Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Konkret şeir
Konkret şeir və ya Şəkil şeir, hər cür tipoqrafik göstərən səhifə boşluğu üzərində heç bir biçimsəl qayda olmadan düzənlənməsiylə ibarət olan şeir növüdür.Konkret şeirdə köçürülməsinə niyyətlənilən duyğu və düşüncələr sözlərin səslərindən tamamilə qopmuş olmasalar da anlayışımları çox böyük nisbətdə şeirin vizual xüsusiyyəti üzərindən reallaşır.
Konkret mənalı sözlər
Varlığını beş duyğu orqanıyla qəbul edə bildiyimiz sözlər konkret sözlərdir. Məsələn, rəng, görünüş, səs, qoxu, dad, göl, ev, külək, işıq.
Konqres
Konqres – [lat. congressus – görüşmə, görüş, yığıncaq, toplaşma] Beynəlxalq – genişmiqyaslı yığıncaq, qurultay; ABŞ-də və bəzi burjua ölkələrində parlamentin adı; Dövlət, ərazi, təşkilat rəhbərlərinin, yaxud nümayəndələrinin görüşü, həmçinin beynəlxalq konfrans növü. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Konsert
Konsert (lat. concertо — yarışıram) — əvvəlcədən hazırlanmış müəyyən proqram üzrə musiqi əsərlərinin, mahnıların, musiqilərin dinləyicilər qarşısında ifa olunması.
Konfet
Konfet (Latın dilində: confectum, «hazırlanma») — müxtəlif növ şəkər və ya şokalad məmulatı. Tarixi XVI əsrə təsadüf edir.
Duy (konsert)
== Konsert haqqında == 1 dekabr 2018-ci ildə Aygün Kazımova, David Vendetta və Kakhaberinin "Bakı Elektra Events Hall”-da keçirilən konserti. Konsertdə ilk öncə Rizvan Əliyev və Röya Miriyeva Aygün Kazımovanın mahnılarını akustik versiyada təqdim etdilər. Daha sonra səhnədə Gürcüstanın məşhur qrupu “Kahaberi” səhnə aldı. Rəqsləri və milli mahnıları ilə tamaşaçıları coşduran qrup “Ay lolo” xalq mahnısını da ifa etdilər. Qrupun çıxışından sonra səhnəyə Aygün Kazımova çıxdı. Gecədə Rüfət İsmayıl imzalı üç libas dəyişən Aygün Kazımova, rəqqas oğlanlarla olan ehtiraslı və çılğın rəqsləri ilə diqqət çəkməyi bacardı. Ən sonda isə səhnəyə dünya şöhrətli DJ David Vendetta çıxdı. O, Aygün Kazımovanın ifasında olan “ Duy” mahnısını səsləndirdi. Konsertdə “ Duy” mahnısının klipi üçün bəzi kadrlar lentə alındı. Klipin reissoru Fuad Əlişovdur.
Konqres Kitabxanası
Konqres Kitabxanası (ing. The Library of Congress) — ABŞ-də kitabxana ABŞ Konqres Kitabxanası 1800-cü il aprelin 24-də ABŞ prezidenti Con Adamsın göstərişi ilə yaradılıb. Prezident kitab alınmasına və saxlanılmasına o vaxtın pulu ilə böyük məbləğ — 5 000 dollar pul ayırır və qərar imzalayır ki, kitabxananı ancaq prezidentlər, Konqresin üzvləri ziyarət edə bilərlər. O vaxtdan etibarən kitabxananın adı Konqres Kitabxanası qalır. 1814-cü ildə ABŞ-Britaniya müharibəsi vaxtı kitabxana demək olar ki, məhv olur. İngilis əsgərləri kitabxananın yerləşdiyi Kapitoli binasını yandırırlar. 3000-dən çox kitab məhv olur. Eks-prezident və kitab həvəskarı Tomas Cefferson özünün yarım əsr ərzində yığdığı 6487 cilddən ibarət kitabxanasını kitabxanaya bağışlayır. Belə bir kitabxana ABŞ-də heç kimdə yox idi. Konqres Kitabxanası Britaniya Milli Kitabxanasından sonra dünyanın ən böyük kitabxanası hesab olunur.
Kontinental Konqres
Kontinental konqres — Filadelfiya Konqresi kimi də tanınan Kontinental Konqres On Üç Koloniya təmsilçilərinin birgə qəbul etdikləri sözləşmə əsasında formalaşmışdır. Konqres Amerikan İnqilabı zamanında Birləşmiş Ştatların rəhbər orqanı halına gəlmişdir. Konqres 1774-cü ildən, 1789-cu ilədək üç məsələnin həlli üçün bir araya gəlmişdir. Konqres üçün ilk çağırış 1774-cü ildə Benjamin Franklinə Koloniyalara nümayəndə heyətlərinin formalaşmasına razılığını bildirən, həmçinin Massaçusets ştatında baş verən blokadalara və Dözümsüzlük nümayişlərinə qarşı cəza tədbirlərinin görülməsini nəzərdə tutan qanunların qəbul olunması ilə bağlı idi. Bugünədək qəbul olunan konvensiyalar və sərəncamlar Kontinental Konqresin illər boyu qəbul etdiyi qərarların bir növ tərkib hissəsi olması da bilinməkdədir. Birləşmiş Krallığın təmsilçilərinin nəzərdə tutulan bölüşdürücülüklə razı olub-olmayacağına baxmayaraq, 1776- cı ildə Konqresin ikinci - "Müstəqillik Haqqında Qanun"u yekdilliklə qəbul edildi. Müstəqillik haqqında qətnamənin qəbulundan iki gün sonra yeni dövlətin - Amerika Birləşmiş Ştatlarının yaradılmasının əsası qoyuldu. Bu, həm də Virciniyadan olan Corc Vaşinqtonun başçılıq etdiyi Kontinental Ordunun yaradılmasını da rəsmiləşdirdi. Ordu Böyük Britaniya ilə müharibə etmiş, Fransa ilə Hərbi İttifaq bağlamış və müharibə iştirakçılarını kreditlər və kağız pullarla maliyyələşdirmişdir.
Sebazak-Konkures
Sebazak-Konkures (fr. Sébazac-Concourès, oks. Sebasac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Öpsən (konsert)
== Konsert haqqında == 20 iyun 2007-ci ildə Aygün Kazımovanın "Tofiq Bəhramov adına Respublika Stadionunda" keçirilən solo konsertidir. Konsertdə Aygün Kazımovanın qızı İlqarə Kazımova və Aygün Kazımovanın duet ortağı Namiq Qaraçuxurluda mahnı ifa etmişdir. Aygün Kazımova ən sevilən hitlərini yeni oranjemanda dinləyicilərə təqdim etmişdir.
Gəz (konfet)
Gəz — İsfahan şəhərində şəkər ya bal, yumurtanın ağı, Badam və püstə içi, hil və gülab ilə hazırlanan nuqanın ənənəvi adı.Orijinal növündə şəkər və bal əvəzinə zaqros dağlarında becərən yulğun ağacından ələ gələn çıxarışdan (əngəbin) istifadə olunur.
Meral Konrat
Meral Konrat (11 mart 1963, Karaman) — türkiyəli aktrisa, müğənni və aparıcı. == Həyatı == Krım tatarları ailəsində dünyaya gəlmişdi. Marmara Universitetində təhsil aldığı ilk illərdə reklam çarxlarına çəkilirdi, daha sonra isə kinolara keçdi. Aktyorluqdan savayı o, həmçinin model, aparıcı kimi də fəaliyyət göstərirdi və hətta İtiraf Ediyorum adlı albom çıxartmışdır. 2004-cü ilə qədər 10 il Türkiyənin TGRT kanalında aparıcı idi. Sonuncu iş yeri Karadeniz TV kanalı idi. Azərbaycan tamaşaçısına daha çox "Təhminə" kinosundakı Təhminə roluna görə tanışdır. 30 ildən sonra "Elçilik" adlı filmdə yenidən Azərbaycan tamaşaçısının qarşısına çıxacaq.
Konfet ağacı
Şirin hoveniya (lat. Hovenia dulcis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin hoveniya cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Yaponiya, Şərqi Çin, Koreya, Himalaydır. == Botaniki təsviri == Hündürlüyü 10-20 m-dək olan ağacdır. Hoveniyanın yarpaqları növbəli, yumurtavari və ürəkvari-yumurtavaridir. Ağ çiçəkləri çətirvari formada olub, yarpaq qoltuğunda və ya zoğun ucunda yerləşir. Şaxələnmiş çətiri, böyük, parlaq, tünd yaşıl yarpaqları, xırda, açıq sarı çiçək salxımları bitkiyə çox dekorativ görünüş verir. İyulda çiçəkləyir. Quru, çəyirdəkli meyvələri ətli meyvə saplaqlarının ucundan çıxır. Hoveniya toxum və qələmlərlə çoxalır.
ABŞ Konqres Binası
Amerika Konqres Binası (İngilis dilində: United States Capitol) ABŞ-ni idarə edən ABŞ Konqresinin iqamətgahıdır. Bina ABŞ-nin paytaxtı Vaşinqton şəhərindəki Capitol Hill bölgəsində və National Mall dairəsinin şərq ucunda yerləşir. Orijinal binanın 1792-ci ildə Tomas Jefferson tərəfindən təşkil edilən bir yarışma ilə təyin edilməsi qərara alındı. Ən azı 10 memarın qatıldığı yarışmada Stephen Halletin dizaynı ən ideal olaraq təyin olunsa da, sonradan seçim edilmədi, çünki həmin bina tikilsəydi dəyəri çox yüksək olacaqdı. Müsabiqəyə son anda girən həvəskar memar William Thorntonun 31 yanvar 1793-cü ildə təqdim etdiyi dizaynı 5 aprel 1793-cü ildə rəsmi olaraq qəbul edildi. Bununla birlikdə bu dizayn həm inşaat zamanı, həm də gələcək illərdə xeyli dəyişikliyə məruz qaldı.
ABŞ Konqres Kitabxanası
Konqres Kitabxanası (ing. The Library of Congress) — ABŞ-də kitabxana ABŞ Konqres Kitabxanası 1800-cü il aprelin 24-də ABŞ prezidenti Con Adamsın göstərişi ilə yaradılıb. Prezident kitab alınmasına və saxlanılmasına o vaxtın pulu ilə böyük məbləğ — 5 000 dollar pul ayırır və qərar imzalayır ki, kitabxananı ancaq prezidentlər, Konqresin üzvləri ziyarət edə bilərlər. O vaxtdan etibarən kitabxananın adı Konqres Kitabxanası qalır. 1814-cü ildə ABŞ-Britaniya müharibəsi vaxtı kitabxana demək olar ki, məhv olur. İngilis əsgərləri kitabxananın yerləşdiyi Kapitoli binasını yandırırlar. 3000-dən çox kitab məhv olur. Eks-prezident və kitab həvəskarı Tomas Cefferson özünün yarım əsr ərzində yığdığı 6487 cilddən ibarət kitabxanasını kitabxanaya bağışlayır. Belə bir kitabxana ABŞ-də heç kimdə yox idi. Konqres Kitabxanası Britaniya Milli Kitabxanasından sonra dünyanın ən böyük kitabxanası hesab olunur.
Aygün Şou (konsert)
== Konsert haqqında == 1 iyun 2019-cu ildə Aygün Kazımovanın "Heydər Əliyev Mərkəzi”-nin qarşısında keçirilən canlı solo konserti. Konsert Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuşdur. Xüsusi olaraq hazırlanan şouda Aygün Kazımova 60-dan çox nağıl və film qəhrəmanının iştirakı, peşəkar rəqqasların müşayiəti ilə çıxış edib.
Bakı Konqres Mərkəzi
Bakı Konqres Mərkəzi — Bakıda Təbriz küçəsində yerləşən müasir beynəlxalq tədbirlər mərkəzi. == Tarixi == Mərkəzin tikintisinə 2014-cü ilin fevralında başlanılmışdır.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 29 aprel 2015-ci ildə Mərkəzin açılışında iştirak etmiş və Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsmişdir. == Ərazisi == Mərkəz Heydər Əliyev Mərkəzinin yaxınlığında yerləşir.Mərkəzin ümumi sahəsi 6,2 hektar, tikintialtı sahəsi isə 46,6 min kvadratmetrdir. Ətrafda geniş abadlıq-quruculuq işləri aparılmış, yaşıllıq zolaqları salınmışdır.Bina bütün zəruri infrastrukturla təmin olunub. == Maddi-texniki bazası == Binanın foyesində 405 kvadratmetrlik monitor quraşdırılıb. Bu, dünyada qapalı məkanda quraşdırılan ən böyük və ən çox pikselli monitordur. Ümumilikdə isə binada müxtəlif ölçülü 50-dən artıq monitor quraşdırılıb.Mərkəzdə 17 konfrans zalı yaradılıb. Onların ümumi tutumu 2500 nəfərdən çoxdur. Konfrans zallarında yaradılan şərait onların tutumunu tədbirə qatılan qonaqların sayına uyğun olaraq dəyişdirməyə imkan verir. Məsələn, konfrans zallarının tamaşaçı tutumunu təşkilatçının istəyinə uyğun olaraq 50 nəfərdən 250 nəfərədək dəyişmək mümkündür.Bina bütün zəruri kommunikasiya, o cümlədən havalandırma sistemləri ilə təchiz olunmuşdur.
Banqladeş üçün konsert
Banqladeş üçün konsert (ing. The Concert For Bangladesh) — Corc Harrison və Ravi Şankar tərəfindən 1 avqust 1971-ci ildə Nyu-Yorkun Medison-skver-qarden idman kompleksində təşkil edilən iki xeyriyyə konsertinin adı. Dağıdıcı Bhola siklonundan və Banqladeş istiqlal müharibəsində Pakistan ordusunun hərəkətlərindən zərər çəkən Şərqi Pakistandan (indi Banqladeş) olan qaçqınlara yardım etmək üçün vəsait toplamaq məqsədilə təşkil edilən konsertlərə təxminən 40 min adam qatıldı. "Banqladeş üçün konsert" tarixdə ilk böyük xeyriyyə konserti sayılır. Konsertdə bir çox tanınmış ifaçı çıxış etdi: Bob Dilan, Erik Klepton, Corc Harrison, Billi Preston, Leon Rassell, Rinqo Star və britaniyalı Badfinger qrupu. 1971-ci ilin ekabrında The Concert for Bangladesh musiqi albomu, 1972-ci ildə isə konsert filmi çıxdı. 2005-ci ildə yeni çəkilmiş sənədli filmin də daxil edildiyi DVD buraxıldı. Konsertdən 243 418 ABŞ dolları vəsait toplandı və BMT Uşaq Fonduna verildi. Albom və DVD-nin satışlarından daxilolmalar BMT Uşaq Fondu nəzdindəki Corc Harrison fonduna daxil olmaqda davam edir.
Birinci Kontinental Konqres
Kontinental konqres — Filadelfiya Konqresi kimi də tanınan Kontinental Konqres On Üç Koloniya təmsilçilərinin birgə qəbul etdikləri sözləşmə əsasında formalaşmışdır. Konqres Amerikan İnqilabı zamanında Birləşmiş Ştatların rəhbər orqanı halına gəlmişdir. Konqres 1774-cü ildən, 1789-cu ilədək üç məsələnin həlli üçün bir araya gəlmişdir. Konqres üçün ilk çağırış 1774-cü ildə Benjamin Franklinə Koloniyalara nümayəndə heyətlərinin formalaşmasına razılığını bildirən, həmçinin Massaçusets ştatında baş verən blokadalara və Dözümsüzlük nümayişlərinə qarşı cəza tədbirlərinin görülməsini nəzərdə tutan qanunların qəbul olunması ilə bağlı idi. Bugünədək qəbul olunan konvensiyalar və sərəncamlar Kontinental Konqresin illər boyu qəbul etdiyi qərarların bir növ tərkib hissəsi olması da bilinməkdədir. Birləşmiş Krallığın təmsilçilərinin nəzərdə tutulan bölüşdürücülüklə razı olub-olmayacağına baxmayaraq, 1776- cı ildə Konqresin ikinci - "Müstəqillik Haqqında Qanun"u yekdilliklə qəbul edildi. Müstəqillik haqqında qətnamənin qəbulundan iki gün sonra yeni dövlətin - Amerika Birləşmiş Ştatlarının yaradılmasının əsası qoyuldu. Bu, həm də Virciniyadan olan Corc Vaşinqtonun başçılıq etdiyi Kontinental Ordunun yaradılmasını da rəsmiləşdirdi. Ordu Böyük Britaniya ilə müharibə etmiş, Fransa ilə Hərbi İttifaq bağlamış və müharibə iştirakçılarını kreditlər və kağız pullarla maliyyələşdirmişdir.
Canlı konsert (albom)
Canlı konsert – Azərbaycan Respublikasının əmədar artisti, müğənni Abbas Bağırovun Gəl adlı konsertində səslənən ifalardan ibarət canlı albomu. == Albom haqqında == 20 musiqi nömrəsi daxil olan albomda instrumental ifalarla yanaşı, Abbas Bağırov, Rauf Hacıyev, Vaqif Gərayzadə, Tofiq Quliyev, Fikrət Əmirov, Nailə Mirməmmədli, Niyazinin bəstələri yer alır.
Harpa (konsert zalı)
Harpa konsert zalı - İslandiyanın paytaxtı Reykyavik şəhərində yerləşən konsert zalı == Tarixi == Harpa konsert zalı Danimarka memarlıq şirkəti "Henninq Larsen" və əməkdaşı olan danimarkalı-islandiyalı rəssam Olafur Elassonun işi əsasında tikilmişdir. Tikinti işləri 2007-ci il 12 yanvarda başlamış, 2011-ci ildə tamamlanmışdır. Açılış mərasimi isə 13 may 2011-ci ildə baş tutmuşdur. Tikinti zamanı 164 milyon ABŞ dolları sərf olunmuşdur. Tikiliyə adı 11 dekabr 2009-cu ildə - İslandiya Musiqi Günündə verilmişdir. Hazırda konsert zalında İslandiya Simfonik Orkestrı çıxış edir. Konsert zalı Portus kompaniyasına məxsusdur. == Memarlığı == Bina müxtəlif rənglərdəki geometrik formalı şüşə panellərlə örtülmüş polad karkasdan ibarətdir. Binanın hündürlüyü 43 metrdir.
Konsert (film, 1961)
== Məzmun == Burada tanınmış müğənnilərdən Rauf Atakişiyev və Firəngiz Əhmədova çıxış edirlər.
Olduğu kimi (konsert)
== Konsert haqqında == 5 sentyabr 2009-cu ildə Aygün Kazımovanın "Yaşıl Teatrda" "PalSüd" şirkətinin təşkilatı ilə keçirilən solo konsertidir. Konsertdə Aygün Kazımovanın qızı İlqarə Kazımova və Aygün Kazımovanın duet ortağı Namiq Qaraçuxurluda mahnı ifa etmişdir.
Olduğum kimi (konsert)

Ümumi Milli Konqres
Ümumi Milli Konqres (ərəbcə: المؤتمر الوطني العام, Bərbərcə: Agraw Amuran Amatay) Liviyanın qanunverici orqanı olan çoxpartiyalı məclisdir. Liviya tarixində ilk plüralist, demokratik məclisdir. 200 üzv var == Tarixi - Qurulması == Liviya Vətəndaş Müharibəsində Müəmmar Qəddafi rejimi çökdü və ölkədə Liviya Milli Keçid Şurasının rəhbərliyi altında demokratik keçid prosesinə başlanıldı. Daha sonra ölkə daxilində bir çox siyasi qruplar yaradıldı, liderlər seçildi. 2012 Liviya Ümumi Milli Konqresi üçün seçkilər 7 iyul 2012 tarixində keçirilmişdir. 200 yer müxtəlif qruplar və şəxslər üçün ayrılmışdı. Konqres 8 avqust 2012-ci ildə quruldu. Ümumi Milli Konqres 1 aprel 2016-cı ildə ləğv olunduğunu elan etdi və yerinə Dövlət Ali Şurası gətirildi.