Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Öykü Karayel
Öykü Karayel (20 avqust 1990, İstanbul) — türkiyəli aktrisa. Öykü Karayel, 20 avqust 1990-cı ildə İstanbulda anadan olmuşdur. İstanbul Universiteti Dövlət Konservatoriyası məzunudur. Öykü Karayel, 12 iyul 2018 tarixində Can Bonomo ile evləndi.
Bəbrək Karməl
Bəbrək Karməl (puşt. ببرک کارمل; doğ. 6 yanvar 1929, Kamari, Kabul, Əfqanıstan — 3 dekabr 1996, Moskva, Rusiya) — Əfqanıstan dövlət və partiya xadimi. == Həyatı == Bəbrək Karməl 6 yanvar 1929-cu ildə Əfqanıstanda, Kabul yaxınlığında hərbçi ailəsində anadan olmuşdu. Bəbrək Karməl 3 dekabr 1996-cı ildə Rusiyada, Moskvada vəfat edib.
Karajal
Karajal (qaz. Қаражал) — Qazaxıstanın Karaqanda vilayətində, Qaraqanda şəhərindən 320 km cənub-qərbdə regional bir tabelik şəhəri. Jarık - Jezkazqan xəttindən dəmir yolu xəttinin terminal stansiyası (66 km). Dağ-mədən sənayesinin (dəmir filizi) inkişafı ilə əlaqədar olaraq meydana gəldi. Karazhal qəsəbələri şəhər rəhbərliyinə tabedir: Karajal şəhəri; JaYrem kəndi; qəsəbə Şalqinski. Bundan əlavə, keçmiş ZhGOK-un alt təsərrüfatı olan Ktai (Aktai), Klych, VSO, GRE qəsəbələri, Şalgiya kurortu da var .
Karakal
Karakol
Karakol (qırğ. Каракол) — Qırğızıstan Respublikasında şəhər. İssıkkul vilayətinin mərkəzi. Avtomobil yolları qovşağı. Yeyinti və yünkül sənayesi var. Tikinti materialları istehsal olunur. 1869-cu ildə salınmışdır.
Karaman
Karaman — Türkiyənin Karaman ilinin inzibati mərkəzi.
Koramal
Koramal (lat. Anguis) — Koramallar fəsiləsinə aid cins. Ayaqsız ilana bənzər kərtənkələlərdir. Görünüş və davranışlarına görə tez-tez ilanlarla səhv salınır. İnsanlar üçün zərərsizdir. Yumurta qoyurlar. Koramallar çox vaxt bağlarda və əkinçilik sahələrində faydalı hesab olunurlar, çünki onlar zərərvericilərlə mübarizə aparmağa kömək edir. İlk növbədə böcəklər, qurdlar və ilbizlərlə qidalanırlar. Təhlükədə olduqları zaman yüksək səslə fısıldayarırlar. == Növləri == Bu cinsə 6 növ daxildir: Anguis cephallonica Anguis colchica Anguis fragilis — Cılız koramal Anguis graeca Anguis incomptus Anguis veronensis Cılız koramal Avropada, həmcinin Türkiyə, Əlcəzir və Tunis ərazilərində yayılmışdır.
Paralel
Pаralel — elmdə və ədəbiyyatda işlədilən uyğunluq və oxşarlıq termini. Paralel (coğrafiya) — Yer kürəsində simvolik olaraq ekvatora paralel keçən müstəvilər sistemi.
Arakel
Arakel — erməni kişi adı. Arakel Təbrizli — erməni əsilli salnaməçi, tarixçi və din adamı. Digər Arakel — Gürcüstanın Bolnisi rayonunundakı kəndin digər adı.
Aramil
Aramil — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Karate
= Dərəcələr = Karatedə dərəcəni kəmərlər təmsil edir.Bunlar ağ, sarı, narıncı, yaşıl, göy, qəhvəyi və qaradır.Dərəcələr ''Kyu" adlanır.Qara kəmərdə isə alınan dərəcələr dan adlanır. 1-ci dan,2-ci dan və s. 10 kyu və 10 dan dərəcəsi vardır. === Karate, tam adı karate-do (Yaponca: kara - "boş", te - "əl", do - "yol", yəni "boş əlli yol") - yapon əlbəyaxa döyüş sənəti. 1929-cu ildə Funakosi Gitin tərəfindən dzen buddizmin təsiri altında yaradılmışdır. === Karatenin vətəni Yaponiyanın Okinava adasıdır. XX əsrin əvvəllərində adanın ağır iqtisadi vəziyyəti okinavalıların digər yapon adalarına köçməsinə gətirib çıxarmış, onlar isə öz növbəsində bu idmanın bütün Yaponiyaya yayılmasına yol açmışlar. Karate hazırda olimpiya oyunları siyahısında olan idman növlərindən biridir. Karatenin bir çox növü mövcuddur.Bunlardan biri Goju-ryu;Shotokahan və s.
Kartel
Kartel — müəyyən bir sahənin bir sıra müəssisələrini birləşdirən kapitalist inhisar birliyi formasıdır. Kartel inhisarın elə bir formasıdır ki, onun iştirakçıları istehsal vasitələri üzərində xüsusi mülkiyyət hüququnu saxlayır, istehsal ve satışı müstəqil həyata keçirirlər. Lakin onlar müəyyen şərtlər üzrə razılığa gəlirlər. Kartel iştirakçılarının hər biri üçün istehsalın həcmi (kvotası), satış qiyməti və satış bazarı üzrə razılığa gəlir. Kvotanı pozan kartelin kassasına cərimə ödəyir. == Kartelin növləri == Qiymət kartelləri — ümumi və ya ortaq qiymətin müəyyənləşdirilməsi əsasında formalaşır; Satış kartelləri — ümumi satış kanallarının müəyyənləşdirilməsi əsasında formalaşır; Qiymət təyin etmə kartelləri — istehsal və satışı müəyyənləşdirən amillərə məhdudiyyətlər qoyur; Müştəri kartelləri — bazarın və müştərilərin müəyyənləşdirilməsi əsasında formalaşır; Dövlətdaxili kartellər — dövlət daxilindəki bazarları bölmək məqsədilə formalaşır ; Dövlətlərarası kartellər — dövlət müəssisələri arasında rəqabəti aradan qaldırmaq məqsədilə formalaşır.
Arame
Arame və ya Aramu (e.ə 858–844-cü illər), Urartunun ilk tanınmış kralı idi.
Karaidel rayonu
Karaidel rayonu (başq. Ҡариҙел районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Karaidel kəndidir. == Coğrafi yerləşməsi == Başqırdıstanın şimalında yerləşir. Ərazisindən Ufa, Ryazan, Kirzya, Bayki, Uryuş şayları axır. Rayonun ərazisi 3 664 km² təşkil edir. Ufa platosunun ərazisində yerləşir. Ərazisinin böyük hissəsində əsasən boz meşə, açıq-boz, qərbində isə qara torpaqlar yaylılmışdır. Ərazisindən kərpiç gili, neft, tikinti daşı, qum çıxarılır. şimaldan cənuba 38 km, şərqdən qərbə 66 km məsafədə uzanır.
Karakol kəpənəkçiçəyi
Karakol kəpənəkçiçəyi (lat. Aconitum karakolicum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin kəpənəkçiçək cinsinə aid bitki növü.
Karakul (Şaran)
Karakul (başq. Ҡаракүл, rus. Каракулька) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Dimitriyevo Polyanka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 7 km, kənd sovetliyindən (Dimitriyevo Polyanka): 6 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 27 km. == Əhali == == Tarixi == 1896-cı ildə Karakulda 9 həyət, 43 sakit (21 kişi, 22 qadın) vardı. 1920-ci ildə isə qəsəbədə 19 həyət və 117 sakin (52 kişi, 65 qadın) yaşayırdı. 1926-cı ildə Şaran rayonu Belebeevski kantonu Başqırdıstan MSSR aid idi. 1982-ci ildə kənd olaraq 40 sakinə sahib idi.
Karaman ili
Karaman ili — Türkiyədə il.
Karatal (Baymak)
Karatal (başq. Ҡаратал, rus. Каратал) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Akmoron kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 15 km, kənd sovetliyindən (Akmoron): 20 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Karmela Alluççi
Karmela Alluççi (22 iyun 1970, Neapol) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Karmela Alluççi, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu.
Kartvel dilləri
Kartvel dilləri (gür.: g.ə. ქართველური ენები, l.ə. kartveluri enebi) — Cənubi Qafqazın qərbində əsasən Gürcüstanda yayılmş dil ailəsi. Əvvəllər elmi ədəbiyyatda səhvən Qafqaz dil ailəsinin tərkibinə daxil edilmişdir, hazırda özlüyündə müstəqil dil ailəsi olduğu linqvistiklər tərəfindən təsdiqlənmişdir. Bu dil ailəsinin tərkibinə gürcü (və ya kart dili), meqrel (laz və meqrel dilləri birlikdə zan və ya kolx dili adlanır), laz (və ya çan) və svan dilləri daxildir. Qrammatik yaxınlıqlarına və leksik fərqliliklərinə görə bu dillərin dördü də qohum hesab olunsa da üç əsas qrupa ayrılırlar: şimali kartvel qrupu-svan dili, zan qrupu-meqrel və laz dilləri və cənubi kartvel qrupu-gürcü dili. Gürcü dili onlarla ləhcəyə və yüzlərlə şivəyə sahibdir. Zan qrupu bəzən bir dil, lazca və meqrelcə isə onun ləhçələri hesab edilirlər. Şimali kartvel qrupunu təşkil edən svan dili özlüyündə dörd ləhcəni ehtiva edir: yuxarıbal, aşağıbal, laşx və lentex ləhcələri hazırkı Gürcüstan Respublikasının şimalında dağlıq bölgədə dar ərazidə İnqura və Tsxenis-Tsxali yüksəklikləri arasında yayılmışdır, bütün ləhcələri bir-birindən xeyli ölçüdə fərqlənir. Yalnız gürcü dilinin yazısı vardır.
Karusel əməliyyatı
"Karusel" (rus. карусель) — seçki saxtakarlığının üsullarından biri. Bir seçicinin rüşvət alması və eyni seçki məntəqələrində eyni şəxsin təkrar səs verməsi ilə əlaqədardır. "Karusel" termini seçicilərin bir seçki məntəqəsindən digərinə etdiyi dairəvi hərəkəti ifadə edir. Cinayət törədən şəxs seçki məntəqəsinə girməzdən əvvəl doldurulmuş bülleteni seçiciyə verir. Doldurulmuş bülleteni Seçki qutusuna düşür və yeni bülleten seçki təşkilatçısına verilir. == Tarixi == Sovet İttifaqının dağılmasından sonra karusel əməliyyatı dəfələrlə Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Tacikistan, Türkmənistan, Rusiya və Ukraynada keçirilən bələdiyyə, parlament və prezident seçkilərində istifadə olunub.
Katolikos Karapet
Katolikos Karapet - Albanların LXII katolikosu. == Katolikosluğu == 1402-ci ildə kürsüyə çıxmışdır. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Koramal (dəqiqləşdirmə)
Koramal
Koramal (roman)
Koramal — Rövşən Abdullaoğlunun 2022-ci ildə nəşr olunan 4-cü romanı. Kitabın təqdimat mərasimi Gəncədə baş tutub. İşıq üzü gördükdən cəmi bir neçə gün sonra artıq birinci nəşri tükənib. == Məzmun == Bitməyən savaşlar, yuyulmuş beyinlər, insanlarla manipulyasiya edən imperialist qüvvələr, xəyanət, müəmmalı siyasi oyunlar, sirli qəhrəmanlar… – Bu xalq igid doğmaqdan heç vaxt qısır olmayıb, olmayacaq da. – Bəs, görəsən, xainlərin adı tarixə xain kimi düşməyəcək? Bu müharibədə yaşadığımız dəhşətlərdən gələcək nəsillərin xəbəri olmayacaq?.. Beşguşəli qızıl ulduzun parlaması uğrunda sevdiyi hər şeyi tərk etmək, silaha sarılıb yad diyarlara getmək asan deyildi, ancaq zaman iki cəbhə yoldaşına dönüşün daha çətin olduğunu göstərdi. Əfqanıstanda birgə vuruşduqları, uğrunda canlarını təhlükəyə atdıqları ermənilərlə öz vətənlərində, doğma Qarabağda alovlanan hərb meydanında üz-üzə gəldilər. Bu dəfə iki dost qarşısındakına duyduğu saxta nifrətdən deyil, arxada qoyduqlarına olan sonsuz sevgidən silaha sarıldı. Yaşatmaq və məhv etmək istəyi, heyvani instinktlər və ali dəyərlər, cəsarət və cinayət – qəhrəmanlar mürəkkəb mənəvi dilemmaların öhdəsindən necə gələcəklər?
Kaqamil adası
Kaqamil adası (ing. Kagamil Island, aleut. Qagaamila) — Aleut adaları qrupuna, Dörd Dağ adalarına daxil olan ada. == Coğrafiya == Dörd Dağ adaların ən şərqində yerləşir. Çuqinadak adasından 6,0 km şimalda və Uliaqa adasından 1,2 mil (1,9 km) cənubdadır. Kaqamilin uzunluğu təqribən 10 km, eni isə 5 km-ə qədər olan qayalı, yaşayış olmayan adadır. Adada sönmüş vulkan var. Adanın cənub hissəsində iki zirvəsi olan bir vulkan vardır: biri dəniz səviyyəsindən 890 m yüksəklikdə, digəri dəniz səviyyəsindən 690 m yüksəklikdədir. Adada soyuq dəniz iqlimi hakimdir, tez-tez duman və yağıntılar müşahidə olunur.
Paralel (həndəsə)
Həndəsədə paralel xəttlər — bir-biri ilə heç vaxt kəsişməyən düz xəttlərə deyilir.
Kəramət
Kəramət – xariqüladə hadisə olub, ruhi paklıq, batini saflıq və Allaha yaxınlıq sayəsində baş verir. Bəzən haqqın təntənəsi və ucalığı haqqında yaranan qeyri-adi hallara kəramət deyilir. Kəramət dedikdə fövqəladə şeylər nəzərdə tutulur. Bu fövqəladəlik bir peyğımbərdə olduğu halda möcüzə, vəlilərdə, seyidlərdə və s. olduğu halda isə kəramət adlanır. Peyğəmbərdə vəhylə həyata keçirildiyi üçün möcüzə, vəlilərdə ilhamla gerçəkləşdiyi üçün kəramətdir. Kəramət əsla peyğəmbərlik iddiasında olmayan şəxsə aiddir.