Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kasablanka
Kasablanka — Mərakeş Krallığının işgüzar, maliyyə və sənaye paytaxtı. == Tarixi == Orta əsrlərdə Kasablanka Anfa kimi tanınan varlı şəhər idi. 1468-ci ildə portuqaliyalılar şəhəri dağıtdı və elə onlar da 1515-ci ildə bərpa etdilər. 1755-ci ildə baş verən güclü zəlzələdən sonra şəhər yenidən quruldu. 1907-ci ildə şəhəri fransızlar ələ keçirdi. Fransızların hakimiyyəti illərində şəhər sürətlə inkişaf etdi. 1943-cü ildə şəhərdə ABŞ prezidenti Franklin Ruzvelt və Böyük Britaniyanın baş naziri Vinston Çörçill arasında Kasablanka konfransı keçirildi. 1956-cı ildə Mərakeş müstəqilliyini elan etdi və fransızlar şəhəri tərk etdilər. Bundan sonra şəhər iqtisadi baxımdan ciddi problemlər yaşadı. Amma turizmin yüksək inkişafı və sənayenin artımı hər şeyi geri qaytardı.
Kasablanka (film)
Kasablanka (ing. Casablanca) — 1942-ci ildə Warner Bros. şirkəti tərəfindən çəkilmiş klassik Hollivud filmidir. Filmin rejissoru Maykl Körtisdir. Maykl Körtis elə bu film sayəsində ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı qazanmışdır. Filmdə Hollivudun məşhur simaları Hamfri Boqart, İnqrid Berqman və Pol Henrayd iştirak etmişlər. Film İkinci dünya müharibəsi mövzusundadır və elə müharibə davam etdiyi dövrdə çəkilmişdir. Film dram və melodram janrındadır və AFİ (American Film Institute) tərəfindən 2002-ci ildə bütün zamanların ən yaxşı məhəbbət mövzusunda çəkilmiş filmi seçilmişdir. == Mövzu == Filmin mövzusu İkinci Dünya Müharibəsinin ilk zamanlarından bəhs edir. Çex müqavimət təşkilatının lideri Viktor Lazlou Nasist həbs düşərgəsindən qaçaraq Kasablankaya gəlir.
Kasablanka (film, 1942)

Həsən Kasablanka Universiteti
Həsən Kasablanka Universiteti — Mərakeş Krallığının Kasablanka şəhərində dövlət universiteti. == Tarixi == Universitet 1975-ci ildə Həsən de Ain Çok Universiteti və Həsən Məhəmmədiya Universitetinin birləşməsindən sonra yaranıb. Ümumilikdə burada yerli və xarici tələbələr də daxil olmaqla 24 mindən çox tələbə təhsil alır. Universitet Mərakeşin üçüncü ən böyük universitetidir. == Akademik strukturu == Universitetdə ərəb və fransız dilləri tədris olunur. Hüquq, Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər kimi bəzi fənlər üçün və aspirantlar üçün fransız və ərəb dillərini bilmək tələb olunur. Bununla belə, Texniki fənlər yalnız fransız dilində təklif olunur. Universitet Beynəlxalq Tədqiqat Universitetləri Alyansının üzvüdür. Xarici tələbələr əsasən fransız dilli ölkələrdəndir: Fransa, Seneqal, Konqo Respublikası, Mavritaniya, Liviya, Tunis, Əlcəzair, Mali, Yəmən, İndoneziya və s. === Fakültələri === Hüquq, İqtisadi və Sosial elmlər fakültəsi.