Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kitira boğazı
Kitira boğazı (yun. Στενό των Κυθήρων) – Yunanistanın Kitira adasını Andikitira adasından ayıran boğaz. İnzibati cəhətdən Yunanıstanımn Attika periferiyasına daxildir. Egey dənizini ion dəniz ilə birləşdirir. Burada axınların qərb istiqamətindən sürəti 1-2 km/saata çatır. Kapelo (Kitira adası) və Kefali (Andikitara adası) burunları ilə məhdudlaşmışdır. Eni təxmini olarq 31 km, dərinliyi isə 165 metrdir. Freely, John. The Ionian Islands: Corfu, Cephalonia, Ithaka and Beyond. I. B. Tauris.
Kim Possibl: Bitirmə
Kim Possibl: Bitirmə (ing. Kim Possible: Graduation) - 2007-ci ildə çəkilmiş qısametrajı iki hissəli animasiyadır. Bu animasiya bütün seriyaların bitirir. Birinci hissədə Həkim Drakken bitki qatillərinin köməyi ilə dünyanı ələ keçirmək istəyir. Bunun üçün Drakken xüsusi maddə hazırlayır. Bu müddətdə Kim onun planlarını yox etmək niyyətindədir. Onların mübarizəsindən sonra əvvəlki mübarizələrdən fərqli olaraq Drakkenin laboratoriyası dağılmır və gül bağına çevrilir. Amma bir müddətdən sonra Kim və Drakken ayrı-ayrılıqda özgəplanetlilər tərəfindən qaçırılır... İkinci hissədə dostlarını xilas etmək üçün Ron və Şiqo kosmosa yola düşürlər. Kim və Drakken xilas olan zaman dördlük dünyanı xilas etmək istəyirlər.
Ümidini itirmə (film, 2009)
Ümidini itirmə (Rom: Vaada Raha; ing: I Promise; Azərbaycan dilinə tərcüməsi: Söz verirəm) 11 sentyabr 2009-cu ildə nümayiş olunmuş hind filmidir. Baş rolda Bobbi Deol, xüsusi səhnələrdə isə Kanqana Ranaut və Atul Aqnihotri çəkilmişdir. Filmin rejissoru Samir Karnikdir. Filmin bir hissəsi Türkiyənin Efes şəhərində çəkilmişdir. Amerika Tibb Assosiasiyasından səxavətli qrant aldıqdan sonra xəstələrinə hər zaman ümid bəxş edən Dr. Dyanesh Kripal “Duke” Chawla (Bobby Deol) sevgilisi Pujaya (Kangana Ranaut) evlənmə təklifi edir və onlar tezliklə evlənməyə hazırlaşırlar. Həmin gecə evə qayıdarkən qəza ilə qarşılaşır və Şərq-Qərb Xəstəxanasının reanimasiya şöbəsində oyanır. Özünə gələndə özünü paramparça və darmadağın olmuş görməsi az imiş kimi, Pucanın artıq onunla heç bir əlaqəsinin olmadığını və onunla ayrıldığını biləndə daha çox travma və şok yaşayır. Üzgün, acı və ümidsizlik içində yaşamaq onun iradəsini sındırır və beləliklə də o, dərman qəbul etməkdən və bütün növ müalicələrdən imtina edir və ölümünü gözləməyə başlayır. Bir gün gənc oğlan Roşan (Dwij Yadav) onun yaşamaq ümidini yenidən alovlandırmaq üçün Dukun həyatına daxil olur.
Helqa Kırqe
Helqa Kırqe (est. Helga Kõrge, 1955-ci ilə qədər Helqa Teltma est. Helga Teltma ; 28 iyun 1926, Rakvere – 26 aprel 2012) — Estoniya və Sovet şüşə rəssam. Kırqe karyerasının böyük hissəsini Estoniyadakı Tarbeklaas şüşə zavodunda çalışaraq keçirib. Burada baş rəssam olduğu müddətdə, bədii şüşə istehsalı sahəsində yaradıcılıq məktəbini yaradanlardan biri olub. Helqa Kırqe 1953-cü ildə Estoniya SSR Dövlət Rəssamlıq İnstitutunu bitirib. İnstitutu bitirdikdən sonra bir çox tələbələr kimi Tarbeklaas şüşə zavoduna oymaçı kimi göndərilib. Çünki o dövrdə zavodda rəssamlar üçün ştat nəzərdə tutulmamışdı. Zavod bədii zövqlü şüşə məmulatları hazırladığından onun yüksək ixtisaslı qravüraçılara ciddi ehtiyacı var idi. Çünki adi ustalar yox, yalnız onlar mürəkkəb tapşırıqların öhdəsindən gələ bilirdi.