Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Korolyov (Askın)
Karalyov (başq. Королёв, rus. Королёво) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Yaubulək kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 13 km, kənd sovetliyindən (Yaubulək): 1 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 122 km.
Sergey Korolyov
Sergey Korolyov (rus. Сергей Павлович Королёв, ukr. Корольов Сергій Павлович ; 30 dekabr 1906 (12 yanvar 1907), Jitomir, Volın quberniyası[d], Rusiya imperiyası[…] – 14 yanvar 1966[…], Moskva, SSRİ) — sovet alimi ukrayna mənşəlidir , kosmik raket texnikası üzrə konstruktor, təşkilatçı və kosmik tədqiqatlar təşkilatçısı. Onun rəhbərliyi altında OKB-1-də kosmik uçuşlar üçün raketlər və gəmilər hazırlanırdı. Onun ideyaları və aparıcılıq stili sovet kosmik tədqiqatlarınıın istiqamətini müəyyənləşdirmişdir. Onun layihələndirdiyi ilk raketlərdən olan "Soyuz" bu gündə tətbiq olunmaqdadır. == Həyatı == Korolyov kiçik ikən onun valideynləri Mariya Korolyova və Pavel Korolyov ayrılırlar. Ona görə də, o, nənəsinin himayəsi altında Nişində böyüməli olur. Erkən vaxtlarından o uçuşla maraqlanır və yerli dərnəklərdə mühərriksiz təyyarələrin düzəldilməsi ilə məşğul olur. Sonra o, Moskva Aviasiya İnstitutunda təhsil alır.
Korolkov doqquzdonu
Korolkov doqquzdonu (lat. Lonicera korolkowii) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m olan, yumşaq tüklü, budaqlı, dekorativ, yarpağıtökülən koldur. Yarpaqların diametri 3 sm-ə çatır, enli qaidəli, yumurtaşəkilli və ya ellipsvarı, ucu biz, mavi-yaşıl rənglidir, çox vaxt göyümtül olur. Aprel-may aylarında 15-20 gün ərzində bol çiçəkləyir, çiçəkləri çəhrayı rəngdə olur və yaşıl fonda çox gözəl görünür. Şarşəkilli, narıncı və ya al-qırmızı, meyvələri budaqların üzərində payıza qədər qalır. Zərərverici və xəstəliklərdən az zərər çəkir. Abşeronda vegetasiyası aprelin ortalarından başlayaraq oktyabrın axırlarına qədər davam edir. Hər il meyvə verir, meyvələri avqustun axırı sentyabrın birinci yarısında yetişir.
Korolkov yemişanı
Korolkov yemişanı (lat. Crataegus korolkowii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Mariya Korolyova
Mariya Korolyova (16 oktyabr 1974, Çelyabinsk) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Mariya Korolyova, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu.
Svetlana Korolyova
Svetlana Korolyova (d. 7 sentyabr 1973) — Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Svetlana Korolyova, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Svetlana Korolyova, Qazaxıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Qazaxıstan yığması, Afina Olimpiadasını 8-ci pillədə başa vurdu.