GƏMİRMƏK

f.
1. Bərk bir şeyi dişlərilə dişləmək, bərk sıxıb parçalamaq, çeynəmək; didişdirmək. İtin peşəsi sümük gəmirmək olar. Əlini gəmirmək.
– Həsi çalışıb Hatəmxanın sağ əlinin baş barmağını iti dişləri arasına keçirtdi, bütün qüvvəti ilə elə gəmirdi ki, Hatəmxanın qolu keyiyib dondu… S.Rəhimov.
[İt] əsla tələsmədən əti götürdü və bir-iki addım kənara çəkilib ədəblə gəmirdi… M.Rzaquluzadə.

2. Çeynəmək, yemək, qırıb tökmək. Siçan ipləri gəmirib.
[Novruzəli:] …Qoy ulağın qıçını bağlayım, yoxsa gedər ağacları gəmirər. C.Məmmədquluzadə.

// Məc. mənada.
Az qalır sahili gəmirsin dəniz; Tufan içindədir bu gün ölkəmiz. S.Vurğun.
Dənizdə tufan qalxır, Xəzərin ağ köpüklü çılğın dalğaları sahili gəmirirdi. M.Hüseyn.

3. Bir sıra isimlərlə yanaşı gələrək mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: bığını gəmirmək, içini gəmirmək, ürəyini gəmirmək.

Синонимы

  • GƏMİRMƏK yemək

Этимология

  • GƏMİRMƏK Gəm isimdir, bəs -ir şəkilçisi ona necə əlavə olunub? Sözün əsli gəmğir olub, -gir4 şəkilçisi adlarda feil düzəldir (müqayisə et: oqğur –“посадить”; q
GƏMİRMƏ
GƏMİRTLƏMƏ

Значение слова в других словарях

вы́сидеться вышвы́ривание домино́ задо́рина запа́шник конево́дство тайбоксёр взму́чиваться пунктуацио́нный спектроскопи́я телеоло́гия утаи́ть эфи́р пискарога business machines coolie hat half-value layer harvest twine obsession paste prehominid жетон замести надоедливый степень