Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kataro monastırı
Katarovəng monastırı — Xocavənd rayonunun Çaylaqqala və Köhnə Tağlar kəndləri arasında, Ziyarət dağının zirvəsində yerləşən tarix-memarlıq abidəsi. Monastrın adı mənbələrdə Qafqaz Albaniyasında IV əsrə aid hadisələrlə bağlı xatırlansa da, dövrümüzə çatmış tikili XVII əsrə aiddir. Monastır, dəniz səviyyəsindən 2150 metr hündürlükdə yerləşir. Kilsə, planda düzbucaqlı formaya malik birnefli bazilika olmaqla, ikitərəfli damla örtülmüşdür. Tikilinin inşasında kobud yonulmuş yerli daşlardan istifadə edilmişdir. == Tarixi == Moisey Kalankatlı “Alban ölkəsinin tarixi”ndə Müqəddəs Qriqorisin fəaliyyətindən bəhs edərkən qeyd edir ki, xristianlığı təbliğ etməsi Massaget çarı Sanesanın xoşuna gəlmir. Çarın əmri ilə Müqəddəs Qriqoris Xəzər dənizi sahilindəki Vatnean düzündə vəhşi atın quyruğuna bağlanaraq şəhid edilir. Sanesanın xristianlığı qəbul etmiş oğlanları Massaget ölkəsinin digər xristianları ilə birlikdə müqəddəsin cəsədini götürərək Alban Katolikosluğunun mərkəzi Çolaya qaçırlar. Oğlanlarını təqib edən Saneasan Çolaya girərək şəhəri dağıdır, kilsələri və müqəddəs kitabları yandırır. Qaçqın xristianlar Qafqaz Albaniyasının içlərinə doğru irəliləyərək Haband vilayətində sığınırlar.
Kabare
Kabare hər cür aktual mövzuya istehzalı, iynəli, satirik münasibətlə yanaşan, sosial tənqidə üz tutan teatr növüdür. Xüsusilə siyasi və sosial mövzulara diqqət yetirən kabaredə melodiyalar, rəqslər, eskizlər, monoloqlar, dialoqlar və hətta açıq şoular və qısametrajlı filmlər də yer alır. Kabare yumoristik və əyləncəli olsa da, əsasən ciddi teatr janrlarından biri hesab olunur. Kabare sözü fransızca meyxana mənasını verən cabaret sözündən götürülmüşdür.
Kahard
Kahard kəndi, İranın Həmədan ostanında, Rəzən şəhristanının Mərkəzi bəxşi və Rəzən qəsəbəsində yerləşib. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, bu kəndin 1,411 nəfər əhalisi və 301 ailəsi var.
Kakapo
Kakapo (mao. Kākāpō; lat. Strigops habroptilus) və ya bayquş tutuquşu — Yeni Zelandiyanın təbii meşələrində yayılmış taksonomik ranq olan Yeni Zelandiya tutuquşularının böyük növlərindən biri olan tutuquşu növü. Kakapo dünyada uça bilməyən yeganə tutuquşu növüdür. Sayıları həddən artıq azdır. Strigopidae fəsiləsinin yeganə yaşayan növüdür. Gecə həyat tərzi keçirmələri, yumuşaq lələklərə malik olmaları, bayquşlara oxşamalarına görə bəzən bayquş tutuquşu adlandırılırlar. == Təkamül == Aparılan araşdırmalar kakapoların digər quşlardan 82.000-85.000 il əvvəl ayrılmışlar. Kakapoların nə zaman Yeni Zelandiyaya köç etdikləri məlum deyil. Amma onların buraya gəlməzdən əvvəl uça bildikləri məlumdur.
Kakuro
Kakuro — rəqəmlərdən təşkil olunan tapmaca. Kakuro adının mənşəyi oyunu ixtira edən yaponlar tərəfindən kasan kurosu (加算クロス, kəsişən toplamalar) sözündən götürülüb; Bu tapmaca ABŞ-də həmçinin Cross Sums (kəsişən cəmlər) kimi də adlandırılır == Oyunun qaydaları == Oyunun sahəsi qara və ağ rəngli xanalardan ibarətdir. Vertikal və ya horizontal ardıcıl qurulan bir neçə ağ xana qrupu blok adlanır. Hər bir blokda yerləşməli olan rəqəmlərin cəmi yazılır. Şaquli bloklar üçün bu cəm adətən blokdan bilavasitə yuxarıda, horizontal bloklar üçün isə bilavasitə solda yazılır.Bütün ağ xanalara şaquli və üfüqi kəsişmələrdə unikallığı gözləməklə, 1-dən 9-a qədər elə rəqəmlər yazılmalıdır ki, bu rəqəmlərin cəmi tapmacanın şərtindəki cəmə bərabər olsun.
Kalara
Kalara — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 11 km məsafədə yerləşir. Kəndin qədim adı Kalalı //Kalaley olmuşdur. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Kelare kimi qeyd edilir . Toponim türk dilində «dayaz dərə» mənasında işlənən kol sözü ilə, «hüdud», «sərhəd» mənasında işlənən ara sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 1. XII. 1949 - cu il fərmanı ilə adı dəyişdirilib Qukasavan qoyulmuşdur. == Əhalisi == Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 6 nəfər, 1926-cı ildə 5 nəfər azərbaycanlı yaşamışdır .
Kamara
Kamara — Afrika ölkələrində daha çox işlədilən soyad. Məhəmməd Kamara — Liferinq klubunda çıxış edən Mali futbolçusu. Mahdi Kamara — Sent-Etyen klubunda çıxış edən Fransa futbolçusu. Boubakar Kamara — Marsel klubunda çıxış edən Fransa futbolçusu. Kader Kamara — Qvineya futbolçusu. Xuan Kamara — İspaniya futbolçusu. Titi Kamara — Qvineya futbolçusu. Anri Kamara — Seneqal futbolçusu. Laye Kamara — Qvineya yazıçısı. Babakar Kamara — Seneqal basketbolçusu.
Kamarq
Kamarq (fr. Camargue) — Fransanın cənubunda, Ron çayının mənsəbində yerləşən bataqlıq ərazi. Bu ərazi bir deltadır. 930 km² ərazini əhatə edən bölgədə br necə təbiət qoruğu yerləşir. Ərazisi əsasən şoran, qamışla zəngin bataqlıqlar, dəniz laqunları və qumlu adacıqlardan ibarətdir. Ron çayının iki qolu sayəsində 3 hissəyə bölünür: Kiçik Kamarq (fr. Petite Camargue): Kiçik Rondan qərbdə; Plan du Bourg (fr. Plan du Bourg): Böyük Rondan şərqdə; Böyük Kamarq — iki qol arasındakı sahə. === Maraqlı fakt === Kamarq — elmi-fantastika yazıçısı Maykl Murkokun The History of the Runestaff kitabının əsas personajlarından biri olan qraf Brassın yaşadığı yerdir. Murkoksun əsərinə görə, Kamarq qədim dövrlərdən etibarən toxunulmazdır və nüvə müharibəsinin qeyri-adi iqlim və coğrafi şəraitlərdən yaranan fəlakətli nəticələrindən qaçmışdır.
Kanart
Kanart adi təyyarələrdən fərqli olaraq, əsas daşıyıcı qanadların arxada və üfüqi stabilizatorun qabaqda olduğu sabit qanadlı təyyarə modelidir. Ön tərəfdə daşımaq və ya nəzarət etmək üçün istifadə olunan səthlərə də kanart deyilir. == Xüsusiyyətləri == === Faydaları === Kanart dizaynları kanart tipinə görə müxtəlif üstünlüklərə malikdir. İki növ kanart var; Nəzarət kanartı, daşıyıcı kanart. Nəzarət kanartı, təyyarə qabaqda olan kanartlar daşınmanı bölüşmür, yalnız nəzarət səthlərindən ibarətdir. Bəzi təyyarələrdə daşınmanın bir hissəsi daşıyıcı kanart öz üstünə götürür. Bu vəziyyətdə, qaldırmanın kvadratından asılı olaraq induksiyalı sürüklənmə azalır. Sürütlənmə qüvvəsinin azaldılması çəkidən, dolayı yolla görə mühərrikdən, yanacaqdan qənaəti təmin edir. Kanart təyyarələrin saxlanma itkisi (Stall) xüsusiyyətləri də müsbətdir, çünki kanartlar əsas daşıyıcı qanadlardan əvvəl saxlanma itkisinə məruz qalırlar. Beləliklə, saxlanma itirildikdən sonra burun aşağı moment əldə edilir.
Kapral
Kapral (alm. kарrаl‎, <fr. сароrаl < it. caporale - "komandir") — komanda rəisi; bəzi ölkələrin silahlı qüvvələrində kiçik zabit heyətində hərbi rütbə və ən aşağı unter-ofiser (serjant) rütbəsi.
Karano
Karano- İtaliyanın şimalında Trentino-Alto Adige/Südtirol regionunda bir bələdiyyə. Trentonun təxminən 35 kilomter şimal-şərqində yerləşir. == Ədəbiyyat == All demographics and other statistics: Italian statistical institute Istat.
Kasparov
Harri Kimoviç Kasparov (Vaynşteyn; 13 aprel 1963[…], Bakı) — sovet, rusiyalı şahmatçı. Şahmat üzrə beynəlxalq dərəcəli qrosmeyster (1980), gənclər arasında dünya çempionu (1980), SSRİ çempionu (1981, 1988), 13-cü dünya çempionu (1985–2000) və Rusiya çempionu (2004). 11 dəfə "Şahmat Oskarı"nın sahibidir (1982, 1983, 1985, 1986, 1987, 1988, 1995, 1996, 1999, 2001, 2002) == Həyatı == === İlk illəri === Atası Kim Vaynşteyn milliyətcə yəhudi, anası Klara Kasparyan isə ermənidir. Babası Moisey Vaynşteyn keçən əsrin 40–50-ci illərində Azərbaycan SSR-də tanınmış mədəniyyət xadimi, bəstəkar və dirijor olmuşdur. 1963-cü ildə Bakı şəhərində dünyaya gələn Harri əvvəllər Vaynşteyn soyadını daşısa da atasının 1970-ci ildə leykozdan vəfatından sonra, 1976-cı ildə anası onun soyadını dəyişərək öz soyadını vermiş, soyadın sonluğundakı "yan" hissəciyini isə dəyişərək rus stilində "ov" yazdırmışdır. Harri Kasparov 1980-ci ildə Bakı şəhərindəki 151 saylı orta məktəbi qızıl medalla bitirmişdir. 18 yanvar 1990-cı il tarixdə Bakını ailəsi və qohumları ilə birlikdə tərk etmiş. Sovet ordusunun da Bakını tərk etməsini tələb etmişdi. === Şahmatçı karyerası === 1976-cı ildə gənclər arasında SSRİ çempionu olmuşdur. 1980-ci ildə qrosmeyster dərəcəsi almaqla yanaşı, Dortmundda Gənclər arasında dünya çempionu adını qazanmışdır.
Katara
Katara (çin. 卡塔拉 Kǎ Tǎ Lā) — Avatar: Aanq haqqında əfsanə cizgi serialın və Axırıncı hava maqı filmin əsas personajlardan biri; Korra əfsanəsi cizgi serialın personajı. Birinci serialın əvvəlində Katara Cənub qütbdə tək bir su maqı idi. == Yaradılması və konsepsiyası == Yayılmamış pilot seriyasında Kataranın adı Kia (ing. Kya) idi. Nickelodeon-un hüquq şöhbəsi həmin adın bir video oyunda artıq işləndiyini öyrənəndə ona veto qoymuşdu. Bundan sonra Kanna adı təklif olunub, amma o daha sonra Kataranın nənəsi üçün işlənilib. Kia isə Kataranın anası olub. The Women of Avatar: The Last Airbender xüsusi buraxılışda Maykl Dante DiMartino və Brayan Konietzko deyiblər ki, Katara serialın Deyteraqonistidir və hekayə onun baxışından danışılır.
Papuro
Arazı — Araz ətrafı rayonlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Babək və Kəngərli rayonlarının toy şənliklərində ifa olunan qədim yallı növlərindəndir. Bu yallının digər adı Papuro da adlanır. Asta və sürətlə ifa olunmaqla iki hissədən ibarət bu yallını qadınlar və kişilər qarışıq şəkildə çeçələ barmaqları ilə çiyin səviyyəsində bir-birindən tutaraq ifa edirlər. İfaçılar sağ ayaqlarını daban üstə qarşıya sola qoyur, sağ ayağı da cəld çox da hündür olmayaraq qarşıya sola atırlar. Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Sədərək, Babək rayonlarında, eləcə də Naxçıvan şəhərində keçirilən mədəni-kütləvi tədbirlərdə toy və bayram mərasimlərində folklor rəqs kollektivləri tərəfindən maraqla ifa olunur.
Taiaro
Taiaro (fr. Taiaro) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). == Coğrafiya == Tuamotu arxipelaqının şimal-qərbində yerləşir. Taenqa atolundan 53 km şimal-şərqdə, Rarakadan 42 km cənub-qərbdə yerləşir. Ən yaxın materik sahilindən (Cənubi Amerika) 6200 km məsafədədir. Ada ovalvari formaya malikdir. Atollun sahəsi 6 km²-dir. Maksimal hündürlüyü 5 metrdir. Daxilində olan laqunun dərinliyi 15 – 20 m arasında dəyişir. Ümumi sahəsi isə 12 km²-dir.
Davaro
Davaro — Kartal Tibetin rejissoru olduğu, Kamal Sunal baş rolda oynadığı 1981-ci ildə çəkilən Türkiyə filmi. == Mövzu == Almaniyaya işləməyə gedən Memo, istədiyi pulu qazanıb kəndinə dönür və nişanlısı Cano ilə evlənmək istəyir. Memonun qan davalı olduqları Sülo da həbsdən çıxaraq arvadı Ayşonun yanına gəlir. Bunu duyan Hamo, toy-düyünü durdurur və oğlu Memonun, Sülonu öldürməsini istəyir. Ancaq, Memo buna yaxşı yanaşmır. Öldürüləcəyini anlayan Sülo, Memoya bir təklif edir. Memonun onu öldürməməsi durumunda kənddən uzaqlaşacağını söyləyir. Evlənmək üçün başqa çarəsi qalmayan Memo, Sülonun planını qəbul edir və kənd meydanında Sülonu yalandan vurur. Kənd camaatı da bu nömrəyə inanır. Daha sonra dağdaki bir quldurun yanında təkrar qarşılaşan Memo və Sülo yene bir-birinə düşmənçilik edir.
Kaphar
Kaphar — türklərin Hələbdən Qüdsə mallarını ticarət edən xristian tacirlərə qoyduğu rüsum idi. Termin ərəbcə "müdafiə" və ya "qoruma" mənasını verən kifhara terminindən yaranmışdır. Bu postları idarə edən şəxslər və ya tacirlərə mühafizə təklif edən silahlı qrupların rəhbərləri də Kaphar kimi hüquq iddia edirdilər. Kapharı xristianlar Müqəddəs Torpağa nəzarət edərkən özləri təqdim etdilər. Ödənişlər əvvəlcə ərəblərin talan edilməsinin qarşısını almaq üçün daha çətin keçidlərdə yerləşdirilən qoşunları və qüvvələri dəstəklədi. Lakin rüsumları davam etdirən və hətta artıran türklər bu adətdən sui-istifadə edərək, xristian tacirlərindən və səyyahlarından özbaşına pul tələb edirdilər. Bu, onları tez-tez anlaşdıqları ərəblərdən qorumaq bəhanəsi ilə idi və hətta onların talan edilməsinə üstünlük verirdilər.
Akop Kamari
Lüləsaz (əvvəlki adı: Akop Kamari) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Akop Kamari kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Akop Kamari kəndi Lüləsaz kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Lüləsaz kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
Ana Kopado
Ana Kopado (d. 31 mart 1980) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Ana Kopado, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu.
Ben Şapiro
Bencamin Aaron Şapiro (ing. Benjamin Aaron Shapiro; 15 yanvar 1984, Los-Anceles, Kaliforniya) — ABŞ mühafizəkar siyasi şərhçisi, ictimai spikeri, yazıçısı və hüquqşünası. O, 17 yaşında olarkən ABŞ-də milli şəkildə sindikatlaşdırılmış ən gənc icmalçı olmuşdur. Şapiro "Creators Syndicate" və "Newsweek" üçün icmallar yazır, qurduğu "The Daily Wire" veb-saytının baş redaktoru, "The Ben Shapiro Show" gündəlik siyasi podkastı və canlı radioverilişinin aparıcısıdır. 2012-ci ildən 2016-cı ilə qədər "Breitbart News" veb-saytının redaktor-konsultantı olmuş Ben Şapiro bu günə kimi 11 kitab yazmışdır. Onların birincisi "Brainwashed: How Universities Indoctrinate America's Youth" (2004), ən yenisi isə "The Authoritarian Moment: How the Left Weaponized America's Institutions Against Dissent" (2021). == İlk illəri == Bencamin Aaron Şapiro 15 yanvar 1984-cü il tarixində ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində, Rusiya və Litva mənşəli bir yəhudi ailəsində anadan olmuşdur. O, 9 yaşında ailəsi ilə birlikdə ortodoks yəhudiliyə keçmişdir. Şapiro uşaq yaşlarından skripka ifa etməyi öyrənmişdi. O, on iki yaşında olarkən İsrail İstiqrazlar Banketində skripka ifa etmişdir.
Boubakar Kamara
Boubakar Kamara (23 noyabr 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Olimpik Marsel klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Marsel === Kamara öz peşəkar karyerasında debütünü Marsel klubu ilə 13 dekabr 2016-cı ildə etmişdir. O, oyuna start heyətdə başlamış və 82-ci dəqiqədə Hiroki Sakay ilə əvəz olunmuşdur. Həmin görüşdə Marsel Fransa Liqa Kubokunda Sojo ilə 1-1 hesabı ilə bərabərə qalsa da, penaltilərdə 4-3 hesabı məğlub olmuşdur.
Cunci Kavano
Cunci Kavano (11 iyul 1945) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Daşıyıcı kanart
Daşıyıcı kanart, kanart tipli təyyarələrdə daşıma vəzifəsini əsas qanadla birgə yerinə yetirən kanartlara verilən addır. Tandem təyyarələrdən fərqi kanart sahəsinin tandem təyyarələr ilə müqayisədə əsas qanad sahəsindən daha kiçik olmasıdır. Daşıyıcı kanartlar ya simmetrik bir qanad profilinə, ya da qarmaqlı qanad profili konfiqurasiyasına malikdirlər. Daşıyıcı kanartın istifadəsinin üstünlüyü, qaldırıcı qüvvənin kvadratına mütənasib olan induksiyalı sürüklənmənin, daşınmanın kanart və qanadlar arasında bölüşdürülərək azaldılmasıdır.
Fidel Kastro
Fidel Alexandro Kastro Ruz ( audio) (isp. Fidel Alejandro Castro Ruz; 13 avqust 1926[…], Biran – 25 noyabr 2016[…], Havana) — Kuba inqilabçısı, 1959–2008-ci illərdə Kuba lideri. == Həyatı == Fidel Kastro 1926-cı ildə Kubanın Mayarı şəhərində anadan olub. Bu, Kastronun doğum tarixi barədə məlumatlardan yalnız biridir. Çünki onun hansı ayda və ildə doğulduğu məxfi saxlanılır. Bəzi məlumatlara görə, Kastro əslində 1927-ci ildə anadan olub. Atası İspaniyadan gələn mühacir-fəhlədir və Kubada iri şəkər plantasiyalarına sahib olub. Kastro və qardaşı Raul nikahdan kənar doğulublar. Sonradan onları atası rəsmi övladlığa qəbul edib. == İlkin illəri (1926–1945) == === Uşaqlıq dövrü === Fidel Alexandro Kastro Ruz 13 avqust 1926-cı ildə Kubada Biran şəhərində (Oriyente vilayəti) İspaniyanın Qalisiya vilayətindən olan Anxelya Kastronun ailəsində anadan olmuşdur.
Kabar
Kabar — Xəzər tayfalarının tərkibinə daxil olan tayfa. Kabar tayfasının adı əsasında yaranmış etnotoponimlər Azərbaycan və indiki Ermənistan ərazisində kifayət qədər yayılmışdır. Bu tayfa haqqında ilk məlumatı Konstantin Baqranarodnı vermişdir. O, bu tayfanın xəzərlərdən çıxdığını bildirmişdir. Q.Qeybullayev bu etnonimin tərkibində ar sözünü ayırır. ar(ər) türk sözü kişi, ər, qəhrəman mənasındadır. Kabarlar Azərbaycanda kabarli və ya kəbirli adları altında yaşamışlar. Onların yaşadığı əsas areallardan biri də Qarabağ olmuşdur. Azərbaycanda Balakən və Tərtər rayonlarında Kəbirli adlı iki kənd vardır. Ermənistanın yeni Bəyazid uyezdində Kalar, Şərur-Dərələyəzdə Kəbirli (Kəbirlidağ), Dağlıq Qarabağda X1X əsrdə Kabirli –qışlaq adı, Kabarrı yeri toponimləri qeydəalınmışdır.
Çapar
Çapar haqqında aşağıdakı məqalələr var: Çapar (Ağdərə) — Azərbaycan Respublikasının Ağdərə rayonunun inzibati ərazi vahidində kənd. Çapar (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Çapar (Zəncan) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. Çapar (peşə) — qədim dövrələrə aid Atlı poçtçular. Çapar (jurnal) — Azərbaycanda jurnal.