Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akinator
Akinator — 2007-ci ildə 2 fransız proqramçısı tərəfindən yaradılmış internet oyundu. Əvvəlcə ağlınızda bir nəfər (obraz , oyun personajı) tutursunuz. Akinator sizə ağlınızda tutduğunuz şəxs haqqında suallar verir. Siz o, suallara bəli, xeyr, bilmirəm, bəlkə, bəlkə yox cavabları verə bilərsiniz. Sizin verdiyiniz cavablara əsasən Akinator sizin ağlınızda tutduğunuz şəxsi tapır.
Laminqton (desert)
Laminqton (ing. lamington) — Avstraliya deserti, şokolad qlazuru və kokos yonqarı ilə örtülmüş biskvitli düzbucaq formasında təqdim olunur. Bəzən iki birləşmiş laminqton bir krem və ya çiyələkli cemin köməyi ilə bir pirojna olur. == Mənşəyi == Laminqton deserti Laminqtonun ikinci baronu, 1896-1901-ci illərdə Kvinslend ştatının qubernatoru Çarlz Uollis Aleksandra Napira Kokreyn-Beyllinin (Charles Wallace Alexander Napier Cochrane-Baillie) şərəfinə adlandırılıb. Bu desertin yaranmasına dair bir neçə versiya mövcuddur. Bir əfsanəyə görə, qubernatora gözlənilmədən qonaq gəlir, evdə bayat biskvitdən başqa heç nə olmur. Aşpaz şokolad biskvitini 4-5 sm-lik kubik şəklində doğrayır və doğranmış kokosla dilimləri örtür. Digər versiyada isə deyilir ki, biskvitin keçə forması Laminqton baronu Xomburqun sevimli forması olub. Qəribə təsadüfə görə, desert Laminqtonda bəyənilmir, o «acı, kobud, boş biskvit» adlandırılır. == Bu günkü gündə == Laminqton snek (yüngül qəlyanaltı) kimi Avstraliya və Yeni Zelandiyada populyar olaraq qalır.
Laminar hərəkət