Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Temirbek Jurqenov
Temirbek Jurqenov (qaz. Жұргенов Темірбек Караұлы) (1898—1938) — SSRİ-nin görkəmli sovet partiyası və dövlət xadimi. Türküstan və Qazaxıstanda Sovet hakimiyyətinin qurulması və möhkəmləndirilməsi uğrunda mübarizənin üzvü. Sovet İttifaqı Kommunist Partiyası üzvü, 1920-ci ildən bəri kommunist. Noyabr 1898-ci ildə Madeniet bölgəsində, Jalaqaş rayonu [Qızılöqtə bölgəsi (Rusiya İmperiyası). Alimula qəbiləsinin Shomeki qəbiləsindən gəlir. 1913 Alamesek kəndindəki (indiki Qızıl-Orda bölgəsi, Jalaqaş rayonu, Ak-Aryk kəndi) iki illik rus-qazax (qazax internat məktəbi ilə) kişi məktəbini bitirib. 1917 Perovsk şəhərindəki Suxanski adına Rus-Qazax məktəbini bitirib. 1917-ci ildə Ufa Torpaq Tədqiqat Məktəbinə daxil oldu, lakin Vətəndaş müharibəsi səbəbiylə təhsilini tamamlamadı. 1918 - 1920-ci illərdə Turqay şəhərində çıxan "Qazaxıstan mky" qəzetində işləyir, Sovetlərin regional qurultayının hazırlanmasında iştirak edir, İrqiz rayonunun işçiləri ilə Ağ Qvardiyaçılara qarşı döyüşür.
Kəsişmək
Kəsişmək ( ing. intersect ~ ru. пересекать ~ tr. kesişmek) – verilənlər bazalarının idarə olunmasında istifadə olunan relyasiya cəbri operatoru. Birtipli kəmiyyətləri özündə saxlayan eyni sayda sahədən ibarət olan iki A və B münasibətləri (cədvəlləri) üçün INTERSECT A , B yeni bir münasibətdir (cədvəldir); bu yeni münasibət (cədvəl) həm A-da, həm də B-də olan kortejlərdən (sətirlərdən) təşkil olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kərmək
Dəvəayağı (lat. Limonium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin plumbaqokimilər fəsiləsinə aid bitki cinsi.
Tərsinə çevirmək
Tərsinə çevirmək (ing. invert ~ ru. инвертировать ~ tr. ters çevirmek) – əksinə dəyişdirmək, məsələn, monoxrom displeydə rəngin tərsinə çevrilməsi ağı qaraya, qaranı isə ağa dəyişdirir. Analoji olaraq, tərsinə çevirən rəqəmsal mikrosxem, onun girişinə verilən siqnalları tərsinə çevirərək çıxışa ötürür. Belə əməl DEYİL (NOT) inkar Bul əməlinin elektron ekvivalentidir, məsələn, əgər “A” doğrudursa, onda “DEYİL A” yalandır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Sətir keçirmə
Sətir keçirmə (ing. line feed (LF)) – kursorun və ya çap başcığının yerini dəyişmədən kompüterə və ya printerə informasiyanı cari sətirdən bir sətir aşağıda çıxarmaq komandasını verən idərəedici simvol. Məsələn, Bu, mətnin bir sətridir. cümləsinin sonunda qoyulmuş sətir keçirmə simvolu kursoru və ya printerin çap başcığını bir sətir aşağı nöqtənin altına hərəkət etdirəcək. Kursoru və ya printerin çap başcığını yeni sətrin başlanğıcına hərəkət etdirmək üçün sətir keçirmə simvolu karetin dönüşü simvolu ilə (CARRIAGE-RETURN CHARACTER) müşayiət olunmalıdır. ASCII yığınında sətir keçirmə simvolunun onluq qiyməti 10-dur (onaltılıq 0Ah). Adətən, sətir keçirmə və karetin dönüşü (onluq qiyməti 13, onaltılıq qiyməti 0Dh) simvolları bir-birinin ardınca gəlir və bu kombinasiya çox zaman sətir keçirmə-karetin dönüşü kimi qeyd olunur. İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.