Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aegicon
Buğdayıot (lat. Aegilops) — qırtıcçiçəklilər sırasının qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Legion
Roma legionu (lat. legio, legionis, lego - yığmaq, toplamaq) — Qədim Roma ordusunun əsas taktiki və təşkilati vahidi. E.ə. VIII əsrə qədər - bütün Roma ordusunun adı. E.ə. IV əsrə qədər legion 4200 piyadadan (3 min ağır və 1200 yüngül) və 300 süvaridən təşkil olunurdu. Lakin onun sayı dəyişirdi. Legion, döyüşdə taktiki müstəqilliyi olmayan senturiyalardan, və hərəsində 30 süvari olan 10 turmadan ibarət idi. Legionun düzülüşü erkən çağlarında 8-12 sıradan ibarət falanqa kimi idi və legionerlərin silahlanması və təcrübəsindən asılı idi. E.ə.
Akademik legion
Akademik legion (alm. Akademische Legion‎) — Avstriya imperiyasında 1848-1849-cu illər inqilabı zamanı hərbi əməliyyatlarda iştirak edən silahlı tələbə təşkilatı. Təşkilat 13 mart 1848-ci ildə Vyanada xalq üsyanının başlanmasından dərhal sonra yaradılmışdır. Akademik legion təqribən 4 min nəfərdən ibarət olmaqla, inqilabi ordunun nüvəsi olmuşdu. Liberal müxalifətin radikal demokratik qanadına bağlı olan Akademik legion Vyanada mart üsyanında, 1848-ci ilin mayında Vyanada silahlı üsyanlarda və 1848-ci ilin oktyabrında Vyanada silahlı üsyanda fəal iştirak etmişdir. Buna baxmayaraq, mütləqiyyətlə mübarizədə burjuaziya ilə fəhlə sinfi arasında aralıq mövqe tutan Akademik legion qeyri-sabit fəaliyyət göstərmişdir. Akademik legionun rəhbərliyi tərəddüd və siyasi kompromislərə meyl göstərmişdi. 1848-ci ilin iyun–avqust aylarında burjuaziya ilə birlikdə fəhlələrə qarşı çıxmışdır. Akademik legionun rəhbərliyi kəndlilərin tələblərinə məhəl qoymayaraq Avstriya imperiyalarında milli azadlıq hərəkatını yatırmağa yönəlmiş siyasətində liberal burjuaziyanı dəstəkləyirdi. İnqilabın məğlubiyyətindən sonra Akademik legion ləğv edilmiş, üzvlərinin çoxluğu ağ terrorun qurbanı olmuşdur.
Legion ədəbiyyatı
== Azərbaycanın Legion ədəbiyyatı haqqında == Cümhuriyyətsonrakı Azərbaycan ədəbiyyatını tədqiq edərkən mühacirət ədəbiyyatı ilə yanaşı legion ədəbiyyatı da Azərbaycan ədəbiyyatında bu və ya digər şəkildə öz əksini tapır. Mühacirətdə yaranan ədəbi-bədii nümunələrinin mövzu və problematikasını, əsasən vətən, xalq, milli məfkurə barədə düşüncələr yer alırdı ki, bu da Azərbaycanın milli müstəqilliyi, azadlığı uğrunda mübarizəni sönməyə qoymurdu. Azadlığın, müstəqilliyin milli ruhun Azərbaycan xalqının ideya-estetik, düşüncə-məfkurə yaddaşında yaşaması işində legion ədəbiyyatı özünəməxsus yer tutur. Məhdud dairədə yaranmasına və yayılmasına baxmayaraq legion ədəbiyyatı xalqı yenidən yaddaşına qaytardı; iyirmi il keçməsinə rəğmən xalqın azadlıq, müstəqillik duyğularını ifadə etdi, bolşevizmin əsarətinə, qadağalara, represiyyalara qarşı çıxdı. Bu cəhətdən Azərbaycan legion ədəbiyyatını siyası mühacirət dünyagörüşünün bədii əksetdirilməsi hesab etmək olar. Çünki legion ədəbiyyatı ideoloji, siyasi qidasını birbaşa siyasi mühacirətin nəzəri-ideoloji düşüncəsindən alırdı. == Legion ədəbiyyatının yaranmasında siyası məqamlar == Mühacirət ədəbiyyatı kimi, legion ədəbiyyatının da yaranması siyası proseslərlə bağlı idi. İkinci dünya müharibəsi illərində almanlara xeyli azərbaycanlı əsir düşmüş və yaxud şüurlu şəkildə almanlar tərəfə keçmişdilər. Azərbaycan legionerlərinin başçılarından olan F.Düdənginskinin verdiyi məlumatda deyilirdi. " Almaniya tərəfə keçən azəri türklərinin sayı 150 min, bütün türklərin və başqa qafqazlıların sayı isə milyona çatırdı".
Rişon LeZion
Rişon LeZion — İsrail şəhəri. == Haqqında == Şəhərin adı ivritcə "İlk əvvəl Siona" deməkdir. Tel-Əvivin cənub-şərqində yerləşir. İsrailin ən böyük 4-cü şəhəridir. Petax-Tıkvadan sonra İsraildə tikilən ən qədim ikinci şəhər olan Rişon LeZion 1882-ci ildə Rusiyadan köçüb gəlmiş yəhudilər tərəfindən salınmışdır. Fransa yəhudisi baron Edmond de Rotşildin (1845-1934) dəstəyi ilə şəhərdə bağçılıq inkişaf etdi. O xüsusilə Zihron Yakov ilə şəhərin şərabla məşhurlaşmasını təmin etmişdir. Şəhərin Yafaya yaxınlığı və yeraltı suların mövcudluğu inkişafı sürətləndirdi. 1950-ci ildə şəhər statusu almışdır. Hazırda narınc meyvələrin yetişdirilməsi üzrə məşhurdur.
XII legion
12-ci İldırımla silahlanmış legion (Legio duodetsima Fulminata) — Yuli Sezar tərəfindən e.ə.58-ci ildə yaradılan və Qall müharibələri zamanı, e.ə.49-cu ilədək onu müşayiət etmiş Roma legionu. Bu legionun eramızın 5-ci əsrində Fərat çayının Meliten şəhəri (müasir Malatya, Türkiyə) yaxınlığındakı hissəsini mühafizə etdiyi məlumdur. Legionun rəmzi ildırım idi. Sonrakı əsrlərdə legion daha çox yanlış olaraq "İldırımsaçan legion" (Legio Fulminatrix) adlandırılmışdır. 1930-cu illərdə Qobustanda XII Legionun əsgəri tərəfindən üzərində latın dilində "IMP DOMITIANO CAESARE AVG GERMANICO LVCIVS IVLIVS MAXIMVS LEGIONIS XII FVL" (tərc. "Lusius Yulius Maksimus, XII Fulminata Legionu, Müqəddəs Sezar Germanik Domisianın rəhbərliyi altında") sözləri yazılmış qaya parçası aşkar edilmişdir.
"Fəxri Legion" ordeni
Fəxri Legion ordeni (fr. Ordre national de la Légion d'honneur) — Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatı. 19 may 1802-ci ildə Napoleon Bonapart tərəfindən təsis edilmişdir. Bu ordenlə təltif olunmuş azərbaycanlılar arasında müharibə veteranı Əhmədiyyə Cəbrayılov, dahi rəssam Tahir Salahov, prezident İlham Əliyev və YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da var. == Rütbələri və dərəcələri == Mükafat 3 rütbə və 3 dərəcəyə bölünür. === Rütbələr === Baş magistr (fr. Grand maître) — yalnız Fransa prezidentlərinə verilir. Böyük xaç (fr. Grand`croix) Böyük zabit (fr. Grand officier) === Dərəcələr === Komandor (fr.
Fəxri Legion Ordeni
Fəxri Legion ordeni (fr. Ordre national de la Légion d'honneur) — Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatı. 19 may 1802-ci ildə Napoleon Bonapart tərəfindən təsis edilmişdir. Bu ordenlə təltif olunmuş azərbaycanlılar arasında müharibə veteranı Əhmədiyyə Cəbrayılov, dahi rəssam Tahir Salahov, prezident İlham Əliyev və YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da var. == Rütbələri və dərəcələri == Mükafat 3 rütbə və 3 dərəcəyə bölünür. === Rütbələr === Baş magistr (fr. Grand maître) — yalnız Fransa prezidentlərinə verilir. Böyük xaç (fr. Grand`croix) Böyük zabit (fr. Grand officier) === Dərəcələr === Komandor (fr.
Sonuncu legion (film, 2007)
Sonuncu Legion (ing. Last Legion) – 2007-ci ildə rejissor Daq Lefler tərəfindən çəkilən tarixi filmdir. == Məzmun == 476-cı il.Qərbi Romanın süqutu ilə quldarlığın ləğv olunduğu il. Qərbi Romanın 12 yaşında sonuncu hökmdarı olan Romul Avqust və onun müəllimi Ambrosinus (ona əsl adı Merlindir) Kapri adasına məhkum edilirlər. Romul adadan misri qılınc tapır.Bu qılınc nə vaxtsa Yuli Sezara məxsus olub.Rəvayətə görə, misri qılınc səmadan düşüb. Misiri qılıncla kim bacarsa, onda o imperator olacaq.Əvvəllər Roulun yanında çalışmış mühafizəkarlar (Mira və Aurelius) onu adadan xilas edirlər və birlikdə Britaniya adasına gedirlər ki, çoxlu legionlar toplasınlar.Lakin onları düşmənlər təüib edir.Düşməmlər mühafizəkarların üzərinə hücuma keçirlər.Bu zaman doqquzuncu legionun əsgərləri mühafizəkarlarla birlikdə vuruşurlar və sonda qalib gəlirlər.Qələbədən sonra Romul Avqust qılıncı daşın üzərinə atır və müharibənin qurtardırığını söyləyir. Bu hadisələrdən sonra Romul Avqust Pendraqon adını qəbul edir. Mina və Aurelius evlənirlər. Bu film tarixi filmdir. == Rollarda == Kolin Fört – Aurelius Tomas Sanqster – Romul Avqust Ayşvariya Ray – Mira Ben Kinqsli – Ambosinus Con Hanna – Nestor Rupert Frend – Demetrius İen Qlend – Orest (Romulun atası) == Filmin heyəti == Rejissor: Daq Lefler Operator: Marko Pentakorvo Musiqi: Patrik Doyl Prodüserlər: Tarak Ben Ammar, Ceyms Kleyton, Kris Karlinq, Dino De Laurentis Ssenaristlər: Cez Battervorf,Tom Battervorf, Karlo Karley == Maraqlı faktlar == " Sonuncu Legion " filmi4 ölkə ərazisində çəkilmişdir: Fransa, Böyük Britaniya, İtaliya və Tunis.
Catedral Metropolitana de la Ciudad de México
Müqəddəs Məryəmin Mexiko şəhərinin göylərinə təyini Catedral Metropolitana, Baş yepiskop Primada de Meksika'nın mərkəzi qərargahıdır və Meksika şəhərinin Tarixi Mərkəzindəki Plaza de la Constitución Plazasının şimal tərəfindədir, Cuauhtémoc sərhədində. Şəhərin həmin ərazisindəki yuxarıda göstərilən memarlıq kompleksinin bir hissəsi olan 1987-ci ildən bəri Dünya Mirası Siyahısıdır. Bu məbədin təxmini ölçüləri 59 metr enində 128 uzunluqda və qüllələrin zirvəsinə qədər 67 metr yüksəklikdədir. İspan Amerikan memarlığının ən görkəmli əsərlərindən biridir. İspan katedrallarından ilham alan İspan memarı Claudio de Arciniega'nın planlarına görə , Tenochtitlan İspaniyanın fəthindən qısa müddət sonra ərazidə inşa edilmiş bir kilsənin ətrafında inşa edildi. Əsərlər 1573 - cü ildə başlamış, 1667 - ci ildə və 1813 - cü ilə qədər xaricdə bitirilmişdir.