Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Konkordat
Konkordat (orta əsrlər latınca - concordatium yəni, razılaşma) - Roma-Katolik kilsəsinin rəhbəri kimi Roma Papası ilə hər hansı dövlətdə Roma-Katolik kilsəsini idarə edən hökumət arasında müqavilə.
Konkordant sahillər
Konkordant sahillər- (yun.concordans-uyğun) Sahilə paralel uzanan sıra dağların istiqaməti ilə uyğun olan sahillərə deyilir.Məsələn:Amerikanın Sakit okean sahili.
Konkord
Konkord — orta məsafəli, 4 motorlu, dar gövdəli, supersonik (səsdən sürətli) və yüksək sürətli sərnişin təyyarəsidir. Sovet istehsalı Tu-144 təyyarəsindən sonra dünyanın ikinci supersonik təyyarəsidir. Konkord: Fransız Aérospatiale ve İngilis British Aircraft Corporation (BAC) firmalarının ortaq istehsalıdır. Layihə, Fransa və İngiltərə arasında imzalanan ikitərəfli razılaşma çərçivəsində hazırlanmışdır və təyyarənin adı da bu razılaşmaya ithafən Concorde (az. razılaşma, harmoniya, birlik) olaraq seçilmişdir. Təyyarənin prototip istehsalına 1965-ci ilin fevral ayında başlandı. Konkord’ların 50%-i aliminumdan hazırlanmışdı. İlk sınaq uçuşu 1969-cu il 2 mart tarixində həyata keçirildi. Və yalnız 7 il sonra 1976-cı il 21 yanvar tarixində rəsmi olaraq Konkord istifadəyə verildi. British Airways: London – Bəhreyn Air France: Paris – Rio de Janeyro Maksimum 120 sərnişin ilə satta 2.170 km/s sürətlə 18.300 metr hündürlükdə uça bilən Konkord, Paris – Nyu York arasını 3.5 saata qət edə bilirdi.
Konkord zirvəsi
Konkord zirvəsi və ya Pik Soglasiya Pamir dağlarında yerləşən zirvədir.Əfqanıstan ilə Tacikistan sərhədində yerləşmişdir. Zorkul gölündən təxminən 15 km cənubdadır.
Konkord (Nyu-Hempşir)
Konkord (ing. Concord) — ABŞ-nin şimal-şərqində yerləşən şəhər, Nyu-Hempşir ştatının və Merrimak dairəsinin paytaxtı. Əhalisi - 42,7 min nəfər (2010). == Tarixi == Ağ insanların gəlməsindən əvvəl indiki Konkordun ərazisi əsas məşğuliyyəti balıq tutan Abenaki hindu tayfası yaşayırdı. Merrimak çayının qərbindəki bütün ərazini iddia edən Massaçusets Bey əyaləti, Penakuk koloniyasını qurdu. Bu, 1725 ilə 1727 arasında Haverhill sakinləri tərəfindən kapitan E. İstmen rəburadan götürmüşdür. Rumford və Bow şəhərinin sərhədləri ilə bağlı acı mübahisədən sonra 1765-ci ildə qubernator Benninq Ventvort tərəfindən Rumford şəhərinin adı Konkorda dəyişdirildi. Yeni ad, mübahisə edən şəhərlər arasındakı yeni sülh və harmoniyanı əks etdirmək üçün nəzərdə tutulmuşdu . Məhkəməni uduzan şəhər sakinlərinə təzminat olaraq başqa yerlər verildi. Şəhər XVIII əsr boyu böyüdü və bəzi qədim binalar hələ də Mein stritin şimal ucunda yaşayır.
Konkord meydanı (Paris)
Konkord meydanı ya Razılıq meydanı (fr. Place de la Concorde) — Klassizim üslubunda salınmış Parisin mərkəzi meydanı, "5 kral meydanından" biri. Böyüklüyünə görə Fransanın Bordo şəhərindəki lat. “Quinconces” meydanından sonra ikincidir. Sahəsi 68.470 m²- dir. Meydan Sena çayından şimalda, VIII arrondissement ərazisində, Tyuilri bağı ilə Şanzelize prospekti arasında yerləşir. Konkord meydanına Rivoli və Royal küçələri açılırlar. == Tarixi == Meydan 1755 ci ildə Kral meydanı kimi fransız memarı fr. Ange-Jacques Gabriel tərəfindən layihələşdirilərək salınmışdır. O zaman meydanda XV Lüdovikin heykəltaraş fr.