Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Konotasiya
Konotasiya və ya konnotasiya, bir sözün ilkin və ədəbi mənalarından başqa, həmçinin insanda yaratdığı duyğu və düşüncələrdir. Ümumiyyətlə mənfi və ya müsbət kontekstdə istifadə olunur. Məsələn, Azərbaycan dilindəki “şişman” sözü mənfi bir konotasiyata malikdir və bəzi hallarda təhqir kimi qəbul edilərkən, eyni mənada işlənən “sümüyü ağır” sözü daha məqsədəuyğun sözdür. Eynilə, “toppuş” sözü də sevgi hissi doğurur və daha müsbət bir konotasiya yaradır. Konotasiya anlayışı çox vaxt denotasiya ilə müqayisə edilərək istifadə olunur. Denotasiya bir sözün əsas mənasını ifadə edərkən, konotasiya sözün digər xüsusiyyətləri barədə məlumat verir. Məsələn, ana sözünün əsas mənası və denotasiyası “uşağı olan qadın” deməkdir. Eyni sözün konotasiya mənası isə “sevgi” və “qorunma” kimi başa düşülməlidir.
Annotasiya
Annotasiya — Latınca "annotomik" sözündən olub qeyd aparmaq, əlavə etmək deməkdir. Ədəbi dildə annotasiyanın mənası kitab, jurnal və məqalənin məzmununu qısa şəkildə şərh etmək deməkdir.Annotasiyanın vasitəsi ilə şagird hər hansı bir kitabın məzmunu ilə daha yaxın tanış ola bilir. == Haqqında == Annotasiyada aşağıdakılar öz əksini tapmalıdır: Kitabın adı, nəşriyyatın adı, harada nəşr edilməsi, həcmi; Kitabın müəllifinin adı və soyadı; Kitabda nələrdən bəhs olunması, == İzahı == Annotasiyanı,əsasən,əsərin müəllifi yazır və məqsədini bir neçə cümlə ilə şərh edir.Məs.:Azərbaycan dilində vurğu lüğətinə dair annotasiya belə verilir: Annotasiya(lat.annotatio-qey) və ya rezyume (fran.-“qısaldılmış”) – kitabın, əlyazmasının, monoqrafiyanın, məqalənin, patentin, filmin, qramplastinkanın və ya digər nəşrin qısa məzmunu, eləcə də onun qısa xarakteristikasıdır. Annotasiya nəşrin fərqləndirici xüsusiyyətlərini, yerini və zamanını nominativ formada göstərir. Annotasiya nəşrin əsas mövzusunu əks etdirir, bundan əlavə o təsvir olunan mənbənin əsas vəziyyətlərini də sadalaya bilər. Annotasiya hərəkət subyektini xatırlatmaya da bilər (guman edilə bilər ki, bu kontekstdən məlumdur) və passiv quruluşdan – fel və feli sifətdən ibarət ola bilər. Annotasiya məqalənin özündə ola bilər. Məzmununda nəticələrin də ola biləcəyinə baxmayaraq, müasir elmi jurnallarda annotasiyanı adətən məqalənin əvvəlində yerləşdirirlər (başlıqdan, müəlliflərdən və açar sözlərindən sonra). İngilisdilli ədəbiyyatda annotasiya çox vaxt “Abstract” başlığı altında verilir. == Mənbə == Azərbaycan dili qayda kitabı-Hədəf", Bakı, Maarif, 2012, səhifə 281.