Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lopatka burnu
Lopatka burnu — Kamçatka yarımadasının cənub hissəsində yerləşir. Burun ərazisində sərhəd zastavası və meteoloji stansiya fəaliyyət göstərir. Relyefi əsasən düzənlikdir. Tundra bitkiləri ilə örtülüdür. Güçlü küləklərin təsirinə məruz qalır. Günəşli günlərin sayı olduqca azdır. Cənub-qərbində Kuril adalarının şimalda yerləşən son adası olan Şumşu ada ilə arasında Birinci Kuril boğazı yerləşir. == Tarixi == Qədim rus xəritələrində Burun, Cənub künçü, Kuril Lopatkası və Lopatka adlandırılmışdır. 1945-ci ilin avqust ayında Sovet qoşunları burun ərazisində baş leytenant S. İ. Sokolyakın başçılığı ilə bateriya yerləşdirilir. Hədəf Şumsu adasının ələ keçirilməsi olmuşdur.
Labatia
Labatia (lat. Labatia) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin sapotaceae fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Neolabatia Aubrév. === Heterotipik sinonimləri === Eglerodendron Aubrév. & Pellegr. Pseudolabatia Aubrév. & Pellegr.
Alpaka
Alpaka (lat. Vicugna pacos) — dəvəkimilər fəsiləsinə aid heyvan cinsi. Cənubi Amerikada geniş yayılmışdır. == Xüsusiyyətləri == Bütün dəvə növlərində olduğu kimi alpakalar da nisbilik uzun bədənə sahib olub, incə qıçlar, uzun və incə boyun, kiçik bir baş xarakteristika xüsusiyyətləridir. Bütün Yeni Dünya dəvələri kimi hörgücü tapılmaz. Lamalardan bir az daha kiçik olmaqla birlikdə 55 ilə 65 kq ağırlıqlarıyla onlardan diqqətə çarpan şəkildə daha yüngüldürlər. Rəng, ümumiyyətlə tək rəngli qəhvəyi, qara ya da mavi-boz olub, nadir olaraq ləkəlidir. Diqqət çəkici olan, 50 smə qədər çata bilən uzun tüklərdir. == Həyat şəkli == Alpakalar, bütün dəvə növləri kimi ictimai heyvanlardır və qrup içində rahatdırlar. Bitki yeyici heyvanlar olub, haradasa sırf otlarla bəslənərlər.
Lavaka
Lavaka (rus. лавака, ing. lavaka) — rütubətli tropiklərdə suffozion- erozion mənşəli mənfi relyef forması; günbəzvari yüksəkliyin qabarıq yamacına, bəzən isə platonun kənarlarına kəsilmiş olur. Uzunluğu 150 — (2 km-dək), eni 100 — (300 m-dək), dərinliyi 30 — olur.
Latata
Latata – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış debüt sinqlı. 2 may 2018-ci ildə qrupun "I Am" debüt minialbomunun əsas sinqlı kimi buraxılmışdır. Mahnının klipi həmin gün buraxılmışdır. Mahnının sözləri qrup üzvü Soyon tərəfindən yazılmışdır. 22 may 2018-ci ildə "(G)I-dle" bu mahnı ilə ilk musiqi verilişi qalibiyyətini əldə etmişdir. Mahnının yaponca versiyası 12 iyul 2019-cu ildə eyniadlı minialbomun əsas sinqlı kimi, ingiliscə versiyası isə 15 may 2020-ci ildə buraxılmışdır. == Musiqi və sözlər == "Latata" mumbaton və trep mahnısı olub reqqi ritminə malikdir. Mahnının sözləri aşiq bir qadının sevdiyi şəxslə rəqs etmək arzusu haqqındadır. Soyon verdiyi bir müsahibədə mahnının adının komediyaçı Son Çon Kun tərəfindən məşhurlaşdırılmış "Ratata Arata" ifadəsindən yarandığını bildirmişdir: "Mən latın musiqisinə qulaq asanda bu ifadəni xatırladım, beləcə bu mahnı yarandı". == Tanıtım == Qrup "Latata" mahnısını 3 mayda tanıtmağa başlamışdır.
Apata
Apata (yun.
Tanya Lamarka
Tanya Lamarka (30 aprel 1980) — İspaniyanı təmsil edən bədii gimnast. Tanya Lamarka İspaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
Achillea lanata
Adi boymadərən (lat. Achillea millefolium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik, ot bitkisi olub, gövdəsinin hündürlüyü 20-50 sm, düzqalxan, budaqlanan, dəyirmi, nazikşırımlı, yuxarı budaqcığındakı yarpaqları qısalmışdır. Yarpaqları növbəli, xətti-neştərvari, ikiqat lələkşəkilli yarılmış, iki-üçqat kəsilmiş seqmentli və demək olar ki, kürəkşəkilli, sonluğu xətti formalıdır. Kökümsov yarpaqları saplaqlı uzunluğu 35-50 sm-dir. Kökləri nazik, sürünəndir. Çiçəkqrupu kiçik, çoxsaylı olub, gövdənin zirvəsində mürəkkəb çiçəkqrupunda formalaşan, kənarları ağ dilşəkilli (bəzən çəhrayı) daxili çapıqlı olmaqla, sarı rənglidir. Qalxanşəkilli çiçəklərinin uzunluğu 4 sm-ə (çiçək səbətciyinin əsası) bərabərdir. Hər bir səbətcik kənar dişicikli, (əsasən sayı 5 olan), orta boruşəkilli, ikicinsli (3-30 qədər sayı olan), 5 erkəkcikli və aşağı yumurtalıqlı çiçəklərdən ibarətdir. Çiçəyin əsası qabarıq olmaqla, çiçək yatağı bölünmüşdür.
Aechmea lanata
Aechmea lanata (lat. Aechmea lanata) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Emiliano Zapata
Emiliano Zapata (isp. Emiliano Zapata Salazar) - 1910-cu ildən etibarən, başlamış Meksika inqilabının lideri.
Evgeniya Lopata
Evgeniya Lopata (1 noyabr 1994, Çernovtsı) — ukraynalı mədəniyyət meneceri və tərcüməçi. == Həyatı == Evgeniya Lopata 1994-cü ildə Ukraynanın Çernovtsı şəhərində anadan olmuşdur. Orta təhsilini həmin şəhərdəki 1 nömrəli gimnaziyada, ali təhsilini isə Çernovtsı Universitetində Biznes idarəçiliyi və menecmentlik üzrə və Qrats Universitetində Alman dili ixtisası üzrə almışdır. 2013-cü ildən "Meridian Çernivtsi" beynəlxalq ədəbiyyat festivalının direktoru və eyniadlı nəşrin naşiridir. 2015-ci ildə Schwarzkopf - Gənc Avropa Fondu tərəfindən "İlin Gənc Avropalısı" seçilmişdir. Tərcüməçi kimi o, mətnlərin alman və ya ingilis dilindən Ukrayna dilinə çevrilməsi sahəsində fəaliyyət göstərir. Hazırda Almaniyanın paytaxtı Berlin şəhərində yaşayır. Bundestaqda işləyir.
Frenki Zapata
Frenki Zapata (fr. Franky Zapata) (d. 27 sentyabr 1978, Marsel) — Fransız ixtiraçı. "Flyboard Air" reaktiv uçan platforma Frenki Zapata tərəfindən yaradılıb.
Moluccella lanata
Phlomoides molucelloides (lat. Phlomoides molucelloides) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin phlomoides cinsinə aid bitki növü. Eremostachys molucelloides Bunge Eremostachys macrochila Jaub. & Spach Eremostachys macrophylla Montbret & Aucher ex Benth. Eremostachys molucelloides var. intermedia Regel Eremostachys molucelloides subsp. macrophylla (Montbret & Aucher ex Benth.) Takht. Eremostachys molucelloides var. macrophylla (Montbret & Aucher ex Benth.) Regel Eremostachys pyramidalis Jaub.
Quercus lanata
Tükcüklü palıd (lat. Quercus lanata) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. Hündürlüyü 30 m-ə çatan həmişəyaşıl ağacdır. Himalay dağlarında bitir.
Rodolfo Zapata
Rodolfo Zapata və ya Rolo Zapata (d. 1 may 1966, Buenos-Ayres, Argentina) — Argentina Futbol Assosiasiyasının məşqçisi və keçmiş oyunçusu. Hal-hazırda Keniyanın "AFC Leopards" klubunun baş məşqçisidir. 1 may 1966-cı ildə Argentinanın Buenos-Ayres şəhərində anadan olmuşdur. Rodolfo Zapata futbolçu karyerasına Argentinanın 2-ci divizionu olan Primera B Nasionalda başlamışdır. O, burada qapıçı kimi "Hurakan", "Sportivo İtaliano", "Rasinq de Olavarria", "Klub Atletiko San Miguel" və "Cipolletti de Rio Negro" komandalarının heyətində meydana çıxmışdır, lakin ardıcıl diz zədələri səbəbiylə Zapata vaxtından əvvəl futbolçu karyerasına son qoymağa məcbur olur. O, 1990-cı ilin yanvar ayında Buenos-Ayres Bella Vista ərazisində Rolo Zapata Futbol Akademiyasını qurmuşdur. Bu Akademiya gənclər və yeniyetmələr üçün xüsusi təlim kompleksidir. Hal-hazırda Argentina və ABŞ-dakı elit futbol proqramlarından biridir. 2000-ci ilin iyun ayında Zapata Kanadada Alberta Futbol Assosiasiyasında məşqçilik etmişdir.
Salix lanata
Tükcüklü söyüd (lat. Salix lanata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Salix lanata subsp. lanata Salix lanata subsp.
Salvia lanata
Salvia aethiopis (lat. Salvia aethiopis) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. Aethiopis vera Fourr. Salvia idanensis Gand. Salvia kochiana Kunze Salvia lanata Stokes [Illegitimate] Salvia leuconeura Boiss. Sclarea aethiopis (L.) Mill.
Sapata yarımadası
Sapata yarımadası (isp. Península de Zapata) - Kubanın cənub hissəsində, Matansas vilayəti ərazisində yerləşir. Yarımadada Sapata milli parkı yerləşir. Yarımadanın şərqində Batabano, şimalında Kazones (en), şərqində Donuzlar körfəzi, cənubda Ensenada de la Broa körfəzləri yerləşir.
Sclarea lanata
Salvia aethiopis (lat. Salvia aethiopis) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. Aethiopis vera Fourr. Salvia idanensis Gand. Salvia kochiana Kunze Salvia lanata Stokes [Illegitimate] Salvia leuconeura Boiss. Sclarea aethiopis (L.) Mill.
Yevgeniya Lopata
Evgeniya Lopata (1 noyabr 1994, Çernovtsı) — ukraynalı mədəniyyət meneceri və tərcüməçi. Evgeniya Lopata 1994-cü ildə Ukraynanın Çernovtsı şəhərində anadan olmuşdur. Orta təhsilini həmin şəhərdəki 1 nömrəli gimnaziyada, ali təhsilini isə Çernovtsı Universitetində Biznes idarəçiliyi və menecmentlik üzrə və Qrats Universitetində Alman dili ixtisası üzrə almışdır. 2013-cü ildən "Meridian Çernivtsi" beynəlxalq ədəbiyyat festivalının direktoru və eyniadlı nəşrin naşiridir. 2015-ci ildə Schwarzkopf - Gənc Avropa Fondu tərəfindən "İlin Gənc Avropalısı" seçilmişdir. Tərcüməçi kimi o, mətnlərin alman və ya ingilis dilindən Ukrayna dilinə çevrilməsi sahəsində fəaliyyət göstərir. Hazırda Almaniyanın paytaxtı Berlin şəhərində yaşayır. Bundestaqda işləyir.
Rindera lanata
Tüklü rindera (lat. Rindera lanata) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin rindera cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – VU B1b (i, iii)c(i, iiiEN B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Gövdəsi düz, qranlı-şırımlı, çiçək qrupu budaqlanan süpürgədir. Yarpaqları bozdur, kökətrafı yarpaqları lansetvari və ya uzunsov iti, 6-18 sm uzunluğunda, 0,8-1,2 sm enindədir. Çiçək qrupu süpürgə, yuxarıdan qalxanvari, sıx, daha sonra syerək, çiçək altlığı yoxdur. Kasacığı 4–6 mm uzunluğunda, ağ tükcüklü, uzunsov dilimlidir. Çiçək tacı çəhrayı, sonradan maviləşəndir, 8–10 mm uzunluğundadır.
Centaurea lanata
Əkin güləvəri (lat. Centaurea cyanus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik və ya ikiillik nazik ox və ya milşəkilli ot bitkisi olub, düz kökləri, topaşəkilli tükcüklü gövdəsi olmaqla, hündürlüyü 30-80 sm-ə bərabərdir. Kök üstündə olan yarpaqları bozumtul-yaşıl rəngli, topaşəkilli-tükcüklü, çiçəkləyən zaman ölüşkəyən, gövdə yarpaqları iridişcikli, üst yarpaqları bütövkəkarlı, oturaq və xətti quruluşludur. Gövdənin sonunda yerləşən çiçək səbəti yaxşı inkişaf edir. Çiçək səbəti yarpaqlarla bir-birini kirəmit kimi əhatə edir. Çiçək yatağı yastı, uzun qılçıqlardan ibarətdir. Kənar çiçəkləri cinsiyyətsiz, göyümtül, qıfabənzər, beşbölümlü olub, uzunluğu 2 sm-ə qədərdir. Boruşəkilli (daxili) çiçəkləri ikicinsli, göyümtül-bənövşəyi, olub, uzunluğu 1 sm-ə qədərdir. Meşə və meşə-çöl zonalarında, buğda və digər taxıl bitkilərinin (payızlıq və yazlıq) əkin yerlarində və zibilli yerlərdə yaşayır.
Ajuga lanata
Cenevrə dirçəyi (lat. Ajuga genevensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillikdir. Gövdəsi düz, 15-40 (60) sm hündürlükdə, hər tərəfi xovlu-tüklü, sadədir. Yarpaqları hər iki tərəfdən tüklü, kökətrafı yarpaqlar uzunsov-belvari, tərsyumurtavari və ya belvari-tərsyumurtavari, iri dairəvi dişli, saplağa daralan, çiçək əmələ gələnə yaxın quruyan, aşağı və orta yarpaqlar adətən uzunsov, yuxarı yarısında dairəvi-dişli, qaidə hissəsinə doğru pazvari daralan, oturaq; sonuncu yarpaqlar yumurtavari, üç bölümlü və ya üç dişlidir. Çiçəkləri 4-6 (8) sayda çiçək köbələrində, gövdənin uc hissəsində sünbülşəkilli çiçəkqrupunda toplanandır. Tac mavi, bəzən ağ və ya çəhrayıtəhər rənglidir. Fındıqcalar dəyirmi və torvari-qırışlıdır. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin, Samur-Dəvəçi ovalığının, Qobustanın rayonlarında arandan orta, nadir hallarda yuxarı dağ qurşağına kimi yayılmışdır. Çəmənlərdə, kolluqlarda, çay kənarı, talalarda, bağçalarda, əkin sahələrində, suvarma kanalları boyunca, alaqlı yerlərdə bitir.
Mentha lanata
Mentha canadensis (lat. Mentha canadensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Mentha arvensis var. canadensis (L.) Kuntze Mentha arvensis subsp. canadensis (L.) H.Hara Mentha arvensis var. villosa (Benth.) S.R.Stewart Mentha canadensis var. villosa Benth.
Latata (minialbom)
Latata – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış birinci Yaponiya minialbomu. 31 iyul 2019-cu ildə Yaponiyada buraxılmışdır. Alboma qrupun əvvəl ifa etdikləri "Latata", "Maze" və "Hann (Alone)" mahnılarının yaponca versiyaları və iki orijinal yaponca mahnı – "Light My Fire" və "For You" daxildir. == Buraxılması == 19 may 2019-cu ildə "(G)I-dle" qrupunun 31 iyul 2019-cu ildə "Latata" mahnısı ilə eyni adı daşıyan minialbom ilə Yaponiyada debüt edəcəyi açıqlanmışdır. Albom üç versiyada buraxılmışdır: məhdud CD+DVD buraxılışı (A), məhdud CD+FOTOKİTAB 28P buraxılışı (B) və daimi CD buraxılışı. "Hann (Alone)" mahnısının yaponca buraxılışı ancaq iTunes bağlamasına bonus trek kimi əlavə olunmuşdur. "For You" mahnısı qrupun üzvü Minni tərəfindən yazılmış və bəstələnmişdir. == Tanıtım == "(G)I-dle" 23 iyul 2019-cu ildə minialbom üçün "Mainabi Blitz Akasaka"da canlı tanıtım gerçəkləşdirmişdir. Performans üçün 1000 bilet satılmış və 1500 nəfər tədbirdə iştirak etmişdir. == Qəbul == Albom "Oricon" yapon albomlar hit-paradında 5-ci yerə yüksəlmişdir.