Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kirayəçi-fermer mübahisələri (Yaponiya)
Kirayəçi-fermer mübahisələri (小作争議, kosaku soqi) – 1917–1941-ci illərdə Yaponiyada kirayəçi-fermerlər ilə mülkədarlar arasında baş vermiş mübahisələr. Bu illər ərzində mülkədarlar ilə kirayəçi-fermerlər arasında 72.696 mübahisə qeydə alınıb. Bu mübahisələr subinzibati kənd və ya kəndcik səviyyəsində baş verib. == Məzmun == Edo dövründə və Meyci dövrünün ilk illərində baş vermiş kəndli üsyanlarından fərqli olaraq kirayəçi-fermer mübahisələrinin əsas hədəfi birbaşa mülkədarlar idi. Bu mübahisələr kənddə yaşayan yoxsullar arasındakı sinifləşməni daha kəskin əks etdirmişdir. Kirayəçi-fermerlərin 1920-ci illərdəki tələbləri ondan ibarət idi ki, təbii fəlakətlərə görə azalan məhsuldarlığın əvəzində kirayə haqqı azaldılsın (xüsusilə, 1920-ci illərdə). 1930-cu illərdə mülkədarlar kirayəçiləri dəyişməyə və ya torpaqları özləri becərməyə başlayanda kirayəçi-fermerlər daimi kirayəçilik haqqı tələb etməyə başlamışdırlar. Kirayəçi-fermerlər tərəfindən işlədilən əsas taktikalar kiçik birliklər təşkil etmək, kirayənin tam və ya bir hissəsini ödəməmək, iqtisadi dəstək üçün torpaqları kollektiv şəkildə becərmək, mülkədarları qeyri-zorakı yollarla narahat etmək və danışıqlara girmək idi. Mülkədarlar buna təşkilatlanaraq cavab vermişdirlər. Mülkədarlar iqtisadi təzyiq tətbiq etmiş, qohumluq münasibətlərindən istifadə etmiş, danışıqlara girmişdirlər.
Birayəti (qəzet)
"Birayəti (qəzet)" — gündəlik siyasi qəzet. == Haqqında == 1967-ci il mayın 6-sı Bağdadda çap edilmiş “Birayəti” gündəlik siyasi qəzet kimi ərəb və kürd dillərində nəşr edilirdi. Qəzetin təsisçisi və baş redaktoru Saleh Əl Yusifi idi. İdarə heyəti isə Həbib Məhəmməd Caf, Abdullah Səid, Nəcib Qaban, Məhəmməd Səid Caf, Rəfiq Çalaq, Məhəmməd Molla Kərim, Məhəmməd Əmin Osman və Mustafa Rəsul kimi şəxslərdən ibarət idi.
Kiranlı
Kiranli — İrəvan quberniyasının Еçmiadzin qəzasında kənd adı. == Toponimi == Mənşəyi məlum olmayan türkmənşəli Kiran tayfasının adındandır. Bu tayfanın adı ilk dəfə "Kitabi Dədə Qorqud"da çəkilir. İranda İndi də Kiran tayfası yaşayır. [146, 134]. Erkən orta əsrlərdə Beyləqan yaxınlığında Kiran qalası vardı. Kiran adlı digər qala Tovuz rayonunun ərazisində idi. Bu qalanın xarabalıqları İndi Ağcaqala adı ilə məlumdur və həmin rayondakı Quşçu-Kirən və Xınna-Kirən kənd adları da bu qalanın adı ilə bağlıdır. 1727-ci ilə aid mənbədə Tovuz rayonun ərazisində Kiran kəndi çəkilmişdir. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli mahalında da Kirən kəndinin adı qeyd olunmuşdur.
Öykü Karayel
Öykü Karayel (20 avqust 1990, İstanbul) — türkiyəli aktrisa. == Həyatı == Öykü Karayel, 20 avqust 1990-cı ildə İstanbulda anadan olmuşdur. İstanbul Universiteti Dövlət Konservatoriyası məzunudur. == Şəxsi həyatı == Öykü Karayel, 12 iyul 2018 tarixində Can Bonomo ile evləndi.
Çıraqəli xan Zəngənə
Çıraqəli xan Zəngənə (?-1865) — Nasirəddin şah Qacarın münşisi. == Həyatı == Çıraqəli xan Zəngənə elindəndir. Təbrizdə Nasirəddin şah Qacarın münşisi olmuşdu. Sonra şah onu Tehrana aparmışdı. Tehranda orduya daxil olmuş, qullarağası dəstəsində sərhəng (polkovnik) rütbəsinədək yüksəlmişdi. Siracülmülk ləqəbini daşıyırdı. Çıraqəli xan Zəngənə 1865-ci ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Zəngənə eli və məşhur şəxsiyyətləri, Bakı, "Soy" dərgisi, 2010. == Ədəbiyyat == Bāmdād, Rejāl I, pp. 300–01.