Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Libertarian sosializm
Libertar sosializm və ya libertarian sosializm (bəzən eyni ideologiya olmasa da, sosialist anarxizmi adlanır.), nəzarətsiz, iqtisadi və ya sosial təbəqələri olmayan, fərdi azadlıq və bərabərliyə əsaslanan, əldə etmək və istifadə etmək üçün bərabər imkanlar təmin edən bütün növ anarxist xüsusiyyətləri özündə cəmləyən sosializm anlayışıdır.Bu idealogiyaya görə, bərabərlik və azadlıq ancaq xüsusi mülkiyyətə son qoymaqla mümkün olacaq. ilk növbədə istehsal imkanları və resurslar bütün cəmiyyəti əhatə edəcək şəkildə paylaşdırılmalıdır. Bununla belə, libertar sosializm qeyri-qanuni hakimiyyəti müəyyənləşdirmək, onu tənqid etmək və son nəticədə onun ictimai həyatın hər sahəsində mövcudluğunu aradan qaldırmaq məqsədi daşıyır.İdarəetmə sosializminə digər yanaşmalar dövlətdə və ya siyasi partiyalarda hökmranlıq yaratmaq üçün iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində fəaliyyət göstərdiyi halda; Libertar sosialistlər, birliklər, peşə palataları, fəhlə şuraları, bələdiyyələr, vətəndaş məclisləri (məclisləri) və s. kimi birbaşa demokratiyanın həyata keçirilə biləcəyi qeyri-bürokratik sahələrə diqqət yetirirlər. Libertar sosialistlər dövlət quruluşunu kapitalist sinfi hökmranlığının divarları və qalası kimi qəbul edirlər.Libertar sosializm kimi təsvir edilən siyasi fəlsəfəyə anarxizmin anarxo-kommunizm, anarxo-kollektivizm, anarxo-sindikalizm, tərəfdaşlıq, sosial ekologiya, özünüidarəetmə və şura kommunizmi kimi variantları daxildir. Bəzi mənbələr libertar sosializmi anarxizm və sosialist anarxizmi ilə qismən və konnotativ şəkildə əlaqələndirirlər. Lakin bu anlayışlar arasında müəyyən fərqlər də mövcuddur.
Liberian Girl
Liberian Girl (azərb. Liberiyalı qız‎) — Maykl Ceksonun mahnısı.
ABŞ Libertarian Partiyası
Libertarian Partiyası (abbr. LP, ing. Libertarian Party) — ABŞ-də siyasi partiya.
Libertarian Partiyası (ABŞ)
Libertarian Partiyası (abbr. LP, ing. Libertarian Party) — ABŞ-də siyasi partiya.