Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kapriççio (rəssamlıq)
Kapriççio (ital. capriccio — naz) — XVII-XVIII əsrlərdə məşhur olan mənzərə rəsm janrı. Bu janrın şəkillərində rəssamlar memarlıq fantaziyaların göstərirdilər, əsasən qədim qondarma binaların xarabalıqlığı.
Karpaçço
Karpaçço ( it. Carpaccio) - zeytun yağı və limon əsaslı sousla mövsümlənən və nazik dilimlənmiş çiy mal əti filesi ilə bişirilən yemək. Ənənəvi olaraq, masaya soyuq yemək və ya məzə kimi verilir. == Tarix == Yemək, 1950-ci ildə Venesiyada yerləşən ikonik "Harrinin barı" restoranın sahibi Cüzeppe Çipriani (Həmçinin "Bellini" kokteylinin ixtirası ilə də tanınır) tərəfindən "kəşf edilmişdi". Yemək, rəsmləri hər cür parıldayan qırmızı və ağ rəng çalarları ilə bol olan Renessans rəssamı Vittore Karpaççonun şərəfinə adlandırılıb. Həmin il Venesiyada rəssamın möhtəşəm sərgisi keçirilirdi. Çipirani də bu resepti həkimlərin istilik emalına məruz qalmış ət yeməsini qadağan etdiyi qrafinya Amaliya Nani Moçeniqo üçün xüsusən hazırlamışdı.:16—17 == Resept == Ənənəvi karpaçço, iti bıçaq və ya xüsusi mətbəx aparatı (sleyser) vasitəsi ilə nazik doğranmış mal əti filesindən hazırlanır. Ətin daha yaxşı kəsilməsi üçün ət əvvəlcədən dondurucu kameraya qoyulur və ya yandırılır. Karpaççonun masaya verilməsinin ən məşhur üsulları arasında onun parmezan pendiri, rukkola salatı və ya çerri pomidorları ilə təqdim olunması var. Bu inqredientlər yeməyə daha nəcib dad verirlər.
Vittore Karpaçço
Vittore Karpaçço (it. Vittore Carpaccio; təq. 1465, Venesiya, — təq. 1526, ehtimal edilir ki, Kapodistriya) — erkən intibah dövründə yaşamış, Venesiya məktəbinin nümayəndəsi olan italyan rəssamı. Ehtimal edilir ki, Vittore Karpaçço İstriyada anadan olub, amma onun dəqiq doğum yeri bilinmir. Fəaliyyətinin ilk illərində o Vivarininin stilində işləyirdi, lakin Centile Bellininin tələbəsi olduqdan sonra tez bir zamanda onun üslubunu mənimsəyir və tərzini inkişaf etdirir. Venesiya həmişə bütün İtalyan şəhərlərindən ən müstəqili hesab edilmişdi. Şəhərin bir çox karvan yollarının kəsişmə nöqtəsində yerləşməsi, adalarda olan müstəsna coğrafi mövqeyi, şəhərin tarixi inkişafının orijinallığını və xüsusi siyasi quruluşu, iqtisadi azadlığını müəyyənləşdirən əsas amil olmuşdu. Burada Şərq xristian mənəviyyatının ənənələri, İslamın nəcib spekulyasiyaları və qədim bütpərəstliyin həyat sevgisi bir araya gəlmişdi. Venesiya incəsənəti özündə şəhərin həyat amillərinin bütün xüsusiyyətlərini özündə birləşdirirdi.
Kaprino Berqamasko
Kaprino Berqamasko (it. Caprino Bergamasco) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Şərqi Lario - Valle San Martino dağ icmasına aiddir. Əhalisi 2823 nəfər, əhalinin sıxlığı 353 nəfər/km²-dir. Sahəsi 8 km² ərazini tutur. Poçt kodu - 24030. Telefon kodu - 035. Qəsəbənin himayədarı müqəddəs şəhid Sebastia Blezidir (San Biagio). Bayram hər il fevralın 3-də qeyd olunur.
Leonardo Di Kaprio
Leonardo DiKaprio (11 noyabr 1974[…], Los-Anceles, Kaliforniya) — amerikalı aktyor və film prodüseri. Karyerasının başlanğıcından 2019-cu ilədək çəkildiyi filmlər 7.2 milyard dollar gəlir gətirib və o, dünyanın ən çox qazanan aktyorlarının illik reytinqinə 8 dəfə başçılıq edib. O, bir "Oskar", üç "Qızıl Qlobus" və bir çox mükafatlara layiq görülüb. Los-Ancelesdə anadan olan DiKaprio karyerasına 1980-ci illərin sonlarında televiziya reklamlarında görünməklə başlayıb. 1990-cı illərin əvvəllərində komediya janrında olan "Parenthood" kimi müxtəlif televiziya seriallarında təkrarlanan rollarda oynayıb. İlk böyük film işi və baş rolu "Bu oğlanın həyatı" filmi ilə olub. 1997-ci ildə "Titanik" filmi ilə beynalxalq şöhrət qazanıb. == Həyatı == Leonardo Vilhelm DiKaprio 11 noyabr 1974-cü ildə Kaliforniyanın Los-Anceles şəhərində doğulub. O, İrmelin Indenbirken və Corc Di Kaprionun yeganə övladıdır. Onun anası İrmelin hüquq katibi, atası Corc isə komiks rəssamı və distribütoru olub.