Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Katagenez
Katagenez — Yer qabığında aşağı təzyiq və temperatur şəraitində baş verən kimyəvi və fiziki-kimyəvi proseslərin genetik tiplərindən biri. Çöküntü süxurların diagenezdən sonrakı və metamorfizmdən əvvəlki mərhələsinə uyğundur. Bu terminin daha dəqiq anlayışını vermiş Vassoyeviçə (1957, 1962) görə, katagenez diagenezdən sonra, metagenezdən əvvəl gəlir. Sonuncunu o, əsl metamorfizm adlandırır. == Mərhələlər == Katagenez 3 mərhələyə ayırılır: Protokatagenez Mezokatagenez Apokatagenez. == Mezokatagenez == Mezokatagenezi 3 yarımmərhələyə bölür. Straxova (1960) görə, katagenez mərhələsi diagenez mərhələsindən sonra və protometamorfizm mərhələsindən əvvəl gəlir. Bu mərhələdə artan təzyiq altında çöküntü süxurların sıxlaşması və dayanıqlı, xüsusilə terrigen və qismən autigen komponentlərinin qismən dəyişməsi ilə səciyyələnir. Katagenez mərhələsində 2 yarım mərhələ ayrılır: erkən-terrigen və gilli süxurlarda dəyişilməyən gil maddəsinin varlığı, gec isə dəyişilmiş gil maddəsinin olması və təzyiq altında qırıntı dənələrinin həllolma quruluşu ilə səciyyələnir. Katagenez mərhələsi üçün normal, metamorfizmə uğramamış çöküntü süxurlar səciyyəvidir.
Katasenoz
Katasenoz — bitki birliklərinin deqradasiyasının başa çatması. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” (Dərs vəsaiti). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2004, s. 379 – 424.
Metagenez
Metagenez - stratosferin aşağı hissələrində, əsasən, yüksələn temperatur, təzyiq və minerallaşmış məhlulların iştirakı ilə çöküntü süxurlarda baş verən dərin mineraloji və struktur dəyişilmələr mərhələsi. Bu mərhələdə ilkin əmələ gəlmiş autigen mineralların və gilli maddənin yenidən kristallaşması, çöküntü süxurların əsas süxurəmələgətirən minerallarının həll olması və kristallaşması prosesləri geniş inkişaf edir. Melanj mərhələsində metamorfizləşmiş çöküntü süxurlar əmələ gəlir: ilkin melanj üçün — gil şistləri, qumdaşları, kvarsit və kvarsit qumdaşları, kristallik əhəngdaşları və dolomitlər, zəif yağlı kömür və antrasitlər; gec melanj üçün isə aspid və fillitəbənzər şistlər, kvarsitlər, kristallik və metamorfikləşmiş əhəngdaşları və dolomitlər, antrasitlər və qrafitləşmiş antrasitlər səciyyəvidir. Gilli süxurlarda və dənəvər süxurların sementində karbonatların vaxtaşırı iştirakı şəraitində dioktaedrik hidromikalar, serisit (bəzən muskovit), xlorid, kvars və ya stilpiomelanın paragenezisi təzahür edir. Metagenetik dəyişilmələrə məruz qalmış süxurlar çökmə və metamofik süxurlar arasında keçid olub, metamorfikləşmiş süxurlar adlanırlar. Vassoeviç (1957) əsl metamorfizm (regional metamorfizm) mərhələsini metagenez adlandırır, lakin onun bu fikri intişar tapmamışdır. Digər müəlliflər isə metagenez müstəqil mərhələ kimi ayırırlar. Straxov (1960), aşınma və əsl metamofizm istisna olunmaqla, metagenez adı altında çöküntü süxurların əmələ gəlməsindən sonrakı bütün dəyişilmələri (diagenez) nəzərdə tutur, yəni başqa sözlə, Metagenez mərhələsinə katagenez və protometamorfizm — başlanğıc metamorfizmi və yaxud digər müəlliflərin ayırdığı əsl Metagenez daxil edir. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Mutagenez
Mutagenez – irsi dəyişkənliklərin yaranması prosesi, fiziki, kimyəvi (süni) və təbii (sponton) amillərlə meydana gəlir. İonlaşdırıcı şüaların mutagen təsirinin öyrənilməsi göstərmişdir ki, bütün tədqiq olunan müxtəlif orqanizmlərdə onlar çoxlu miqdarda gen mutasiyalar və xromosom dəyişilmələri əmələ gətirir ki, bu da yəni indiksion mutasiyaların tezliyi əsas etibarilə radiasiyanın dozasından asılıdır. İonlaşdırıcı şüalar gen mutasiyaların tezliyinə nisbətən xromosom dəyişilmələri spontan arasında olduğundan xeyli çoxdur. Fiziki mutagenlərə ionlaşdırıcı şüalardan başqa ultrabənövşəyi şüalar da aiddir. Bu şüalar atomları ionlaşdırmır, onların yalnız elektron təbəqələrini oyadır və hüceyrədə kimyəvi reaksiyalar yaradır ki, bunun da nəticəsində mutasiya törəyir. Kimyəvi mutagenlər üçün də gen mutasiyaları və xromosom dəyişilmələri törətmək xarakterikdir. Süni yolla mutasiya törətməyin üsullarının işlənməsi mutagenləri tətbiq etməklə seleksiyanı xeyli sürətləndirmək imkanları açmışdır ki, bu da seleksiyaçıya seçmə üçün başlanğıc material verir; bir çox yüksək məhsuldar kənd təsərrüfatı bitki sortları, qiymətli mikroorqanizm ştampları yaradılmışdır. Bu məqsədlə seleksiyada kimyəvi mutagenlər və supermutagenlər böyük müvəffəqiyyətlə tətbiq edilir. Bitkilərin seleksiyasında süni yolla salınmış poliploid mutasiyalardan istifadə olunur. irsi dəyişkənliklər (mutasiyalar) yaradan fiziki və kimyəvi amillər ətraf mühitin antropogen çirklənməsi nəticəsində çoxlu miqdarda M. toplanır.
Patogenez
Patogenez (qədim yunanca πάθος “əzab, xəstəlik” + γένεσις “mənşə, yaranma”) — xəstəliklərin yaranması, inkişafı mexanizmi və onların ayrı-ayrı təzahürləridir. Müxtəlif səviyyələrdə - molekulyar pozğunluqlardan tutmuş bütövlükdə bədəndəki pozğunluqlara qədər nəzərdən keçirilir. Patogenezi öyrənərək, həkimlər xəstəliyin necə inkişaf etdiyini aşkar edirlər. Patogenez doktrinasının təkamülü bütövlükdə tibbin inkişafının son dərəcə vacib hissəsidir. Məhz müxtəlif səviyyələrdə patogenetik proseslərin təsvirinin olması xəstəliklərin inkişafının səbəblərinə daha dərindən nüfuz etməyə və onlar üçün getdikcə daha təsirli terapiya seçməyə imkan verdi. Patogenez məsələləri patoloji fiziologiya, patoloji anatomiya, histologiya və biokimya tərəfindən öyrənilir, heç bir tibb ixtisası patogenez məsələlərini nəzərdən keçirmədən keçinə bilməz. Tipik patogenetik proseslərin sayı məhdud olsa da, onların birləşmələri və gedişatının şiddətinin nisbəti bir çox məlum xəstəliklər üçün unikal klinik şəkillər yaradır. Tipik patogenetik reaksiyaları, onların gedişatını və bir-biri ilə qarşılıqlı əlaqəsini bilməklə, xəstəliyin diaqnozu hələ müəyyən edilməmiş, lakin bədəndə baş verən patoloji dəyişikliklər aydın şəkildə müəyyən edilmiş hallarda belə adekvat terapiya təyin etmək mümkün olur. Beləliklə, diaqnoz qoyulana və etiotrop terapiya başlayana qədər xəstənin vəziyyətini stabilləşdirmək mümkün oldu.