Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kosmik latte
Kozmik latte - bir digər adı ilə kainatın rəngi Cons Hopkins Universitetinin astrofizika heyəti tərəfindən irəli sürülən proyekt. == Rənglərin adlandırılması == Hər keçən gün ovsunlayıcı kainatımızın fərqli bir rəsmi və ya fotoşəkili ortaya çıxır. Yaxşı kainatın fotoşəkilinə baxdığınız zaman nə görürsünüz? Ulduzlar, qalaktikalar, supernovalar və böyük qaranlıq. Bəs sizə bu qaranlığın qaranlıq olmadığını kainatın əsl rənginin “latte” olduğunu desək necə? Bəli kainatın bu anda əsl rəngi İtalyan dilində süd mənasını verən lattedir. Astronomlar uzun araşdırmalardan sonra kainatın “orta” bir rəngi olaraq latte rəngini ortaya qoydular. 2001-ci ildə Karl Glazebrook və Ivan Baldry kainatın rəngini yaşımtıl ağ olduğunu təyin etmişdi. Ancaq qısa bir müddət sonra öz araşdırmalarına kainatdakı bütün işığın rənginin yüngülcə ağ olduğunu əlavə edərək analizlərini düzətdilər. Bu araşdırmaya 200.000’dən çox qalaktika daxil edilərək kainatın böyük bir sahəsindən gələn işığın spektral aralığı qiymətləndirilərək edilib.
Lethe diana
Lethe diana – Nimfalidlər fəsiləsindən kəpənək növü. Qanadları tünd qəhvəyi rənglidir, üzərlərində arpacıqlar olur, qanad açıqlığı 45–55 mm təşkil edir. Lethe confusa növünü xatırladır, lakin Lethe confusa kəpənəyinin qanadlarında ağ zolaq olur. == Görünüş == Qanad açıqlığı 45–55 mm arasında dəyişir. Ön qanadlar tünd qəhvəyi rəngdədir, üzərlərində kiçik ağ zolaqlar olur, dişilərdə bu daha aydın sezilir. Bir qanadının üzərində 6-yə qədər arpacıq olur. Damarları açıq-aydın sezilə bilir. == Yayılması == Növə Rusiyanın regionlarında – Primorye, Saxalin və Cənubi Kurildə təsadüf edilir. Həmçinin Yaponiyada yayılmışdır: Hokkaydo, Honşu, Şikoku, Kyuşu və Tsuşima. Əsasən enliyarpaqlı meşələrdə, dağlarda və düzənlikdə rast gəlinir.
Sen-Latye
Sen-Latye (fr. Saint-Lattier) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38410. Kommunanın 2012-ci il üçün əhalisi 1270 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 144 ilə 406 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 80 km cənubda, Qrenobldan 45 km şimal-qərbdə yerləşir. 2012-ci ildə kommunada 1270 nəfər yaşayırdı, onlardan 19,0% -i 14 yaşdan kiçik, 12,6% -i 15-29 yaş arasında, 17,8% -i 30-dan 44-dək, 24.3% -i 45-59 yaş arasındadır 26.2% 60 yaşdan yuxarı.
Late Registration
Late Registration — amerikalı repçi və prodüser Kanye Vestin ikinci studiya albomu. 30 avqust 2005-ci ildə Def Jam Recordings və Roc-A-Fella Records tərəfindən buraxılıb.
Seul Lotte World Qülləsi
Seul Lotte World Qülləsi (kor. 롯데월드타워) — Cənubi Koreyanın paytaxtı Seul şəhərində yerləşən hündürlüyü 555 metr (1,824 ft) olan 123 mərtəbəli göydələndir. 2017-ci il aprelin 11-də ictimaiyyətə açılmışdır. Hazırda Cənubi Koreyanın ən hündür və dünyanın beşinci ən hündür binasıdır. 13 illik planlaşdırma və ərazinin hazırlanmasından sonra qüllə hökumət tərəfindən 2010-cu ilin noyabrında tikintiyə başlaması üçün son təsdiqini aldı və mart ayında tikinti sahəsində ilk təməlqoyma işləri aparıldı. Dörd bina — Lotte World Tower, Avenuel (8-ci mərtəbə), əyləncə binası (12-ci mərtəbə) və ticarət mərkəzi binasından (11-ci mərtəbə) ibarətdir. Binaya lobbi, Lotte world akvarium, Lotteriya və restoranlar, Lotte World Mall daxildir. 1989-cu ildə binanın ilk dizaynı və tikilmə planları hazırlandı. Dizayn 1994, 1995 və 1997-ci illərdə yenidən dəyişdi. 2008-ci ildə dizaynı yenidən dəyişdirildikdən sonra 2009-cu ildə dizayn müəyyənləşdirildi və binanın inşaatına başlanıldı.
Too Late for Love (mahnı)
Too Late for Love (azərb. Sevgi üçün çox gec‎) — İsveçin 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Con Lundvik "Too Late for Love" mahnısı ilə İsveçi İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı Con Lundvik, Anderz Vretov və Andreas “Stone” Yohansson tərəfindən bəstələnmişdir.
Ana lövhə
Ana lövhə (ing. motherboard, ru. материнская плата) - kompüter sisteminin başlıca komponentlərini: prosessoru, operativ yaddaşı, şin kontrollerini, birləşdiriciləri və s. özündə saxlayan əsas lövhə. Yaddaş genişləndiriciləri və giriş-çıxış kartları da daxil olmaqla qalan lövhələr ana lövhəyə şin yuvaları vasitələrilə qoşulur. Ana lövhə və ya ana plata - (ing. Motherboard) kompüterin daxili əlaqələri ilə xarici qurğulara təsir göstərən və onları idarə edən xüsusi və əsas kompüter hissəsi. Ana (sistem) lövhə kompüterin daha effektli işləməsi üçün əhəmiyyətli rol oynayır. Ana lövhə müxtəlif ölçülərdə olur. Ana lövhə daxildən sistem blokunun korpusuna bərkidilir, bunun üçün də lövhə tipinə görə korpusa uyğun gəlməlidir.
Ağıllı lövhə
Ağıllı lövhə — informasiyanın eşidilmə və göstərilmə cəhətindən daha yaxşı başa düşülməsi üçün hazırlanmış interaktiv ağ lövhələrdir.
Karvan (simfonik lövhə)
Karvan — Soltan Hacıbəyovun 1945-ci ildə bəstələdiyi simfonik lövhə. 1940-cı illərin ortasında bəstəkar Tükmənistan Dövlət Opera və Balet Teatrının sifarişi ilə "Kəminə və Qazı" operasını yazır. Lakin, opera başa çatdırılmamış qalır. Bu əsər üçün yazılmış musiqi parçaları içərisində Orta Asiya mənzərələrinin obrazlarını təsvir edən orkestr lövhəsi var idi. 1945-ci ildə S. Hacıbəyov onun əsasında "Karvan" simfonik lövhəsini yaratmışdır. 1952-ci ildə bəstəkar "Karvan"ın yeni redaksiyasını işləmişdir və hazırda həmin redaksiyada ifa olunur. 1955-ci ildə son variant Niyazinin dirijorluğu ilə lentə alınır. O zamandan "Karvan"ın dünya səyahəti başlayır. Əsər "Şur" muğamının "Hicaz" şöbəsi üstdə bəstələnmişdir. Ayrı-ayrı parlaq lövhələrlə, cizgilərlə, rəngarəng musiqi vasitələrilə zəngindir.