1. Yetər, kafi, bəs olma.
Deyirlər, çox ardır yüz il, əlli il; İnsana bir ömür kifayət deyil.
□ Kifayət qədər – lazımınca, lazımi qədər, bəs olduqca.
[Qurban] yolda yeriyərkən düşünürdü: – Xoşbəxt adam, kifayət qədər pul toplamış, indi də gedib uşaqlarına qovuşacaqdır.
[Tahir] ikiotaqlı təzə mənzilində cəmisi bir həftə qalmışdı, hələ də buraya kifayət qədər isinişməmişdi.
Sultan ciddi nüfuzedici bir ahənglə, özü də kifayət qədər məntiqlə danışırdı.
Kifayət etmək – 1) bax kifayətlənmək.
Mirzə öz maaşına kifayət edib bir qəpik də olsun rüşvət almazdı. ;
2) çatmaq, yetmək, bəs olmaq.
Şərt deyildir yatıbduram yanında; Gendən baxmaq mənə kifayət eylər.
[Bədircahan:] …Dəxi mənə artıq şey lazım deyil, bir beş-altı manat kifayət edər.
Kifayətə yetmək köhn. – razı düşmək, təmin olunmaq, kifayətlənmək.
[Sitarə:] Bu çərxdən gərək yetə hər kəs kifayətə.
Kifayət olmaq – bax kifayət etmək 2-ci mənada.
2. Kifayətdir (şəklində) – yetər, çatar, bəsdir.
[Aslan bəy:] Bircə yaylım atılarsa, kifayətdir…
Bir könülə kifayətdir bir mənalı məhəbbət; İki qəlbi əyləndirmək xəyanətdir, sevgilim!
// Əmr mənasında – yetər! bəsdir! kifayət edər! Kifayətdir, buraxın söhbəti!