Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Korlaşma (roman)
Korlaşma — Almaniya yazıçısı və Nobel mükafatı laureatı Elias Kanettinin 1935-ci ildə yazdığı roman. == Haqqında == "Korlaşma" romanında yazılıdığı dövrə aid izlərə rast gəlmək mümkündür. Əsər 1930-cu illərdə, hələ nasistlərin hakimiyyətə yenicə gəldiyi dövrdə yəhudi əsilli alman Elias Kanetti tərəfindən yazılmışdır. Bu ilk romanında Kanettinin hakimiyyətə olan marağı hiss ediliməkdədir. Kanetti bu romanını 26 yaşında yazmışdır. Roman Birinci dünya müharibəsi ilə İkinci dünya müharibəsi arasındakı dövrdə Almaniyadakı vəziyyəti, Almaniyanın Birinci dünya müharibəsindəki məğlubiyyətinin təsirini qaldırmaq üçün nasistlərin fəaliyyətindən bəhs edir. Kitabın anti-qəhrəmanı olan Kin kitablara və elmə bağlıdır. Evində 25.000 kitabı olan Kin xarici dünyadan soyumuş, evindən qıraqda olan hər kəsə cahil, savadsız gözü ilə baxır. == Hekayə == Roman 3 hissədən ibarətdir: Dünyasız bir baş : Evindəki kitabları ilə yaşayan Kinin evindəki həyatından bəhs edən bu bölümdə xidmətçisi Terezaya kitablarını göstərən Kinin onunla evlənməsi də danışılır. Kin xarici dünyadan ayrı yaşayır.
İonlaşma
İon- atom və atom qrupları tərəfindən artıq elektronlarının itirilməsi və ya zəbt edilməsi nəticəsində əmələ gələn elektrik yükü daşıyan hissəcik. == İonlaşma == İonlaşma atomdan (və ya molekuldan) bir, yaxud bir neçə elektronun forması və ya elektronun ona birləşməsi hadisəsidir. İonlaşma nəticəsində sərbəst elektronlar, müsbət və mənfi ionlar əmələ gətirir. İonlaşma bir sıra səbəblərdən (elektromaqnit şüalanmasının udulmasından-fotoionlaşma, cismin qızmasından-termik ionlaşma elektrik sahəsinin təsirindən və s.), o cümlədən bitki örtüyünün təsirindən-insan orqanizmi üçün faydalı olan yüngül ionların konsentrasiyasının artmasından dəyişir. Məsələn, meşə havasında oksigenin ionlaşma dərəcəsi dəniz səthindən adətən 2-3 dəfə, çəmən səthindən 5-10 dəfə, yaşayış evinin havasından təxminən 150 dəfə artıqdır. Ağ akasiya, palıd, küknar, şam, ardıc ən yüksək mənfi ionlaşma qabiliyyətinə malikdir. Lakin bəzi bitkilər yüngül ionların miqdarını azaldır, ağır ionların sayını isə artırır. Bunlardan giləmeyvə, qaraçöhrə, tütün, bağ qərənfili, maqnoliya, mimoza, araliya və evkalipti göstərmək olar. == İonalaşan radiasiya, ionlaşan şüalanma == İonlaşan radiasiya mühitin ionlaşmasına səbəb olan şüalanmadır. İonlaşan radiasiya böyük intensivlikdə insan həyatı və digər orqanizmlər üçün təhlükəlidir.
Kokslaşma prosesi
Kokslaşma prosesi – ağır xammalın bərk koksa və daha aşağı temperaturda qaynayan məhsullara çevrilməsi prosesidir.Bu məhsular neft emalının digər proseləri üçün (qiymətli mühərrik yanacaqları almaq üçün) xammal kimi yararlıdır. Kimya nöqteyi- nəzərdən kokslaşma reaksiyalarına dərin termiki krekinq prosesi kimi baxılır və onun son məhsullarından biri koksdur ki, o da əsasən karbondan ibarətdir. Əslində əmələ gələn koks müəyyən miqdar uçucu madələrə və yüksək tempetraturda qaynayan karbohidrogenlərə malik olur. Uçucu maddələri kənarlaşdırmaq üçün koks 980-dan 13250C-ə qədər temperaturda közərdilir. Kokslaşma,- əsasən katalitik krekinq üçün xammal komo yararlı qazoyl almaq üçün istifadə olunur. Bu, prosesdəki katalizatorun kokslaşma surətinin azalmasına şərait yaratdı və krekinq qurğusunun istehsal gücünü artırdı. Əlavə üstünlük, istifadə edilən katalitik krekinq xammalında metalların miqdarının az olması idi. Son illərdə kokslaşma ilə həmçinin psevdosıxılmış şəraitdə katalitik krekinqin və katalizatordan təmizlənmiş katalitik krekinq qalıqlarının da emalı həyata keçirilir. Kokslaşma nəticəsində keyfiyyətli iynəvari koksla yanaşı, hidrikrekinq prosesi üçün də xammal alınır. Ləngidilmiş kokslaşma qurğularında, həmçinin daş kömür qətranı da emal olunur.
Kolbasa
Kolbasa (rus. Колбаса) — müxtəlif ət növlərinin emalı nəticəsində əldə olunan məmulat. Kolbasa, tərkibində heyvan əti olan, adətən ədviyyatlarla yoğrulmuş və heyvanın bağırsağında yarı və ya tam bişmiş qida məhsuludur. Tipik olaraq, kolbasa ənənəvi olaraq bağırsaqdan, lakin bəzən sintetik materiallardan hazırlanmış bir qabda yaradılır. Çiy satılan kolbasa, qızartma və manqal da daxil olmaqla bir çox üsulla bişirilir. Bəzi kolbasalar proses zamanı bişirilir və qabığı daha sonra çıxarıla bilər. Kolbasa hazırlamaq ənənəvi qida konservasiya üsuludur. Kolbasa qidaları müalicə etmək, qurutmaq, siqaret çəkmək və ya dondurmaqla qorunub saxlanıla bilər. Bəzi qurudulmuş və ya hisə verilmiş kolbasa soyuducuda saxlanıla bilər. Təzə kolbasaların əksəriyyəti soyuducuda və ya bişənə qədər dondurulmalıdır.
Ağ kolbasa
Ağ kolbasa və ya vaysvurst (polş. Kiełbasa biała, alm. Weißwurst) — qaynadılmaq üçün sosiska şəklində kolbasadır. Əsas tərkibi dana əti, donuz piyi və təbii dadlandırıcılardır. Onun istehsalında nitratdan istifadə olunur. Rəngi açıq boz rəngdir. Almaniyada bu kolbasaların bir neçə növü mövcuddur. Onlardan ən məşhurları — münxen, silez və hamburq kolbasalarıdır. == Silez kolbasası == Bu kolbasanı adətən dekabr ayında hazırlayırlar. Onu yeni ildə və milad bayramlarında yeyirlər.