LOF

(Tovuz, Zərdab)
1. boş (Tovuz)
2. tənbəl (Zərdab). – Tahir çox lof adamdı
LODURA
LOFGÖDƏN
OBASTAN VİKİ
Capitol Lofts
Capitol Lofts - Texas ştatının Hyuston şəhərinin mərkəzində yerləşən binadır. Binanın tikintisi 1908-ci ildə bitmişdi. Əvvəlcə bina ofis üçün istifadə olunurdu, yaşamaq üçün isə 1990-cı ildə dəyişilmişdi. 1909-cu ilə qədər Hyustonda ən yüksək bina idi.
Franklin Lofts
Franklin Lofts (əvvəlcə Lomas & Nettleton Building adlı bina kimi tanınırdı) — Texas ştatının Hyuston şəhərinin mərkəzində 8 mərtəbəli bina. Bu bina şəhərin birinci göydələni kimi tanınır. The Lomas & Nettleton Buildingin tikintisi 1904-cü ildə başa çatı. The Lomas & Nettleton Building əvvəlcə ofis binası kimi istifadə edilirdi, amma 1999-cu ildə binanın yuxarı mərtəbələrində yaşayış otaqları açıldı və Franklin Lofts adlandırıldı. Bu binaya göydələn deyilməyinə baxmayaraq, strukturunə görə azmərtəbəlidir.
Hyu Loftinq
Hyu Loftinq(ing. Hugh John Lofting, 14 yanvar 1886[…], Meydenhed[d], Berkşir[d] – 26 sentyabr 1947[…], Topanqa, Kaliforniya) — İngilis uşaq yazıçısı, doktor Aybolitin prototipi olan Doktor Dulittl haqqında əsərlər silsiləsinin müəllifi. == Həyatı == Hyu Con Loftinq 14 yanvar 1886-cı ildə Böyük Britaniyada, Meydenxeddə (Berkşir qraflığı) anadan olmuşdur. ABŞ-də Massaçusets texnoloji institutunu, 1907-ci ildə London Politexnik institutunu bitirmişdir. Mühəndis kimi Kanadada, Cənubi Afrikada, Kubada işləmişdir. 1912-ci ildən Nyu-Yorkda yaşamağa başlayır. Onun yazıçılıq karyerası da burada başlayır. H.C.Loftinq Birinci Dünya müharibəsində iştirak edir, yaralanır və ordudan tərxis olunur. 1919-cu ildə ailəsi ilə birgə Nyu-Yorka qayıdır və yazıçılıq fəaliyyətini bərpa edir. Müntəzəm olaraq doktor Dulittlin macəraları haqqında kitablarını nəşr etdirir.
Lofoten adaları
Lofoten adaları (norv. Lofoten) — Norveç dənizində, Norveçin şimal-qərbində yereləşən arxipelaq. Arxipelaqın sahəsi 1227 km², əhalisi 24 014 nəfər (01. 06. 2013) təşkil edir. == Adı == Lofoten adı (q.skan. Lófót) ilk əvvəllər Vestvaqoya adasına şamil edilirdi. İlk kəlmə olan ló — "vaşaq", ikincisi isə — fótr "pillə" mənasını verir. Görünür bu adaların pilləvari quruluğu ilə əlaqədardır. == Coğrafiya == Adalar olduqca qayalıqdır və bir-birindən ensiz boğazlara ayrılır.
Net Lofthaus
Nathaniel "Net" Lofthaus (27 avqust 1925, Bolton – 15 yanvar 2011, Bolton) — İngilis köhnə milli futbolçu olub Bolton Wanderersdə oynamışdır. İngiltərə milli futbol komandasında 1950–1958-ci illər arasında 30 qol atmışdır.
Norman Loftus Bor
Norman Loftus Bor (irl. Norman Loftus Bor; 2 may 1893 – 22 dekabr 1972[…]) — İrlandiya botaniki. Norman Loftus Bor toxumlu bitkilər üzrə ixtisaslaşıb.. Borinda Stapleton cinsi Norman Loftus Borun şərəfinə adlandırılmışdır. Barnhart, J. H. Biographical Notes Upon Botanists. — Vol. 1. — P. 220.
Rayan Loft
Ryan Corc Henson Loft (14.9.1997) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan Lester Siti klubunda hücumçu kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. Loft Qreyvsend şəhərində anadan olmuşdur. O, Norzflit Texnologiya Kollecinin tələbəsi kimi hündürlüyə tullanma yarışında çempion olmuşdur. Loft əvvəlcə Dartford və Ebbsflit Yunayted klublarında çıxış etmişdir. 2013-14 mövsümündə isə Tottenhem Hotspur klubuna transfer olmuşdur. Loft bu klubda 2014-cü ilin iyul ayından çıxış etməyə başlamışdır. Sonralar isə o, 2016-cı ilində mart ayında Brayntri Taun klubunda, 2017-ci ilin yanvar ayında isə Stiveneyc klubunda icarə əsasında çıxış etməyə başlamışdır. O, 2018-ci ilin yanvar ayında Ekseter Siti klubuna icarəyə verilmişdir. Loft 2017-18 mövsümünün sonunda Tottenhem Hotspur klubu ilə müqaviləyə xitam vermişdir. 2018-ci ilin iyul ayında o, Lester Siti klubu ilə iki illik müqavilə imzalamışdır.
Lofqren sindromu
Lofqren sindromu – sarkoidozlu xəstədə yaranan triadadır: kəskin artrit (aşıq-baldır, diz), düyünlü eritema və ikitərəfli döşdaxili limfadenopatiya. Kəskin artrit bir neçə həftə davam edir. Qızdırma və üveit ola bilər.