Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Levçay
Levçay — Azərbaycanın Kəlbəcər rayonu ərazisindən axan çay. Çay öz başlanğıcını Murovdağ silsiləsindən götürür. Tərtər çayının sol qolunu təşkil edir. Uzunluğu 36 km, hövzəsinin sahəsi 367 km²-dir. Mənbəyi Hinaldağın cənub yamacında dəniz səviyyəsindən 3250 m yüksəklikdən başlayır. Axımı qar, yağış və yeraltı sulardan formalaşır. Suyu suvarmada istifadə edilir.
Fleetway Publications
Fleetway Publications — keçmiş Böyük Britaniya nəşriyyatı. Nəşriyyat 1959-cu ildə "Mirror Group" jurnalı "Amalgamated Press" nəşriyyatını satın aldıqdan sonra London şəhərində təsis olunmuşdur. Nəşriyyat 1963-cü ildə "IPC Media" ilə birləşmiş, ancaq 1968-ci ilə qədər "Fleetway" adından istifadə etməyə davam etmişdir. "IPC" jurnalı komikslərinin hüquqları "Fleetway Publications" adı altında Robert Maksvellə satmışdır. "Egmont UK" şirkəti "Fleetway Publications" nəşriyyatını Maksvelldən satın almış və öz nəşriyyatları olan "London Editions" ilə birləşdirmiş, "Fleetway Editions" nəşriyyatını təsis etmişdir, ancaq 2002-ci ildə "Fleetway" adı nəşriyyatın nəşr etdiyi komikslərdə verilməməyə başlamışdır.
Yoandis Leskay
Yoandis Alberto Leskay Prado (5 yanvar 1994) — Kubanı 2016 Yay Olimpiya Oyunlarında təmsil edən sprinter. Leskay Barselonada keçirilən 2012 Atletika üzrə Dünya Gənclər Çempionatında 200 m məsafəyə qaçış yarışlarında yarımfinalda mübarizə aparmışdır.
Levçay civə yatağı
Levçay civə yatağı — Tərtərçayın böyük sol qolu olan Levçayın yuxarı hövzəsində yerləşən yataq. Yataq məkanca Göygöl-Levçay zonasının şimal qərbində geniş bir sahəni əhatə edir. Levçay yatağı üst senon yaşlı əhəngdaşlarından təşkil olunub. Filizə nəzarət edən qırılma Ağdaş antiklinanlının tağı boyu keçir. Antiklinal qırışıq hər yerdə civə minerallaşması daşıyır. Yataqda civə ilə yanaşı sürmə və mərgümüş filizləşməsidə geniş yayılmışdır. Əsas filiz mineralı kinovardır. Bu mineral səpinti möhtəvi şəklində filiz kütləsinin əsas hissəsini təşkil edir. İkinci dərəcəli minerallara antimonit və realqar aiddir. Filizlərdə mərgümüşün miqdarı 0,02%, nadir hallarda isə 0,1-0,2% təşkil edir.
Levçay sürmə yatağı
Levçay sürmə yatağı — yatağın mərkəz hissəsində filiz kütləsi silisiumlaşmış, əhəng daşlarında civəli kütlələrlə yanaşı sürmə filizləşməsinində kifayət qədər olması müəyyənləşdirilmişdir. Filizdə sürmənin miqdarı 0,4-11,6 %, orta miqdarı isə 1,1%. təşkil edir. Yatağın öyrənilmiş hissəsində sürmənin ehtiyatı 2 min. ton olduğu müəyyən edilir.
Silence (feat Leela)
Silence (feat Leela) – C. C. Catch tərəfindən 2004-cü ildə ifa edilən mahnıdır.