Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Konkret şeir
Konkret şeir və ya Şəkil şeir, hər cür tipoqrafik göstərən səhifə boşluğu üzərində heç bir biçimsəl qayda olmadan düzənlənməsiylə ibarət olan şeir növüdür.Konkret şeirdə köçürülməsinə niyyətlənilən duyğu və düşüncələr sözlərin səslərindən tamamilə qopmuş olmasalar da anlayışımları çox böyük nisbətdə şeirin vizual xüsusiyyəti üzərindən reallaşır.
Konkret mənalı sözlər
Varlığını beş duyğu orqanıyla qəbul edə bildiyimiz sözlər konkret sözlərdir. Məsələn, rəng, görünüş, səs, qoxu, dad, göl, ev, külək, işıq.
Konqres
Konqres – [lat. congressus – görüşmə, görüş, yığıncaq, toplaşma] Beynəlxalq – genişmiqyaslı yığıncaq, qurultay; ABŞ-də və bəzi burjua ölkələrində parlamentin adı; Dövlət, ərazi, təşkilat rəhbərlərinin, yaxud nümayəndələrinin görüşü, həmçinin beynəlxalq konfrans növü. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Konsert
Konsert (lat. concertо — yarışıram) — əvvəlcədən hazırlanmış müəyyən proqram üzrə musiqi əsərlərinin, mahnıların, musiqilərin dinləyicilər qarşısında ifa olunması.
Konfet
Konfet (Latın dilində: confectum, «hazırlanma») — müxtəlif növ şəkər və ya şokalad məmulatı. Tarixi XVI əsrə təsadüf edir. Kоnfеt məmulаtı müхtəlif yеyinti хаmmаlı qаtılmаqlа şəkər-pаtkа şərbəti əsаsındа hаzırlаnmış yüksək qidаlı qənnadı məhsuludur. Kоnfеt kütləsini hаzırlаmаq üçün əlаvə оlаrаq yаğ, süd, mеyvə-giləmеyvə pürеsi, yumurtа аğı, qоz, bаdаm, şоkоlаd, qəhvə, vаfli təbəqələri və s. məhsullаrdаn istifаdə еdilir. Kоnfеt məmulаtı şirələnmiş və şirələnməmiş, şоkоlаdlı içlikli və şəkər kirşаnındа növlərinə аyrılır. Kоnfеtlər bükülmüş, qismən bükülmüş və bükülməmiş оlur. Kоnfеtlərin üzəri şоkоlаdlı şirə və yаğlı şirə ilə şirələnir. Fоrmаlаnmаsınа görə kоnfеt kütləsinin fоrmаlаrа çökdürülməsi, yахıb dоğrаmа və fоrmаlаrа tökmə, ştаmplаnmа, prеslənmə üsullаrı fərqlənir. Əsаs gövdəsindən аsılı оlаrаq kоnfеtlər аşаğıdаkı qruplаrа bölünür.
Duy (konsert)
Konqres Kitabxanası
Konqres Kitabxanası (ing. The Library of Congress) — ABŞ-də kitabxana ABŞ Konqres Kitabxanası 1800-cü il aprelin 24-də ABŞ prezidenti Con Adamsın göstərişi ilə yaradılıb. Prezident kitab alınmasına və saxlanılmasına o vaxtın pulu ilə böyük məbləğ — 5 000 dollar pul ayırır və qərar imzalayır ki, kitabxananı ancaq prezidentlər, Konqresin üzvləri ziyarət edə bilərlər. O vaxtdan etibarən kitabxananın adı Konqres Kitabxanası qalır. 1814-cü ildə ABŞ-Britaniya müharibəsi vaxtı kitabxana demək olar ki, məhv olur. İngilis əsgərləri kitabxananın yerləşdiyi Kapitoli binasını yandırırlar. 3000-dən çox kitab məhv olur. Eks-prezident və kitab həvəskarı Tomas Cefferson özünün yarım əsr ərzində yığdığı 6487 cilddən ibarət kitabxanasını kitabxanaya bağışlayır. Belə bir kitabxana ABŞ-də heç kimdə yox idi. Konqres Kitabxanası Britaniya Milli Kitabxanasından sonra dünyanın ən böyük kitabxanası hesab olunur.
Kontinental Konqres
Kontinental konqres — Filadelfiya Konqresi kimi də tanınan Kontinental Konqres On üç koloniya nümayəndələrinin birgə qəbul etdikləri razılaşma əsasında formalaşmışdır. Konqres Amerika inqilabı zamanında Birləşmiş Ştatların rəhbər orqanı halına gəlmişdir. Konqres 1774-cü ildən, 1789-cu ilədək üç məsələnin həlli üçün bir araya gəlmişdir. Konqres üçün ilk çağırış 1774-cü ildə Benjamin Franklinə Koloniyalara nümayəndə heyətlərinin formalaşmasına razılığını bildirən, həmçinin Massaçusets ştatında baş verən blokadalara və Dözümsüzlük nümayişlərinə qarşı cəza tədbirlərinin görülməsini nəzərdə tutan qanunların qəbul olunması ilə bağlı idi. Bugünədək qəbul olunan konvensiyalar və sərəncamlar Kontinental Konqresin illər boyu qəbul etdiyi qərarların bir növ tərkib hissəsi olması da bilinməkdədir. Birləşmiş Krallığın təmsilçilərinin nəzərdə tutulan bölüşdürücülüklə razı olub-olmayacağına baxmayaraq, 1776-cı ildə Konqresin ikinci — "Müstəqillik Haqqında Qanun"u yekdilliklə qəbul edildi. Müstəqillik haqqında qətnamənin qəbulundan iki gün sonra yeni dövlətin — Amerika Birləşmiş Ştatlarının yaradılmaaının əsası qoyuldu. Bu, həm də Virciniyadan olan Corc Vaşinqtonun başçılıq etdiyi Kontinental Ordunun yaradılmasını da rəsmiləşdirdi. Ordu Böyük Britaniya ilə müharibə etmiş, Fransa krallığı ilə Hərbi İttifaq bağlamış və müharibə iştirakçılarını kreditlər və kağız pullarla maliyyələşdirmişdir. == Birinci Kontinental Konqres == Birinci Kontinental Konqres 1774-cü il, 5 sentyabrdan 17 oktyabradək Pensilvaniya ştatının Filadelfiya şəhərindəki Karpenter Sarayında qısa zaman ərzində bir araya gəlmişdir.
Sebazak-Konkures
Sebazak-Konkures (fr. Sébazac-Concourès, oks. Sebasac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Öpsən (konsert)
Demokratik Konqres
Azərbaycanda seçki blokları və siyasi birliklər — Azərbaycanda seçkilər üçün vahid namizəd irəli sürülməsi üçün yaradılan seçki blokları və siyasi partiyaların, siyasətçilərin birliyi üçün yaradılan siyasi birliklər. == Tarixi == Azərbaycanda hələ müstəqillikdən əvvəl SSRİ dönəmində seçki blokları yaranmışdır. 1990-cı il avqustun 24-də qəbul edilmiş Azərbaycan Xalq Cəbhəsinin Ali Sovetə seçkilərə dair seçkiqabağı proqramında Azərbaycanın tam dövlət müstəqilliyinin bərpa edilməsi əsas proqram məqsədi kimi bəyan olundu. Həmin proqram "Demokratik Azərbaycan " seçki blokunun da platforması kimi təsdiq edildi. Seçki blokları tarixi rəsmi olaraq 1994-cü ildən başlayır. == Seçki blokları == === 2000-ci il parlament seçkiləri === Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokratik Maarifçilik Partiyasıseçkilərdə partiyalar bloku halında çıxış etməyi qərara aldılar və ölkənin parlament seçkiləri praktikasında ilk dəfə olaraq "Demokratik Azərbaycan" Siyasi Partiyalar Bloku qeydiyyatdan keçirildi. Proporsional seçkilərin partiyalar üzrə blok 0,40% səs topladı. === 2003-cü il prezident seçkiləri === ==== Bizim Azərbaycan Bloku ==== 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində müxalif siyasi partiyaların birliyi kimi yaradılmışdır. Blok 29 mart 2003 tarixində Müsavat Partiyasının sədri İsa Qəmbərin təşəbbüsü ilə 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində bəzi müxalif siyasi partiyaların və ictimai təşkilatlar tərəfindən təsis olunub. İlk növbədə seçki bloku olaraq yaradılsa da sonradan siyasi partiyalar blokuna çevrilmişdir.
Gəz (konfet)
Gəz — İsfahan bölgəsində şəkər ya bal, yumurtanın ağı, Badam və püstə içi, hil və gülab ilə hazırlanan nuqanın ənənəvi adı. Orijinal növündə şəkər və bal əvəzinə zaqros dağlarında becərən yulğun ağacından ələ gələn çıxarışdan (əngəbin) istifadə olunur.
Meral Konrat
Meral Konrat (11 mart 1963, Karaman) — türkiyəli aktrisa, müğənni və aparıcı. Krım tatarları ailəsində dünyaya gəlmişdi. Marmara Universitetində təhsil aldığı ilk illərdə reklam çarxlarına çəkilirdi, daha sonra isə kinolara keçdi. Aktyorluqdan savayı o, həmçinin model, aparıcı kimi də fəaliyyət göstərirdi və hətta İtiraf Ediyorum adlı albom çıxartmışdır. 2004-cü ilə qədər 10 il Türkiyənin TGRT kanalında aparıcı idi. Sonuncu iş yeri Karadeniz TV kanalı idi. Azərbaycan tamaşaçısına daha çox "Təhminə" kinosundakı Təhminə roluna görə tanışdır. 30 ildən sonra "Elçilik" adlı filmdə yenidən Azərbaycan tamaşaçısının qarşısına çıxacaq.
Konfet ağacı
Şirin hoveniya (lat. Hovenia dulcis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin hoveniya cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Yaponiya, Şərqi Çin, Koreya, Himalaydır. == Botaniki təsviri == Hündürlüyü 10-20 m-dək olan ağacdır. Hoveniyanın yarpaqları növbəli, yumurtavari və ürəkvari-yumurtavaridir. Ağ çiçəkləri çətirvari formada olub, yarpaq qoltuğunda və ya zoğun ucunda yerləşir. Şaxələnmiş çətiri, böyük, parlaq, tünd yaşıl yarpaqları, xırda, açıq sarı çiçək salxımları bitkiyə çox dekorativ görünüş verir. İyulda çiçəkləyir. Quru, çəyirdəkli meyvələri ətli meyvə saplaqlarının ucundan çıxır. Hoveniya toxum və qələmlərlə çoxalır.
ABŞ Konqres Binası
Amerika Konqres Binası (İngilis dilində: United States Capitol) ABŞ-ni idarə edən ABŞ Konqresinin iqamətgahıdır. Bina ABŞ-nin paytaxtı Vaşinqton şəhərindəki Capitol Hill bölgəsində və National Mall dairəsinin şərq ucunda yerləşir. Orijinal binanın 1792-ci ildə Tomas Jefferson tərəfindən təşkil edilən bir yarışma ilə təyin edilməsi qərara alındı. Ən azı 10 memarın qatıldığı yarışmada Stephen Halletin dizaynı ən ideal olaraq təyin olunsa da, sonradan seçim edilmədi, çünki həmin bina tikilsəydi dəyəri çox yüksək olacaqdı. Müsabiqəyə son anda girən həvəskar memar William Thorntonun 31 yanvar 1793-cü ildə təqdim etdiyi dizaynı 5 aprel 1793-cü ildə rəsmi olaraq qəbul edildi. Bununla birlikdə bu dizayn həm inşaat zamanı, həm də gələcək illərdə xeyli dəyişikliyə məruz qaldı.
ABŞ Konqres Kitabxanası
Konqres Kitabxanası (ing. The Library of Congress) — ABŞ-də kitabxana ABŞ Konqres Kitabxanası 1800-cü il aprelin 24-də ABŞ prezidenti Con Adamsın göstərişi ilə yaradılıb. Prezident kitab alınmasına və saxlanılmasına o vaxtın pulu ilə böyük məbləğ — 5 000 dollar pul ayırır və qərar imzalayır ki, kitabxananı ancaq prezidentlər, Konqresin üzvləri ziyarət edə bilərlər. O vaxtdan etibarən kitabxananın adı Konqres Kitabxanası qalır. 1814-cü ildə ABŞ-Britaniya müharibəsi vaxtı kitabxana demək olar ki, məhv olur. İngilis əsgərləri kitabxananın yerləşdiyi Kapitoli binasını yandırırlar. 3000-dən çox kitab məhv olur. Eks-prezident və kitab həvəskarı Tomas Cefferson özünün yarım əsr ərzində yığdığı 6487 cilddən ibarət kitabxanasını kitabxanaya bağışlayır. Belə bir kitabxana ABŞ-də heç kimdə yox idi. Konqres Kitabxanası Britaniya Milli Kitabxanasından sonra dünyanın ən böyük kitabxanası hesab olunur.
Aygün Şou (konsert)
Harpa (konsert zalı)
Harpa konsert zalı — İslandiyanın paytaxtı Reykyavik şəhərində yerləşən konsert zalı == Tarixi == Harpa konsert zalı Danimarka memarlıq şirkəti "Henninq Larsen" və əməkdaşı olan danimarkalı-islandiyalı rəssam Olafur Elassonun işi əsasında tikilmişdir. Tikinti işləri 2007-ci il 12 yanvarda başlamış, 2011-ci ildə tamamlanmışdır. Açılış mərasimi isə 13 may 2011-ci ildə baş tutmuşdur. Tikinti zamanı 164 milyon ABŞ dolları sərf olunmuşdur. Tikiliyə adı 11 dekabr 2009-cu ildə — İslandiya Musiqi Günündə verilmişdir. Hazırda konsert zalında İslandiya Simfonik Orkestrı çıxış edir. Konsert zalı Portus kompaniyasına məxsusdur. == Memarlığı == Bina müxtəlif rənglərdəki geometrik formalı şüşə panellərlə örtülmüş polad karkasdan ibarətdir. Binanın hündürlüyü 43 metrdir.
Konsert (film, 1961)
== Məzmun == Burada tanınmış müğənnilərdən Rauf Atakişiyev və Firəngiz Əhmədova çıxış edirlər.
Olduğu kimi (konsert)
Olduğum kimi (konsert)
Ümumi Milli Konqres
Ümumi Milli Konqres (ərəbcə: المؤتمر الوطني العام, Bərbərcə: Agraw Amuran Amatay) Liviyanın qanunverici orqanı olan çoxpartiyalı məclisdir. Liviya tarixində ilk plüralist, demokratik məclisdir. 200 üzv var Liviya Vətəndaş Müharibəsində Müəmmar Qəddafi rejimi çökdü və ölkədə Liviya Milli Keçid Şurasının rəhbərliyi altında demokratik keçid prosesinə başlanıldı. Daha sonra ölkə daxilində bir çox siyasi qruplar yaradıldı, liderlər seçildi. 2012 Liviya Ümumi Milli Konqresi üçün seçkilər 7 iyul 2012 tarixində keçirilmişdir. 200 yer müxtəlif qruplar və şəxslər üçün ayrılmışdı. Konqres 8 avqust 2012-ci ildə quruldu. Ümumi Milli Konqres 1 aprel 2016-cı ildə ləğv olunduğunu elan etdi və yerinə Dövlət Ali Şurası gətirildi.
İkinci Kontinental Konqres
İkinci Kontinental konqres — Filadelfiya Konqresi kimi də tanınan Kontinental Konqres On Üç Koloniya təmsilçilərinin birgə qəbul etdikləri sözləşmə əsasında formalaşmışdır. Konqres Amerikan İnqilabı zamanında Birləşmiş Ştatların rəhbər orqanı halına gəlmişdir. Konqres 1774-cü ildən, 1789-cu ilədək üç məsələnin həlli üçün bir araya gəlmişdir. Konqres üçün ilk çağırış 1774-cü ildə Benjamin Franklinə Koloniyalara nümayəndə heyətlərinin formalaşmasına razılığını bildirən, həmçinin Massaçusets ştatında baş verən blokadalara və Dözümsüzlük nümayişlərinə qarşı cəza tədbirlərinin görülməsini nəzərdə tutan qanunların qəbul olunması ilə bağlı idi. Bugünədək qəbul olunan konvensiyalar və sərəncamlar Kontinental Konqresin illər boyu qəbul etdiyi qərarların bir növ tərkib hissəsi olması da bilinməkdədir. Birləşmiş Krallığın təmsilçilərinin nəzərdə tutulan bölüşdürücülüklə razı olub-olmayacağına baxmayaraq, 1776-cı ildə Konqresin ikinci- "Müstəqillik Haqqında Qanun"u yekdilliklə qəbul edildi. Müstəqillik haqqında qətnamənin qəbulundan iki gün sonra yeni dövlətin-Amerika Birləşmiş Ştatlarının yaradılmaaının əsası qoyuldu. Bu, həm də Virciniyadan olan Corc Vaşinqtonun başçılıq etdiyi Kontinental Ordunun yaradılmasını da rəsmiləşdirdi. Ordu Böyük Britaniya ilə müharibə etmiş, Fransa ilə Hərbi İttifaq bağlamış və müharibə iştirakçılarını kreditlər və kağız pullarla maliyyələşdirmişdir.
Bilkent konsert zalı
Bilkent konsert zalı — Ankaranın Çankaya səmtində, Bilkent Universitetinə bağlı Musiqi və İfa Sənətləri Fakültəsində yerləşən konsert salonudur. 15 oktyabr 1994-cü ildə açılışı olan zalın memarları Erkut Şahinbaş və İlhan Kural, akustika üzrə mütəxəssisi isə finlandiyalı memar Matti Heykkinendir. Zalın əsas istifadəçisi Bilkənt Simfonik Orkestri olsa da, O, həmçinin Ankara Caz Festivalı və Beynəlxalq Ankara Musiqi Festivalı kimi müxtəlif milli və beynəlxalq musiqi tədbirləri çərçivəsində onlarla sənətçi, musiqi qrupları və orkestrə ev sahibliyi edir. İlham Gencer, Tahir Aydoğdu, Nilüfer Ruacan, Yıldız İbrahimova, Ayşe Tütüncü və Fahir Atakoğlu kimi sənətçilər salonda konsert verən önəmli adlar arasındadır. == Memarlıq xüsusiyyətləri == Bir çox binaya imza atan memarlar Erkut Şahinbaş və İlhan Kuralın birgə layihələndirdiyi konsert salonu 1993–1994-cü illər arasında Tepe İnşaat tərəfindən inşa edilib. Ümumi istifadə sahəsi 14328 kvadratmetr olan zalın tamaşaçı tutumu 800 nəfərdir. Finlandiyalı memar Matti Heikkinen üç mərtəbəli konsert zalının akustik məsləhətçisi idi. Akustik panelləri və səhnə lifti sistemi olan konsert zalı orkestr çuxuru yaradaraq səhnə əsərlərinin ifasına da şərait yaratmışdır. 800 nəfərlik zal həm də səsyazma studiyasıdır. 1 noyabr 1994-cü ildə Bilkənt Simfonik Orkestrinin açılış konsertinin keçirildiyi zalda iki Steynvey D model konsert pianosu var.
Beş dəqiqəlik konsert
Beş dəqiqəlik konsert qısametrajlı sənədli film-konserti rejissor Vladimir Yeremeyev tərəfindən 1941-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film-konsertdə əməkdar incəsənət xadimi Q.Salahovun rəhbərliyi altında Azərbaycan Rəqs və Nəğmə Ansamblının ifasında beş ən yaxşı xalq rəqsi göstərilir. == Məzmun == Xüsusi buraxılışdır. Film-konsertdə əməkdar incəsənət xadimi Q.Salahovun rəhbərliyi altında Azərbaycan Rəqs və Nəğmə Ansamblının ifasında beş ən yaxşı xalq rəqsi göstərilir. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.