşdirən qədim hidrotexniki qurğunun şərti adı. Kanal e.ə. VIII əsrə qədər mövcud olmuş və Süveyş kanalı onun müasiri hesab olunur. == Fars işğalına qədər və Əhəmənilər dövlətinin tərkibindəki dövr == Qırmızı dənizlə Aralıq dənizini birləşdirmək ideyyası hələ qədim dövrlərdən mövcud olmuşdur. Aristotel məlumat verir ki, kanalın ilk qurucusu Sesostris olmuşdur. Sesostris - əslində Qədim Misir fironlarının ümumiləşdirilmiş obrazıdır. Daha çox bu obrazda II Ramzes və III Senusert göstərilirdi. Aristotelə görə kanalın tikintisi yarımçıq qalmış, səbəb isə dəniz səviyyəsinin çay səviyyəsindən yüksəkdə olması idi. Strabon qeyd edir ki, məhs misirlilər çay suyuna dəniz suyunu qarışdırıb xarab etməkdən çəkinmişlər. Firon I Setinin dövründən bizlərə Nil çayı ilə Böyük və Kiçik Acılı gölləri birləşdirən kanalların rəsmi gəlib çatmışdır.
Hücum kənarı
Hücum kənarı - hər hansı bir aerofoilin qabaq tərəfdə, axıntı ilə birinci olaraq qarşılaşdığı uc hissə.
Kaledon kanalı
Kaledon kanalı — (ing. Caledonian Canal) Şotlandiya ərazisində yerləşən gəmiçilik kanalı. Kanalın ümumi uzunluğu 96 km olsa da, bunun 32 km-i süni kanaldır. == Ümumi məlumat == Kanal tektonik sınma zonasında formalaşmış Qlen-Mor vadisində yerləşir. Kaledon kanalı ölkənin Şimal dənizi sahillərini, Atlantik okeanın suları ilə birləşdirir. Kanal 29 şlüz, 4 akveduk və 10 körpüdən ibarətdir. Kanal özündə Lox Ness, Lox Loki və Lok Oix göllərini birləşdirir. Hal-hazırda kanalın gəmiçilik əhəmiyyəti o qədərdə böyük deyil. Daha çox turistləri cəlb edən bu yol mart ayından oktyabra ayına qədər səyahətə gələnlər üçün açıq olur. == Tikilmə tarixi == Kaledon kanalı əslində ən qədim fəaliyyət göstərən kanallardan biri hesab olunur.
Kil kanalı
Kil kanalı (alm. Nord-Ostsee-Kanal‎; 1948-ci ilə qədər Kaiser-Wilhelm-Kanal alm. Kaiser-Wilhelm-Kanal‎) — Almaniyada yerləşən, Baltik və Şimal dənizlərini birləşdirən kanal. Kanal Kiel körfəzindən, Kiel şəhəri yaxınlığındakı (şəhərətrafı rayon Holtenaudan) başlayaraq, Elba çayının ağzına və Brunsbüttel şəhərinə qədər davam edir. Uzunluğu 98 km, eni 100 m-dən, dərinliyi isə 11 m-dir. Kanal hər tərəfdən bir cüt şlüz ilə bitir, onlardan biri kiçik ölçülü bir donanma üçün nəzərdə tutulub. Kiel kanalı 20 iyun 1895-də tikintisinə başlandı, tikinti 8 il davam etdi. Kanal avropada ən çox işlədilən gəmi marşrutlarından biridir. Bu yol ilə birlikdə Yutland yarımadasını dövr edərək üzmək ilə müqayisədə təxminən 519 kilometr qədər yola qənaət olunur. Eyni zamanda, kanal təxminən bir gün səyahət vaxtını, həm də dəniz fırtınaları riskini azaldır.