Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ceyms Karter
Ceyms Erl "Cimmi" Karter (ing. James Earl "Jimmy" Carter, Jr.; d. 1 oktyabr 1924, Pleyns, Corciya, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 39-cu prezidenti (1977–1981). "Dünyadakı münaqişələrin sülh yolu ilə həlli üzrə səylərinə və insan haqları uğrunda mübarizəyə görə" 2002-ci il Nobel Sülh mükafatı laureatı. Corciya ştatının Pleyns şəhərində böyüdülən Karter,1946-cı ildə bir bakalavr dərəcəsi ilə ABŞ-nin Hərbi Dəniz Akademiyasını bitirib və ABŞ Hərbi Donanmasına qatıldı və burada sualtı qayıqlarda xidmət etdi. 1953-cü ildə atasının ölümündən sonra Karter hərbi karyerasını tərk etdi və ailəsinə yer fındığı yetişdirmə işində kömək üçün Corciyaya qayıtdı. Karterə, atasının borcları və əmlakın uşaqlar arasında bölünməsi səbəbindən nisbətən az miras qaldı. Buna baxmayaraq, Karterlərin yer fındığı biznesini genişləndirmək və böyütmək istəyi yerinə yetirildi. Bu dövrdə Karter, irqi seqreqasiyanın siyasi iqliminə qarşı çıxmaq və artan vətəndaş hüquqları hərəkatını dəstəkləmək motivasiya edildi. Demokrat partiyası daxilində fəallıq göstərdi.
Cimmi Karter

Houard Karter
Houard Karter (9 may 1874[…] – 2 mart 1939[…], London) — İngilis arxeoloq və Misirşünas. Misirin Luksor şəhərindəki məşhur Krallar vadisində firon Tutanxamon türbəsini kəşf etməsi ilə məşhur olmuşdur. Buna baxmayaraq Misirdən uzaqda ölmüş və cənazəsində yalnız Xanım Evelyn iştirak etmişdir. Houard Karter 1874-cü ildə İngiltərənin paytaxtı Londonun Kensington regionunda anadan olub. Atası istedadlı bir sənətçi Samuel Karter, anası Marta Coys (Sands) olmuşdur. Uşaqlığının çox hissəsini Norfolkun Suafhem şəhərində keçirmişdir. Misirdə arxeoloji tədqiqatlar aparan və F. Petrienin "Tell el-Amarna" qazıntılarında (1892) iştirak edən Houard Karter, Misir hökuməti tərəfindən antik abidələrin müdiri olaraq təyin edilmişdir. Thebes qazıntılarında iştirak etmiş (1910) və Misir kraliçası Hatshepsutun türbəsinin kəşf edilməsində mühüm rol oynadıqdan sonra, Thebesdəki Krallar vadisini tədqiq etmək üçün Lord Carnarvon ilə əməkdaşlıq etmiş və uşaq kral olan Tutanxamonun məzarını kəşf etmişdir (1922). Ancaq bu kəşfdən sonra bir sıra xoşagəlməz hallarla üzləşdi. Misir mətbuatı Times jurnalına verdiyi imtiyazlara görə onu sevmirdi.
Hovard Karter

Kevin Karter
Kevin Karter (ing. Kevin Carter; 13 sentyabr 1960, Yohannesburq, Transvaal[d] – 27 iyul 1994[…], Yohannesburq) — Cənubi Afrika Respublikasından (CAR) olan fotojurnalist və 1993-cü ildə Sudanda aclığı təsvir etdiyi fotoya görə Pulitser mükafatının sahibi. O, 1990-1994-cü illərdə Cənubi Afrikada fəaliyyət göstərmiş “Bang-Bang Club”un üzvü olmuşdur. 33 yaşında intihar etmişdir. Onun hekayəsi 2010-cu ildə çəkilmiş “Bang-Bang Club” filmində nümayiş olunmuşdur. Bu filmdə onun obrazını Teylor Kits canlandırmışdır. Kevin Karter Yohannesburq şəhərində anadan olmuşdur. Karter orta sinfə məxsus rayonda böyümüşdür. Bu rayonda ancaq ağdərili insanlar yaşamışdır. O, uşaqlıqda bu rayonda qeyri-qanuni yaşayan qaradərililərin həbs edilməsi üçün həyata keçirilən bir sıra polis reydlərinin şahidi olmuşdur.
Qabbi Karter
Qabbi Karter (ing. Gabbie Carter;4 avqust 2000, Ostin) — ABŞ pornoaktrisa və erotik modeli. Texasda doğulan Karter burada müxtəlif restoranlarda ofsiant olaraq işləmişdir. "Matrix Models" tərəfindən yayımlanan "SexyJobs" reklam çarxına cavab yazdıqdan sonra Kaliforniyaya köçdü və burada pornoaktrisa karyerasına 2019-cu ilin aprel ayında, 18 yaşı olarkən başladı. İlk çəkilişi 2 apreldə "FTV Girls" vebsaytı üçün anal seks və "ExploitedCollegeGirls" üçün üçlü seks videosunda çəkilmişdir. Aktrisa Jules Jordan Video, Deeper, Blacked, Tushy, Reality Kings, Mile High, Digital Sin, Bangbros, Mofos, Brazzers, Naughty America, New Sensations və Evil Angel kimi studiolarda çəkilişlərə qatılmışdır. Ümumilikdə 220-dən çox videofilmdə yer almışdır.
Rozalin Karter
Rozalin Karter (ing. Rosalynn Carter; 18 avqust 1927[…], Pleyns[d], Corciya[…] – 19 noyabr 2023[…], Pleyns[d], Corciya[…]) — ABŞ Prezidenti Cimmi Karterin həyat yoldaşı. Eleanor Rozalin Smit 18 avqust 1927-ci ildə ABŞ-də, Corciya ştatının Pleyns şəhərində anadan olmuşdur. Onun atası fermer idi və öz avtomobil təmiri sexinə sahib idi, anası isə dərzi kimi çalışırdı. Rozalinin 13 yaşı olanda atası leykozdan vəfat etmişdir. Ailənin böyük uşağı olan Rozalin anasına iki qardaş və bacısını böyütməkdə kömək edirdi. Orta məktəbi bitirdikdən sonra kollecə daxil olmuş, lakin tezliklə oranı tərk etmişdir. Vikianbarda Rozalin Karter ilə əlaqəli mediafayllar var.
Rubin Karter
Rubin Karter (ing. Rubin Carter) - Amerikalı boksçu.
Lili Karter
Lili Karter (15 aprel 1990, Duqlas rayonu[d], Oreqon) — amerikalı model və pornoaktyor. 2010-cu ildə böyüklər üçün kino sənayesində işə başlayan Karter, o vaxtdan bəri Hustler, Digital Sin, Elegant Angel və Naughty America kimi pornoqrafik film sənayesində böyük istehsal şirkətləri ilə çalışıb. Pornoqrafiya sənayesinə girməzdən əvvəl veb-kamera modeli olan Karter, aktrisa Linda Karterin adını daşıyır. Karter özünü biseksual kimi tanıdır.
Hamiş Karter
Hamiş Karter (28 aprel 1971, Oklend) — Yeni Zelandiyanı təmsil edən triatlonçu. Hamiş Karter Yeni Zelandiyanı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 26-cı pillədə başa vurdu. Daha sonra Hamiş Karter Yeni Zelandiyanı 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı qızıl medalla başa vurdu.
Con Karter (film)
Con Karter (ing. John Carter) — 2012-ci ildə Endryu Stantonun rejissorluğu ilə çəkilmiş və Walt Disney Pictures tərəfindən istehsal olunmuş ABŞ elmi fantastika filmidir. Film yazıçı Edqar Rays Berrouzun Barsoom kitab seriyasındakı ilk kitabı olan "Mars şahzadəsi" kitabının motivləri əsasında çəkilmişdir. Film aktyor Teylor Kitçin canlandırdığı Con Karter obrazının planetlərarası macəralar zamanı başına gələn müxtəlif hadisələr haqqındadır. Filmin rejissoru olan Endryu Stanton, Nemonun axtarışında (2003) və VALL-İ (2008) kimi Pixar animasiyalarını idarə etmiş və Con Karter filmi ilə birlikdə ilk canlı filmini idarə etmişdir. Filmin ssenari müəllifləri müştərək formada Mark Endryus və Maykl Çabondur.
Helena Bonem Karter
Helena Bonem Karter (ing. Helena Bonham Carter; 26 may 1966[…], London, İngiltərə, Birləşmiş Krallıq) — ingilis aktrisa. O, iki Akademiya mükafatı, dörd Britaniya Akademiyası Televiziya mükafatı, beş Emmi mükafatı və doqquz dəfə Qızıl qlobus mükafatına namizəd göstərilməsindən əlavə, Britaniya Akademiyası Film mükafatı da daxil olmaqla müxtəlif mükafatlar almışdır. Bonem Karter "Mənzərəli otaq" (1985) və "Xanım Ceyn" (1986) filmləri ilə tanınıb. Karter 26 may 1996-cı ildə Londonun İslinqton ərazisində anadan olmuşdur. Atası Reymond Bonhem Karter bank müdiri idi və 1960-cı illərdə Bank of England bankında müdir olaraq işləmişdir. Anası Elena italyan və yəhudi əsillidir. Karterin Eduard və Tomas adında iki qardaşı var. 2008-ci ilin avqust ayında Karterin dörd qohumu Cənubi Afrikada safari avtobusu qəzasında öldü. Karter 1994-cü ildə film çəkilişində Kennet Branaq ilə tanış oldu.
Con Karter (film, 2012)
Con Karter (ing. John Carter) — 2012-ci ildə Endryu Stantonun rejissorluğu ilə çəkilmiş və Walt Disney Pictures tərəfindən istehsal olunmuş ABŞ elmi fantastika filmidir. Film yazıçı Edqar Rays Berrouzun Barsoom kitab seriyasındakı ilk kitabı olan "Mars şahzadəsi" kitabının motivləri əsasında çəkilmişdir. Film aktyor Teylor Kitçin canlandırdığı Con Karter obrazının planetlərarası macəralar zamanı başına gələn müxtəlif hadisələr haqqındadır. Filmin rejissoru olan Endryu Stanton, Nemonun axtarışında (2003) və VALL-İ (2008) kimi Pixar animasiyalarını idarə etmiş və Con Karter filmi ilə birlikdə ilk canlı filmini idarə etmişdir. Filmin ssenari müəllifləri müştərək formada Mark Endryus və Maykl Çabondur.
Barter
Barter və ya dəyişmə müqaviləsi — bir tərəfin əmlakının alınması müqabilində həmin tərəfə onun əmlakı dəyərində başqa bir əmlakın verilməsini öhdəsinə götürməklə bağlı vətəndaş hüququ növüdür.
Kartel
Kartel — müəyyən bir sahənin bir sıra müəssisələrini birləşdirən kapitalist inhisar birliyi formasıdır. Kartel inhisarın elə bir formasıdır ki, onun iştirakçıları istehsal vasitələri üzərində xüsusi mülkiyyət hüququnu saxlayır, istehsal ve satışı müstəqil həyata keçirirlər. Lakin onlar müəyyen şərtlər üzrə razılığa gəlirlər. Kartel iştirakçılarının hər biri üçün istehsalın həcmi (kvotası), satış qiyməti və satış bazarı üzrə razılığa gəlir. Kvotanı pozan kartelin kassasına cərimə ödəyir. Qiymət kartelləri — ümumi və ya ortaq qiymətin müəyyənləşdirilməsi əsasında formalaşır; Satış kartelləri — ümumi satış kanallarının müəyyənləşdirilməsi əsasında formalaşır; Qiymət təyin etmə kartelləri — istehsal və satışı müəyyənləşdirən amillərə məhdudiyyətlər qoyur; Müştəri kartelləri — bazarın və müştərilərin müəyyənləşdirilməsi əsasında formalaşır; Dövlətdaxili kartellər — dövlət daxilindəki bazarları bölmək məqsədilə formalaşır ; Dövlətlərarası kartellər — dövlət müəssisələri arasında rəqabəti aradan qaldırmaq məqsədilə formalaşır.
Krater
Krater (vulkan) — Yer kürəsi və digər nəhəng səma cismlərinin səthi üzərində, bir neçə səbəbdən yaranan relyef forması. Krater (qab) — çaxır və suyu qarışdırmaq üçün antik qab.
Endimion (krater)
Endimion (ing. Endymion) — Ayın şimal-şərq hissəsində yerləşən krater. Krater Soyuq dənizin şərqində, Əbədiyyət gölünün şimalında yerləşir. Cənub-qərbində ondan bir az kiçik olan Atlas krateri yerləşməkdədir. Yerləşdiyi mövqeyə görə Endimion krateri perespektivdən ovalşəkilli görünüşə malikdir. Kraterin yaxınlığında Humbolt dənizi yerləşir. Kraterin döşəməsi az-albedolu lava ilə örtüldüyündən bu ona qara rəngli görünüş verir və yerləşdiyi yerin müəyyən edilməsini asanlaşdırır. Döşəmə demək olar ki, hamar və maraqsızdır, sadəcə bir neçə çox kiçik kraterlet vardır. Kraterin xarici istehkamı eroziyaya görə alçaq və genişdir. Aşağıdakı kraterlər Endimiona yaxın yerləşdiyi üçün onun peyk kraterləri hesab edilir və hərflərlə işarə olunur.
Enes Kanter
Enes Kanter (türk. Enes Kanter; doğulub 20 may 1992-ci il, Sürix, İsveçrə) — türk basketbolçusu. Son vaxtlar NBA-da Boston Seltiks komandasında oynamış. 2011-ci ildə keçirilən NBA Draftın birinci raunduna 3 nömrə ilə seçilmişdir. 2006-2008-ci illərdə Fənərbaxça Ülker gənclər komandasında oynamışdır. Sonra 2008-2009-cu il mövsümündə böyüklər komandasına keçdi, lakin nadir hallarda oynaya bildi. Komandanın ən azı doqquz matçında - dördü Avroliqada, beşi isə Türkiyə çempionatında oynamışdır. Fənərbaxça və Olympiakos Kanterə peşəkar müqavilələr təklif etdilər, lakin ABŞ-dəki kolleclərdən birində oynamaq istədiyi üçün imtina etdi. Kanter ABŞ-yə getdi və Kaliforniyanın Simi-Velli şəhərinin Stounridj hazırlıq məktəbində oynamağa başladı. 14 aprel 2010-cu ildə Kanter Kentukki Universitetinə keçdi və NCAA-da çıxış etməyə başladı.
Erebus (krater)
Erebus krateri — Marsın Margaritfer Sinu (MC-19) bölgəsi daxilində yerləşən bir kraterdir, bu xarici geoloji xüsusiyyət daha böyük krater Viktoria üçün yolda Opportüniti tərəfindən ziyarət edildi. Bu, 1841-ci ildə Ceyms Klark Ross tərəfindən istifadə edilən Polar Kəşfiyyat gəmisi HMS Erebus adına, artıq Ross şelf buzlağı olaraq bilinən Böyük Ays Barryeri tapmağa çağırıldı. Karyera təxminən 550- 750 arası (oktyabr 2005-mart 2006-cı il) kraterin yaxınlığında idi. Bunlara Payson Raid və Olimpiya Raid daxildir. Erebus daha əvvəl Opportüniti tərəfindən ziyarət edilən daha kiçik krater Vostok kraterindaən təxminən 2500 metr (8200 fut) cənubda yerləşir. Elm adamları Meridiani Planum qumunun altından süxurların gözdən keçirildiyi bir sahə olan "sürülmüş ərazi" kimi təsvir edirlər. Erebus, təxminən 350 metr (1150 ft) genişlikdə, kraterin dayanıqlığından iki dəfə böyükdür. Ancaq çox köhnə və aşındırılmışdır və yerdən görünə bilər; yalnız dünyanı əhatə edən bir sıra düz qayaüstü çöküntülər kimi görünür. Grotzinger; Bell, J.; Herkenhoff, K.; Johnson, J.; Knoll, A.; McCartney, E.; McLennan, S.; Metz, J.; və b. "Sedimentary textures formed by aqueous processes, Erebus crater, Meridiani Planum, Mars".
Fabian Kaurter
Fabian Kaurter (22 sentyabr 1985, Bern) — İsveçrəli qılıncoynadan və musiqiçi. Kaurter birinci idmana futbolla başladı, ancaq zədələndikdən sonra başqa idman növünə keçməyi qərara aldı. O, on yaşı olanda qılıncoynatma idmanı ilə məşğul olmağa başlayıb. Onun atası Xristian Kauter iki Olimpiya medalının sahibi idi və onun qardaşı Mişel Kauterdə Olimpiyadada qılıncoynatma ilə məşğul olmuşdu. Kauter həmçinin Yuri adı ilə musiqi karyerası ilə də məşğul olur. O, Summer in Sibirie adlanan birinci albomunu 2009-cu ildə buraxıb. Kauter 2007-ci ildə Qılıncoynatma üzrə Avropa Çempionatında və 2011-ci ildə Qılıncoynatma üzrə Dünya Çempionatında üçüncü yeri tutub. O, 2012-ci ildə Buenos-Ayresdə Dünya Kuboku yarışlarında ilk qızıl medalını qazanıb. Bir neçə aydan sonra o, 2012-ci il Yay Olimpiya Oyunlarında kişilərin epee yarışlarında mübarizə aparıb, amma ikinci turda məğlub olub. O, 2013-cü ildə Budapeştdə təşkil olunmuş Qılıncoynatma üzrə Dünya Çempionatında və 2013-cü ildə Bern Qran-prisində bürünc medal qazanıb.
Har (krater)
Har – Yupiterin təbii peyki Kallistoda yerləşən krater. German-skandinav mifologiyasında baş tanrı Odinin adlarından birinin şərəfinə adlandırılmışdır. Zərbə krateri olduğu güman olunur.
Howard Carter
Houard Karter (9 may 1874[…] – 2 mart 1939[…], London) — İngilis arxeoloq və Misirşünas. Misirin Luksor şəhərindəki məşhur Krallar vadisində firon Tutanxamon türbəsini kəşf etməsi ilə məşhur olmuşdur. Buna baxmayaraq Misirdən uzaqda ölmüş və cənazəsində yalnız Xanım Evelyn iştirak etmişdir. Houard Karter 1874-cü ildə İngiltərənin paytaxtı Londonun Kensington regionunda anadan olub. Atası istedadlı bir sənətçi Samuel Karter, anası Marta Coys (Sands) olmuşdur. Uşaqlığının çox hissəsini Norfolkun Suafhem şəhərində keçirmişdir. Misirdə arxeoloji tədqiqatlar aparan və F. Petrienin "Tell el-Amarna" qazıntılarında (1892) iştirak edən Houard Karter, Misir hökuməti tərəfindən antik abidələrin müdiri olaraq təyin edilmişdir. Thebes qazıntılarında iştirak etmiş (1910) və Misir kraliçası Hatshepsutun türbəsinin kəşf edilməsində mühüm rol oynadıqdan sonra, Thebesdəki Krallar vadisini tədqiq etmək üçün Lord Carnarvon ilə əməkdaşlıq etmiş və uşaq kral olan Tutanxamonun məzarını kəşf etmişdir (1922). Ancaq bu kəşfdən sonra bir sıra xoşagəlməz hallarla üzləşdi. Misir mətbuatı Times jurnalına verdiyi imtiyazlara görə onu sevmirdi.
Hyüyqens (krater)
Hyüygens – eyni Hollandiyalı astronom, riyaziyyatçı və fizikin şərəfinə adlandırılmış Mars krateri. Buranın Krateri təxminən 467.25 km (290.34 mil) diametri [304] W 13.88 ° S, ilə seçilirdi. Alimlərin Mars ətrafında orbitə göndərilməsinin səbəbi o idi ki, bura su axmırdı . Alimlərin orbitə getmələri ilə su bir daha planetin səthinə axdı. Bir zamanlar suyun olduğu bir yerdə sadə orqanizmlər yaşayırdı. Bir müddət planetimizə su axmadığına görə planetə xeili ziyan vurmuşdur.Ümumilikdə sunun insan həyatında rolunun necə vacib rol oynadığını bilirik.Yaşamaq üçün orqanizmə elə o qədər də su qəbul etmək lazım gəlir.İnsan vücudunun yarsı demək olar ki, su ilə təşkil olunub. Elə bunun qarşısını almaq üçün alimlər TEMİS ilə planetə su çəkdilər. Karbonatlar (kalsium və ya dəmir karbonatlar) Huyqensin ağzında bir kraterdə aşkar edilmişdir.Bu minerallar Marsın bol nəmini sübut edir. Bir çox su var idi. Orbiter üçün Mars Kompakt Rekonessanslı Görüntüləmə Spektrometresi (CRISM) aləti ilə tapıldı.Əvvəllər alət ilə gil mineralları aşkar edilmişdir.
Kaster (Vaşinqton)
Kaster (ing. Custer) — ABŞ-nin Uotkom dairəsində siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 366 nəfər olmuşdur. Adı ilk poçt müdiri Alber Kasterin adından götürülmüşdür. İlk ərazi Valley View və Bay Roads yollarının kəsişməsində olsa da, 1890–1892-ci illərdə dəmiryolunun çəkilməsi ilə əlaqədar indiki əraziyə köçürülmüşdür. Ümumi ərazisi 4.7 km² olub, tamamilə quru ərazisindən ibarətdir. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 366 nəfər əhali, 138 şəxsi təsərrüfat və 98 ailə vardı. Əhalinin sıxlığı 63.5 nəfər/km²-di. Burada 147 ev var və evlərin sıxlığı 31.3/km²-di. Əhalinin etnik tərkibini 89,3%-i Ağ amerikalılar, 1,9%-i Asiyalılar, 0,3%-i Hindilər, 0,5%-i Afroamerikalılar, 6,3%-i digər irqdən olanlar və 1,6%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi.
Kiilut (krater)
Kiilut – Yupiterin təbii peyki Kallistoda yerləşən krater. Kallistonun cənub qütbünün yaxınlığında yerləşir. Zərbə krateri olduğu güman olunur. Ölçüsü 47 kilometr təşkil edir. Yuxarı hissəsində deqredasiyaya uğramış Reqinleyf krateri görünür.
Kopernik (krater)
Kopernik krateri (lat. Copernicus)-orta ölçülü, polşalı astronom Nikolay Kopernikin(1473–1543) şərəfinə adlandırılan Ay krateridir. Krater Fırtına Okeanının şərq hissəsində yerləşir. Kraterin yaşı təxminən 800 milyona bərabərdi, yəni krater, Ayın geoloji tarixinin kopernik dovrundə yaranmışdır. Yaşı kiçik olduguna görə kraterin strukturu aydındir. Kraterin dərinliyi- 3800 metirdir. Kraterə bu adı yezuit Djovanni Ricioli tərəfindən verilmişdir və 1935-ci ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsdiq olunmuşdur. Eyniadlı krater Mars planetində də var. Krater şimalda Qey-Lüssak, şərqdə Stadiy krateri, cənubda Faut krateri, qərb-cənub-qərbdə Qortenziy krateri ilə sərhəddir. Kraterin cənubunda Adalar dənizi, şimalında Karpat dağları, şimal-şərqdə Apennin dağları, şərqde isə Znoy körfəzi yerləşir.