Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kibrit
Kibrit — açıq od almaq üçün ucunda yanan başlıq olan tez alışan xırda çubuq. == Yanma temperaturu == Kibrit yanan zaman odun temperaturu 750-850 °C, bu zaman 300 °C — yanan çubuğun temperaturu, 800 — 1000 °C isə odun temperaturudur. == Kibrit alışma reaksiyası == Qırmızı fosfordan kibrit istehsalında istifadə olunur. Belə ki, onun narın əzilmiş şüşə və yapışqanla qarışığını kibrit qutusunun yanına çəkirlər. Tərkibi kalium-xlorat (Bertolle duzu) KClO3 və kükürddən ibarət olan kibrit başlığı qutunun yanına sürtüldükdə alovlanma baş verir. 6P + 5KClO3 → 5KCl + 3P2O5 == Düzəltmə tarixi == Dünyada ilk kibriti 1826-ci ildə ingilis kimyaçı və əczaçı Con Uoker düzəldib. O, 1826-ci ildə çubuq ilə kimyəvi qatıçığı qarışdırırdı. Çubuğun üzərində qatışıqdan bir damcı qurumuşdu. Uoker onu təmizləmək üçün yerə sürtəndə çubuq alovlandı. Beləliklə kibritin tarixçəsi başladı.
Kür şirbiti
Kür şirbiti (lat. Barbus lacerta) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin şirbit cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Nisbətən kiçik pulcuqları ilə fərqlənir. Bel üzgəcində 8(7), anal üzgəcində 5 şüa var. Udlaq dişləri 2.3.5-5.3.2. Yan xətt pulcuqlarının sayı 55-72-dir. Yan xətdən yuxarı 9-13, aşağı 6-10-dur. Bədəni uzunsovdur, 2 cüt bığcığı var. Uzunluğu 40 sm-dir. Çəkisi 460 q-dır.
Terek şirbiti
Terek şirbiti (lat. Barbus ciscaucasicus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin şirbit cinsinə aid heyvan növü. Orta saylıdır. == Xarakterik morfoloji əlamətləri == Xarici görünüşcə Kür şirbitinə oxşayır, lakin ondan gözlərinin kiçik və pulcuqlarının xırda olması ilə fərqlənir. Alnının eni azdır, bədəninin quyruq hissəsi nisbətən uzundur. Bədənin uzunluğu 26.0 sm-ə, kütləsi 270 q-a qədər olur. == Yaşayış yeri və həyat tərzi == Suyu sürətlə axan və dibi daşlı olan çaylarda yaşayır. Ömrün uzunluğu orta hesabla 4-5 il olub, cinsi yetkinliyə 1-2 yaşlarında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur.
Xəzər şirbiti
Xəzər şirbiti (lat. Luciobarbus brachycephalus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin luciobarbus cinsinə aid heyvan növü. Dənizin cənub və qərb hissələrində yayılmışdır və adətən sahilə yaxın 13-24 m dərinliklərdə yaşayır. Keçici balıqdır, çoxalmaq üçün Kür, Səfidrud, Lənkəran, Qorqan, həmçinin Terek çaylarına girir. Xəzər şirbitinin kürü vermək üçün çaya girməsi ildə 2 dəfə yaz və yay-payız aylarında müşahidə olunur. Kütləvi çaya girmə yazda (martda) suda temperatur 6,7-11°C olduqda başlayır və aprelin sonunadək davam edir. Yay mövsümündə isə suyun temperaturu 25,2 - 27,2°C olduqda baş verir. Küləkli havalar, xüsusən dənizdən əsən küləklər, balıqların çaya girməsini sürətləndirir. Xəzər şirbiti iri balıqdır, ovlanmış balıqlar içərisində 10-15 kq ağırlığında fərdlərə rast gəlmək olur, lakin kütləsi 2-6 kq olanlar çoxluq təşkil edir. Xəzər şirbiti ləng böyüyən və gec cinsi yetişkənliyə çatan balıqdır: dişilər 7-9 yaşında, erkəklər isə dişilərdən 1-2 il tez cinsi yetişkənliyə çatır.
Kıbrıs
Kipr (yun. Κύπρος), bəzi mənbələrdə Qıbrız və ya Kıbrıs (türk. Kıbrıs) — Aralıq dənizinın şərqində ada. Coğrafi baxımından ada Asiya qitəsinə daxildir. Kipr Misirdən 380 km, Suriyadan 105 km, Türkiyədən isə 75 km məsafədə yerləşir. Şimalında Şimali Kipr Türk Respublikası, 1974-cü ildə türk ordusunun adanın şimalını nəzarətə götürməsindən sonra adanın cənubunda yerləşən və ada üzərində suveren hüquqları beynəlxalq birlik tərəfindən de-yure tanınan Kipr Respublikası yərləşir. Ayrıca, Kipr adasında Böyük Britaniyaya aid dövlət-hərbi baza olan Akrotiri və Dekeliya yerləşir. == Coğrafiya == Ada şərqdən qərbə 240 km məsafədə uzanır. Eni isə 100 km təşkil edir. Adanın sahəsi 9251 km².