Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
"Əlahəzrət imperatorun konvoyunda xidmətə görə" medalı
"Əlahəzrət imperatorun konvoyunda xidmətə görə" medalı (rus. Медаль «За службу в собственном конвое государя императора») — 1850-ci ildə Rusiya imperatoru I Nikolay tərəfindən təsis olunmuşdur.
Con Horton Konvey
Con Horton Konvey (ing. John Horton Conway; 26 dekabr 1937, Liverpul – 11 aprel 2020[…], Nyu-Bransuik[d], Nyu-Cersi, ABŞ) — Britaniyalı riyaziyyatçı. == Həyatı == 26 dekabr 1937-ci ildə doğulub. Horton "Həyat" oyununun yaradıcısı kimi məşhur idi. O, həmmüəlliflərlə birlikdə oyunların kombinatorial nəzəriyyəsinin əsasını qoyub və sürreal ədədləri kəşf edib. Horton 1986-cı ildən bu günə kimi ABŞ-də çalışıb. 11 aprel 2020-ci ildə 82 yaşında Nyu-Cersidə koronavirusdan vəfat edib.
Konvey rif plitəsi
Konvey rif plitəsi — Litosfer plitəsi olaraq 0,01585 steradion sahəyə malikdir. Adətən Sakit Okean plitəsinin tərkibinə daxildir. Sakit okeanın cənubunda, Ficinin qərbində yerləşir. Qərbdən Yenihebrid plitəsi, Balmoral rif plitəsi ilə sərhəddir.
Konfor
Konfor (fr. Confort) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Kollonj kantonuna daxildir. Kommunanın dairəsi — Jeks. INSEE kodu — 01114. == Coğrafiyası == Kommuna Paris şəhərinin 400 km cənub-şərqində, Lion şəhərindən 90 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 50 km şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 525 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə (15-64 yaş) əmək qabiliyyətli 301 nəfər arasında 234 nəfər iqtisadi cəhətdən aktiv, 67 nəfər fəaliyyətsiz (fəaliyyət göstəricisi% 77,7, 1999-cu ildə 76,2% idi). 234 aktiv sakindən 211 nəfər işləyirdi (112 kişi və 99 qadın), 23 işsiz (10 kişi və 13 qadın) var.
Konzyo
Konzyö (fr. Conzieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01117. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 135 nəfər təşkil edirdi.
Kovboy
Kovboy (en. cow-inək, boy-oğlan) - Amerikada at belində inək otaranlara və buna yaxın peşəli insanlara verilən ad. == İlk kovboylar == Şimali Amerikaya ilk dəfə avropalılar 17-ci əsrdə gəliblər. Yüz ildən artıq onlar Atlantik okeanının sahilində yaşayıblar. 19-cu əsrin əvvəllərində Birləşmiş Ştatlar (BŞ) qərbə tərəf istiqamət alarkən sərhəd Missisipi çayı boyunca idi. 1845-ci ildə Texas da BŞ-ın tərkibinə daxil oldu. 1853-cü ilədək isə bu ölkə Alyaskanı çıxmaq şərtilə müasir ərazilərə yiyələndi. Bu hadisə 2 mühüm problem yaratdı. Birincisi, minlərlə avropalı, daha doğrusu amerikalı Qərbə miqrasiya etdi ki bu geniş düzənliklərdə və onlardan da kənarlarda yeni həyat başladı. İkincisi isə Vətəndaş müharibəsi oldu (1861-1865).
Konsol
Konsol bu mənalara gələ bilər:
Kondom
Prezervativ (fr. préservatif, lat. praeservo — "qorunuram"), bəzən kondom (fr. condom) — hamiləlik və ya cinsi yolla ötürülən infeksiya ehtimalını azaltmaq üçün cinsi əlaqə zamanı istifadə olunan elastik boru. Dünyada həm erkəklər, həm də qadınlar üçün prezervativlər mövcuddur. Prezervativlər qonoreya, xlamidiya, trixomoniaz, hepatit B və QİÇS-in risklərini xeyli azaldır. Prezervativ az olsa da, genital herpes, insan papilloma virusu və sifilisin risklərini azaldır. Zöhrəvi xəstəliklərin qarşısını alınması üçün istifadə olan prezervativlər 1564-cü ildən bəri istifadə olunur. Kauçuk prezervativlər 1855-ci ildə, lateks prezervativlər isə 1920-ci illərdən satılır. Hər il dünyada təxminən 9 milyard prezervativ satılır.
Konqo
Konqo bu mənaları ifadə edə bilər:
Konso
Konso və ya Karati — Efiopiyanın cənub-qərbindəki Saaan çayı üzərində bir şəhərdir. Qonşu sakinlərdən bəziləri tərəfindən Pakavle adlanır. == Tarix == 1897-ci ildə Efiopiya imperatoru II Menelik şəhəri ələ keçirdi. Konso və onun mədəniyyəti XX əsrdə tədricən avropalılar tərəfindən aşkar edildi. Ata Azais 1931-ci ildə Vaqa (va'kka) heykəllərini təqdim etdi. 1956-cı ildə Murdok şəhərin arxeoloji meqalitlərini çuşti xalqı ilə əlaqələndirdi. 1962-ci ildə nəşr olunan Markets of Africa-da müəllif şəhərdəki yüksək səviyyəli qədim iqtisadi inkişafları qeyd edir. 1984-cü ildə Amborn bölgənin tarixi əmək tələb edən kənd təsərrüfatı texnikalarını öyrəndi. Ərazi, ümumdünya mədəni əhəmiyyətinə görə 30 sentyabr 1997-ci ildə UNESCO-nun Müvəqqəti Ümumdünya irsi siyahısına, 2011-ci ildə isə rəsmi olaraq Ümumdünya irsi siyahısına daxil edildi. Konso, Efiopiyada "mədəni landşaft" olaraq tanınan ilk yerdir.
Euphorbia kondoi
Euphorbia kondoi (lat. Euphorbia kondoi) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Fonvey (Monako)
Fonvey ( fr. Fontvieille)-Monako Krallığının tərkibində yaranan 10-cu şəhərdir. Şəhərin cənub-qərbində yerləşir. Sahəsi-334 970 m²-dir. 2008-ci ilin məlumatlarına əsasən əhalisinin sayı-3602 nəfərdir. == Tarixi == Monakonun 12-ci kralı Monako Rene III tərəfindən şəhər 1970-ci illərdə qurulmuşdur. Burada bir çox tikililər məşhurdur ki, onlardan şəhərin mərkəzində yerləşən Lui II-nin şərəfinə adlandırılmış stadionu göstərə bilərik. Bu şəhərdə Monako kutbol klubunun ofisləri, Monako Universiteti də yerləşir. Burada vertolyot dayanacağı da var ki, Monako Krallığı ilə Fransanı bura əlaqələndirir. Yüngül gimnastika yarışlarıda bu şəhərdə keçirilib.
Fumimaro Konoye
Fumimaro Konoe (近衞 文麿 Konoe Fumimaro, 12 oktyabr 1891[…], Kodzimati-ku[d] – 16 dekabr 1945[…]) — Şahzadə, yapon siyasətçi, Yaponiyanın 34-cü (4 iyun, 1937–5 yanvar, 1939), 38-ci (2 iyul, 1940–18 iyul, 1941) və 39-cu (18 iyul, 1941–18 oktyabr, 1941) baş naziri. == Həyatı == Məşhur Fudzivara nəslindən olan Fumimaro Konoe 12 oktyabr, 1891-ci ildə Kiotoda doğulmuş, XIX–XX əsrlərdə ölkənin taleyini həll edən, Yaponiyada ən nüfuzlu ailələrdən birinin böyük oğlu olmuşdur. Qeyd etmək maraqlıdır ki, çox mühüm dövlət vəzifələrinə sahib olmuş atası Yaponiyanın digər Asiya dövlətləri ilə sıx əməkdaşlığın vacibliyini önə çəkirdi. O, SSRİ ilə möhkəm siyasi münasibətlərin tərəfdarı idi. Konoe Çin və Koreyaya yönəlik və Rusiya, Amerika və İngiltərənin maraqları ilə toqquşan yapon ekspansiyası mühitində tərbiyə alıb. İqtisadi ekspansiya hərbi təzyiqlə dəstəklənirdi. Bütün bunlar Yaponiyanın fövqəladəliyinin təbliğatı, Yaponiya imperiyasının böyüklüyü, həyat məkanının istilasının və sərhədlərin genişlənməsinin davamının zəruriliyi ilə qızışdınlırdı. 1905-1907-ci illər Rusiya-Yaponiya müharibəsini Konoe 14 yaşlı yeniyetmə olaraq qarşıladı, Yaponiyanı faktiki olaraq böyük dövlətə çevirən qələbəni isə artıq 16 yaşlı gənc kimi qeyd etdi. Bütün həmyaşıdları kimi o, yapon ordusunun qələbələrinə valeh olaraq, ərazilərin qazanılmasını (Kuril adaları, Saxalinin cənub hissəsi) məmnuniyyətlə qəbul etdi, Böyük Britaniya, ABŞ, Hollandiya kimi Cənub-Şərqi Asiyada hökmranlıq edən dövlətlərə də müqavimət göstərməyin mümkünlüyünü anladı. Konoe həyatı boyu mühafizəkar milliyyətçi və qatı antikommunist olaraq qaldı.
Kondom (rayon)
Kondom (fr. Condom) — Fransanın Cənub-Pireney regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Jer. Suprefektura — Kondom. Rayon əhalisi 2006-cı ildə 63 872 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 26 nəf / km². Rayon sahəsi — 2437 km².
Kondor Legionu
Kondor Legionu (alm. Legion Condor) — alman könüllü hərbi-hava qüvvələri birləşməsi; Vermaxtın hərbi aviasiyası Lüftvaffenin (Luftwaffe) bölüyü. Adolf Hitlerin istəyi ilə İspaniya vətəndaş müharibəsində Fransisko Frankonun rəhbərlik etdiyi nasionalistlərə yardım etmək məqsədilə respublikaçılara qarşı hərbi əməliyytlarda iştirak etmək üçün göndərilmişdir. Hitler bu müdaxiləyə "bolşevizm əleyhinə mübarizə" adı altında haqq qazandırırdı. Legion hər birində 12 təyyarə olmaqla 4 bombardman və 4 qırıcı təyyarə eskadrasından, həmçinin hava hücumundan və tank hücumundan müdafiə qüvvələrindən ibarət idi. Kondor Legionu 5 min nəfər hərbi və mülki mütəxəssisdən (aviamühəndislər, texniklər, tibb işçiləri) təşkil olunmuşdu. Legionun hava birliklərinə general-feldmarşal Hüqo Şperrle, digər birliklərə isə general Vilhelm Ritter fon Toma rəhbərlik edirdilər. == Tarixi == İspaniyada 1936-cı ilin oktyabrından fəaliyyət göstərən legion bombardman alayından (əvvəl 3, sonralar 4 eskadrilya), qırıcı alayından (əvvəl 3, sonralar 5 eskadrilya), kəşfiyyat eskadrilyasından, zenit artilleriya batalyonundan, rabitə batalyonundan, nəqliyyat və təchizat batalyonlarından ibarət idi. İlk dövrdə legion 3 mühərrikli U-52 bombardmançılarından və He-51 qırıcı-biplanlarından istifadə edirdi. Sonradan onlar daha müasir He-111, U-87 və Me-109 təyyarələri ilə əvəz olundular.
Kondor əməliyyatı
"Kondor" əməliyyatı (isp. Operación Cóndor) — 1970-1980-ci illərdə Cənubi Amerikanın bir sıra ölkələrində siyasi müxalifətin (əsasən kommunistlər və sosialistlərin) təqib edilməsi və məhv edilməsi kampaniyasıdır. Bunu ABŞ xüsusi xidmət orqanlarının dəstəyi ilə Çili, Argentina, Uruqvay, Braziliya, Paraqvay, Boliviyanın diktator rejimləri həyata keçirib. Bu dövlətlərin xüsusi xidmət orqanları koordinasiyalı şəkildə fəaliyyət göstərərək müxalifət nümayəndələrinin oğurlanmasını, işgəncə verilməsini, məhkəməsiz və istintaqsız edamlarını (xüsusən də “ölüm uçuşları”) təşkil edirdi. Tanınmış siyasətçilər, diplomatlar və ictimai xadimlər əməliyyatın qurbanı olurdu. Ümumilikdə, müxtəlif hesablamalara görə, 40-60 min insan o illərdəki terrorunun qurbanı olub: 30.000 argentinalı, 3.000 perulu, 3.000-dən çox çilili, 160 paraqvaylı, 150 boliviyalı, 140 uruqvaylı və 6 ekvadorlu.. 1992-ci ildə Paraqvaylı hüquq müdafiəçisi Martin Almada diktatura rejimlərinin dissidentlərin və müxalifətçilərin məhvi ilə bağlı dosyelər, hesabatlar və digər məlumatlardan ibarət terror arxivlərini aşkar etdi. 2001-ci ildə bir sıra insan haqları təşkilatları ABŞ-nin keçmiş dövlət katibi Henri Kissinceri Kondor əməliyyatında iştirakda ittiham edərək ona qarşı iddia qaldırıb. Argentinalı cinayəti araşdıran hakim Kissincerin potensial şübhəli və hətta müttəhim olduğunu söyləmişdi. Kissincer müstəntiq tərəfindən dindirilməyə çağırıldıqdan sonra dərhal Fransanı tərk emiş və Braziliyaya getməkdən imtina etmişdir.
Konnor Mişalek
Konnor Mişalek (ing. Connor Michalek; 25 noyabr 2005, Hempton[d], Pensilvaniya – 25 aprel 2014, Pitsburq, Pensilvaniya) – peşəkar güləş fanatı, fenomen. Peşəkar güləşçi Daniel Brayan ilə görüşdükdən və barəsində açıq elan edilən sosial media kompaniyasından sonra medianın diqqətini çəkən uşaq. Daha sonra bir neçə dəfə Brayan və digər peşəkar güləşçilər ilə görüşmüşdür. 2009-cu ildən bəri beyin və onurğa xərçəngi olan Mişalek 25 aprel 2014-cü ildə 8 yaşında vəfat etdi. Peşəkar güləş çempionatının rəhbərləri Pol Leveskyu və Stefeni MakMahon "Konnorun müalicəsi" adlı xeyriyyə təşkilatını onun şərəfinə qurdular. Həmçinin, onlar ölümündən sonra Mişalekə 2015-ci ildə "PGÇ" (Peşəkar Güləş Çempionatı) Şöhrət Salonu mərasimində "Döyüşçü" mükafatını təqdim etdilər. O, bu mükafatın ilk laureatı oldu. == Həyatı == Konnor Mişalek 25 noyabr 2005-ci ildə Stiv Mişalek və Britteni Kaliqurilərin ailəsində anadan olmuşdur. Peşəkar güləş fanatı olaraq ona "Daşparçalayan" və ya "Qırıcı" ləqəbi verilmişdi.
Kovboy Bibop
Cowboy Bebop (yap. カウボーイビバップ, azərb. Kovboy Bibop‎) — Şiniciro Vatanabe tərəfindən yaradılmış yapon anime serialı. == Məzmun == Film Takaki Tononun həyatının 10 ildən çoxunu əhatə edir.
Krivoy Roq
Krivoy Roq və ya Krıvıy Riğ (ukr. Кривий Ріг) — Ukraynanın Dnepropetrovsk vilayətində şəhər.
PlayStation (konsol)
PlayStation (PS, PS1, PS one), Sony firmasının "PlayStation" adı verdiyi oyun konsollarının ilkidir. 1994-də çıxan konsolun 2004-də satışı bağlanmışdır. Nintendo-nun Sony-ə verdiyi cdrom sifarişini son anda ləğv etdiyi üçün Sony əlində qalan cd-romu təkmilləşdirərək PlayStation-u istehsal etmişdir. Hal hazırda PlayStation digər oyun konsolları kimi televizorla oynanılır. Movie Card hesabına VCD filmləri oynatma xüsusiyyəti. Musiqi CDlərini oxutma Öz PSone oyunlarını işlətmək ModChip hesabına Back-Up oyunlarnı işlətmək Öz Movie Card-ı xaricində; GameShark adlı kod mexanizmi mövcuddur. İçindəki yazılı kodlar ilə bərabər yüklənən oyunlar şifrə ile oynanıla bilər.
Tim Konuey
Tim Konuey (ing. Tim Conway; 15 dekabr 1933 – 14 may 2019) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Xbox (konsol)
Xbox — Microsoft firmasının oyun konsolu bazarında pay sahibi olmaq məqsədilə istehsal etdiyi və 2001-ci ildə bazara çıxartdığı yeni bir oyun konsolu. Digər oyun konsollarının çıxış tarixləri çox köhnədir. Ancaq Xbox yeni məhsul olmasına baxmayaraq, bu bazarda özünə yer tapmışdır. Başqa tərəfdən, bazarda PlayStation 2-nin qaldığı qədər uzun müddət qalmamışdır.
Konsol (dəqiqləşdirmə)
Konsol bu mənalara gələ bilər:
Kovo
Kovo (it. Covo — Berqamo) İtaliyanın Lombardiya bölgəsində, Berqamonun inzibati mərkəzinə tabe olan kommuna. Əhalisi 3157 sakin, əhali sıxlığı 263 p./km². Sahəsi 12 km² ərazini əhatə edir. Poçt kodu - 24050. Telefon kodu - 0363.
Konor Makqreqor
Konor Entoni Makqreqor (irl. Conchúr Antóin Mac Gréagóir; d. 14 iyul, 1988) — İrlandiyalı Qarışıq döyüş növləri döyüşçüsü və boksçu. Keçmiş Qəfəs döyüşləri yarım-yüngül və yüngül çəki çempionu. 2013-cü ildə qəfəs döyüşlərinin təşkilatçılığı altında yarım-yüngül və yüngül çəkidə çempionu olarkən UFC ilə razılaşır. 2015-ci ilin dekabr ayında yarım-yüngül çəki çempionu Xose Aldonu 53saniyədə nokaut edərək UFC yarım-yüngül çəki çempionu olur. Bu qalibiyyətlə o, UFC döyüş tarixində ən sürətli nokaut olaraq tarixə keçir. 2016-cı ilin noyabr ayında yüngül çəki çempionu olan Eddi Alvarezi məğlub edir və UFC tarixində eyni anda 2 fərqli çəkidə çempion olan ilk döyüşçü olaraq bir ilkə imza atır. 2017-ci ildə professional boks karyerasının ilk döyüşündə Floyd Meyvezer ilə qarşı-qarşıya gəlir və döyüşü məğlub olaraq bitirir. Bu döyüşdən Makqreqor, yayım hüquqlarından 4,3 milyon əldə edərək Şimali Amerikada ikinci ən yüksək satış rəqəminə çatır.
Konqo (çay)
Konqo çayı və ya Zair çayı — Mərkəzi Afrikanın Ekvator bölgəsində, 4370 km uzunluğunda bir çaydır. Uzunluğu 4370 km-dir. Dənizə, saniyədə 80000 kubmetr su axıdar. Zair ilə şimal və şərqdəki qonşuları arasında sərhəd çəkən Konqo çayı, dərhal bütün qollarını Zairdən alır. Bir dövr Zair Çayı olaraq da adlandırılmışdır. Orta Qərbi Afrikanın ən uzun çayıdır. Dünyanın ən uzun 8 çayından biridir. Ekvator xəttini iki dəfə kəsir. Dünyada yeganə çaydır ki, ekvatoru iki dəfə kəsir. Adı == Haqqında == Konqo adı bir vaxtlar çayın cənub sahilində yerləşən Konqo Krallığından yaranıb.