Təlaq tamam olduqda, şahın buyruğu ilə onların [hərəmlərin] kəbin kağızlarını Xacə Mübarək yırtdı.
Biçarə muzdurun damarları qurudu ki, indicə yaranalın buyruğu ilə Həsənəli bəyin özünü tutub, qazamata göndərəcəkdir.
□ Buyruq qulu köhn. – hər bir əmr və hökmü korkorana yerinə yetirməyə hazır olan adam haqqında.
[Kəmalüddövlə:] Beləliklə, biz … din rəhbərinin buyruq qulu olaraq azadlıq nemətlərindən məhrumuq.
Buyruq vermək – əmr vermək, sərəncam vermək.
[Molla İbrahim Xəlil] …Molla Həmid qabağına gələndən sonra, bu növ ilə ona buyruq verir.
BUYRUQÇUis. 1. Buyruq verən, əmr verən.
2. Xidmətçi, buyruq icra edən işçi.
Sən olmusan keçi qaytaran əl buyruqçusu.