Keçili — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.[2][3]
kənd | |
Keçili | |
---|---|
40°07′47″ şm. e. 44°04′14″ ş. u. | |
Ölkə | Ermənistan |
Region | [[Sərdarabad mahalı]] |
Rayon | [[Sərdarabad rayonu]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 851 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
1728-ci ilə aid mənbədən mə’lumdur[4][5] Rayon mərkəzindən 5 km məsafədə, Araz çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində[6] qeyd edilmişdir.
Toponim oğuz türk tayfasından olan kayı (qayı) etnoniminin bir qolunu təşkil edən keçili etnonimi[7] əsasında əmələ gəlmişdir. Q. Qeybullayev kəngərlərin bir qolunun keçili adlarıdığını yazır[8]. Araz çayının sağ sahilində yaşamış keçililər səfəvilər dövründə Naxçıvana keçərək kəngərlilərə qarışmışlar[7]. Eyni zamanda oğuzların kayı (qayı) tayfasının bir qolu qara keçili adlanmışdır[9]. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1728-ci ilə aid mənbədə Keçilu kimidir[10][11][170, 3]. Mənşəcə oğuzların Kayı tayfasına mənsub keçililər[12]Səfəvilər vaxtında Naxçıvanda yaşayan Kəngərlərə qarışmışdır. XIX əsrin əvvəllərində Naxçıvan əyalətində yaşayan kəngərlərin bir qolu keçili adlanırdı. Onların bir hissəsini Pənahəli xan köçürüb Qarabağda yerləşdirmişdi. XIX əsrin ortalarında Qarabağ düzündə qışlayan bir maldar el Keçili adlanırdı. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV. 1946-il fərmanı ilə adı dəyişdirilib "Mrqaşat" qoyulmuşdur.
1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır.[13]