Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Krasnıy Kut
Krasnı Kut — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Kut adası
Kut adası-(Ко Кут, Ко Куд, ing. Ko Kud или ing. Koh Kood, tay เกาะกูด)- Siam körfəzinin adası olub, Kambodjı əyalətinə Trat regionuna daxildir. == Coğrafi mövqeyi == Regionun ən az əhali məskunlaşmış adası hesab edilir. Maki adası ilə birlikdə şimalda yerləşir. Adanın əhalisi 2007-ci ilin statistik məlumatlarına görə 1715 nəfərdir. Sahəsi isə 131 кm²-dir. Ada dənizkənarı Mu-Ko-Çanqın parkının bir hissəsidir.
Kut qəzası
Kut qəzası (ərəb. قضاء الكوت‎) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Kut şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 5.144 km² ərazini əhatə edir. == Əhalisi == 2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 374.457 nəfər idi. Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Kut qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 41%-ni təşkil edirdi. === Etnik tərkibi === Qəzada əhali əsasən şiə ərəblərdən, qismən isə türkmanlardan ibarətdir. Qəzada yaşayan türkmanlar Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdurlar. Sayları 200 min nəfərdən çox olan bu tayfanın nümayəndələri həmçinin Bağdad mühafazasında, Əziziyə qəzasında, Naməniya qəzasında və Bedra qəzasında məskunlaşıblar.
Simona Kut
Simona Kut (12 noyabr 1980, Utrext, Utrext) — Niderlandı təmsil edən su poloçusu. Simona Kut, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
Ust-Kut
Ust-Kut (rus. Усть-Кут) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
Xəlil Kut
Xəlil Paşa, Xəlil Kut (1882 və ya 1881, Konstantinopol – 20 avqust 1957, İstanbul) — Türkiyə hərbi xadimi, general. Türkiyənin Mosulda yerləşən 6-cı ordusunun, sonralar isə Şərq Ordular qrupunun komandanı olmuşdur. Azərbaycanda yaradılmış Qafqaz İslam Ordusunun təminat və təchizat işlərinə başçılıq etmişdir (1918). Bir müddət türk milliyyətçilərinin qeyri-rəsmi nümayəndəsi kimi Moskvada fəaliyyət göstərmişdir. Dönəmin hərbi naziri Ənvər Paşanın və qardaşı Qafqaz İslam Ordusunun başçısı Nuru Paşanın əmisi olmuşdur. Xəlil Paşanın komandanlığı altında Səlmanu-Pak döyüşündə qələbə qazanan Osmanlı ordusu üçün Kut-ül-Amarəyə gedən yol açılmışdır. Sonrakı dövrdə isə Xəlil Paşanın rəhbərliyi ilə Bağdad cəbhəsində Osmanlı ordusunun əks həmlələri başlamışdır. Kut qəsəbəsinin azadlığı uğrunda mübarizə tarixi qələbə ilə başa çatmışdır. Qəsəbə kiçik olsa da strateji əhəmiyyəti çox böyük olmuşdur. Kut məğlubiyyəti 300 illik ingilis kibirinin qırılması demək idi.
Yaqorliski Kut
Yaqorliski Kut — Qara dəniz sularında, Ukraynanın Xerson vilayəti ərazisində yerləşən yarımada. Şimaldan və qərbdən Yaqorliski körfəzi, cənubdan isə Tendrovski körfəzi ilə əhatələnir. Yarımadanın qərbində yerləşən 5540 ha ərazi Qara dəniz biosfer qoruğu ərazisinə daxildir. Yarımadanın adı türk dilindən keçmədir və mənası "düzgün olmayanların yolu". Zaparoji kazakları vaxtı ilə yarımada sahillərindən duz toplayarkən türkləri narahat edirdilər. 1959–1994 illərdə yarımadanın böyük hissəsi Qara dəniz donanmasınınpaliqonu olmuşdur. Paliqon ləğv edildikdən sonra 4700 ha-lıq yarımada ərazisi qoruğa birləşdirilmişdir. Burada paliqonun inşasına qədər burada balıqçı qəsəbəsi olan Svobodnı Port olmuşdur. Qəsəbə 1959-cu ildə ləğv edilmişdir. Echoes of the Ancient Borysthenes.
Krasnı Kut
Krasnı Kut — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Krasnı Kut burnu
Krasnı Kut burnu (ukr. Красний Кут) — Kerç yarımadasının ucqar şimal nöqtələrindən biri, Krımın Leninski rayonu ərazisində yerləşən burun. Arabat körfəzinə daxil olur. Zavodskoe kəndi yaxınlığında yerləşir. Ərazisində balıqçılıq təsərrüfatı inkişaf etdirilmişdir.
Kut-ül Amarə mühasirəsi
Qut-ül Amarə mühasirəsi (Birinci Qut döyüşü) — I Dünya Müharibəsinin Mesopotamiya cəbhəsində, Osmanlı ilə Antanta qüvvələri arasında olan bir mühasirə döyüşüdür. 8.000 nəfərdən ibarət İngilis-Hind qarnizonu Bağdadın 160 km cənubunda Küt qəsəbəsində Osmanlı ordusu tərəfindən mühasirəyə alınır. 1915-ci ildə bu qəsəbənin əhalisi təxminən 6.500 nəfər təşkil etmişdir. 29 aprel, 1916-cı ildə qarnizonun təslim olmasından sonra mühasirə zamanı sağ qalanlar əsir olaraq Hələbə aparılmışdır. == Başlanğıc == General-leytenant Carlz Tounshend komandanlığındakı ingilis VI Poona birləşməsi ( Hind qrupu) Bağdada irəliləməyə çalışarkən 22-23 noyabr, 1915-ci ildə Salman-i Pak (Ktesifon) döyüşündə Saqqallı Nurəddin Paşa tərəfindən məğlub edilərək geri çəkildi və 3 dekabrda Qut qəsəbəsinə yerləşdilər. == Mühasirə == Yeni qurulan Osmanlı ordusu VI Ordusunun komandanlığına təyin edilərək 5 dekabrda Bağdada çatan marşal Kolmar Von der Qoltz Paşanın əmri ilə İraq valisi və komandanı Saqqallı Nurəddin Paşanın hərbi qüvvələri Qutu mühasirəyə aldı. === Kömək cəhdləri === İlk kömək cəhdi general-mayor Fenton Aylmer komandanlığındakı 19 min nəfərlik ordu tərəfindən oldu. Bu ordu 1916-cı ilin yanvarında, Əli Qərbi çayının mənsəbinə çatdılar. === Şeyx Səəd döyüşü === İngilislər Qutun mühasirəsini ləğv etmək üçün general-mayor Fenton Aylmer komandanlığındakı "Dəclə" ordu hissələri ilə hücuma keçsə də, Şeyx Səəd döyüşündə 4.262 nəfər itki verərək, geri çəkildi. Bu döyüşdə geri çəkilmə əmrini verən IX Ordu Korpusu komandanı Saqqallı Nurəddin Paşa vəzifəsindən alındı və yerinə Ənvər Paşanın özündən bir yaş kiçik olan əmisi genral-leytenant Xəlil Paşa təyin edildi.
Fut
Fut (İngiliscə tək formada: foot (fût), cəm formada: feet; abreviaturası: ft) İngilis ölçü vahidləri sistemində bir uzunluq ölçüsü vahididir. ′ simvolu ilə də göstərilir. 30,48 santimetrə bərabərdir. 1 yard 3 futa bərabər olub, 1 fut da öz növbəsində 12 düyümə bərabərdir. 1958-ci ildə ABŞ və İngilis Millətlər Cəmiyyəti dövlətləri tərəfindən, 1 yardın uzunluğu 0,9144 metr olaraq müəyyənləşdirilmişdir. Dolayı yol ilə 1 fut 0,3048 metrə bərabər (30,48 cm) vəziyyətə gəlmişdir.
Kub
Kub — Tərifi:Ölçüləri bərabər olan düzbucaqlı paralelepipedə Kub deyilir. Üzlərin sayı 6, forması kvadrat, tillərin sayı 12, təpə nöqtələrin sayı 8, bir nöqtədən çıxan tillərin sayı 3, dioqnallarının sayı 4 dür .
Kurt
Kurt — ad. Kurt Hödel — Avstriya əsilli Amerikan Kurt Sprengel — alman botaniki, həkim və filoloq. Kurt Kobeyn — musiqiçi, bəstəkar. Kurt Kalleya — Maltalı müğənni. Kurt Marti — İsveçrəli teoloq və şair.
Kuti
Kuti — tarixi Azərbaycan ərazisində mövcud olmuş ilkin etno–siyasi birliklərdən biri. == Kutilər erkən tayfa birliyi şəklində == E.ə. III minillikdə Urmiya gölünün Cənub və Cənub – Qərb hissəsində kuti (quti) tayfa birləşməsi mövcud idi. Həmin minilliyin ikinci yarısında kutilərin dövlət halında birləşməsi başlanmışdı. Kutilər İkiçayarasında baş verən hadisələrə müdaxilə edirdilər. Onlar Şumer – İkçayarası ilə müttəfiq münasibətləri saxlayır, lakin Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Epik əsərlərdən məlumdur ki, Naram-Suen Urmiya gölü hövzəsindəki tayfalara qarşı təcavüzkar siyasət yürüdürdü. İşğala məruz qalan 70 hökmdar, o cümlədən Urmiya gölü ətrafı etnoslar Ummanmanda – "Manda ordusu" adlandırılmışdır. Müttəfiqlərə qarşı göndərilmiş Akkad ordusu məğlubiyyətə uğradıldı. Naram-Suen eyni zamanda şumerlərin dini mərkəzi olan Nippur şəhərinə də ordu göndərir və buradakı Enlil məbədini dağıtmaq istəyir.
Lut
Lut peyğəmbər — İslam dinində Sodom və Qomora şəhərlərinin əhalisini çirkinliklərdən çəkindirmək və Allahın birliyini təbliğ etmək üçün göndərilən bir peyğəmbər, Yəhudilik və Xristianlıqda isə bir din böyüyü olaraq qəbul edilir. == Yəhudilikdə Lut peyğəmbər == Tövratın Yaradılış bölümündə keçən ifadələrə görə Lutun babası Terah atası isə Harandır. Terah hələ həyata ikən Haran vəfat etmişdir. Lakin bir müddət sonra babası Terah, əmisi İbrahim (Avram) və əmisinin yoldaşı Sara ilə birlikdə Kəldanilərin Ur şəhərindən Harrana köçmüşdür. Daha sonra isə Rəb (Allah) İbrahimdən Kənana getməsini istəmiş və İbrahim də Lutu, arvadı Saranı, uşaqlarını və vardövlətini götürüb Kənara getmişdir. Lakin Kənanda qıtlıq baş verdiyi üçün bir müddət sonra Misirə yollanmışdır. Daha sonra böyük sərvətlə yenidən qardaşı oğlu Lut ilə birlikdə Kənana qayıtmışdır. Lakin sürülərinin çoxluğu nəticəsində çobanlar arasında savaş çıxmışdır. Buna görə də İbrahim qardaşı oğlu Luta: “biz qohumuq" dedi. Buna görə nə, biz nə də çobanlarımız arasında savaş olmasın.
Mut
Mut - Qədim Misir mifologiyasına görə müharibə tanrısı. O İsis və Hathor kimi fironların simvolik anası sayilir. Teben də isə o Amonun həyat yoldaşı kimi təsvir edilmişdir. O eyni zamanda Xonsunun da anası sayılır. Məbəd divarlarındakı təsvirlərdə o Amonun həyat yoldaşı kimi göstərilmişdir. Rəngli rəsmdə Mut başında leşyeyən kərkəs düzümlü başlıqlı və Yuxarı, Aşağı Misirin tacları ilə əlində anıx tutmuş şəkildə təsvir edilmişdir. Digər bir rəsmdə isə qolları lələklərlə, qanadlı təsvir edilmişdir. Mut, Amon və Xon ilə Teben triosunu (üçlüyünü) təşkil edir. Mut mifik olaraq Amonun həm anası həm də qızı sayılır. O, "tanrının anası və qızı", həm də İşru gölünün sahibəsi kimi tərənnüm edilir Mut oğlu Xonsu dan başqa Montu oğulluğa götürərək onu da fivan məbədinin tərkibinə aid etməklə özünü ana ilahə kimi təsdiqləmişdir.
Nut
Nut - Qədim Misir mifologiyasına görə səma ilahəsi.
Qut
Qut - türk, monqol və altay şamanizmində və xalq inancında müqəddəs enerji. Kut, Hut, Kud, Gut da deyilir. Monqollar Kutag, Hutag deyərlər. Müqəddəs həyat gücü, bərəkət. Həyatverici, mübarəklik, canlılıq kimi mənaları vardır. İgidlər qut sayəsində ölümdən xilas olar və ya həyata dönər. Bu güc Tanrıdan qaynaqlanır. Tanrı bu gücü geri çəksə, xaqanlar taxtı və həyatlarını itirərlər. Padşahların və nəsillərinin qanı müqəddəs sayıldığından, xanədandan biri edam ediləcəyi zaman boynu qılıncla vurulmaz, boğularaq öldürülər. İnsanın qutu doğulmadan əvvəl səmada iştirak edər.
Tut
Tut (lat. Morus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi.
Ket
Ketlər
Kult
Kult — adətən xarizmatik olan və öz-özünü təyin etmiş, deviant sayılan, cəmiyyət normalarından kənarda bir sıra hərəkətlərə və təcrübələrə sarsılmaz sədaqət tələb edərək üzvlərinə hədsiz dərəcədə nəzarət edən rəhbəri olan nisbətən kiçik qrup üçün nəzərdə tutulmuş, bəziləri tərəfindən alçaldıcı hesab edilən termin. Bu termin həmçinin, onun qeyri-adi dini, mənəvi və ya fəlsəfi inancları və ritualları, yaxud konkret şəxsiyyət, obyekt və ya məqsədə ümumi marağı ilə müəyyən edilən yeni dini hərəkat və ya digər sosial qruplar üçün istifadə olunur.
Cut
Cut (lat. Corchorus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi.
Eliu Rut
Eliu Rut (15 fevral 1845[…] – 7 fevral 1937[…], Nyu-York, Nyu-York ştatı) — Prezident Teodor Ruzveltin dövründə ABŞ-nin dövlət katibi, Ruzvelt və Prezident Vilyam Mak-Kinli dövründə Hərbi nazir vəzifələrində çalışmış Amerika vəkili və dövlət xadimi. Vasinqtonda bir neçə yüksək səviyyəli hökumət vəzifələrini icra edib və Nyu-York şəhərində özəl sektorda hüquq təcrübəsi qazanıb. Bu səbəbdən bəzən XX əsrin siyasi "müdrik adamının" prototipi sayılır, bir sıra xarici və daxili məsələlərdə prezidentlərə məsləhət də verib. Ştatın qanunverici orqanı tərəfindən Nyu-Yorkdan ABŞ senatoru seçilərək, 1909–1915-ci illərdə bu vəzifəni icra edib. Rut 1912-ci ildə Nobel Sülh mükafatına layiq görülmüşdür. Rut,Endrü Karnegi kimi güclü sahibkarda daxil olmaqla,böyük şirkətlərdən müştəriləri olan aparıcı vəkil idi. Rut,Karnegi Beynəlxalq Barış Vəqfinin, Vaşinqton Karnegi İnstitutu və Nyu-Yorkun Karnegi Korporasiyasının prezidenti və ya sədri vəzifəsində çalışıb. Vilyam Mak-Kinli və Teodor Ruzvelt dövründə Hərbi nazir olaraq Rut,xüsusilə Filippinlər və Kuba daxil olmaqla yeni müstəmləkə mülkləri üçün Amerika siyasətini hazırladı. Filippin qiyamını yatırmaqdakı rolu evindəki anti-imperialist fəalları qəzəbləndirdi. Rut,Tərəqqi dövrünün etik standartlarında göstərildiyi kimi texnologiya,mühəndislik və maraqsız ictimai xidməti vurğulayaraq,müstəmləkə idarəsinə atılqan yanaşmanı dəstəklədi.
Girdəmeyvə cut
Girdəmeyvə cut (lat. Corchorus capsularis) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cut cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Corchorus cordifolius Salisb. === Heterotipik sinonimləri === Corchorus marua Buch.-Ham. Rhizanota cannabina Lour. ex Gomes Mach.
KAT:ŞE
Əl-Küt
Əl-Küt — İraqda şəhər. Bağdaddan 160 km uzaqlıqdadır. Dəclə çayı üzərində yerləşir. Əhalisi 315.000 nəfərdir.
Küf
Yelləncək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Yelləncək oyunu Novruz bayramı günlərində, ilaxır çərşənbələrdə, həmçinin yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncək. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər. Yelləncəyə minib yellənənlər Naxçıvanda "Kuflan", Qarabağda "Ucuncaq", Lənkəran bölgəsində "Küf", "Həlaçin", Bakıda "Quyhaquy", Qubada "Havaçağ", Şəkidə "Sulançıx", "Yörtməc", Zəngilanda "Sarımçax", Gəncədə "Səkmən" və sairə adlarla məlumdur. == Oyunun qaydaları == İştirakçılar bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyişmə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, halay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar: Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun saatlarla davam edir.
Kül
Kül, kül elementləri üzvi maddələri (bitki, meşə döşənəyi, heyvan və s.) yandırdıqda qalan yanmayan qalıq. Külü analiz etməklə kül elementlərinin kimyəvi tərkibi müəyyən olunur və bununla da qida maddələrinin çatışmamasını təyin etmək olar. Ca, K, Na, Cl və S elementlərinin cəmi ilə isə bitkinin halofilliyi müəyyənləşdirilir. Kənd təsərrüfatında küldən kalium gübrəsi kimi geniş istifadə olunur. Küldə bitkilərə lazım olan başqa mineral maddələr-fosfor, kalsium, maqnezium, kükürd, bor, manqan, müxtəlif makro və mikroelementlər də var.
Küp
Küp — mayeləri tutmaq üçün çox istifadə olunan bir qab növüdür. Dökülmək və ya içmək üçün açılan, bəzən dar olan bir qolu var və tez-tez tökülən bir dodaq var. Tarix boyu küplər metaldan hazırlanmışdır və keramika və ya şüşədən və plastikdən indi yayılmışdır.
Kür
Kür (türk. Kura; gürc. მტკვარი, translit. Mtkvari; erm. Կուր, translit. Kur; q.yun. Κῦρος, translit. Kiros; fars. کوروش‎‎, translit. Kuruş) — Qafqazda çay.