çəp

sif. oblique ; louche ; bigle (göz haqq.) ; ~ baxış regard m louche (və ya oblique) ; ~ adam bigle m

çənli
çəp-çəp
OBASTAN VİKİ
Çəp çalovabənzər əzələ
Çəp çalovabənzər əzələ (lat. musculus arytenoideus obliquus) — qırtlaq əzələsi.
Dərman çəpişotu
Dərman çəpişotu (lat. Galega officinalis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin çəpişotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Galega vulgaris Lam.
Mədəciklərarası çəpərin qüsuru
Mədəciklərarası çəpərin qüsuru — mədəciklərararası çəpərin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalması, anadangəlmə ürək qüsuru. Mədəciklərarası çəpərin qüsurunun ölçüləri müxtəlif ola bilər. Yerləşməsinə görə təsnifatı: Paramemmbranoz qüsur – tez rastgəlinən tip, çəpərin yuxarı hissəsində sağ mədəciyin lat. crista supraventricularisin altında yerləşmiş olur. Qıfvari və ya subarterial ikili qüsur, aortal qapaq yaxınlığında sağ mədəciyə aparan ya açılan trakta yerləşmiş olur. Çıxacaq şöbəsinin və ya atrioventrikulyar kanalın qüsuru, mədəciklərarası çəpərin arxa hissəsində, üçtaylı qapağın çəpər qapaqcığının altında yerləşmiş olur. Əyələvi hissənin qüsuru, adətən çoxdəlikli olub, çəpərin trabekulyar və zirvə hissələrində yerləşmiş olur. Mədəciklərin hipertrofiya ya böyümə dərəcəsi şunt vasitəsilə atılan qanın həcmindən və ağciyər hipertenziyasından asılıdır. Funksional pozğunluq qüsurun ölçüsü və ağciyər damar şəbəkəsinin vəziyyətindən asılı olaraq qiymətləndirilir. Kiçik qüsur (0,5 sm²/m² az olduqda) qanın cərəyanına böyük müqavimət göstərmiş olur.
Qulaqcıqlararası çəpərin qüsuru
Qulaqcıqlararası çəpərin qüsuru — geniş yayılmış və qadınlarda daha çox rast gəlinən, qulaqcıqlararası çəpərin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalmaına səbəb olan anadangəlmə ürək qüsuru xəstəliyi. Bura qapanmamış oval dəlik patologiyası aid deyildir. Qulaqcıqlararası çəpərin qüsuru müxtəlif olçüdə olmaqla, hər iki qulaqcıq arasında rabitə yaratmaqla arterial qanın venoz qanla qovuşmasına səbəb olur. Anotomik lokalizasiyasına görə təsnif olunurlar: lat. ostium sekundum, oval çuxur lat. fossa ovalis nahiyyəsində çox təsadüf edilən qüsur olub, bəzən ikitaylı qapağın prolapsı (sallaq qalması) ilə müşayiət olunur. lat. ostium primum, ümumi atrioventrikulyar kanal kimi mürəkkəb qüsurun bir hissəsi sayılır. Adətəh oval çuxurun altında yerləşir. lat.
Soldanell çəpərsarmaşığı
Soldanell çəpərsarmaşığı (lat. Calystegia soldanella) - çəpərsarmaşığı cinsinə aid bitki növü.
Yüksək tezlik çəpərləyicisi
Yüksək tezlik çəpərləyicisi - elektrik veriliş xəttinin (EVX) faz naqilinin əvvəlində və sonunda quraşdırılan, yüksək tezlik kanalının işçi tezliyinə yüksək müqavimət göstərən, sənaye tezliyində (50 Hs) isə kiçik müqavimət göstərən elektrotexniki cihazdır. Yüksək tezlik çəpərləyiciləri yüksək gərginlik elektrik veriliş xətlərində (10, 35-750 kV) əks-qəza avtomatikası, rele mühafizəsi, telefon əlaqəsi, telemexanika, modulyasiya olunmuş yüksək tezlik (24-1000 kHs) siqnallarının ötürülməsini təmin etmək məqsədilə yüksək tezlikli kanallar yaratmaq üçün istifadə olunur. Siqnallar faza naqili vəya ildırımötürən trosla ötürülür. Yüksək tezlik çəpərləyicisi yüksəktezlik kanalındakı təsirləri təcrid edən yüksəktezlikli filtirdir. Çəpərləyici tənzimləyici elementə paralel qoşulmuş nüvəsiz güc reaktorundan (nominal induktivliyi 0.25...2.0 mHn olan induktiv dolaq), həmçinin mühafizə qurğusundan ibarətdir. Reaktor bir, iki və ya üç sarğılı dolağa izoləedici materialla sarınmış alüminium (və ya mis) naqildir. Sazlama elementi yüksək tezlik çəpərləyicisini müxtəlif çəpərləmə diapazonuna sazlamağa imkan verir. Sazlama elementi induktiv sarğacdan, kondansatordan və müqavimətdən ibarətdir. Mühafizə qurğuları sazlama elementini ifratgərginlikdən mühafizə etmək üçün nəzərdə tutulmuşdur. Qoruyucu cihaz olaraq, ifratgərginlik məhdudlaşdırıcıları və ya ventil boşaldıcıları götürülə bilər.
Çəpdərə (Sultaniyə)
Çəpdərə (fars. چپ دره‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 179 nəfər yaşayır (44 ailə). Mərkəzi şəhristanının Ətraf bölgəsinin Sultantəpə kəndistanında, Zəncan şəhərindən 54 km cənub-qərbdədir.
Çəpdərə (Tikantəpə)
Çəpdərə (fars. چپدره‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 623 nəfər yaşayır (121 ailə).
Çəpgən
Çəpgən – lat. pallium, kütləsi ağ maddədən təşkil olaraq xaricdən böyük beyin qabığı – lat. cortex cerebri ilə örtülüdür. Çəpgən xarici səthi şırımlar – lat. sulci cerebri vasitəsilə paylara – lat. lobi cerebri, paycıqlara – lat. lobuli cerebri və qırışıqlara – lat. gyri cerebri bölünür. Şırım və qırışıqların forması, ölçüsü və vəziyyəti çox tərəddüd edir; adətən kiçik şırımların və böyük şırım şaxələrinin vəziyyəti az sabit olur. Beyin şırımları, onların meydana çıxması vaxtına görə, üç dərəcəyə bölünür; birinci, ikinci və üçüncü dərəcəli şırımlar.
Çəpişotu
Çəpişotu (lat. Galega) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Accorombona Endl.
Çəpkən
Çəpkən — Azərbaycanda milli kişi və qadın geyiminin bir hissəsidir. Çəpkən astarlı olub, belə qədər bədənə kip tikilir. Yan tərəflərdə ətəyə yaxın hissədə çapığı olan çəpkənin əlcək ilə bitən qondarma qolları (astarı qiymətli parçadan olan qollara bəzən düymələr tikilir) olur. Bel hissədən bağ ilə bağlanır. Çəpkən tirmə, darayı, məxmər, müxtəlif zərli parçalardan tikilir. Çəpkənin yaxası, ətəyi, qolunun kənarları zərif bafta, kəbəzəncirə və s. tikmələrlə bəzədilir. Bəzən çəpkənin üstündən gümüş kəmər də bağlayırlar. Ön Asiya, Yaxın Şərq xalqları arasında, Azərbaycanda (xüsusilə, DQMV, Xankəndi, Şuşada, Bakıda, Şəkidə, Şamaxıda) geniş yayılmışdır. Pullu çəpkən biçimi çəpkənlə eyni formada olub, qolsuzdur.
Çəpli
Çəpli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çəpli kənd inzibati ərazi dairəsində kənd. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Çəpli Kəlbəcər rayonunun Çəpli inzibati ərazi vahidində kənd. Lev çayının sahilində, dağlıq ərazidədir. Tədqiqatçıların fikrincə, toponim oğuz tayfalarından çəpnilərin (cəbni/cabanı) adı ile bağlıdır. Etnotoponimdir.
Çəpni
Çəpni — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Rayon mərkəzindən 19 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Orta əsrlərdə Anadoluda Ulu-Yörük tayfa ittifaqının bir qolu Çəpni adlanırdı XVI əsrdə Qızılbaşların Çəpni tayfasının məskunlaşması nəticəsində yaranmışdır Toponim qədim oğuz tayfasından olan çəpni etnonimi əsasında əmələ gəlmişdir. Qızılbaş tayfalarından birinin də adı "çəpni"dir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Mənşəcə Səlcuq oğuzlarının Çəbni (Çəpni) tayfasının adını əks etdirir. 1828-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuş və İrandan gəlmə ermənilər yerləşdirilmişdir. Ona görə də XIX əsrin 80-ci illərinə aid mə'lumata görə kəndin əhalisi erməni idi (yenə orada).
Çəpni boyu
Çəpni boyu — Oğuz Xaqan Dastanına görə Oğuz Türklərinin 24 boyundan biri və Qaşqarlı Mahmuda görə Divân-ı Lügati't-Türk'təki iyirmi iki Oğuz boyundan iyirmi birincisi. F. Rəşidəddin məlumat verir ki, Çəpni iç oğuz nəslindən olub, Göy xanın adı İrkil Xoca tərəfindən verilən və damğası (onqonu) Ağ Sunqur quşu olan olan 4-cü oğludur. Bu tayfa xarakter etibarı ilə düşmənlə qətiyyətli vuruşan kimi təsvir olunur (10, s. 66). Çəpnilərin bizim ərazilərə Orta Asiyadan səlcuq türklərinin tərkibində gəldiyi, Xorəzmşah Cəlaləddinin 1221-1231-ci il hərbi yürüşlərində fəal iştirakı qaynaqlarda göstərilir. Öz izlərini Kəlbəcər rayonunda bir kəndin adında saxlamışdır. Kəndin adı Çəpli şəklindədir. Lev çayının sahilində, dağlıq ərazidə yerləşir. Bəzi tədqiqatçılara görə, toponim oğuz tayfalarından çəpnilərin (cəbni) adı ilə bağlıdır. Şamaxı rayonunda da bu etnonimlə əlaqədar Cabanı adlı kənd vardır.
Çəpçəp (Zəncan)
Çəpçəp (fars. چپ چپ‎) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 677 nəfər yaşayır (143 ailə). Zəncan şəhristanının Zəncanrud kəndistanında, Zəncan şəhərindən 66 km şimal-qərbdədir.
Çəpəki xətt
Çəpəki xətt — Müəllifi göstərilməyən və ya dörddən çox müəllifi olan kitabların (kollektiv monoqrafiyalar və ya dərsliklər) elmi işlərin ədəbiyyat siyahısının tərtibi zamanı istifadə olunur; * Məqalələr toplusundakı və konfrans materiallarındakı mənbənin biblioqrafik təsviri iki hissədən ibarət olur. Onlar bir-birindən bir çəpəki xətlə – "/" ayrılır ki, ondan əvvəl və sonra bir interval qoyulur. Qoşa çəpəki xətt– dissertasiyalarda istifadə olunan mənbələrin biblioqrafik təsvirində istifadə edilən şərti işarədir. Məqalələrin biblioqrafik təsviri iki hissədən ibarət olur: 1.məqalə haqqında məlumat; 2.məqalənin dərc edildiyi nəşr orqanı haqqında məlumat. Bu hissələr bir birindən qoşa cəpəki xətlə – "//" ayrılır ki, ondan əvvəl və sonra bir interval qoyulur. Dördədək müəllifi olan məqalələrdə müəlliflərin hamısının soyadları və inisialları verilir. Azərbaycan və rus dilində olan istinadlarda müəlliflərin hər iki inisialı, Qərbi Avropa dillərində olan mənbələrdə isə adlarının yalnız birinci hərfi göstərilir. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s..
Çəpər (Zəncan)
Çəpər — İranın Zəncan ostanında kənd.. Mərkəzi şəhristanının Ətraf bölgəsinin Çaypara kəndistanında, Zəncan şəhərindən 30 km şimal-qərbdədir.
Çəpərabad (Üşnəviyyə)
Çəpərabad (fars. چپراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 229 nəfər yaşayır (49 ailə).
Çəpərləmə
Çəpərləmə (ing. enclosure, inclosure) — Avropada kapitalizmin ilkin inkişaf mərhələsində kəndli icmasına daxil olan torpaqların zorla ləğvi. İngiltərədə torpaq sahibləri icmanın istifadə etmədiyi torpaqları qoyun otarmaq üçün çəpərlədilər. Torpaq sahibləri kəndlilər üzərində imtiyazlarından istifadə edirdilər. Kəndlilərin torpaqlarından zorakılıqla qovulması çəpərləmə adlanır. Qovulmuş kəndlilər öz əmlakmı, yəni əmək alətini, evini və torpağını itirirdi. Tomas Morun «Qoyunlar adamları yeyir» ifadəsi bu dövrdə yaranmışdı. XVI əsrdə İngiltərədə çəpərləmə nəticəsində torpağı və əmək aləti olmayan çoxlu azad adamlar meydana çıxdı. Onlar kapitalistlər üçün ucuz işçi qüvvəsi idi. İngiltərədə zadəganlar iki qrupa bölünürdü.
Çəpərobası yaşayış yeri
Çəpərobası yaşayış yeri — Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Biçənək kəndininin yaxınlığında, meşənin içərisində yaşayış yeri. Yaşayış yeri vaxtilə meşənin içərisindən keçən qədim torpaq yolun kənarında, olduqca əlverişli bir mövqedədir. Hər tərəfdən dağlarla əhatələndiyindən yaşayış üçün əlverişlidir. Yaşayış yerindəki tikintilər dağıntıya uğrasa da, o, öz arxaik quruluşunu qoruyub saxlamışdır. Yaşayış yerinə aid binalar oval formalı mərkəzi meydanın ətrafında yerləşmişdir. Binaların bəzisi bir, bəzisi isə iki otaqlıdır. Burada irihəcmli ictimai binalar da vardır. Mərkəzi meydana girən ensiz giriş şübhəsiz ki, vaxtilə qapı üə qapadümışdır. Tədqiqat zamanı yaşayış yerindən Son Antik və Erkən Orta əsrlərə aid çəhrayı rəngli keramika parçaları əldə edilmişdir. Arxeoloji materiallara əsaslanaraq yaşayış yerini 1-8 əsrlərə aid etmək olar.
Çəpərqaya (Kəleybər)
Çəpərqaya (fars. چپرقيه‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayı yoxdur.
Dinqo çəpəri
İt Hasarı və ya Dinqo Hasarı — Avstraliyada uzunluğu 5614 km olan hasardır. Bəzən "Böyük Avstraliya səddi" də adlandırılır. == Tarixi == 19-cu əsrdə qoyunçuluq Avstraliya iqtisadiyyatının mühüm sahəsinə çevrildi. Qoyun ovlayan dinqolar tələyə düşüb, güllələnib və zəhərlənib. 19-cu əsrin sonlarında, təkcə Yeni Cənubi Uelsdə fermerlər vəhşi itlərlə mübarizə üçün hər il bir neçə ton striknin xərcləyirdilər. Bu tədbirlər kifayət etmədikdə, 1880-ci illərdə mal-qaranı dinqolardan və otlaqları damazlıq dovşanlardan qorumaq üçün cənub Kvinslenddə qoyun otlaq sahələrini əhatə edən nəhəng bir zəncirvari hasarın tikintisinə başlandı. Tikinti əsasən 1885-ci ildə tamamlandı. 1960-cı illərdə [mənbə 3916 gün göstərilməyib] hasarın ayrı-ayrı hissələri bir-birinə bağlanaraq, yalnız magistral yolların kəsişmələrində kəsilən bir maneə meydana gətirdi. Hasar Kvinslendin Tuvumba şəhərindən Böyük Avstraliya Körfəzinə qədər uzanır və Avstraliyanın quraq şimal-qərbini nisbətən məhsuldar cənub-şərqdən ayırır. Hasarın saxlanması Kvinslend, Yeni Cənubi Uels və Cənubi Avstraliya ştatlarına ildə təxminən 15 milyon Avstraliya dollarına başa gəlir.
Çəpni dili
Çəpni dili — əsasən Qərbi Asiyada danışılmış, türk dil ailəsinin oğuz dil qrupuna aid olan, çəpni tayfasına mənsub ölü dil. Çəpni dili eyni dil birliyi daxilində özünəməxsus sözləri ilə onu bilənlərin bir-birini başa düşməsinə imkan verən xüsusi bir dildir. Bu dil 1242–1906-cı illər arasında çəpnilər tərəfindən istifadə edilmişdir. Çəpni dili bir çox başqa türk dilləri ilə paylaşdığı ahəng qanunu kimi qrammatik xüsusiyyətlərə malikdir. Dil cümlə quruluşuna görə ümumiyyətlə subyekt-obyekt-predikat sırasına malikdir. Alman və ərəb kimi dillərdən fərqli olaraq çəpni dilinin qrammatik cinsi (kişi, qadın, cins ayrı-seçkiliyi) yoxdur. Lüğətinin bir hissəsi qədim türkcə və Osmanlı türkcəsi ilə eynidir. Bu, özünəməxsus bir dildir. Bundan əlavə, çəpni dili Azərbaycan, türk və türkmən kimi digər oğuz dilləri ilə aşağı qarşılıqlı anlaşılmazlıq göstərə bilər. Bu dildə danışanların əksəriyyəti Giresun, Ordu, Beşikdüzü, Şalbazarı və Kürtün ərazilərindəndir.
Çəpnicə
Çəpni dili — əsasən Qərbi Asiyada danışılmış, türk dil ailəsinin oğuz dil qrupuna aid olan, çəpni tayfasına mənsub ölü dil. Çəpni dili eyni dil birliyi daxilində özünəməxsus sözləri ilə onu bilənlərin bir-birini başa düşməsinə imkan verən xüsusi bir dildir. Bu dil 1242–1906-cı illər arasında çəpnilər tərəfindən istifadə edilmişdir. Çəpni dili bir çox başqa türk dilləri ilə paylaşdığı ahəng qanunu kimi qrammatik xüsusiyyətlərə malikdir. Dil cümlə quruluşuna görə ümumiyyətlə subyekt-obyekt-predikat sırasına malikdir. Alman və ərəb kimi dillərdən fərqli olaraq çəpni dilinin qrammatik cinsi (kişi, qadın, cins ayrı-seçkiliyi) yoxdur. Lüğətinin bir hissəsi qədim türkcə və Osmanlı türkcəsi ilə eynidir. Bu, özünəməxsus bir dildir. Bundan əlavə, çəpni dili Azərbaycan, türk və türkmən kimi digər oğuz dilləri ilə aşağı qarşılıqlı anlaşılmazlıq göstərə bilər. Bu dildə danışanların əksəriyyəti Giresun, Ordu, Beşikdüzü, Şalbazarı və Kürtün ərazilərindəndir.
Rumqala Çəpniləri
Rumqala Çəpniləri Cənub-şərqi Anadolu regionunda yaşayan Çəpni boyuna mənsub türklərdirlər. Onlar keçmiş Osmanlı şəhəri olan Rumqalada məskunlaşmışdırlar. Hazırda onlar Qaziantep ilinin şimal-şərq hissəsində yaşayırlar. == Tarix == Çəpnilər artıq XVI əsrin əvvəllərində Rumqala regionunda mövcud idilər, lakin onların bu regiona nə vaxt köç etdiyi məlum deyildir. XVII əsrin sonlarında Rumqala ətrafında məskunlaşan çepnilərin Pazarcık və Kəfərdizdə köçəri keçmişindən miras qalan talançılıqla məşğul olduqları məlum idi. Daha sonra məskunlaşmış tayfalardan bəziləri Antepdə Çəpni-Kazımiyyə təkyəsini inşa etmişdirlər. == Antep Çəpni Təkyəsi == Çəpnilər tərəfindən yaradılsa da, Qaziantepdəki Çəpni təkyəsi tədricən Antep ətrafında yaşayan bütün Ələvi türkmənlərinin mərkəzinə çevrilmişdir. İlin müəyyən günlərində İslahiyyə ətrafındakı Besni, Maraş, Sakçagözü və Barak kəndlərindən insanlar ənənəvi şənliklər üçün şəhərə gəlir, eyni gündə hədiyyələr gətirir, əyləncə tədbirlərinə iştirak edir və nəhayət Çepni Dədənin əlini öpərdilər. Ziyarətçilər daha sonra Məkkədəki Zəm-zəm kimi müqəddəs sayılan lojanın quyusundan su içərdilər. == Din == Regiondakı bütün Çəpnilər ənənəvi olaraq İslamın Ələvi məzhəbinə tabedirlər və inanclarına görə, onlar ənənəvi olaraq Ələvilərlə hər cür qarşılıqlı əlaqəni günah kimi qəbul edən yaxınlıqdakı sünni kürd əhalidən xüsusilə fərqlənirdilər.

Значение слова в других словарях