Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mattyu Korkoran
Mattyu Korkoran (17 fevral 2006, Texas, ABŞ) — Amerika Birinci Liqası təmsilçilərindən olan "Nort Texas" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar ABŞ futbolçusu. == Klub karyerası == Korkoran futbolçu karyerasına Dallas Texans klubunda başlamışdır. 2018-ci ildə Dallas klubunun akademiyasına qəbul olmuşdur. 2020-ci ilin noyabr ayında o, Dallas klubunun ehtiyat komandası olan "Nort Texas" çağırılmışdır. Korkoran öz peşəkar karyerasında debütünü 24 aprel 2021-ci ildə Fort Loderdeyl klubuna qarşı oyunda etmişdir. O, 59-cu dəqiqədə Kollin Smiti əvəz etmişdir. Amerika Birinci Liqası görüşündə Nort Texas rəqibinə 4-2 hesabı ilə qalib gəlmişdir. == Oyun tərzi == Oyun tərzinə görə Korkoran bir çoxları tərəfindən ən yaxşı 8 nömrələrdən olan Koke ilə müqayisə olunur. == Karyera statistikası == 19 iyun 2021 tarixində yenilənib 1KONKAKAF Çempionlat Liqası görüşləri daxildir. 2ABŞ Superkuboku görüşləri daxildir.
Kormoranş-syur-Son
Kormoranş-sür-Son (fr. Cormoranche-sur-Saône) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Pon-de-Vel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01123. == Coğrafiyası == Kommuna Paris şəhərinin 350 km cənub-şərqində, Lion şəhərindən 55 km şimalda yerləşir və Burk-an-Bres şəhərindən 31 km qərbdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1058 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə (15-64 yaş) əmək qabiliyyətli 675 nəfər arasında 500 nəfər iqtisadi cəhətdən aktiv, 175 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi% 74,1, 1999-cu ildə 72,4%). 500 aktiv sakindən 461 nəfər işləyirdi (247 kişi və 214 qadın), 39 işsiz var (19 kişi və 20 qadın).
Kormoranş-sür-Son

Kormoran və Sidney HMAS kreyserləri arasında dəniz döyüşü
II Dünya müharibəsinin döyüş arealı yalnız Avrasiya, Amerika və Afrikanı deyil, Yer kürəsinin insan yaşayışı olan hər bir yerini, o cümlədən gözdən iraq düşmüş uzaq Avstraliyanı da əhatə etmişdi. Belə ki, 19 noyabr 1941-ci ildə Qərbi Avstraliya sahillərində Almaniya Donanmasının yardımçı Kormoran kreyseri ilə Avstraliya Kral Donanmasının Sidney HMAS adlı yüngül kreyseri arasında təkbətək döyüş baş vermişdir. 399 nəfərlik şəxsi heyəti olan alman gəmisinə Teodor Detmers, 645 nəfərlik avstraliyalı heyətə Cozef Barnett komandanlıq edirdi. Döyüş yarım saat qarşılıqlı atışma şəklində davam edərək, hər iki gəminin batırılmasıyla nəticələndi. Döyüş ev sahibi Avstraliyaya yaxın ərazidə baş verdiyindən almanlar psixoloji üstünlük qazanmışdı. Çünki Almaniya 82 nəfər itki verməklə uzaq sahillərdə müttəfiqlər tərəfində vuruşan Avstraliyanın çoxnəfərlik gəmisini batırmışdı. Xilasedici gəmilərin bir neçəsi ticarət gəmiləri tərəfindən xilas olmuş, ikisi isə Avstraliyanın Karnarvon limanına yan almışdı. Beləliklə, almanların 399 nəfərlik heyətindən 317 nəfər sağ qalmışdı. Sidney kreyserindən isə heç bir xəbər-ətər yox idi. Sonra məlum oldu ki, avstraliyalı şəxsi heyətdən bir nəfər də olsun, salamat qalmayıb.