Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Korrida
Korrida (isp. corrida – qaçış, cəld hərəkət) və ya öküz döyüşü — ispan milli tamaşası. Mənşəcə qədimdə Pireney yarımadasında öküzə sitayişlə əlaqədardır. Orta əsrlərdə korrida yalnız nizə ilə silahlanmış atlı senyorlar iştirak edirdilər. Peşəkar ifaçılardan (torero) ibarət müasir tamaşa kimi 18 əsrin əvvələrində formalaşmışdır. Korrida iştirakçıları 12-14 nəfər olur. Cəld hərəkətlə şpaqanı öküzün süysününə sancaraq onu öldürən matador (espada) korridada əsas simadır. Digər torerolar bu işdə ona kömək edirlər. Onların bəzisi al rəngli plaşlarla öküzü hirsləndirir, bəziləri (atlı pikadorlar) nizənin ucu ilə onu qıcıqlandırır, digərləri isə qıcaqlandırıcı harpunları (banderilya) heyvanın boynuna sancırlar. Portuqaliya, Cənubi Fransa və Latın Amerikası ölkələrində də təşkil olunur.
Acacia horrida
Vachellia horrida (lat. Vachellia horrida) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin vachellia cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Acacia horrida (L.) Willd. Mimosa horrida L. == Yarımnövləri == Vachellia horrida subsp. benadirensis (Harms ex Y.Sjöstedt) Kyal. & Boatwr. Vachellia horrida subsp.
Banksia horrida
Dryandra horrida (lat. Dryandra horrida) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.
Cynara horrida
Euphorbia horrida
Euphorbia horrida (lat. Euphorbia horrida) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Jurinea horrida
Mimosa horrida
Vachellia horrida (lat. Vachellia horrida) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin vachellia cinsinə aid bitki növü. Acacia horrida (L.) Willd. Mimosa horrida L. Vachellia horrida subsp. benadirensis (Harms ex Y.Sjöstedt) Kyal. & Boatwr. Vachellia horrida subsp.
Vachellia horrida
Vachellia horrida (lat. Vachellia horrida) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin vachellia cinsinə aid bitki növü. Acacia horrida (L.) Willd. Mimosa horrida L. Vachellia horrida subsp. benadirensis (Harms ex Y.Sjöstedt) Kyal. & Boatwr. Vachellia horrida subsp.
Dryandra horrida
Dryandra horrida (lat. Dryandra horrida) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.
Acacia horrida sensu auct.
Acacia horrida var. transvaalensis
Vachellia karroo (lat. Vachellia karroo) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin vachellia cinsinə aid bitki növü.
Kolxida
Kolxida (gürc. კოლხეთის სამეფო; Kolheti krallığı) antik gürcü dövlətidir. Eyni dövrdə Yunanlılar Qərb Gürcüstanda, Qaradəniz sahilində yeni məskunlaşmalar (koloniyalar) qurdular. Bu məskunlaşmalar bunlar idi: Pazisi (təxminən olaraq bugünkü Poti şəhəri yaxınlarında), Dioskuria (Sohumi), Pitiunti (Biçvinta), Gienosi (Oçamçire). Koloniyalarda yerli əhali ilə Yunanlılar arasında canlı bir ticarət vardı. Kolhetidən Yunanlılar ağac-meşə məhsulları (Kolhetidəki ağac növləri gəmi istehsalında ən yaxşı vəsait sayılırdı), kətan (yelkən istehsalında istifadə edirdilər) və qızılın da aralarında tapıldığı dəyişik metallar götürürdülər. Ayrıca kölə də aparırdılar. Bunların qarşılığında Kolhetiyə dulusçuluq məhsulları, bəzək əşyası, zeytunyağı, şərab kimi məhsullar gətirirdilər. Koloniyalar sayəsində Kolhetinin canlı bir ticarəti və o dövrdə dünyanın qabaqda gələn sivilizasiyası olan Yunan dünyasıyla mədəni əlaqələri vardı. Yunan dünyasıyla əlaqəsi Kolhetinin mədəni və iqtisadi inkişafına iştirak edirdi.
Kopaida
Kopaida və ya Kopais (q.yun. Κωπαΐς; yun. Κωπαΐδα) — Mərkəzi Yunanıstanda, Beotiya düzənliyində yerləşən keçmiş göl. XIX əsrin sonlarında göl qurumuşdur. Bir zamanlar göldə yerləşən adada melaqit vardı. Homerin Arne adlandırdığı şəhərin burada yerləməsi ehtimal edilir. == Quruması == Göl mövcud olduğu dövrdə onun sahillərində Qaliartos, Orxomenos və Xeroniya adlı şəhərlər mövcud olmuşdur. Gölə Kifisos, Termessus və Triton çayları tökülür. Göl ətrafında geniş əkin sahələri vardı. Göl daşarkən bu sahələri su basırdı.
Kordiya
Kordiya (lat. Cordia) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinə aid bitki cinsi.
Korriban
Moraband və ya Korriban — "Ulduz müharibələri" kainatında uydurma planet. Morabandda sith qüvvələri yaşayırdı, lakin çoxsaylı müharibələrin nəticəsində yaranmış geniş dağıntılara görə sonradan tərk edilmişdir. Planetin səthində Dart Beyn və başqaları kimi qədim sith lordlarının məzarları ilə dolu olan Qaranlıq Lordlar vadisi yerləşir. == Yaradılması == Moraband ilkin olaraq "Ulduz müharibələri"nin genişləndirilmiş kainatı olan "Əfsanələr"də yaradılmış və "Korriban" adlandırılmışdır. Planet franşizanın kanonunda ilk dəfə 2014-cü ildə, "Klon müharibələri" teleserialının VI mövsümünün "Tale" adlı 12-ci seriyasında nümayiş olunmuş və "Moraband" adlandırılmışdır. "Korriban" adı da sonradan kanonlaşdırılmışdır. == İstinadlar == == Xarici keçidlər == Moraband — Vukipediya saytında.
Korsika
Korsika (fr. Corse [kɔʀs], korsikaca. Corsica) — Aralıq dənizinin şimal hissəsində ada. Fransa ərazisidir. Sah. 8,7 min km². Şimal sahili hamar, qərb sahili rias tiplidir, körfəzlərlə kəskin parçalanmışdır. Maksimal hündürlüyü – 2710 m (Mon-Sento dağı). Qranit və gilli şistlərdən təşkil olunmuşdur. Adanı Apenin yarımadasından Korsika boğazı, Sardiniya adasından isə Bonifaco boğazı ayırır.
Lokrida
Lokrida (q.yun. Λοκρίς) — lokrların məskunlaşdığı Evrip boğazının cənub sahilində yerləşən Qədim Yunanıstan bölgəsi. Parnas dağı Lokridanı Dorida və Fokida bölgələrinə bölürdü; biri Mərkəzi Yunanıstan sahilinin şərqində (Opunta Lokridası), digəri cənubunda (Ozol Lokridası) yerləşirdi. Maliakos və Vorios Evvoikos körfəzləri sahillərində yerləşən Şərqi Lokrida Fermopil keçidindən Beotiya ilə sərhədədək uzanmış və öz növbəsində iki bölgəyə ayrılmışdır: qərbdəki Epiknemid Lokridası (q.yun. Λοκρίς Έπικνημιδιοί) və 360–390 kvadrat kilometri sahəsi olan şərqdəki Opunt Lokridası (q.yun. Λοκρίς Όπούντιοι). Ölkə münbit və sıx məskunlaşmışdı; çox əkilmiş tarla və otlaq, saysız qoyun-keçi, şərab, zeytun və əncir var idi. Yerli rəvayətlər qəbilənin eponimini leleqlər ilə əlaqələndirir, bu da qəbilənin yerli əsas əhaliyə aid olduğunu göstərir. Yeni gələn ellinlər qəbilələri ölkəni hissələrə böldülər. əvvələr isə burada dənizdən dənizə qədər lokrlar qəbiləsi məskunlaşmışdır.
Derrida
Jak Derrida (15 iyul 1930[…], El-Biar[d], Fransa Əlcəzairi[d] – 8 oktyabr 2004 və ya 9 oktyabr 2004, V arondisman) — Fransız filosof, ədəbiyyat tənqidçisi və dekonstruksiya cərəyanın qurucusu. Derridanın fəaliyyəti təkcə fəlsəfə və ədəbiyyatla məhdudlaşmır o, eyni zamanda XX əsrin 60-cı illərində siyasi motivli irqçilik problemlərinin gündəmə gətirmiş, Fransada yaşayan Əlcəzairli miqrantların hüquqlarının qorunması sahəsində fəaliyyət göstərmişdir. 1982-ci ildə Çexoslovakiyada başladılan müxalif yönümlü hərəkatı dəstəklədiyi üçün həmin ölkədə həbs edildiyi də məlumdur.
Korra
Avatar Korra (ing. Korra) - Korra əfsanəsi cizgi serialın əsas personajı. Cənub qütbdə anadan olub. == Yaradılması və konsepsiyası == Brayan Konietzko qarışıq döyüş sənətləri marağlındığına görə, o Korranı MMA qadın idmançılarıdan, xüsusilə Cina Karanodan ilhamlanaraq yaradıb. Konietzkonu onun öz bacıları da ilhamlandırmışdı. Başqa tərəfdən, Korra Aanqın inversiyası olmalı idi. Daha cavan və daha ruhani Aanqdan fərqli olaraq, Korra üçün öz Avatar rolunun ruhani tərəfini yerinə yetirmək çətindir. Eyni zamanda, o dörd elementin üçünü çox cavan yaşda öyrənmşdi.
Eyşa Korrera
Eyşa Karrera (6 avqust 1973, Nyu-York, ABŞ) — ABŞ pornoaktrisası, ssenaristi və modeli. 300-dən artıq pornoqrafik filmdə iştirak etmişdir. Ateistdir. == Həyatı == Eyşa Karrera 1973-cü ildə ABŞ-nin Nyu-York şəhərində anadan olmuşdur. Atası yapon, anası alman əsillidir. Ailədə 4 uşaqdan biridir. Uşaqlıq vaxtında piyano dərsləri almışdır. 1990-cı ildə barlarda striptizçi olaraq çalışmışdır. 1993-cü ildə isə artıq porno kassetlər yayımlamışdır. Bəzən "Cessika Bennett" ləqəbi ilə də filmlərdə iştirak etmişdir.
Kolxida bigəvəri
Kolxida bigəvəri (lat. Ruscus colchicus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin bigəvər cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Zaqafqaziyada, Krasnodarda, Qaradəniz sahillərində, Tuapsedə, Azərbaycanda, Türkiyədə, Aralıq dənizi sahillərində təbii halda bitir. == Botaniki xarakteristikası == Çoxillik yarımkoldur. Hündürlüyü 45-55 sm-ə çatır. Düz dayanan, çox vaxt sadə gövdələri və budaqları fillokladilərə çevrilmişdir. Yarpağı üçkünc, dərili, oturaq, paralel damarcıqlı və xırdadır. Fillokladiləri sıx yerləşmiş, çox iri, uzunsov və ya uzunsov-lansetvari, uzunluğu 6-9 sm, eni 2-4 sm, ucu biz, bünövrəsi dar, aşağıda üzbəüz, yuxarıda növbəlidir. Çiçəyi xırda (5-6), fillokladininin aşağı tərəfində, küt, lansetvari, xırda çiçəkaltlığının qoltuğunda yerləşir. Giləmeyvələri saplaqda, iri, qırmızı, diametri 8-10 mm, 2 toxumludur.
Kolxida dili
Zan dilləri, Zanuri (gürc. ზანური ენები) və ya Kolxida dili — kartvel dillərinin qolu. Zanuri meqrel və laz dillərindən təşkil olunmuşdur. Bəzi dilşünaslar hesab edirlər ki, bu dillərin hər ikisi də zan dilinin ləhçələridir. Buna baxmayaraq, meqrel və laz dilləri qarşılıqlı olaraq, tam şəkildə anlaşıqlı deyil, ancaq bir dillərdən birini danışanlar o biri dildəki çox sözü tanıya bilir. Zanuri gürcü, svan və Acara dilləri ilə qohumdur. Zan termini Kolxida tayfalarının birinin yunan-Roma dilindəki adından gəlir, hansı ki, demək olar ki, meqrel və svanlara verilən ad ilə eynidir. Gürcüstan dilşünası Akaki Şanidze Kolxida terminin zan dili üçün uyğun olacağını irəli sürmüşdür. == Tarix == Kartvel dilləri üzrə ixtisaslaşmış Rusiya dilşünası Georgi Klimov tərəfindən aparılan bir qlottoxronoloji analizə görə, zan dilləri adi kartvel dil qrupundan e.ə. VIII əsrdə ayrılmışdır.
Kolxida fındığı
Kolxida fındığı (lat. Corylus colchica) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m-dən çox olmayan çoxillik koldur. Cavan zoğları boz, sıx, ipəkvari tükcüklərlə örtülmüşdür, ancaq axırıncı ilin zoğları çılpaqdır. Yarpaq tumurcuqları uzunsov-yumurtavari formalı, iri, qırmızı-qonur, tükcüklüdür. Yaraqları təxminən 1 sm uzunluğunda olub, sıx tükcüklü saplaqlarda yerləşir, oval, bünövrəsində yumru, bəzən ürəkşəkilli, ucu qısa, biz, kənarları ikili dişli, 11-12 damarcıqlı, üstü batıqdır. Yarpaq ayasının uzunluğu 5-7 sm, eni 3,5-4,5 sm, üstü yayılmış tükcüklərlə örtülmüşdür, alt tərəfi damarcıqlardan ibarətdir. Yalançı zoğları lansetvari formalı, ucu bizdir.Tozluq sırğaları qırmızı-qonur, yarpaqların qoltuqlarında yumurtavari, ucu biz xırda yarpaqlıdır. Meyvənin qını biryarpaqlı, fındığa yapışıq, tükcüklü, qısa yumurtavari formalı, diametri 11 mm-dir.
Kolxida ovalığı
Kolxida ovalığı (gürc. კოლხეთის დაბლობი) — Gürcüstanda, Qara dəniz sahilində ovalıq. Qərbdən şərqə təqribən 100 kilometr (62 mil) uzanır. Səthi hamar, hündürlüyü 150 metrə qədərdir. Antropogenin alluvial çöküntülərindən təşkil olunmuşdur. Qərb hissədə geniş bataqlaşmış sahələr var. Kolxida ovalığında neft-qaz təzahürləri və mineral bulaqdar (Tsxaltubo) var. İqlimi subtropikdir. Orta tempraturu yanvarda 4,5–6°C, avqustda 23–24°C-dir. İllik yağıntı 1500 mm.
Kolxida suilanı
Kolxida suilanı (lat. Natrix megalocephala) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin suilanıkimilər fəsiləsinin suilanı cinsinə aid heyvan növü. == Qısa məlumat == Ümumi uzunluqları 110–130 sm təşkil edə bilir. Bel nahiyəsindəki pulcuqları qara, yan hissələrdə ağ, qarın nahiyəsində isə nisbətən tünd rənglərdə olur. == Yayıldığı ərazilər == Bu növə Rusiya ərazisində Krasnodar vilayətində, Azərbaycan və Gürcüstan kimi ölkələrdə rast gəlinir.
Kolxida şümşadı
Kolxida şümşadı (lat. Buxus colchica) — şümşadkimilər fəsiləsinin şümşad cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Qlobal IUCN Statusu: NT == Təbii yayılması == Kolxida şümşadı Gürcüstan, Rusiya, Azərbaycan və Türkiyə üçün endemikdir. Azərbaycanda Böyük Qafqazın qərb (Zaqatala rayonunun Tala kəndi) və şərq hissələrində (Qəbələ rayonunun Vəndam kəndi) yayılmışdır. == Botaniki təsviri == Həmişəyaşıl koldur, bəzən isə 10–12 m (180 m-ə qədər) boya malik ağacdır. Zoğları yaşıl və dördkünclüdür. Yarpaqları adətən ellipsivari olub, 10–30 mm uzunluğunda, 5–18 mm enində, dərivari, estdən tend yaşıl, parlaq, saplağı qısa və tükcüklüdür, qaidəsi pazvari və ya dairəvi, ucu oyuqludur. Çiçək qrupu oturandır. Meyvəsi dərili, yumurtavari-kürəvi qutucuqdur.
Kolxida şümşəsi
Kolxida şümşəsi (lat. Ilex colchica) — bitkilər aləminin aquifoliales dəstəsinin aquifoliaceae fəsiləsinin şümşə cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqazda və Kiçik Asiyada, Balkanlarda qarışıq meşələrdə bitir. == Botaniki təsviri == Hündürlüyü 2,5 m-ə qədər olan, sürünən gövdəli, sallaq budaqlı ağac və ya həmişəyaşıl koldur. Yarpaqları ellipsvari, uzunluğu 5-10 sm, dərili, cod kənarları dişli,üst tərəfi tünd-yaşıl rəngli, aşağı tərəfi açıq-yaşıldır. Yarpaqların qoltuqlarında yerləşmiş hamaşçiçəyi çətirşəkilli salxımlarda toplanmışdır. Erkək çiçəkləri üç çiçəkləri, dişi çiçəkləri isə bir çiçəkdən ibarətdir. Kasacığı yarıya qədər bitişik, 4 ədəd enli, ucu biz və üçkünc hissəlidir. Çiçək tacı ağımtıldır. Ləçəkləri erkək çiçəklərdə uzunsov-yumurtavari, dişi çiçəklərdə isə enli-yumurtavaridir.