Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Etoşa
Etoşa (ing. Etosha pan) — Namibiyanın şimalında, quruyan göl. Nama dilindən tərcümədə «Böyük boş məkan» anlamını verir. Şoranlığın uzunluğu 130 km, eni 50 km, sahəsi 4800 km² təşkil edir. Etoşa 1065 metr dəniz səviyyəsindən yuxarıda yerləşir. Şoranlıq Kalaxari səhrasının şimal-qərbindəki axarsız çökəklikdədir. Yağışlar mövsümündə onun bir hissəsi su ilə dolur. Əvvəllər isə Kuene çayı gölü su ilə doldururdu. Tədricən iqlim quraqlaşmış və çayın axarı Atlantik okeana istiqamətlənmişdir. Avropalılar Etoşa ilə 1851=-ci ildə tanış olurlar.
Amblyseiella setosa
Amblyseiella setosa (lat. Amblyseiella setosa) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin amblyseiella cinsinə aid heyvan növü.
Dorstenia setosa
Dorstenia setosa (lat. Dorstenia setosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin dorsteniya cinsinə aid bitki növü.
Echeveria setosa
Echeveria setosa (lat. Echeveria setosa) — dovşankələmikimilər fəsiləsinin echeveria cinsinə aid bitki növü.
Eleonora Kejova
Eleonora Kejova (28 dekabr 1985) — Bolqarıstanı təmsil edən bədii gimnast. == Karyerası == Eleonora Kejova Bolqarıstanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Eugenia setosa
Eugenia setosa (lat. Eugenia setosa) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Kekova adası
Kekova adası (türk. Kekova) — Türkiyə sahillərində yerləşən ada. == Coğrafiyası == Kekova adası Aralıq dənizində, Kaş şəhərindən bir qədər aralıda yerləşir. Adanın sahəsi 4,5 km²-dir. Adada təxmini olaraq 1850-ci ildən bəri yaşayış yoxdur. İnzibati baxımından eyni adlı dairəyə daxildir. dairənin sahəsi 260 km²-dir. Dairəyə Kekova adasından əlavə Kaleköy və Uçaız kəndləri daxildir. Bura Simen və Teymus qalıqlarında başqa antik dövrə aid olan Aperlai və Dolixiste şəhərlərinin xarabalıqlarıda daxildir. == Tarixi == Adanın şimal hissəsində b.e II əsrində zəlzələdən dağılmış dolixiste şəhərinin su altındakı qalıqları bu gündə qalır.
Ketmia trionum
Üçlü hibiskus (lat. Hibiscus trionum) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin hibiskus cinsinə aid bitki növü. == Sinonimləri == Hibiscus africanus Mill. Hibiscus dissectus Wall. [Invalid] Hibiscus hispidus Mill. Hibiscus trionum var. cordifolius DC. Hibiscus vesicarius Cav. Ketmia trionum (L.) Scop. Trionum annuum Medik.
Yojef Katona
Yojef Katona (mac. Katona József;d.11 noyabr 1791, Macarıstan, Keçkemet — ö.16 aprel 1830, Macarıstan, Keçkemet) — macar dramaturqu. Atası sehrbaz Yozef Katona, anası Ilona Borbak. Yojef Katona 11 noyabr 1791-ci ildə Macarıstan vahidi olan, Baç-Kişkun medyesinin Keçkemet şəhərində anadan olmuşdur. İlk təhsilini 1798-1882-ci illərdə Keçkemetdə Roma katolik məktəbində bitirmişdir. Yazıçı daha sonra hüquqşünaslıq elmini öyrənir və 1810-cu ildə vəkil adını alır. Dramaturq bir neçə yazdığı uğurlu əsərlərlə tanınmışdırː "Bank-Ban"(1821) (mac. Bánk Bán, əsəri Ban-Bank adı altında Macarastan milli operasında tamaşaya 1861-ci ildə qoyulur.), "Macarıstan kralı Stefan I"(1813), Qüdsün dağıdılması və b. Alman dilindən tərcümələrlə məşğul olurdu. Budapeştin məşhur teatrlarından biri, Yojef Katona adını daşıyır.
İojef Katona
Yojef Katona (mac. Katona József;d.11 noyabr 1791, Macarıstan, Keçkemet — ö.16 aprel 1830, Macarıstan, Keçkemet) — macar dramaturqu. Atası sehrbaz Yozef Katona, anası Ilona Borbak. Yojef Katona 11 noyabr 1791-ci ildə Macarıstan vahidi olan, Baç-Kişkun medyesinin Keçkemet şəhərində anadan olmuşdur. İlk təhsilini 1798-1882-ci illərdə Keçkemetdə Roma katolik məktəbində bitirmişdir. Yazıçı daha sonra hüquqşünaslıq elmini öyrənir və 1810-cu ildə vəkil adını alır. Dramaturq bir neçə yazdığı uğurlu əsərlərlə tanınmışdırː "Bank-Ban"(1821) (mac. Bánk Bán, əsəri Ban-Bank adı altında Macarastan milli operasında tamaşaya 1861-ci ildə qoyulur.), "Macarıstan kralı Stefan I"(1813), Qüdsün dağıdılması və b. Alman dilindən tərcümələrlə məşğul olurdu. Budapeştin məşhur teatrlarından biri, Yojef Katona adını daşıyır.
İrina Kotova
İrina Kotova (17 noyabr 1976, Minsk) — Belorus rəssam. 1996–2002-ci illərdə Minsk şəhərinin Belarus Dövlət Rəssamlıq Akademiyasının Qrafika şöbəsində təhsil almışdır. 2003–2007-ci illərdə Parisdə təhsil almışdır.2007-2009-cu illərdə Sorbonna Tədqiqat İnstitutunda Parisdə, İncəsənət tarixi kafedrasında təhsil almışdır. 2005 -Amerika Birləşmiş Ştatlarının Pravoslav Kilsəsinin dəstəyi ilə 2006 - Belarusun Fransadakı səfirliyi, Paris 2010-2011 - Belarus Respublikasının Milli İncəsənət Muzeyi, Minsk 2011 - Belarusiya Dövlət İncəsənət Akademiyası, Minsk 2012 - Rusiya Elm və Mədəniyyət Mərkəzi, Paris 2013-2014 - Parisdə Orthodoxie.com saytının qalereyası 2014- Milli Tarix-Mədəniyyət Muzeyi 2013-2014 - Parisdə Rusiyanın Dünya Qalereyası 1991 - Kızılay Muzeyində, Moskva, Rusiya 1995-1996 - Çernobıl Qurbanlarının Kanada Fondu, Kanada tərəfindən təşkil edilən beynəlxalq sərgi 2000 - "Мастак і кніга" respublika sərgisi, Belarusun Minsk şəhərindəki incəsənət sarayı 2000 - Belarusiya Dövlət Rəssamlıq Akademiyası, Minsk 2003 - Beynəlxalq "Alberobello Arte Edition 2003" sərgisi, Alberobello, İtaliya 2003 - 3-cü Beynəlxalq İncəsənət Salonu,Fransa 2004 - 4-cü Beynəlxalq İncəsənət Salonu,Fransa 2006 - 5-ci Beynəlxalq İncəsənət Salonu, Fransa 2006 - Belarusun Fransadakı səfirliyi, Paris 2006 - Respublika Gənclər Sərgisi, Minsk şəhərindəki Sənət Sarayı, Belarus 2009 - Beynəlxalq sərgi, Belarus Respublika Sarayının, Minsk, Belarus 2011 - Belarus Respublikasının Milli Kitabxanası 10 yanvar 2014-cü ildə Parisdə John XXIII-nin konsert salonunda Fransanın məşhur yazıçısı Kristof Levallois və Belarusiya mənşəli bəstəkar Kirill Zaborovla birgə yaradılmış interaktiv ədəbi və müəllif ifasında "Momentin əbədiyyəti" adlı ilk təqdimat yaradılıb. İrina Kotova kitabın yeni ingilis dilində versiyasını nümayiş etdirdi (2010-cu ildə Londonda nəşr olunan Motovilov ilə Serov Seraphim söhbətində) 2009 - Belarus rəsmisi İrina Kotovanın yaradıcılığı Parisdəki Fransız İncəsənət Tarixi Milli İnstitutunda Fransız yazıçısı və publisist Kristof Levalloisin hesabatında təqdim edildi. 2010 - Belarus Respublikasının Milli İncəsənət Muzeyində İrina Kotovanın sərgisinin açılışından bir hesabat Belarus 1 kanalının çıxışı üçün hazırlanmışdır. 2014 - Martın 1-də Belarusiyalı rəssam İrina Kotovanın işinə həsr olunmuş proqram İnternetdə yayımlandı. 2010 - İrina Kotovanın əsərlərindən ibarət albomu Üç dildə yazıçı Kristof Levallois ilə birgə Belarus Respublikasının Mədəniyyət Nazirliyi, Belarus Respublikasının Fransadakı səfirliyi və Fransanın Belarusdakı səfirliyi və Belarus Rəssamlar Birliyinin iştirakı ilə hazırlanmış və nəşr olunmuşdur.
Nyobo kotoba
Nyobo kotoba (女房言葉, hərf. "saray xanımı sözləri") – Muromaçi dövründə yapon saray xanımları tərəfindən yaradılmış, daha sonra isə Yaponiyada qadın dilinin bir hissəsinə çevrilmiş sözlər. Muromaçi dövrünün saray xanımları öz aralarında söhbət edərkən evfemist zəriflik məqsədilə yemək, paltar və əşyalar üçün olan sözləri bir qədər dəyişdirərək bu sözləri yaratmışdırlar. Müasir yapon dilində 1000-ə yaxın nyobo kotoba var. Bəziləri müasir qadın dilinin, bəziləri həm kişilər, həm də qadınlar tərəfindən istifadə olunan standart yapon dilinin sözlərinə çevrilmişdir. 1420-ci ilə qədər saray xanımlarının yeməklər və ləvazimatlar üçün işlətdikləri sözlər kifayət qədər populyar olmuş, dövrün adətlərini və etika qaydalarını əhatə edən "Ama no mokuzu" sənədinə daxil edilmişdir. "Fumoci" (daban balığı), "kukon" (sake), "şiromono" (duz) kimi sözlər sənədin tərtibçisi Emyuon Nobumori tərəfindən belə sözlərə nümunə kimi göstərilmişdir. Bu sözlərə "nyobo kotoba" kimi xitab edilməsinə ilk dəfə "Ocoro onna no koto" (1449–1473) əsərində təsadüf olunur. Adları, davranışları, paltarları, eləcə də, Muromoçi saray xanımlarının lüğətini qeydə alan bu sənədlə 126 nyobo kotoba sıralanmış, saray xanımları tərəfindən geniş istifadə olunan və nyobo kotobanın əsas xüsusiyyəti olan "o-" prefiksi barədə fikirlər qeyd olunmuşdur. Saray hadisələrini qeyd edən "Oyudono no Ue no nikki" gündəliyi saray xanımlarının istifadə etdiyi sözləri təsvir etmişdir. Edo dövründən etibarən nyobo kotoba sadəcə saray xanımlarının deyil, saraydan xaricdə yaşayan yüksək rütbəli qadınlar tərəfindən istifadə olunmağa başlamışdır.
Moldavica setosa
Moldova ilanbaşı (lat. Dracocephalum moldavica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin i̇lanbaşı cinsinə aid bitki növü. == Yayılması == Moldova ilanbaşı bitkisi yabanı halda Ukraynada Krımda və Qafqazda bitir. Keçmiş SSRİ-nin Avropa hissəsində efiryağlı bitki kimi becərilməklə yanaşı, həm də arılar üçün qiymətli bal verən bitki hesab olunur. Bir çox arıçılar beçələri cəlb etmək üçün arı yeşiklərinə ilanbaşı yarpağını sürtürlər. Qərbi Sibirdə ilanbaşı yabanı halda rast gəlinir. Mədəni halda da az yayılmışdır. Novosibirski və Tomsk botanika bağında kiçik sahələrdə becərilir və ehtiyat sahələrdə səpilir. == Sinonimləri == === Homotipik sinonimləri === Dracocephalum fragrans Salisb. Moldavica moldavica (L.) Britton Nepeta moldavica (L.) Baill.
Salvia setosa
Salvia occidentalis (lat. Salvia occidentalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Keta
Keta (lat. Oncorhynchus keta) — Qızılbalıqkimilər dəstəsindən balıq növü. Sakit okean sümüklüsü fəsiləsinə daxil olan növlər arasında Qorbuşadan sonra ən tez böyüyən və geniş arealda yayılmış balıqdır. Qiymətli sənaye balığı sayılır. == Təsviri == İndiyənə kimi qeydə alınmış ən uzun balıq 100 sm uzunluğa və 15,9 kq çəkiyə sahib olmuşdur. Ömür müddəti 7 ildir. Digər məlumata əsasən Alyaskada 109 sm uzunluğa və 20,8 kq çəkiyə sahib balıqlar aşkarlanmışdır. == Areal == Bu balıqlar Sakit okean qızılbalıqları arasında ən böyük aereala malik olanlarıdır. Şimal Buzlu okeanda onlar Kolıma, İndigirka, Yana və Lena çaylarına girirlər. Kamçatka, Saxalin, Kuril adaları, Kanadada Makkenzi çayı, Kaliforniyada Monterey körfəzində yayılmışdır.
Kenza Dahmani
Kenza Dahmani (18 noyabr 1980) — Əlcəzairli marafonçu. Kenza Dahmani Əlcəzairi 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kenza Dahmani birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 38 dəqiqə 37 saniyəyə qət edərək 157 marafonçu sırasında 50-ci yeri tutdu.
Ketoy adası
Ketoy adası (rus. Остров Кетой) — Kuril adalarının Böyük Kuril cərgəsinə daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayəti Severo-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Ada dairəvi formaya malik olaraq paralel istiqamətdə 10 km, meridian istiqamətdə isə 9 km uzunluğa malikdir. Hündürlüyü 1166 m, sahəsi isə 73 km² təşkil edir. Adada Pallas vulkanı fəaliyyət göstərir (990 m). Malaxitov gölü adanın mərkəzində kalderada yerləşir. Gölün eni 1,6 km, dərinliyi 110 metrdir. Buradan isə Stoçnı axarı okeana tökülür. Gölün səthi dəniz səviyyəsindən 667 metr yüksəklikdə yerləşir.
Glanduloza-setosa itburnu
Rosa glanduloso-setosa
Rosa glanduloso-setosa (lat. Rosa glanduloso-setosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Avropada, Qafqazda təbii halda yayılmışdır. Hündürlüyü 20-25 sm, gövdəsinin qabığı tünd qonur olan kolcuqdur. Tikanları iynəşəkilli, qılçıqlı, vəzicikləri oturaqdır. Orta yarpaqların uzunluğu 4-7 sm-dir. Xırda yarpaqları 7 ədəd, alt cütlükdə inkişaf etməmişdir, digərləri bir-birindən uzaqdır. Uzunluğu 0,7-1,8 sm, eni 0,4-1,2 sm, enli-yumurtavari, sarımtıl-yaşıl, üstü çılpaq və hamar, alt tərəfi tükcüklü, oturaqdır. Yalançı zoğları ensizdir, əsas oxu tükcüklü vəziciklərlə örtülmüşdür. İyun-iyul aylarında çiçəkləyir.
Metil-etil keton
Metil-etil keton (butanon) CH3-C(O)-CH2-CH3-alifatik ketonların homoloji qrupunun ikinci üzvü olan ketonlar sinfinin kimyəvi birləşməsidir. Metil-etil keton asetonun qoxusunu xatırladan rəngsiz uçucu mayedir. Su ilə məhdud bir halda,əksər üzvi həlledicilərlə isə istənilən nisbətdə qarışır. Su ilə azeotrop bir qarışıq əmələ gətirir. Sənayedə metil etil keton alınmasının bir neçə metodu var onlardan biridə n-butanın maye fazalı sərbəst radikalın oksidləşməsi zamanı baş verir. Reaksiya zamanı 23% metil etil keton alınır və sirkə turşusu alınır. Əsas sənaye üsulu isə butilen fraksiyasının üç mərhələli işlənməsidir hansı ki, sintetik kauçuk zavodunda divinil istehsalında yan məhsul kimi istifadə olunur. Metil etil keton toksiki maddədir. Bədənə dəri vasitəsilə daxil ola bilər; gözlərə, dəriyə, mərkəzi sinir sistemininə, tənəffüs yollarına zədə verə bilər. 3-5 dəqiqə ərzində 1 mq / l konsentrasiyasında bir insana gözlərin, burun və boğazın selikli qişasının qıcıqlanması -na səbəb olur, 30 mq / l - qıcıqlanma dözülməz hala gəlir.
Keta gölü
Keta gölü - Rusiyanın şimal-mərkəzi hissəsində yerləşən Krasnoyarsk diyarında böyük şirinsulu göl. == Coğrafiya == Keta gölü Lama gölünün cənubunda və Xantayskoye gölünün şimalında yerləşir. 452 km2 sahəyə sahibdir. Ribnaya çayı bu göldən başlayır.
Koza Mostra
Koza Mostra — 2011-ci ildə qurulmuş Yunan musiqi qrupu. Koza Mostra Yunanıstanı 2013 Avroviziya Mahnı Müsabiqəsində Aqafon İakovidis ilə birlikdə "Alcohol Is Free" mahnısı ilə təmsil edib.
Koza Nostra
Koza nostra (it. Cosa nostra ) — Siciliyada yaranmış, 1930-cu illərdən Nyu-Yorkda fəaliyyət göstərən iri italyan-amerikan mafiya qruplaşması. 1930-cu illərdən fəaliyyət göstərən Nyu-Yorkun 5 cinayət ailəsi ABŞ-də ən təhlükəli cinayət qruplaşması olmuşdur. Koza nostra yarandığı gündən Laki Luçanonun təsis etdiyi "Komissiya" tərəfindən idarə olunmuş və onilliklərlə toxunulmazlığını qorumuşdur. Ailələrə qarşı mübarizə göstərməkdə dövlət qurumları da gücsüz qalmış, hətta bəzən onlara kömək üçün müraciət etmişdir. İkinci dünya müharibəsində Nyu-Yorkdakı təxribatların qarşısını almaq üçün Strateji Xidmətlər Bürosu (OSS) Luçanodan qeyri-könüllü xidmət görür. 1960-cı ildə Mərkəzi Kəşfiyyat Agentliyi Kuba lideri Fidel Kastronun həyatına qəsd etmək üçün italyan mafiyasından kömək istəyir. Lakin onlar dövlətlə işləməkdən boyun qaçırırlar. 2007-ci ildə vəfat etmiş keçmiş MKİ agenti Edvard Hant isə ölümündən qabaq ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qətlində agentlik və mafiyanın əlbir olduğunu etiraf etmişdir. Koza nostra 1980-ci illərin sonlarına kimi ən güclü mütəşəkkil cinayət forması qalmışdır, lakin son 20 ildə ailədaxili çəkişmələr və xəyanət nəticəsində qismən zəifləmişdir.
Oncorhynchus keta
Keta (lat. Oncorhynchus keta) — Qızılbalıqkimilər dəstəsindən balıq növü. Sakit okean sümüklüsü fəsiləsinə daxil olan növlər arasında Qorbuşadan sonra ən tez böyüyən və geniş arealda yayılmış balıqdır. Qiymətli sənaye balığı sayılır. İndiyənə kimi qeydə alınmış ən uzun balıq 100 sm uzunluğa və 15,9 kq çəkiyə sahib olmuşdur. Ömür müddəti 7 ildir. Digər məlumata əsasən Alyaskada 109 sm uzunluğa və 20,8 kq çəkiyə sahib balıqlar aşkarlanmışdır. Bu balıqlar Sakit okean qızılbalıqları arasında ən böyük aereala malik olanlarıdır. Şimal Buzlu okeanda onlar Kolıma, İndigirka, Yana və Lena çaylarına girirlər. Kamçatka, Saxalin, Kuril adaları, Kanadada Makkenzi çayı, Kaliforniyada Monterey körfəzində yayılmışdır.
Spilanthes arnicoides f. setosa