Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Litoqrafiya
Litoqrafiya — çap növüdür. Bu çap növündə müstəvi şəklində olan formadan boya yüksək təzyiq altında kağız üzərinə köçürülür. Litoqrafiya 1796-cı ildə Bavariya yazıçısı Alois Senefelder tərəfindən teatr əsərlərinin nəşri üçün ucuz bir üsul kimi icad edilmişdir. Litoqrafiya mətn və ya rəsm əsərini kağıza və ya digər uyğun materiala çap etmək üçün istifadə edilir amma daha çox musiqi partituraları və xəritələr üçün istifadə edilmişdir. == Tanıtmaq == Litoqrafiya əvvəlcə litoqrafiya daşına tətbiq olunan mum və ya digər yağlı maddə ilə çəkilmiş təsvirdən mürəkkəbi çap vərəqinə köçürmək üçün vasitə kimi istifadə edirdi. Müasir dövrdə təsvir tez-tez çevik alüminium lövhəyə tətbiq olunan polimerdən hazırlanır.Lövhənin və ya daşın düz səthi bir qədər kobud və ya həkk olunub və su təbəqəsini qəbul edən və yağlı mürəkkəbi dəf edən hidrofilik (=su sevən) bölgələrə və suyu dəf edən və mürəkkəbi qəbul edən hidrofobik bölgələrə bölünür. Şəkil birbaşa daşdan və ya boşqabdan çap oluna bilər (bu halda o, orijinal təsvirdən tərsinə çevrilir) və ya çap məhsuluna köçürmək üçün çevik təbəqəyə, adətən rezinə köçürülərək ofset edilə bilər.Bu proses, çap mürəkkəbini ehtiva edən boşluqlar yaratmaq üçün boşqabın həkk olunduğu, həkk edildiyi və ya naxışlandığı qravüra və ya intaqlio çapdan və hərflərin və ya təsvirlərin qaldırılmış səthlərinə mürəkkəbin tətbiq olunduğu taxta bloklu çap və tipo çapdan fərqlidir. Litoqrafiyanın ilk dövrlərində hamar əhəngdaşı parçasından istifadə olunurdu (buna görə də "litoqrafiya"—"litos" (λιθος) qədim yunanca daş sözüdür). Səthə yağ əsaslı şəkil çəkildikdən sonra ərəb saqqızının suda məhlulu çəkilib, saqqız yalnız yağsız səthə yapışıb. Çap zamanı su ərəb saqqızı səthlərinə yapışdı və yağlı hissələrdən qaçdı, çap üçün istifadə olunan yağlı mürəkkəb isə bunun əksini etdi.
Avtoqraf
Avtoqraf — [fr. autographe, autos – özüm, grapho – yazıram] imza, xüsusilə müəllifliyi təsdiq edən, əl ilə yazılmış, adətən, xatirə yazısı və ya imza. Məsələn, avtoqraf vermək; əsərin müəllifinin əsil əlyazması (bir müəllifin özü tərəfindən yazılmış əlyazması). Məsələn, görkəmli şəxsiyyətlərin avtoqrafı mötəbər sənəd kimi saxlanılır; sürətçıxaran cihaz növü. == Ədəbiyyat == Əliquliyev R. M., Şükürlü S. F., Kazımova S. İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Fotoqraf
Fotoqrafiya (fr. photographie q.yun. φως / φωτος — "işıq" və γραφω "yazıram" sözlərindəndir) — işığın köməyi ilə şəkil çəkmək texnikasıdır. Fotokameranın köməyi ilə statik təsvirin işığahəssas materialda (fotolent və ya fotoqrafik matrisa (sensor)) əldə edilməsi və ya yadda saxlanılmasıdır. Fotoqrafiya, fotoşəkil və ya sadəcə şəkil insan tərəfindən baxıla (bu halda aşkarlanan fotolentin kadrı, elektron və ya çap halında olan təsvir hesab edilir) bilən fotoqrafik prosesslərin köməyi ilə əldə edilən yekun təsvirdir. Daha geniş mənada fotoqrafiya — fotoşəklin əldə edilməsi yaradıcılığıdır. Bədii proses kompozisiyanın axtarılması və seçilməsi, işıqlanmanın, çəkiliş anının seçilməsiylə sonlanır. Bütün incəsənət növlərinə xarakterik olan kimi fotoqrafın da bu seçimi bacarığı, şəxsi üstünlüklərindən, zövqü ilə təyin edilir. Həssas materialın işləmə prinsipindən asılı olaraq fotoqrafiya üç böyük altbölümə bölünür: Kimyəvi fotoqrafiya — fotoprosesslərin baş verdiyi fotomateriallara əsaslanır. Rəqəmsal fotoqrafiya — təsvirin əldə edilməsi prosesi kimyəvi reaksiyalar nəticəsində deyil, matrisada yüklərin yerdəyişməsi nəticəsində baş verir.
Loqoqraf
Loqoqraflar (Ynanca logos- söz,nəsr, grapho — yazıram deməkdir) — Qədim Yunanıstanda bu söz altında iki qrup insan nəzərdə tutulurdu: tarixçilər və natiqlər ( Nitq tərtibatçıları). === Tarixçilər === Tarixə dair ilk yazılı əsərlər qədim Yunanıstanda meydana çıxmışdır. "Epos" adı verilən bu əsərlər Loqoqraflar tərəfindən qələmə alınırdı. Bu qəbildən olan tarixi əsərlər hekayəçi, rəvayətçi xarakterli əsərlər idi. Daha sonra öyrədici, praqmatik xarakterli tarixi əsərlər meydana çıxmağa başlamışdı ki, bu cür əsərlərin qələmə alınmasında məqsəd keçmişdə baş vermiş hadisələrdən dərs almaq, oxuyucuya əxlaqi və mənəvi duyğular aşılaya bilmək idi. İlk loqoqraflar e.ə.VI əsrdə yaşamışlar. İki nəsil Loqoqrafları fərqləndirirlər: Böyüklər ( e.ə. VI əsrdən - e.ə. V əsrədək) Miletli Kadm, Miletli Hekatey, Xaron, Skilak və b. Kiçiklər (e.ə.
Platon (fotoqraf)
Platon (tam adı: Platon Antoniou; 20 aprel 1968, London) — Britaniya fotoqrafı.
Litoral departamenti
Litoral departamenti — Beninin 12 departamentindən biri. == Ərazisi == Litoral departamentinin ərazisi 80 km2-dır. Litoral departamentinə 1 şəhər daxilidir. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Litoral departamentinin əhalisi 678 874 nəfərdir.
Litoral zona
Litoral zona - dəniz və okeanların çəkilmələr zamanı vaxtaşırı (hər 12 saat 26,4 dəqiqə-dən bir) quruyan sahilyanı hissəsi. Ən yüksək qabarma (sizigi) və ən aşağı çəkilmə səviyyələri arasında yerləşir. Eni, adətən, 1 km yaxın, bəzən 10–15 km, dərinliyi bir neçə on m-dək olur. Litoral zona səciyyəvi əlamətləri: quru və dəniz rejimlərini göstərən əlamətlərinin qarışığı, dibin vaxtaşırı quruması, işıq bolluğu, suların yüksək mütəhərrikliyi, temperatur və duzluluğunun kəskin dəyişkənliyi, çöküntülərin (valun və çaqılllardan gil materialına kimi) və faunanın müxtəlifliyi. Sinonim: Qabarma-çəkilmə zonası. == Həmçinin bax == Çöküntülər == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Avtoqraf (film, 1986)
Hüseyn Bağırov (fotoqraf)
Hüseyn Hüseynzadə (fotoqraf)
Hüseyn Hüseynzadə (11 yanvar 1935 – 13 iyul 2019) — Azərbaycan fotojurnalisti. == Həyatı == 11 yanvar 1935-ci ildə anadan olub. Neft-kimya İnstitutunu bitirib. Foto sənətinə "Vışka" qəzetindən başlamışdır. "Kommunist", "Pionerskaya Pravda", "Komsomolskaya pravda" adlı qəzetlərdə fəaliyyətinə davam edib. "Neft gəldi" və "Qazma ustası Faiq Əliyev" adlı fotoşəkilləri 1964-cü ildə keçirilən ümumittifaq sərgidə 1-ci dərəcəli diploma layiq görülmüşdür. Hüseyn Hüseynzadənin təşəbbüsü ilə ilk dəfə milli foto tarixində "Azərbaycanın kulinariya ensiklopediyası" yaranmışdır. Professor Hüseynzadə 60-dan çox kitabın müəllifidir. Foto sənətində qazandığı nəaliyyətlər – "Press Foto-62" beynəlxalq sərgi mükafatı, Azərbaycanın "Qızıl qələm" Jurnalistlərinin İttifaqı (1967), Berlində "İnterpresfoto" sərgilərinin mükafatı. Hüseyn Hüseynzadənin təşəbbüsü ilə ilk dəfə milli foto tarixində "Azərbaycanın kulinariya ensiklopediyası" yaranıb.
Kamal Babayev (fotoqraf)
Babayev Kamal Həbib oğlu (3 iyun 1927, Bakı – 4 yanvar 2022) — azərbaycanlı fotoqraf; Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Fotoqraflar Birliyinin üzvü. == Həyatı == Kamal Babayev 3 iyun 1927-ci il Bakıda anadan olub. 1953-cü ildən "Pioner" jurnalında fotomüxbir kimi fəaliyyət göstərib. Həmin ildən Azərbaycan Dövlət İncəsənət Muzeyində ştatdankənar çalışıb, 1959-cu ildən bu muzeyin əməkdaşı olub və 2022 ilə kimi muzeyin fotoqrafı kimi işləyib. XX əsrin 50-ci illərdə "Gənc texniklər" mərkəzində fotoqrafiya dərnəklərini aparır və bu vaxt foto həvəskarları üçün azərbaycan dilində dörd kitabça-vəsait çapdan çıxır. Sonrakı illərdə müxtəlif qəzet və jurnallarla əməkdaşlıq edərək Azərbaycanın keçmişi, memarlıq abidələri, incəsənəti ilə tanış edib. 1962-ci ildə mətbuatda fəal iştirak etdiyinə görə Fəxri fərmana layiq görülür. 1986-cı ildə İsveçdə keçirilmiş fotomüsabiqədə diplomla mükafatlanır. 1987-ci ildə SSRİ-də çıxan "Elm və həyat" ("Nauka i jizn") jurnalının mükafatını alır – 3-cü yer tutaraq "Kiyev" fotoaparatı ilə hədiyyələnir. Həmən jurnalda 3 məqaləsi dərc olunur.