Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Haiti kreol dili
Haiti kreol dili (Kreyòl ayisyen) adətən sadəcə kreol adlanan, Haitidə 12 milyona yaxın insan tərəfindən danışılır.Haiti Kreolu , Fransız dili ilə yanaşı Haitinin iki rəsmi dilindən biridir.
Seyşel Kreol dili
Seyşel Kreol dili - maskaren kreol dilinə məxsus danışıqdır. Bu dil İngilis və Fransız dilləri ilə bərabər Seyşel adaları ölkəsinin rəsmi dilidir. 1976-cı ildə bu dilin ilk qrammatik qaydaları tətbiq edilmişdir.
Kreollar
Kreol (fr. créole; isp. criollo və port. crioulo, kriolu; lat. creare "yaratmaq, yetişdirmək") — müxtəlif məna ifadə edən etnonim: Avropadan (ispanlar, portuqallar və qismən fransızlar) Şimali və Cənubi Amerika ərazilərinə müstəmləkəçilik dövründə köçən insanlar. Braziliyada və Vest-Hinddə zənci qulların nəsilləri. Alyaskada XVIII—XIX əsrlərdə ruslarla yerli xalqların qarışığı.
Kreml
Moskva Kremli — Moskvanın mərkəzində və onun ən qədim hissəsindəki bir qala, şəhərin əsas ictimai-siyasi və tarixi-bədii kompleksi, Rusiya Federasiyası Prezidentinin rəsmi iqamətgahı, Sov.İKP MK-nın Baş Katibinin rəsmi iqamətgah Moskva çayının yüksək sol sahilində - Borovitski təpəsində, Neqlinnaya çayının axdığı yerdə yerləşir. Planda Kreml 27,5 hektar ərazini əhatə edən nizamsız üçbucaqdır. Cənub divarı Moskva çayına, şimal-qərb İskəndər bağlarına, şərqə isə Qırmızı meydana baxır. == Tarixi == === Finn-uqor qəsəbəsi === Moskva Kremlinin ərazisindəki ilk yaşayış məskənləri tunc dövrünə (e.ə. II minillik) aiddir. Müasir Arxangelsk kafedralında erkən dəmir dövrünə (e.ə. I minilliyin ikinci yarısı) aid Finno-Uqor yaşayış məskəni tapıldı. Bu zaman Dyakovo tipli qəsəbə Borovitski(Kremlin) təpəsinin yuxarı sel düzənliyinin mərkəzini işğal etdi(müasir Katedral meydanının sahəsi) və cox gümanki,artıq istehkamları ola bilərdi. Şimal-şərqdən yaşayış məskəni iki yarğanla qorunurdu: biri,indiki Üçlük Qapısından şimalda, Neglinnaya çayına doğru uzanırdı,digəri isə Petrovskaya ilə müasir Kremlin İkinci Naməlum qalaları arasından uzanırdı. === Vyatiçi qəsəbəsi === Oka və Moskva çayı hövzələrinin slavyan müstəmləkəçiliyinin XX əsrində başlayan Vyatiçi, Borovitski təpəsinin zirvəsini (bəlkə də köhnə yaşayış məntəqəsini mənimsəmiş) məskunlaşdırdı.
Krezol
Krezollar (metilfenollar, hidroksitoluenlər) -Kimyəvi formula: C7H8O olan rəngsiz kristallar və ya mayelərdir. Orto-, meta- və para-izomerləri var. == Kimyəvi xassələri == Krezollar etanolda, dietil efirdə, benzolda, xloroformda, asetonda çox həll olur; suda, qələvi məhlullarda həll olunur (kresolat duzlarının əmələ gəlməsi ilə). Fenol kimi krezollar da zəif turşulardır. Krezollar asanlıqla elektrofil əvəzetmə, kondensasiya, məsələn, aldehidlərlə reaksiyalara daxil olur. Para-kresol Pb, Mn və ya Fe oksidləri ilə parahidroksibenzoy turşusuna, daha güclü oksidləşdiricilər tərəfindən isə xinona və ya hidroxinona oksidləşir. Katalitik reduksiya zamanı o, metiltsikloheksanollara və metiltsikloheksanonlara çevrilir. Kresol izomerləri, NH3 iştirakında xlorlu su ilə qarışdıqda rəngli birləşmələr əmələ gətirir: orto-krezol sarı-qəhvəyi rəng verir, , meta-krezol – yaşılımtıl, yaşıl, para-krezol — tünd sarıya, narıncı və ya qırmızıya çevrilir. Orto-, meta- və para-kresolun texniki qarışığı trikresol adlanır. == Tədbiqi == Onlar üzvi sintezdə həlledicilər və ya aralıq məhsullar kimi istifadə olunur.
Kerol Barts
Kerol Barts (ing. Carol Ann Bartz; d. 28 avqust 1948, Uinone, Minnesota, ABŞ) — dünyada müasir informasiya texnologiyaları sektorunun görkəmli nümayəndələrindən biri; "Yahoo!"nun icraçı direktoru (2009–2011). == Həyatı == Kerol Barts 1948-ci ilin avqust ayının 28-də ABŞ-nin Minnesota ştatının Uinone şəhərində anadan olmuşdur. Onun 8 yaşı olarkən anası vəfat etmişdir. Bundan sonra Kerol və kiçik qardaşı Viskonsin ştatının Elma şəhərinə gələrək baba və nənəsinin himayəsi altında yaşayırlar. Kerol orta məktəbi və kolleci bitirdikdən sonra Viskonsin Universitetinə daxil olur və uşaqlıqdan çox sevdiyi riyaziyyat ixtisas istiqaməti üzrə təhsil alır. 1971-ci ildə universiteti bitirərək kompüter elmləri sahəsində bakalavr pilləsinə yiyələnir. == Fəaliyyəti == Hələ kollecdə oxuyarkən maddi imkansızlıq səbəbindən ofisiant işləmişdir. Kerol Barts müxtəlif dövrlərdə "3M" holdinqində, "Digital Equipment Corporation" və "Sun Microsystems" şirkətlərində fəaliyyət göstərmiş, "Cisco Systems" və "İntel" Direktorlar Şurasının üzvü olmuşdur.
Kerol Lombard
Kerol Lombard (ing. Carole Lombard) — ABŞ aktrisası.
Kerol Çenninq
Kerol Çenninq (ing.
Kreml (Kazan)
Kazan Kremli (rus. Казанский кремль, tatar. Казан кирмәне, Qazan kirmäne) — Kazan şəhərinin ən qədim hissəsi, şəhərin tarixini əks etdirən memarlıq, tarixi və arxeoloji abidələr kompleksi. Kremlin ərazisində üç müxtəlif dövrlərə aid yaşayış yerləri mövcüd olub. Birinci yaşayış yeri XII—XIII əsrlərə, ikincisi XIV—XV əsrlərə, üçüncüsü isə XV—XVI əsrlər siddir. Həmçinin Kreml ağ daşdan salınmış qaladan, tarixi-memmrlıq və mədəni əhəmiyyətli bir sıra məbəd və binadan ibarətdir. Tatarıstan Respublikasının Prezidentinin igamətgahı də məhz Kazan Kremlində yerləşir. Kremlin ərazisi onun yerləşdiyi təpənin formasını təkrarlıyan düzbucaq şəklindədir və şimal-qərbdən, Kazanka çayından, cənub-şərq, 1 May meydanına qədər uzanır. Volqa və Kazanka çaylarını sol sahilində yerləşir. 2000-ci ildən etibarən YUNESKO-nun Ümumdünya irsinə daxildir.
Kreml (Moskva)
Moskva Kremli — Moskvanın mərkəzində və onun ən qədim hissəsindəki bir qala, şəhərin əsas ictimai-siyasi və tarixi-bədii kompleksi, Rusiya Federasiyası Prezidentinin rəsmi iqamətgahı, Sov.İKP MK-nın Baş Katibinin rəsmi iqamətgah Moskva çayının yüksək sol sahilində - Borovitski təpəsində, Neqlinnaya çayının axdığı yerdə yerləşir. Planda Kreml 27,5 hektar ərazini əhatə edən nizamsız üçbucaqdır. Cənub divarı Moskva çayına, şimal-qərb İskəndər bağlarına, şərqə isə Qırmızı meydana baxır. == Tarixi == === Finn-uqor qəsəbəsi === Moskva Kremlinin ərazisindəki ilk yaşayış məskənləri tunc dövrünə (e.ə. II minillik) aiddir. Müasir Arxangelsk kafedralında erkən dəmir dövrünə (e.ə. I minilliyin ikinci yarısı) aid Finno-Uqor yaşayış məskəni tapıldı. Bu zaman Dyakovo tipli qəsəbə Borovitski(Kremlin) təpəsinin yuxarı sel düzənliyinin mərkəzini işğal etdi(müasir Katedral meydanının sahəsi) və cox gümanki,artıq istehkamları ola bilərdi. Şimal-şərqdən yaşayış məskəni iki yarğanla qorunurdu: biri,indiki Üçlük Qapısından şimalda, Neglinnaya çayına doğru uzanırdı,digəri isə Petrovskaya ilə müasir Kremlin İkinci Naməlum qalaları arasından uzanırdı. === Vyatiçi qəsəbəsi === Oka və Moskva çayı hövzələrinin slavyan müstəmləkəçiliyinin XX əsrində başlayan Vyatiçi, Borovitski təpəsinin zirvəsini (bəlkə də köhnə yaşayış məntəqəsini mənimsəmiş) məskunlaşdırdı.
Kreml (dəqiqləşdirmə)
Kreml — Moskvanın mərkəzində tarixi komleks. Kreml (Kazan) — Kreml (Novqorod) — Kreml (Pskov) — Kreml (şirkət) — Rusiya şirkəti. Kreml (əməliyyat) — 1942-ci ildə keçirilmiş əməliyyatın adı.
La-Breol
La-Breol (fr. La Bréole, oks. La Breula) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Valansol kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04033. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 346 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyat kənd təsərrüfatı və turizmə əsaslanır. İki su-elektrik stansiyası var.
Le-Kerol
Le-Kerol (fr. Le Cayrol, oks. Lo Cairòl) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Espalyon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12064. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 155 km şimal-şərqdə, Rodezdən isə 29 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 285 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 170 nəfər (15-64 yaş) arasında 114 nəfər iqtisadi fəal, 56 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67.1%, 1999-cu ildə 76.1%).
Meta-krezol
Meta-krezol Meta –metilanilinin nitrat turşusu ilə reaksiyaya daxil olur və metakrezol əmələ gətirir Duzlarından spirt və fenolların sıxışdırılıb ayrılması Fenolyatların hidrolizi Turşuların parçalanması reaksiyası Dərman maddələrində, əsasən ümumi dezinfeksiya üçün sabun məhlulları şəklində istifadə olunur . Aşağı qatılıqlarda bəzən inyeksiya üçün qoruyucu kimi istifadə olunur. Onlar papillomaların və bəzi digər dəri neoplazmalarının çıxarılmasında yerli nekrotik və mumiyalaşdırıcı vasitə kimi istifadə olunan Ferezol (tricresol) və Verrukacid (metacresol) preparatlarının bir hissəsidir. 1. Tibbi ensiklopediya 2. Kузнецов Е. В., Прохорова И. П. Альбом технологических схем производства полимеров и пластических масс на их основе. Изд. 2-е. М., Химия, 1975. 74 с. 3. Кноп А., Шейб В. Фенольные смолы и материалы на их основе. М., Химия, 1983.279 с.
Kerol (film)
Kerol (ing. Carol) — britaniyalı və amerikalı rejissor Todd Heynsin romantik dram filmidir. Filmin əsasını yazıçı Patrisia Haysmitin "Duzun qiyməti" (həmçinin Kerol kimi də tanınan) romanı təşkil edir. Filmin ssenarisi Fillis Neyci tərəfindən yazılmışdır. Filmdə əsas rolları Keyt Blanşett, Runi Mara, Sara Polson, Kayl Çendler və Ceyk Lesi canlandırmışlar. Hadisələrin 1950-ci illərin Nyu-Yorkunda baş verdiyi filmdə gənc fotoqraf xanım və çətin seçim qarşısında qalmış orta yaşlı qadın arasındakı yasaq sevgidən bəhs edilir. Kerol filminin istehsalına hələ 1997-ci ildə başlanılmışdır; məhz həmin dövrdə, Fillis Neyci ssenarinin birinci layihəsini tərtib etməyi qərara alır. Böyük Britaniyanın məşhur Film4 Productions şirkəti və onun keçmiş icraçı direktoru Tessa Ross filmin hazırlaması üçün lazımi maliyyə vəsaitini ayırırlar. Öz uzun müddətli "yetişmə dövrünün" gedişatı zamanı, film maliyyələşdirmənin axtarışı, müəllif hüquqları, əsas iştirakçıların iş qrafiklərinin uyğunluğu və lazımlı insanlara çıxışla çətinliklər də daxil olmaqla bir sıra çətin həll olunan maneələrlə rastlaşmışdır. Number 9 Films studiyasının həmtəsisçisi olmuş Elizabet Karlsen romanın ekranlaşdırması üçün tələb olunan bütün hüquqları əldə etdikdən sonra, onun çalışdığı studiya 2011-ci ildə çəkilişlərə qoşulacağını bildirir.
Krol (İzer)
Krol (fr. Crolles) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38140. Kommunanın 2012-ci il üçün əhalisi 8237 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 219 ilə 1000 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 17 km şimal-qərbdə yerləşir.
Kerol (film, 2015)
Kerol (ing. Carol) — britaniyalı və amerikalı rejissor Todd Heynsin romantik dram filmidir. Filmin əsasını yazıçı Patrisia Haysmitin "Duzun qiyməti" (həmçinin Kerol kimi də tanınan) romanı təşkil edir. Filmin ssenarisi Fillis Neyci tərəfindən yazılmışdır. Filmdə əsas rolları Keyt Blanşett, Runi Mara, Sara Polson, Kayl Çendler və Ceyk Lesi canlandırmışlar. Hadisələrin 1950-ci illərin Nyu-Yorkunda baş verdiyi filmdə gənc fotoqraf xanım və çətin seçim qarşısında qalmış orta yaşlı qadın arasındakı yasaq sevgidən bəhs edilir. Kerol filminin istehsalına hələ 1997-ci ildə başlanılmışdır; məhz həmin dövrdə, Fillis Neyci ssenarinin birinci layihəsini tərtib etməyi qərara alır. Böyük Britaniyanın məşhur Film4 Productions şirkəti və onun keçmiş icraçı direktoru Tessa Ross filmin hazırlaması üçün lazımi maliyyə vəsaitini ayırırlar. Öz uzun müddətli "yetişmə dövrünün" gedişatı zamanı, film maliyyələşdirmənin axtarışı, müəllif hüquqları, əsas iştirakçıların iş qrafiklərinin uyğunluğu və lazımlı insanlara çıxışla çətinliklər də daxil olmaqla bir sıra çətin həll olunan maneələrlə rastlaşmışdır. Number 9 Films studiyasının həmtəsisçisi olmuş Elizabet Karlsen romanın ekranlaşdırması üçün tələb olunan bütün hüquqları əldə etdikdən sonra, onun çalışdığı studiya 2011-ci ildə çəkilişlərə qoşulacağını bildirir.
Kerol (film musiqisi)
“Carol: Original Motion Picture Soundtrack” 2015-ci ildə çıxrılmış eyni adlı filmin musiqi albomudur. Alboma Karter Byuruell tərəfindən yazılmış orijinal film musiqisi, həmçinin “The Clovers”, Billi Holidey, Corciya Gibbs, Les Pol və Meri Ford və Co Stafford tərəfindən ifa edilmiş mahnılar daxildir. Albom “Varèse Sarabande” leyblı tərəfindən 20 noyabr 2015-ci ildə dijital yükləmə və CD formatlarında satışa çıxarılmışdır. == İnkişaf == Byuruel filmin ssenarisini əsas çəkilişlərə başlanmamışdan əvvəl əldə etmişdi. Rejissor Todd Heyns bəstəkara Rendi Poster tərəfindən yığılmış 1950-ci illərin mahnılarından ibarət altı CD göndərmişdi. Lakin, Heynsin filmi çəkib tamamlamasına kimi Byurvell musiqi yazmağa başlamır. Əvvəlcə bəstəkar film musiqisi üçün iki solo alətdən istifadə etməyi fikirləşir və bunun iki baş qəhrəmana uyğun olacağını düşünür. Bundan sonra "Opening" adlı ilk musiqini yazır. O, qeyd edir ki, bu cür musiqinin birinci yazılması qəribə seçim idi, çünki əsas qəhrəmanlardan heç biri birinci səhnədə iştirak etmir.. Lakin, o, hiss edir ki, yazacağı musiqi filmin əhval ruhiyyəsini və görünməyən əsas qəhrəmanları izləyiciyə çatdırmalıdır.
Kreml divarı nekropolu
Kreml divarı nekropolu — vəfat edənlərin külü üçün kolumbarium kimi xidmət edən Kremlin divarının yaxınlığındakı Moskva Qırmızı meydanında xatirə qəbiristanlığı. Sovet dövlətinin dövlət, partiya xadimlərinin və hərbi rəhbərlərinin 1917-ci il Oktyabr İnqilabının iştirakçılarının dəfn yeri . 1920-1930-cu illərdə burada xarici ölkələrin kommunist inqilabçıları: məsələn yazıçı və jurnalist Con Rid, Yaponiya Kommunist Partiyasının qurucusu Sen Katayama, inqilabçı Klara Setkin, alman siyasətçisi Frits Hekkert və başqaları da dəfn edilmişdir. 1974-cü ildən bəri nekropol dövlət tərəfindən mədəniyyət abidəsi kimi qorunur . == Nekropolun təsviri == Qırmızı Meydanın şimal hissəsinə baxan Nikolskaya və Spasskaya qüllələri arasındakı divara yaxın ərazilər dəfn üçün istifadə olunur və yandırılanların külləri üçün kolumbariem kimi istifadə edilir. Xalq arasında ona "Kommunarların Divarı" ləqəbi verilmişdir. Qranit lövhələrin arxasındakı boşluqlarda inqilabçıların, ilk komissarların, Kominternin üzvlərinin, hərbi komandirlərin, astronavtların və görkəmli elm adamlarının külü olan 114 küp var. İlk qranit lövhə 1925-ci il aprelin 5-də qoyulmuşdur: inqilabın qocalarından olan Ali İqtisadi Şura sədrinin müavini Miron Vladimirovun nəşinin külü divarın içinə hörülmüşdür. Bu lövhədəki yazı: "Fəhlə sinfinin azad edilməsi uğrunda mübarizə aparan, sosialist quruculuğunun fədakeşi Miron Konstantinoviç Vladimirov (yoldaş Leva)". == Məzarlığın tarixi == === Çar dövrü === Çar dövründə Kremlin divarı boyunca yalnız Spasski və Nikolskii darvazaları arasında on beş kiçik qəbiristanlıq var idi - bu zaman adi insanlar divarın yanında dəfn olunurdular.
Kreml divarı yaxınlığındakı nekropol

Kerol filminin qazandığı mükafatların siyahısı
Kerol (ing. Carol) — britaniyalı və amerikalı rejissor Todd Heynsin romantik dram filmidir. Filmin əsasını yazıçı Patrisia Haysmitin "Duzun qiyməti" (həmçinin Kerol kimi də tanınan) romanı təşkil edir. Filmin ssenarisi Fillis Neyci tərəfindən yazılmışdır. Filmdə əsas rolları Keyt Blanşett, Runi Mara, Sara Polson, Kayl Çendler və Ceyk Lesi canlandırmışlar. Hadisələrin 1950-ci illərin Nyu-Yorkunda baş verdiyi filmdə gənc fotoqraf xanım və çətin seçim qarşısında qalmış orta yaşlı qadın arasındakı yasaq sevgidən bəhs edilir. Kerol 2015-ci ildə keçirilən Kann kinofestivalı zamanı Qızıl Palma Budağı nominasiyası üzrə rəqabət aparmaq üçün seçilir və filmdə baş rolu oynamış Runi Mara əldə etdiyi "Ən Yaxşı Qadın Oyunçu" mükafatını Emmanuell Berkot ilə bölüşür. Film tənqidçilərdən əsasən müsbət rəy alması və müxtəlif film festivallarında bir çox nominasiya əldə etməsinə baxmayaraq, 88-ci Oskar mükafatında 6 nominasiyaya namizəd olan film heç birini qazana bilməmişdi, həmçinin 73-cü Qızıl Qlobus mükafatında 5 nominasiya, 69-cu BAFTA film festivalında isə 9 nominasiyaya namizədlik əldə etməsinə baxmayaraq, tərəfdaş çıxdığı və namizədlik əldə etdiyi sahələrdən heç birində qalib olmamışdır. Bununla belə, Kerol kinotənqidçilər tərəfindən nəşr edilən bir çox publikasiyalarda 2015-ci ilin ən yaxşı filmi adlandırılmış və ümumilikdə 130 filmin də yer aldığı geniş siyahıda top-10-a daxil edilmişdir. Film 20 noyabr 2015-ci ildə ABŞ-da seyircilər üçün məhdud buraxılışda təqdim olunmuş və yalnız 15 yanvar 2016-cı ildə geniş prokata buraxılmışdır.
KOBOL
KOBOL (COmmon Business Oriented Language) – 1959-cu ildə, ABŞ-dəki kompüter istehsalçıları, xüsusi sektor və dövlət sektorundakı kompüter istifadəçilərindən ibarət yaranan bir qrup tərəfindən inkişaf etdirilmişdir. Kobol dilinin inkişaf etdirilməsində məqsəd informasiya mübadiləsində, analitik araşdırmalarda və biznes-əlavələrdə istifadə ediləcək daşına bilən bir proqramlaşdırma dili istifadə etməkdir. Kobol dili hələ də ABŞ-də bəzi proramistlər tərəfindən istifadə edilməkdədir. Kobol dilinin strukturu ingilis dilinə çox yaxındır. == Hello world == == Digər proqramlaşdırma dilləri == Ada Assembler Basic C C++ C# Fortran JAL Java LISP Objective-C Pascal Perl PHP Prolog Python Ruby Scheme Delphi == Ədəbiyyat == Роберт В Себеста, "Concepts of Programming Languages", 2001. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Kacol
Kacol Mukherci (ing. Kajol; 5 avqust 1974, Bombey) — Hindistan aktrisası. Boyu : 157 sm == Həyatı == Kacol – Hindistanın böyük kino sənayesinin ən parlaq ulduzlarından biridir. Kacol mediada tez-tez "Bollivudun kraliçasi" kimi tanınır. Onun anası Tanuca da vaxtilə aktrisa olmuşdur. Bacısı Tanişa – hind kanallarının birində televiziya proqramının aparıcısıdır. Atası Şomu isə prodüserdir. Nənəsi Şobhana Samarth isə qızı kimi Bollivudun tanınan aktrisalarından olmuşdur. Kacol kinoda debütünü 1992-ci ildə "Bekhudi" filmilə etmişdir. Ona ən böyük uğur isə Hindistan kinosunun kralı Şahrux Xanla birgə çəkildiyi "Cəsur ürək gəlini alar" filmindən sonra gəlir.
Kcell
«Kcell» — Qazaxıstanda mobil operator. 2G / GSM (900 MHz), 3G / UMTS (2100 MHz), 4G / LTE və LTE Advanced (800/1800/2100 MHz) standartlarına uyğun mobil xidmətlər təqdim edir. Kcell və Activ markaları altında xidmətlər göstərir. Şirkət 1998-ci ildə qurulmuşdur və əsasən korporativ seqmenti hədəf alan Kcell markası və kütləvi bazara yönəldilmiş Activ adı altında mobil xidmətlər göstərir. 2020-ci ilin sonuna Kcell-in abunəçi bazası təxminən 8 milyon nəfər idi. == Tarixi == Kcell şirkəti 30 sentyabr 1998-ci ildə qurulmuşdur. 7 fevral 1999 - Kcell markası istifadəyə verildi. 9 sentyabr 1999-cu ildə Activ markası təqdim edildi. 2004-cü ildə şirkətin abunəçi bazası 1,5 milyon nəfəri keçdi. 2007-ci ildə, dekabr ayında 6 milyonuncu abunəçi qoşuldu.
Keros
Keros— Keros (yun. Κέρος; qədimdə Keria və ya Kerea (qədim yunanca: Κέρεια) Naxosdan təqribən 10 km (6 mil) cənub-şərqdə, Kiklad adalarında, yaşayış olmayan Yunan adasıdır. İnzibati cəhətdən Koufonisia icmasının bir hissəsidir. 15 km² (6 kv mi) sahəyə malikdir və ən yüksək nöqtəsi 432 m (1417 fut) təşkil edir. Keros xüsusilə sonradan Pablo Pikasso və Henri Muru ilhamlandıran düz üzlü Kiklad mərmər heykəlləri ilə məşhurdur. == Keros xəzinəsi == "Keros xəzinəsi" Keros adasında tapılan çox böyük siklad heykəlcikləri yatağıdır. 2006–2008-ci illər arasında Colin Renfrew-in rəhbərlik etdiyi Kembric Keros Layihəsi adanın qərb sahilindəki Kavosda başqaları ilə birlikdə qazıntı işləri aparırdı.[2] Bu ərazinin "Keros dəfinə" adlanan fraqmentli siklad heykəlciklərinin mənbəyi olduğu güman edilir. 2006–2008-ci illərdə qazılmış materiala dəfn edilməzdən əvvəl qırılmış və çox güman ki, başqa yerdə qırılmış və basdırılmaq üçün Kavosa aparılmış siklad heykəlcikləri, qablar və digər mərmər əşyalar daxildir. Birləşdirici fraqmentlərin olmaması göstərir ki, burada yalnız sınıq materialın bir hissəsi çökmüşdür, saxsı və digər materiallar üzərində aparılan tədqiqatlar isə materialın çökdürülmək üçün buraya bir neçə mənbədən gətirildiyini göstərir. === Daskalio === 2007–2008-ci illərdə eyni layihə qonşu Daskalio adasında Kiklad dövrünə aid əhəmiyyətli yaşayış məntəqəsini aşkar edib qazıb.
Kreslo
Kreslo (rus. кресло) — dirsəklərə dayaq edilməsi üçün qolları olan stul növü. == Çeşidləri == Çarpayı-kreslo — açılıb-yığılan kreslo. Transformer-kreslo — əlavə təchiz olunmuş kreslo (məsələn, bir az genişləndirmək üçün mexanizmlə). Yelləncək-kreslo. Ofis kreslosu — qaldırıb-endirmək mexanizminə malik kreslo. Masaj kreslosu. Siqaret çəkən üçün kreslo — külqabı ilə təchiz olunmuş kreslo.
Krevu
Krevu (fr. Crévoux, oks. Crevós) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ambryon kantonuna daxildir. INSEE kodu — 05044. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 129 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. 1937-ci ildə xizək kurortu açıldı.
Kreşi
Kreşi (fr. Créchy) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03091. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 473 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 303 nəfərin (15-64 yaş arasında) 231 nəfəri iqtisadi cəhətdən fəal, 72 nəfər hərəkətsiz (fəaliyyət göstərici 76,2%, 1999-cu ildə 67.9%) olmuşdur. Fəal 231 nəfərdən 213 nəfəri (117 kişi və 96 qadın), 18 nəfəri işsizdir (7 kişi və 11 qadın). Fəal olmayan 72 nəfər arasında şagird və ya tələbə, 25 nəfər təqaüdçü, 22 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Oryol
Oryol — Rusiyada şəhər. Official website of Oryol Arxivləşdirilib 2009-01-02 at the Wayback Machine (rus.) Unofficial website of Oryol (rus.) The murder of the Jews of Oryol during World War II, at Yad Vashem website.
Berol
Berol (fr. Bairols) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Villar-syur-Var kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 15,24 km², əhalisi — 103 nəfərdir (2006) artım tendensiyası ilə: 108 nəfər (2012), əhalinin sıxlığı 7,1 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 109 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 108 nəfər.
Trevol
Trevol (fr. Trévol) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. İzyor kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03290. 2008-ci ildə əhalinin sayı 1599 nəfər təşkil edirdi. İllərə görə əhalinin sayı 1962= 777 1968= 812 1975= 1004 1982= 1255 1990= 1405 1999= 1366 2008= 1599 2007-ci ildə 1069 nəfər əmək qabiliyyətli (15-64 yaş arasında) insanlar arasında 802 nəfər iqtisadi cəhətdən fəal, 267 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.0%, 1999-cu ildə 75.0%). 802 aktiv şəxsdən 763 nəfər (403 kişi və 360 qadın) işləyir, 39 nəfər işsizdir (17 kişi və 22 qadın). Aktiv olmayan 267 nəfər arasında şagird və ya tələbə, 121 nəfər təqaüdçü, 69 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Ireon
Wahlenbergia (lat. Wahlenbergia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.