Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bezoar keçisi
Bezoar keçisi (lat. Capra aegagrus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü. Nadir növdür. Yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Sayı azalmaqda olan növdür, adı qırmızı kitaba düşmüşdür. == Ümumi xarakteristikası və görünüşü == Başqa vəhşi keçilərlə müqayisədə nisbətən kiçikdir. Bədənin uzunluğu 140–160 sm, cida 80–85 sm. Çəkisi — erkəklərdə 40–45 kq, dişi fərdlərdə 26–30 kq, təşkil edir. Capra cinsinin digər növlərlə müqayisədə, yüngül bədən tutumuna malikdir. Qulaqları 10–11 sm olub, iti ucla qurtarır.
Dağ keçisi
Dağ keçisi (lat. Capra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Ev keçisi
Ev keçisi (lat. Capra hircus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü. Ev keçisi ilk əhliləşdirilmiş heyvanlardan hesab olunur. Təqribən 9000 il bundan əvvəl Yaxın Şərqdə əhliləşdirilib. Bu keçinin əcdadı Egey dənizidəki yunan adalarından Türkiyə, İraq, İran və Pakistanda rast gəlinən vəhşi bezoar keçisi olub. Əksər erkək və dişiləri saqqallı olur. Bədənləri yunla örtülüdür. Qoyun sürülərində keçilər sayca azlıq təşkil edir. Bir sürüdə ən çoxu təxminən 10–15 baş keçi olur. Lakin Kiçik Qafqazın bəzi dağ və dağətəyi kəndlərində 50–60 başdan ibarət kiçik keçi sürüləri də olub və meümkündür ki, indi də olsun.
Günah keçisi
Günah keçisi — suçsuz olduğu halda başqalarının suçu üzərinə yüklənilən insan ya da topluluğa verilən ad.
Qar keçisi
Qar Keçiləri (lat. Oreamnos) — Cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid gövşəyən heyvan. Qar keçiləri yalnız Şimali Amerikanın Qayalıq dağlarında yaşayır. Bu keçilərin uzun çox six ağ rəngli yunları olur. Əvvəllər bu keçilər insanların ən sevdikləri ov olmuşdular. Hal hazırda Qar keçilərini yalnız ABŞ-nin və Kanadanın qoruqlarında, Alyaskanın bir neçə adasında yaşayırlar. Alyaskanın adalarına kənardan gətirilmişdir. Ömürlərinin çox hissəsini qayalı dağlarda meşə ilə zirvənin sərhəddində keçirirlər. Yayın əvvəllərində çox qısa müddətə şoranlıqlara enirlər. Dirnaqlı heyvanlardan yeganə Qar keçiləri soyuq qışda da dağların daşlı zirvəsini tərk etmirlər.
Su keçisi
Su keçisi (lat. Kobus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi. Su keçisinin hündürlüyü 70–130 sm, çəkisi 50–250 kq-ma qədər olur. Erkəklər dişilərdən çox böyük olur. Buynuzlar yalnız erkəklərdə olur. Bu heyvanlar yalnız Afrikada yaşayırlar. Su keçilərinin tükləri qısa, lakin boyun ətrafı tükləri uzun olur. Onlar suda yaxşı üzürlər. Su bitkiləri ilə qidalanırlar. Hətta düşməndən suda qorunmağa çalışırlar.
Sudan keçisi
Sudan keçisi (lat. Kobus megaceros) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin su keçisi cinsinə aid heyvan növü. Su keçisi cinsinə aid nəsli kəsilməkdə olan antilop növdür. Bu növə Cənubi Sudanın, eləcə də Efiopiyanın şimal-qərb ərazilərinin subasar, əsasən də bataqlıq yerlərində yaşayırlar. 1983-cü ildə vəhşi təbiətdə sayının 30000-40000 civarında olduğu güman edilsə də, hazırda bu rəqəmlər məlum deyil.
Adi su keçisi
Adi su keçisi (lat. Kobus ellipsiprymnus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin su keçisi cinsinə aid heyvan növü.
Alp dağ keçisi
Alp dağ keçisi (lat. Capra ibex) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü.
Burmabuynuz dağ keçisi
Burmabuynuz dağ keçisi (lat. Capra falconeri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü. Bu keçilərin iri spiralvari buynuzları olur. Sağ buynuz sola, sol buynuz sağa doğru burulmuşdur. Erkək keçilərin buynuzlarının uzunluğu 1.5 metrə çatır. Dişilərin buynuzları daha gödək olur və daha az burulmuş olur. Erkək keçilərdə bəzəkli saqqallar olur. Qışda çütləşmə dövründə böyük sürülər əmələ gətirirlər. Dişi fərdlərin hamiləlik dövrü 170 gün sürür. Bundan sonra onların 1-2 balaları dünyaya gəlir.
Dağıstan dağ keçisi
Dağıstan dağ keçisi (lat. Capra cylindricornis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü. Dağıstan dağ keçisi Baş Qafqazda endemik növdür. Bu heyvanlar yüksək dağlıq şəraitə yaxşı uyğunlaşmışdır. Dağıstan dağ keçiləri dəniz səviyyəsindən 2000-dən 4200 metrə yüksəklikdə Şərqı Qafqazda yayılmışdır. Dağıstan dağ keçiləri əsasən sürü şəklində yaşayırlar. Bəzi erkək fərdlərlər isə tək yaşayır. Bu keçilərin eşitmə, görmə və iy duyma hisləri çox gözəl inkişaf etmişdir. Onlar qışın əvvəllərində cütləşirlər. Dişi fərdlərin hamiləlik dövrü 150-160 gün sürür.
Efiopiya dağ keçisi
Efiopiya dağ keçisi (lat. Capra walie) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü.
Nubiya dağ keçisi
Nubiya dağ keçisi (lat. Capra nubiana) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü.
Qafqaz dağ keçisi
Qafqaz dağ keçisi (lat. Capra caucasia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü.
Sibir dağ keçisi
Sibir dağ keçisi (lat. Capra sibirica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinin dağ keçisi növünə aid heyvan yarımnövü.
Sudan su keçisi
Sudan keçisi (lat. Kobus megaceros) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin su keçisi cinsinə aid heyvan növü. Su keçisi cinsinə aid nəsli kəsilməkdə olan antilop növdür. Bu növə Cənubi Sudanın, eləcə də Efiopiyanın şimal-qərb ərazilərinin subasar, əsasən də bataqlıq yerlərində yaşayırlar. 1983-cü ildə vəhşi təbiətdə sayının 30000-40000 civarında olduğu güman edilsə də, hazırda bu rəqəmlər məlum deyil.
İspaniya dağ keçisi
İspaniya dağ keçisi (lat. Capra pyrenaica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü.
Türklərin İslama keçişi
Türklərin islamı qəbul etməsi — türklərin tenqriçilik inanclarından dönüb islama kütləvi şəkildə inanmağa başlaması. Təqribən X əsrədək tenqriçilik türk xalqları arasında ən geniş yayılan inanc olmuşdur. Türklərin islam ilə ilk əlaqəsi şiə və ələvilərin dördüncü imam kimi qəbul etdikləri Zeynülabidinin türklər tərəfindən Xorasana aparılması olmuşdu. İslamaqədərki dövrdə türklər ilə müsəlman ərəblərin ilk qarşılaşması VII əsrdəki Xilafət—İmamət toqquşmalarıyla baş vermişdir. Peyğəmbərin vəfatından sonra meydana gəlmiş Siffeyn döyüşünü mütəaqibən Əməvilərin dövründə islam, əsasən, ərəb milliyyətçiliyi ətrafında formalaşan bir din idi. İslam dövləti yeni fəthlərlə genişlənmiş, torpaqları ələvilər və şiələrin dəstəyi ilə Mavəraünnəhrədək çata bilmişdir. VIII əsrin əvvəllərində cihad elan edərək türklərin məskunlaşdığı şəhərlərə daxil olan ərəb-islam dövləti Əməvilər xilafətinin komandirlərindən olan Qüteybə ibn Müslüm hücum elədiyi yerlərdə müsəlman olmayan türklərə qarşı sərt mücadilələr göstərdi. Çox sayda insanı öldürüb şəhərləri taladıədan sonra əldə etdiyi qənimətlərlə irəliləyən Qüteybə ibn Müslüm, baxmayaraq, ölümünədək fəaliyyətlərini davam etdirmiş və İslamı tanıtmışdı, onun elədikləri türklərin İslamı qəbulu ilə sonuclanmamışdır. Ömər ibn Əbdüləzizin hər yerdə karvansaralar, xəstəxanalar tikmək və ədalətli bir idarə qurma ideyası tətbiq olunsa idi türklər islamı daha öncədən qəbul edəcəkdi. Talama və qənimət vərdişindən öyürü cihad anlayışının ikinci plana atılması və zülmə üstünlük verilməsi ərəb zülmünün Əməvilər vasitəsilə davam etdiyinin dəlili olmuş, ancaq buna bənzər hadisələrə baxmayaraq türklər dolayı yolla islamı qəbul etməyə başlamışlar.
Keçili
Keçili (Şahbuz) — Azərbaycanın Şahbuz rayonunda kənd. Keçili (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Keçili (Sərdarabad) — Sərdarabad kəndi. Keçiliqaya — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Keçili (Amasya) — Türkiyədə kənd. Keçili — Kəlbəcər rayonu ərazisində çay. Tutqunçayın qoludur.
Seçimsiz seçimlər
"Seçimsiz seçimlər" — Lourens Langer tərəfindən Holokost zamanı yəhudilərin qarşılaşdıqları heç bir qalibiyyət olmayan vəziyyətləri təsvir etmək üçün istifadə edilən termin.
Heybər keçidi
Heybər keçidi, Əfqanıstanla Pakistan sərhədi yaxınlığında yerləşən, Kabil çayı dərəsindən cənubdakı Səfedkox dağ silsiləsində keçid. Uzunluğu 53 км, eni 15—130 м. Əsas keçid 1030 м. yüksəklikdə yerləşir. Keçiddə, Pakistan tərəfdən əfqan sərhədinə qədər dəmir yolu salınıb, və müxtəlif səviyələrdə Pişəvər - Kabil şose və karvan yolları salının. Keçmişdə vacib ticarət və hərbi strateji yol olub.
Keçili (Susuz)
Keçili — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. == Tarixi == == Coğrafiyası == Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 40 km, Susuz ilçəsinin inzibati mərkəzi Susuz qəsəbəsindən 20 km uzaqlıqda yerləşir. == Əhalisi == 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 67 nəfər daimi əhali yaşayır.
Keçili (Sərdarabad)
Keçili — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == 1728-ci ilə aid mənbədən mə’lumdur Rayon mərkəzindən 5 km məsafədə, Araz çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim oğuz türk tayfasından olan kayı (qayı) etnoniminin bir qolunu təşkil edən keçili etnonimi əsasında əmələ gəlmişdir. Q. Qeybullayev kəngərlərin bir qolunun keçili adlarıdığını yazır. Araz çayının sağ sahilində yaşamış keçililər səfəvilər dövründə Naxçıvana keçərək kəngərlilərə qarışmışlar. Eyni zamanda oğuzların kayı (qayı) tayfasının bir qolu qara keçili adlanmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1728-ci ilə aid mənbədə Keçilu kimidir[170, 3].
Dəryal keçidi
Dəryal keçidi — Gürcüstanla Rusiya sərhədində, Böyük Qafqazın Yan silsiləsinin kəsişməsində Terek çayının kanyonu. Üç km məsafədə çayın hövzəsi üzərində qayalar 1000 metr hündürlüyə yüksəlir. Dəryal keçidindən hərbi-gürcü yolu keçir. Buranın qədim adları Qafqaz darvazaları və Alan qapıları idi. İkinci adı erkən orta əsrlərdə Baş Qafqaz silsiləsindən keçən bu mühüm dağ yoluna sahib olan alanların adı ilə bağlıdır.
Keçili (Şahbuz)
Keçili — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Keçili kəndi Külüs kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Keçili kənd Soveti yaradılmışdır. Dəniz səviyyəsindən 3000 m hündürlükdə, rayon mərkəzindən 20 km şimalda, Zəngəzur silsiləsinin yamacında yerləşir. Əhalisi bağçılıq və heyvandarlıqla məşğuldur. Yaxınlığlnda kiçik dağ çayının sağ sahilində erkən orta əsrlərə aid Kolluq yaşayış yeri qeydə alınmışdır. == Toponimika == Keçililər - qədin türk tayfası. Mənşəcə oğuzların kayı (qayı) tayfasından idilər. XI əsrdə Səlcuq oğuzlarının tərkibində Azərbaycana gəlmişlər. Orta əsrlərdə Arazın sağ sahilində (indiki Cənubi Azərbaycanda) yaşamış Keçililər Səfəvilər dövründə Naxçıvanda məskunlaşmışlar.Şahbuz rayonunda Keçili kəndinin adı Keçililərlə bağlıdır. Zəngəzur silsiləsinin ətəyindədir.
Keçili (Şəmkir)
Keçili (əvvəlki adı: Plankənd) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Şəmkir rayonunun Plankənd kəndi Keçili kəndi, Plankənd inzibati ərazi vahidi Keçili kənd inzibati ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Yerli məlumata görə, yaşayış məntəqəsini XVII əsrdə Naxçıvan mahalının Keçili kəndindən gəlmiş ailələr salmışlar. Sovet dövründə, 1954-cu ildə kənd planlaşdırılaraq köhnə ərazidən bir qədər aralıda indiki yerində salındığı üçün "Plankənd" adlanmışdır. 1994-cu ildə kəndə öz köhnə adı qaytarıldı. Toponim dəqiq araşdırılmasa da, qədim "keçili" türk tayfalarının adından əmələ gəldiyi güman edilir. Eyni adlı kəndlər Şahbuz rayonunda və Türkiyənin bir neçə vilayətində, habelə digər bölgələrdə də var. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == Kənd əhalisi 3336 nəfərdir ki, onun da 1687 nəfəri kişi, 1649 nəfəri isə qadınlar təşkil edir. === Tanınmış şəxsləri === Aşıq Məsim == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini heyvandarlıq və əkinçilik təşkil edir.
Keçmişin kölgəsi
"Keçmişin kölgəsi" — Con Tolkinin 1954–1955-ci illərdə nəşr olunmuş best-seller fantastik əsəri "Üzüklərin hökmdarı"nın ikinci fəsli. Tolkin bunu "həlledici fəsil" adlandırmışdır. Bu, həm Tolkinin kitabın mərkəzi süjetini hazırladığı anı, həm də hekayədəki baş qəhrəman Frodo Beqginsin və oxucunun Tək Üzüyü məhv etmək axtarışının olacağını başa düşdüyü məqamı əks etdirir. Onun eskizi 1938-ci ilin əvvəlində yazılan kitabın ilk hissələri arasında idi. Həmin ilin sonunda bu, onun tərtib etdiyi kitabın üç fəslindən biri olmuşdur. 1944-cü ildə o, Qollumun, Üzükün və Qollumun ovunun təsvirlərini əlavə edərək fəsilə qayıtmışdır. Piter Cekson "Üzüklərin Rəbbi " film trilogiyasında Qandalfın Üzüyün tarixi ilə bağlı təsvirini Frodoya bölür və çıxışının digər hissələrini sıxışdırır.
Keçmişin sığınacağı
Keçmişin sığınacağı və ya Keçmişdən gələn partlayış (ing. Blast from the Past) — Rejissor Hyu Uilson tərəfindən 1999-cu ildə çəkilmiş romantik komediya filmidir. Filmdə baş rolları Brendan Freyzer və Alisiya Silverstoun ifa etmişdirlər. Filmin premyerası 12 fevral 1999-cu ildə baş tutmuşdur. Film PG-13 kimi qiymətləndirilmişdir.