Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Covanni Centile
Covanni Centile (it. Giovanni Gentile; 29 may 1875[…], Kastelvetrano[d][…] – 15 aprel 1944[…]) — italyan filosofu, siyasətçi. Roma Universitetinin professoru, Mussolini hökumətində Maarif naziri. Centile Hegelin təlimini yenidən nəzərdən keçirmiş və yeni hegelçiliyin subyektiv idealist çalarlarından biri olan "aktualizm" sistemini yaratmışdır. Centileyə görə, bütün mövcudat həmişə aktual, fəal olan, düşünən fikrin, hərəkətin nəticəsidir. Düşünən fikrin yaradıcılığı isə məkan və zaman şəraiti ilə məhdudlaşdırılmışdır. Onun doğurduğu materiya ölüdür, ətalətlidir, lakin fikirlə vəhdət halındadır. Solipsizmdən uzaqlaşmaq üçün Centile universal "mən" anlayışını işə salır. Reallıq fərdi şüur ideyaları ilə eyniyyət təşkil etməyib, kainatda təşəkkül tapma prosesində bütün əkslikləri aradan qaldıran fövqəlşəxsi transsendental başlanğıcın xalis təfəkkürüdür. Sosioloji-siyasi baxışlarında Centile liberalizmdən fatalizmədək təkamül etmişdir.
Leninlə Görüş (1968)
== Məzmun == Elmi-kütləvi film sovet hökumətinin başçısı V.İ.Leninin həyatından, təhsilindən, inqilabi fəaliyyətindən, onun daim Azərbaycanla maraqlanmasından bəhs edir. == Film haqqında == Filmin bir çox kadrları Lenin adına Mərkəzi muzeyin Bakı filialında çəkilmişdir. Çəkiliş zamanı muzeydə olan eksponatlardan, sənədlərdən, rəngkarlıq əsərlərindən istifadə olunmuşdur.
Leninlə görüş (film, 1968)