Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sen-Lö-la-Fore
Sen-Lö-la-Fore (fr. Saint-Leu-la-Forêt) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament —Val-d’Uaz, rayon — Pontuaz, kanton — Sen-Lö-la-Fore. Əhalisi — 1 127 nəfər (1999). Bələdiyyə Paris şəhərinin 20 km şimal-qərb, Serji bələdiyyənin 14 km şərqdə yerləşir.
Sent-Etyen-le-Lo
Sent-Etyen-le-Lo (fr. Saint-Étienne-le-Laus, oks. Sant Estève lo Laus) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. La-Bati-Nyov kantonuna daxildir. INSEE kodu — 05140. 2008-ci ildə əhalinin sayı 297 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 169 nəfərdən (15-64 yaş) 123-ü iqtisadi cəhətdən fəal, 46-ı fəaliyyətsizdir (fəaliyyət göstərici 72.8%, 1999-cu ildə 74.1%). Aktiv olan 123 nəfərdən 115 nəfəri (70 kişi və 45 qadın), 8 nəfəri işsizdir (4 kişi və 4 qadın).
La-Balm-le-Qrot
La-Balm-le-Qrot (fr. La Balme-les-Grottes) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremye kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38026. Kommunanın 1999-cu il üçün əhalisi 675 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 192 ilə 383 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 40 km cənub-şərqdə, Qrenobldan 80 km şimalda yerləşir.
La-Kol-sür-Lu
La-Kol-sür-Lu (fr. La Colle-sur-Loup) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qras dairəsi, Vilnyov-Lube kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Qərbi Kan-syur-Mer kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 9,82 km², əhalisi — 7434 nəfərdir (2006) artım tendensiyası ilə: 7726 nəfər (2012), əhalinin sıxlığı 786,8 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 7701 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 7726 nəfər.
Le-Bar-sür-Lu
Le-Bar-sür-Lu (fr. Le Bar-sur-Loup) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qras dairəsi, Valbonn kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Le-Bar-sür-Lu kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 14,47 km², əhalisi — 2726 nəfərdir (2006) artım tendensiyası ilə: 2926 nəfər (2012), əhalinin sıxlığı 202,2 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 2860 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 2926 nəfər.
Katrina Lo
Katrina Lo (ing. Katrina Law; d. 1 yanvar 1985, Nyu Cersi) — Alman, italyan və Tayvan mənşəli ABŞ-lı model və aktrisa. == Həyatı == O, həmçinin özünün "Soundboard Fiction"da vokalist və bas gitaraçıdır. Televiziya serialı olan "Spartak: Qan və Qum" və "Spartak: İntiqam"-da Mira (Battiatusun evində kölə) rolunu canlandırmışdır. Həmçinin "Ox" adlı filmdə Nyassa al Ghul rolu ilə də tanınır. 2013-ci ilin yazında "Ölüm Vadisi"filminin çəkilişi başladı. Fevral 2014-cü ildə televiziya seriyası "Ox" ortaya çıxdı.
La
La İzabela
.la
.la — Los-Ancelesin internet kodu. İlkin dövrdə Laos üçün ayrılsa da, 2001-ci ildə Laos dövləti onu Los-Anceles şəhərinə satmışdır.
.lb
.lb — Livanın internet kodu.
.lc
.lc — Sent-Lüsiyanın internet kodu.
.li
.li — Lixtenşteynin internet kodu.
.lk
.lk — Şri-Lankanın internet kodu.
.lr
.lr — Liberiyanın internet kodu.
.ls
.ls — Lesotonun internet kodu.
.lt
.lt — Litvanın internet kodu.
.lu
.lu — Lüksemburqun internet kodu.
.lv
.lv — Latviyanın internet kodu.
.ly
.ly — Liviyanın internet kodu.
Li
Li — ad. Li Frensis — ABŞ aktyoru. Li Na — tenisçi. Li Syan Lun — Sinqapurun Baş Naziri. Li Çinq Yue — Çinli botanik və döyüş idman növləri üzrə ustad. Li Si-yon — Cənubi Koreya aktrisası və həvəskar boksçu. Li Tae Sun — Cənubi Koreya aktyoru. Li Yu Hyon — keçmiş Cənubi Koreya futbolçusu. Li Txemin — koreyalı müğənni. Li Ci Han — Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ranaldo — Amerikalı müğənni, söz yazarı Li Enn Parsli — Li Ziqi (vloger) — Digər Li-Fi — rəqəmli informasiyanın işıq şüalandırmasının köməyi ilə ötürülməsini mümkün edən qurğu.
LD
LD — hal-hazırda Japan Tobacco şirkətinə məxsus olan Rusiya siqaret markası. ABŞ-də Japan Tobacco, Türkiyədə isə JT International USA tərəfindən istehsal olunur.
LG
LG Group (İngilis: LG Group, Sloqanı (İngiliscə): "Life's Good" Azərbaycanca: Həyat gözəldir), (Koreyaca: 엘지 그룹 Elji Kŭrup); Cənubi Koreya konqlomeratı elektronika, mobil telefonlar və neft kimyası da daxil olmaqla bir çox sahədə fəaliyyət göstərir. LG Koo ailəsi tərəfindən edilən ailə şirkətidir. Şirkət LG adından 1995-ci ilə qədər "Lucky — Goldstar"ın abbreviaturası kimi istifadə edib. Adını dəyişdirməzdən əvvəl Goldstar brendi altında bir çox elektron məhsullar satırdı, Lucky markası isə ümumiyyətlə Koreyadan kənarda satılmayan digər məişət məhsullarında istifadə olunurdu. Lucky, xüsusilə ev təmizlik məhsulları və camaşırxana məhsulları ilə Cənubi Koreyanın məşhur markalarından biri idi.
La La Love
La la love — Kiprin 2012 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. 65 xalla 16-cı olub.
La La Lend
La La Lend (ing. La La Land) — ssenari müəllifi və rejissoru Demyen Şazel olan, əsas rolları Rayan Qoslinq, Emma Stoun, Con Lecend və Rozmari Deuittin canlandırdığı, 2016-cı ildə romantik musiqili komediya-drama janrında çəkilmiş ABŞ filmidir. Filmdə musiqiçi və yeni fəaliyyətə başlayan aktrisanın Los-Ancelesdə görüşüb bir-birlərinə aşiq olmalarından bəhs edilir. Filmin adı həm hadisələrin baş verdiyi şəhərə, həm də reallıqdan uzaq anlamlı idioma işarədir. Şazel ssenarini hələ 2010-cu ildə yazsa da, onun yaradıcılıq ideyalarını sıxışdırmadan maaliyyələşdirməyə razılaşacaq studiya tapmaqda çətinlik çəkirdi. 2014-cü ildə çıxarılmış "Qamçı" filminin uğur qazanmasından sonra, layihə "Summit Entertainment" tərəfindən qəbul edilmişdir. "La La Lend" filminin premyerası 31 avqust 2016-cı ildə Venesiya Film Festivalında baş tutmuş, film ABŞ-də 9 dekabr 2016-cı ildə, Azərbaycanda 12 yanvar 2017-ci ildə təqdim edilmişdir. $30 milyon büdcəsi olan film, ümumilikdə $132 milyon gəlir gətirmişdir. Çıxarıldığı dövrdən başlayaraq təriflənən "La La Lend", 2016-cı ilin ən yaxşı filmlərindən biri kimi dəyərləndirilmişdir. Tənqidçilər tərəfindən Şazelin ssenarisi və rejissor işi, Stoun və Qoslinqin aktyor işi, Castin Hurvitzin orijinal film musiqisi və musiqi nömrələri yüksək qiymətləndirilmişdir.
Le-Monetye-le-Ben
Le-Monetye-le-Ben (fr. Le Monêtier-les-Bains, oks. Lo Monastièr) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Le-Monetye-le-Ben kantonuna daxildir. INSEE kodu — 05079. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1057 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını turizm və qoyunçuluq təşkil edir. Yerli torpaq əkinçilik üçün uyğun deyil.
Kayler Li
Kayler Li Vest (qızlıq soyadı: Potts; ing. Chyler Leigh West; 10 aprel 1982, Şarlott, Şimali Karolina) — ABŞ akstrisası, müğənnisi və fotomodeli. Daha çox «Qrey anatomiyası» teleserialındakı Leksi Qrey və «Süpergörl» teleserialındakı Aleks Denvers rolları ilə tanınır. == Həyatı == Kayler Li Vest (qızlıq soyadı ilə Potts) 10 aprel 1982-ci il tarixində, ABŞ-nin Şimali Karolina ştatında yerləşən Şarlott şəhərində, İvonn Norton və Robert Pottsun ailəsində anadan olmuşdur. Li Virciya ştatında yerləşən Verciniya-Biç şəhərində böyümüşdür. Linin 8 səkkiz yaşı olanda ailəsinin biznesi müflisləşmiş, 4 il sonra isə onların evliliyi sona çatmışdır. O. anası və böyük qardaşı Kristofer Keyman Li ilə birlikdə Mayami şəhərinə köçür. Onun anası Robert Potts ilə yenidən evlənir. Li uzun illərdi ki, atasından ayrı yaşayırdı. Li modellik karyerasına başlayanda səkkizinci sinifdə oxuyurdu.
Li Bo
Li Bo (李白) (701-762) Tan sülaləsi dövündə yaşamış Çin şairidir. Təxminən 1100-ə qədər şeiri dövrümüzə kimi gəlib çatmışdır. Şerlərində Daosizmi tərənnüm etmişdir.
Lo (departament)
Lo (fr. Lot, tələffüzü «lot»; oks. Òlt, Òut) — Fransa cənub-qərbində yerləşən, Oksitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 46. İnzibati mərkəzi — Kaor. == Coğrafiyası == Ərazisi — 5217 km². Departamentin ərazisində Lo və Sele çayları axır. Region şərabçılıq ənənələri ilə məşhurdur (rus. Cahors şərabının adı Kaor şəhərindən gəlir). Departamentə 3 rayon, 31 kanton və 340 kommun daxildir.
Lo Quançjun
Lo Quançjun (çin. ənən. 羅貫中, sadə. 罗贯中, pinyin: Luó Guànzhōng; d.1330 – ö.1400) — XIV əsr Çin yazıçısı, II–III əsrlərdəki Çinin ictimai və siyasi həyatından bəhs edən "Üç çarlığın tarixi" klassik romanının müəllifi.
Lo sistemi
Lo sistemi və ya Lou, həmçinin Lau (fr. système de Law) — Fransada Orleanlı II Filippin hökmdarlığı dövründə 1716-1720-ci illərdə Şotlandiya iqtisadçısı və spekulyator Con Lo (1671-1729) tərəfindən qurulan və ölkədə sonradan başlayan maliyyə böhranı ilə sona çatan maliyyə sisteminin adı. == Arxa fon == Fransanın maliyyəsi XIV Lüdoviqin davamlı müharibələri və israfçılığı, habelə vergi fermerlərinin qəsbkarlığı ilə o qədər darmadağın oldu ki, bu kralın hakimiyyətinin ikinci yarısında ölkə öz milli sərvətinin demək olar ki, yarısını, 30 il ərzində itirdi. Milli illik gəlir 1500 milyon livr azaldı və Fénelon belə deməyə haqlı idi: “Biz ancaq hansısa möcüzə ilə mövcud olmağa davam edirik; dövlət köhnəlmiş, dəyərsiz bir maşındır ki, ona verilən əvvəlki təkan sayəsində hələ də yellənməyə davam edir, lakin ilk zərbədə çökəcək. Hökmdarlığının son illərində XIV Lüdoviq xəzinəni doldurmaq üçün aşağıdakılara əl atdı: zadəgan və başqa titulların satışı; yeni yaradılmış, bəzən gülünc və faydasız vəzifələrin satışı; sikkənin dəyərinin azalması; kağız pul emissiyası; ümumi vergiçilərdən ssudalar – lakin bu tədbirlər “böyük kral”ın öz varisinə miras olaraq qoyduğu maliyyə xarabalığının qarşısını ala bilmədi. Regentin israfçılığı o acınacaqlı vəziyyətdə heç nəyi dəyişmədi. === Sistem yaradıcısı === 1671-ci ildə Edinburqda anadan olan Con Lou o dövrlərdə Böyük Britaniyada bankirlərin yerini tutan qızıl ustalarından birinin oğlu idi. İngilis bankı qurulanda (1694) Loun həmkəndlisi Uilyam Peterson vasitəsilə maliyyə və bank əməliyyatlarının sirlərinə daha da dərindən nüfuz etmək imkanı var idi, lakin sonra düşməni öldürdüyü duelə görə o, qitəyə qaçmağa məcbur oldu. Orada Amsterdamda, sonra İtaliyada, sonra Brüsseldə yaşamış və maliyyə biliklərini daha da genişləndirmişdir. Nəhayət, bir uğursuz cəhddən sonra ikinci dəfə 2,5 milyon franklıq sərvətin sahibi olmaqla, Orlean hersoquna öz xidmətlərini təklif etmək üçün Parisə köçdü.
Co Bo-Ah
Co Bo-Ah (kor. 조보아; 22 avqust 1991, Tecon) — Cənubi Koreyalı aktrisa, model və radio aparıcısıdır. Karyerası 2011-ci ildə başlanıb. "Sus və Çal!", "Sevgi hərarəti" koreya teleseriallarında çəkilmişdir. == Həyatı == Co Bo-Ah Cənubi Koreyanın Tecon şəhərində anadan olmuşdur. Sonqyonqvan Universitetini bitirmişdir. == Bəzi çəkildiyi seriallar == Sus və Çal!
Covani Lo Selso
Covani Lo Selso (9 aprel 1996-cı ildə anadan olub) — Rosario Sentral klubunda yarımmüdafiəçi kimi çıxış edən Argentina futbolçusudur. == Klub karyerası == Lo Selso öz karyerasına Rosario Sentral klubunun gənclər yığmasında başlamışdır. O, öz karyerasında debütünü komandasının evdə Velez Sarsfild klubu ilə 0-0 bərabərə qaldığı oyunda gerçəkləşdirmişdir.
Ko La Ça
Ko La Ça (10 may 1976) — Honq Konqu təmsil edən stolüstü tennisçi. == Karyerası == Ko La Ça Honq Konqu 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin, cüt turnirdə isə gümüş medalın sahibi olub. Daha sonra Ko La Ça Honq Konqu 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, Komanda turnirində isə 5-ci pillənin sahibi olub.
Li Ho-Yon
Li Ho-Yon (d. 3 may 1971) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Li Ho-Yon Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Li Ho-Yun
Li Ho-Yon (d. 3 may 1971) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Li Ho-Yon Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Lo və Qaronna
Lo və Qaronna (fr. Lot-et-Garonne, tələffüzü /lɔt‿e.ɡa.ʁɔn/, oks. Òlt e Garona) — Cənub-qərbi Fransada departament, Yeni Akvitaniya regionun departamentlərindən biridir. Sıra nömrəsi — 47. İnzibati mərkəzi — Ajen. Əhali sayı — 342.500 nəfər (departamentlər arasında 70-ci yeri tutur) (2010-cu il məlumatına görə). == Coğrafiyası == Departamentin sahəsi 5361 km². Departamentin ərazisindən Qaronna , Lo, Baiz, Jeliz, Oss çayları axır. Department 2 rayonu və tərkibinə 293 kommun daxil olan 54 kantonu birləşdirir. == Tarixi == Lo və Qaronna — 1790-ci ildə mart ayında Böyük Fransa İnqilabı zamanı yaradılmış, ilk 83 departamentdən biridir.
Lo Çuen Tsun
Lo Çuen Tsunq (8 oktyabr 1963) — Honq Konqu təmsil edən stolüstü tennisçi. == Karyerası == Lo Çuen Tsunq Honq Konqu 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 21-ci pillənin sahibi olub. Daha sonra Lo Çuen Tsunq Honq Konqu 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Lo Çuen Tsunq Honq Konqu 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 9-cu pillənin sahibi olub.
Sen-Lo (rayon)
Sen-Lo (fr. Saint-Lô) — Fransanın Normandiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Manş (departament). Suprefektura — Sen-Lo. Rayon əhalisi 2015-cı ildə 103 317 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 81 nəf / km². Rayon sahəsi — 1273 km².
Lon-le-Sonye (rayon)
Lon-le-Sonye (fr. Lons-le-Saunier ) — Fransanın Akvitaniya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Jironda. Suprefektura — Lon-le-Sonye. Rayon əhalisi 2006-cı ildə 125 350 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 44 nəf / km². Rayon sahəsi — 2817 km².
Vilnöv-sür-Lo (rayon)
Vilnöv-sür-Lo (fr. Villeneuve-sur-Lot) — Fransanın Akvitaniya regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Lo və Qaronna. Suprefektura — Vilnöv-sür-Lo. Rayonun əhalisi 2006-cı ildə 90 007 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 58 nəf / km² . Rayon ərazisi — 1560 km².
La-Loş məktəbində atışma
La-Loş məktəbində atışma — 2016-cı il yanvarın 22-də La Loş şəhərində (Saskaçevan, Kanada) məktəbdə atışma baş verib. 17 yaşlı Rendon Fonteyn evdə iki əmisi oğlunu tapança ilə öldürüb, daha sonra oxuduğu məktəbə gələrək orada atəş açıb. Hadisə nəticəsində ümumilikdə 4 nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. == Həlak olanlar və yaralılar == Atışma nəticəsində dörd nəfər həlak oldu: Deyn (17) və Dreyden (13) Fonteyn — silahlı şəxsin əmiuşağıdır. Mari Janye (21) — müəllim, bələdiyyə sədri vəzifəsini icra edən Kevin Yanvierin yeganə qızı, 21 yaşlı Adam Vud — müəllim, 35 yaş Bundan əlavə, məktəb binasında baş verən atışma zamanı 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qurbanlardan biri 2023-cü il mayın 17-də vəfat edib. Ailəsinin dediyi kimi, atışma zamanı aldığı xəsarətlərdən. == Reaksiya == Kanadanın baş naziri Castin Trüdo həlak olanların yaxınlarına başsağlığı verib və atışmanın baş verdiyi məktəbə şəxsən baş çəkib. Şəhər meri bildirdi ki, o, məktəbin sökülməsini və sonra yenidən tikilməsini istərdi, çünki "burada çox ağrı var idi, bu, travmadır (şəhərin bütün sakinləri üçün)". 8 may 2018-ci ildə Rendon Fonteyn 10 ildən sonra şərti azadlığa buraxılma hüququ ilə ömürlük həbs cəzasına məhkum edildi.
O le Ao o le Malo siyahısı
Go
Go (proqramlaşdırma dili) — Google tərəfindən yaradılan proqramlaşdırma dili.
LOL
LOL (eləcə də lol; ing. laughing out loud — hündürdən gülərək; və ya laugh out loud — hündürdən gülmək və ya lots of laughs — çoxlu gülüş) — ingilisdilli akronim, internet-mem. Termindən şəbəkədaxili ünsiyyətdə yazılı formada əsasən gülüşü bildirmək üçün istifadə olunur.