Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kianet
Kianet — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd.
Kianit
Kianit (disten) Al2 [O | SiO4] — Triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Xromkianit (2%-ə qədər Cr2O3), manqankianit. == Xassələri == Rəng – adətən göy və mavi, bəzən sarı, yaşıl, çəhrayımtıl, rəngsiz, nadir hallarda qara; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından ayrılma müstəvilə-rində sədəfiyədək; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; Sıxlıq – 3,6–3,7; Sərtlik – 4,5–7; mineral üçün sərtliyin anizotropiyası səciyyəvidir: kristalın uzununa istiqamətdə sərtlik 4,5–5, eninə istiqamətdə 6,5–7 arasında dəyişir; Kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl, {010} üzrə aydın; Bölünmə – {001} üzrə; Sınıqlar – pilləli; Morfologiya – kristallar: sütunvari, lövhəşəkilli, çox zaman əyilmiş, burulmuş; İkiləşmə: çox vaxt {100} üzrə sadə və {001} üzrə polisintetik; Mineral aqreqatları: dərz şəkilli, radial — şüalı, iynəvari. == Mənşəyi və yayılması == Regional metamorfikləşmiş gil süxurlarının (mikalı şistlərin, qneyslərin), ekloqitlərin, amfibolitlərin səciyyəvi mineralıdır. Kianitə alp tipli kvars damarlarında və peqmatitlərdə də rast gəlinir. Aksessor kianit qranitlərdə qeyd edilir. Kianit çökmə süxurların adi qırıntı mineralıdır. Kimyəvi cəhətdən dayanıqlı birləşmə olan kianit səpintilərdə toplanır. Birlikdə rast gəldiyi minerallar: qranat, stavrolit, andaluzit, rutil, korund, soizit və b.
Kifayət Qasımova
Kifayət Qasımova (1 fevral 1983, Kəlbəcər) — Azərbaycanı təmsil edən cüdoçu və məşqçi. == Karyerası == Karyerasının birinci uğuruna Kifayət Qasımova 1998-ci ilin noyabrında imza atdı. Kifayət Qasımova Rumıniyanın Buxarest şəhərində baş tutan gənclər arasında Avropa Çempionatında bürünc medala sahib oldu. 1999-cu ildə isə Kifayət Qasımova İsveçdə Avropa Gənclər Olimpiya Festivalını bürünc medalla başa vurdu və İtaliyada U-20 Avropa Çempionatının qalibi oldu. Daha sonra Kifayət Qasımova 2000-ci ildə Tunisdə U-20 Dünya Çempionatının və 2002-ci ildə Niderlandda U-20 Avropa Çempionatının bürünc medalına sahib oldu. 2004-cü ilin mayında Buxarest şəhərində (Rumıniya) Avropa Çempionatını yeddinci pillədə başa vuran Kifayət Qasımova həmin ilin noyabrında Lyublyana şəhərində (Sloveniya) U-23 Avropa Çempionatının qalibi oldu. 2005-ci ildə isə Kifayət Qasımova mayda Rotterdam şəhərində növbəti dəfə Avropa Çempionatını yeddinci pillədə başa vurdu, noyabrda isə Kiyev şəhərində U-23 Avropa Çempionatının bürünc medalına sahib oldu. Kifayət Qasımova 2006-cı ildə Finlandiyanın Tampere şəhərində baş tutan Avropa Çempionatının final görüşündə Fransa nümayəndəsi Barbara Harela məğlub olaraq turniri gümüş medalla başa vurdu. Həmin il Azərbaycan Çempionatının qalibi olan Kifayət Qasımova bir il sonra, 2007-ci ilin aprelində Serbiyanın Belqrad şəhərində baş tutan Avropa Çempionatında bu səfər bürünc medala sahib oldu. 2007 və 2008-ci illərdə bir sıra beynəlxalq turnirlərin qalibi olan Kifayət Qasımova 2008-ci ilin aprelində Portuqaliyanın Lissabon şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vurdu.
Kifayət Gəncəli
Kifayət İslam qızı Gəncəli (Məmmədova) (2 noyabr 1937, Kirovabad – 22 sentyabr 2024) — Azərbaycan Respublikasının əməkdar artisti, xanəndə == Həyatı == 2 noyabr 1937-ci ildə Gəncədə anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetində 1 il ibtidai sinif müəllimi ixtisasında təhsil alıb. Lakin sonra təhsilini yarımçıq qoyaraq, institutdan ərizə yazıb kənarlaşıb. Asəf Zeynallı adına Musiqi Texnikumunda, Nəriman Əliyevin muğam sinfində təhsil alıb. O, fəaliyyətinə Yusif Heydərovun "Gənclik" ansamblında başlayıb. 1968-ci ildə Filarmoniyaya yollanıb. Ləqəbini Filarmoniyanın ovaxtkı direktoru Kərim Kərimov gəldiyi yerə görə verib. Müğənninin Qızıl fondda 300-ə yaxın lent yazısı var. 2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. 22 sentyabr 2024-cü ildə vəfat edib.
Kianit (mineral)
Kianit (disten) Al2 [O | SiO4] — Triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Xromkianit (2%-ə qədər Cr2O3), manqankianit. == Xassələri == Rəng – adətən göy və mavi, bəzən sarı, yaşıl, çəhrayımtıl, rəngsiz, nadir hallarda qara; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından ayrılma müstəvilə-rində sədəfiyədək; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; Sıxlıq – 3,6–3,7; Sərtlik – 4,5–7; mineral üçün sərtliyin anizotropiyası səciyyəvidir: kristalın uzununa istiqamətdə sərtlik 4,5–5, eninə istiqamətdə 6,5–7 arasında dəyişir; Kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl, {010} üzrə aydın; Bölünmə – {001} üzrə; Sınıqlar – pilləli; Morfologiya – kristallar: sütunvari, lövhəşəkilli, çox zaman əyilmiş, burulmuş; İkiləşmə: çox vaxt {100} üzrə sadə və {001} üzrə polisintetik; Mineral aqreqatları: dərz şəkilli, radial — şüalı, iynəvari. == Mənşəyi və yayılması == Regional metamorfikləşmiş gil süxurlarının (mikalı şistlərin, qneyslərin), ekloqitlərin, amfibolitlərin səciyyəvi mineralıdır. Kianitə alp tipli kvars damarlarında və peqmatitlərdə də rast gəlinir. Aksessor kianit qranitlərdə qeyd edilir. Kianit çökmə süxurların adi qırıntı mineralıdır. Kimyəvi cəhətdən dayanıqlı birləşmə olan kianit səpintilərdə toplanır. Birlikdə rast gəldiyi minerallar: qranat, stavrolit, andaluzit, rutil, korund, soizit və b.
Dünya kifayət deyil
"Dünya kifayət deyil" (ing. The World Is Not Enough) — 1999-cu ildə istehsal olunmuş ABŞ filmi; Ceyms Bondun məşhur sərgüzəştlətindən biri. == Süjet == Robert King adlı çox zəngin bir neft kralı, beynəlxalq bir terroristin təşkil etdiyi sui-qəsd nəticəsində öldürülür. Yanına nüvə silahlar mütəxəssisi Christmas Jonesin (Denise Richards) da alan dəli terroristin məqsədi dünyanı ələ keçirməkdir. Öldürülən neft kralının gözəl qızı Elektra'nı (Sophie Marceau) ola biləcək təhlükələrdən qorumaqla vəzifələndirilən James Bond (Pierce Brosnan), Xəzər dənizinə və İstanbula səfərlər edərək çılğın terroristi dayandırmağa çalışır. Bu vaxt can düşməni Christmas Consla da əməkdaşlıq etməyə başlayan Bond'u İstanbul Boğazı sularının dərinliklərində seyr nüvə bir dənizaltıdan ölümcül bir mübarizə gözləyir... == Maraqlı faktlar == Filmin əsas kadrları Neft Daşlarında lentə alınmışdır.
Dünya kifayət deyil (film, 1999)

TRT Diyanet
Diyanət TV — TRT və Türkiyə Respublikası Diyanət İşləri Nazirliyi tərəfindən 2012-ci ildə əsası qoyulmuş televiziya kanalıdır. 2012-ci ildə test yayımına başladı və TRT Anadolu ilə qarşılıqlı yayınlanmağa başladı. Kanalın fəaliyyətə başlamasından sonra TRT Anadolunun yayımı dayandırıldı. Eyni gün Diyanət radio versiyası quruldu. 4 aprel 2018-ci ildə HD yayımına başladı. Kanalın 7 avqust 2018-ci ildə TRT ilə əməkdaşlığını sona çatdırdı.