Latata – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış debüt sinqlı. 2 may 2018-ci ildə qrupun "I Am" debüt minialbomunun əsas sinqlı kimi buraxılmışdır. Mahnının klipi həmin gün buraxılmışdır. Mahnının sözləri qrup üzvü Soyon tərəfindən yazılmışdır.[1] 22 may 2018-ci ildə "(G)I-dle" bu mahnı ilə ilk musiqi verilişi qalibiyyətini əldə etmişdir.[2]
Mahnının yaponca versiyası 12 iyul 2019-cu ildə eyniadlı minialbomun əsas sinqlı kimi,[3] ingiliscə versiyası isə 15 may 2020-ci ildə buraxılmışdır.[4]
"Latata"mumbaton və trep mahnısı olub reqqi ritminə malikdir.[5] Mahnının sözləri aşiq bir qadının sevdiyi şəxslə rəqs etmək arzusu haqqındadır.[6]Soyon verdiyi bir müsahibədə mahnının adının komediyaçı Son Çon Kun tərəfindən məşhurlaşdırılmış "Ratata Arata" ifadəsindən yarandığını bildirmişdir: "Mən latın musiqisinə qulaq asanda bu ifadəni xatırladım, beləcə bu mahnı yarandı".[7][8]
Qrup "Latata" mahnısını 3 mayda tanıtmağa başlamışdır. Onlar əvvəlcə mahnını Mnet-in "M Countdown" verilişində ifa etmiş, daha sonra KBS-in "Music Bank", MBC-in "Show! Music Core" və SBS-in "Inkigayo" verilişlərində çıxış etmişdirlər.[9] Qrup mahnıya görə ilk musiqi qalibiyyətini 22 may 2018-ci ildə SBS MTV-nin "The Show" verilişində əldə etmişdir.[10] 2 gün sonra – 24 mayda "M Countdown" verilişində ikinci musiqi qalibiyyətlərinə çatmışdırlar.[11]
"Latata" buraxıldığı ilk həftədə "Gaon" rəqəmsal hit-paradına daxil ola bilməsə də, onun rəqəmsal hit-paradında 68-ci yerdə debüt etmişdir.[12][13] Mahnı "Gaon" sosial hit-paradına 4-cü yerdə daxil olmuş növbəti həftə 3-cü yerə yüksəlmişdir.[14][15] ABŞ-də "Billboard" Dünya Rəqəmsal Mahnılar hit-paradına 11-ci yerdə daxil olmuş, növbəti həftə 4-cü yerə yüksəlmişdir.[16] 2018-ci ilin avqustuna qədər Şimali Amerikada 3000 nüsxəsi satılmışdır.[17]
2020-ci ilin sentyabrında "Latata" mahnısının klipi 160 milyon YouTube baxışını keçmişdir.[18] 27 iyun 20220-ci ildə baxış sayı 200 milyona çatmışdır.[19]
↑Kim, Ha-young. "상반기 접수한 (여자)아이들 'LATATA' MV로 2억 뷰 반열에 들어서다" [(G)I-DLE 'LATATA' MV, which was received in the first half of the year, entered the ranks of 200 million views.]. Sports Trend (koreya). June 27, 2022. October 24, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 24, 2022.